Thursday, November 23, 2017

ELEKTRİK QÖVSÜ VƏ QÖVSÖNDÜRƏN SİSTEMLƏR

Elektrik aparatının ayırıcı mexanizmi kontaktın hərəkət edə bilən dodağını hərəkətə gətirdiyi andan başlayaraq dodaqların səthlərinin toxunma nöqtələrinin sayı azalmağa başlayır-eyni zamanda kontaktın dodaqlarının bir-birinə sıxılma qüvvəsi azalır. Nəticədə, kontaktda  cərəyan sıxlığı və kontaktın keçid müqaviməti sürətlə artır, kontaktdakı elektrik itgiləri sürətlə böyüyür. Kontaktın tempraturu kəskin artır, onun mənfi yüklü dodağından(katod) ətraf mühitə sərbəst elektronlar şualanır(termoemissiya baş verir). Ətraf mühitin ionlaşması kontaktın ndodaqları arasındakı aralığın deşilçməsinə və elektrik qövsünün yaranmasına səbəb olur. Elektrik qövsü keçirici naqildir. O yüksək, cərəyanı özündən buraxır. Qövsün tempreturu çox yüksək (10000 dərəsə selsi və bundan da böyük) olduğundan , kontaktın metalları əriyir və əriyən metalların hissəcikləri ətrafa səpələnir. Ciddi ərimiş kontaktlar yararsız vəziyyətə düşürlər və aparatın isifadəsi üçün yaramırlar. Şəkil1 də elektrik qövsünün baş verdiyi sabit cərəyan dövrəsinin sxemi göstərilmişdir.

Şəkil2.Qövsün baş verdiyi elektrik dövrəsi elementlərin volt-amper xarakteristikaları(1-mənbə  2-qövsün)

Kirxhofun 2 ci qanununa görə , verilmiş dövrə üçün gərginliklərin müvazinət tənliyi belə yazılar;
                                      U=Uq+ir+Ldi/dt
Burada Uq-1 və 2 kontaktları arasında yaranan qövsdə gərginlik düşgüsüdür.Şəkil2 də cf parçası gərginlik miqyasında qövsdəki gərginliyi , sc -induktivlikdəki özünəinduksiya EHQ -ini(L⋅di/dt), de-r  müqavimətindəgərginlik düşgüsünü göstərir.
a və b nöqtələrində  L⋅di/dt≈0 olur və bu nöqtələrdə dövrədə qərarlaşmış rejim mümkündür.
Şəkil2 də həmçinin u=U-i
⋅r asılılığına görə maili düz xətt (3 xarakteristikası)  çəkilmişdir.  U=Uq+ir+Ldi/dt tənliyindən istifadə edərək , dövrənin a və b nöqtələri ətrafında iş rejiminin analizi göstərir ki , hər hansı səbəbdən cərəyan İa qiymətindən kiçik qiymət aldıqda o sıfıra dək azalır və qövs sönür -cərəyan İa qiymətindən böyük olduqda  isə o İb qiymətinədək artır və b nöqtəsində qövs dayanıqlı yanır, b nöqtəsindəki qərarlaşmış rejimdə isə cərəyanın İb dən kiçik və ya böyük qiymətlər alması dövrənin yenə də b nöqtəsindəki rejimə qayıtması ilə nəticələnir. Beləliklə a nöqtəsi dayanıqsız müvazinət nöqtəsidir -bu nöqtədən çıxdıqda dövrədə cərəyan ya İb qiymətini alır.,yaxud qövs sönür və cərəyan sıfıra bərabər olur. Cərəyanın bütün qiymətlərində qövsün sönməsi üçün L⋅di/dt=0 gərginliyi sıfır olmalıdır. Bunun üçün aşağıdakı şərt ödənilməlidir.
                                        Uq
>U-ir
Bu o deməkdir ki, qövsünsönməsi üçün 2 xarakteristikasının bütün nöqtələri 3 xarakteristikasından  yuxarıda yerləşməlidir. Bunun üçün ya qövsün voltamper xarakteristikası yuxarı qaldırılmalıdır,  ya da dövrənin müqzviməti artırılmalıdır. 
Elektrik qövsünü söndürməkdən ötrü kontaktlar arasındakı fəzanı deionlaşdırmaq lazımdır. Bunu aşağıdakı usullarla etmək olar;
1) qövsü süni olaraq uzatmaqla
2) qövsü bir sıra kiçik qövslərə bölməklə
3) qazlar vasitəsilə kontaktlar aralığını soyutmaqla
4) müxtəlif usulların kombinasiyası ilə
5) qövsün yaranmasına yönəlmiş elektrik enerjisini azaltmaqla

Qövsün yaranması müddəti kontaktların bir-birindən aralanması sürətindən asılıdır. Kontaktlar nə qədər böyük sürətlə bir birindən aralanarsa, qövs bir o qədər cəld sönər. Bu məqsədlə elektrik aparatlarında kontaktları ani olaraq açmaq qabiliyyətinə malik olan yay mexanizmindən istifadə olunur. Kiçik güclü sabit cərəyan elektrik aparatlarında qığılclmı azaltmaq məqsədilə çox hallarda kontaktlara paralel olaraq kondensatorlar qoşurlar. Elektrik qövsünün mənfi təsirini aradan götürmək üçün qövssöndürən qurğulardan istifadə olunur. Bu məqsədlə sabit cərəyan kontaktlarında köməkçi maqnit selinin köməyilə elektrik qövsü kontaktlar arasından sıxışdırılıb kənara çıxarılır. Qövssndürmə qurğusu(şəkil3) polad nüvə (3) üzərinə sarınmış dolaqdan (4) və qütb sonluqlarından(5) ibarətdir. 4 sarğısı 1 və 2 kontaktları  ilə ardıcıl birləşdirilmişdir və sarğıdan yük cərəyanı İ axır. Bu cərəyanın yaratdığı, nüvədən və qütb sonluqlarından qapanan, maqnit seli Φ  ilə qövsün(cərəyalı naqil) qarşılıqlı təsirindən F qüvvəsi yaranır. Bu qüvvə qövsü kontaktlar arasından xarici mühitə doğru itələyir, onu uzadır. Nəticədə qövs sönür.

Şəkil3. Qövsün kontaktlar arasından sıxışdırılıb çıxarılması qurğusu 

Qövsün söndrülməsi üçün xüsusi deion arakəsmə istifadə olunur. Deion arakəsmə bir-birindən izolə edilmiş nazik vərəqlərdən ibarət olub, qövssöndürmə kamerasında yerləşdirilir. Yaranan qövs arakəsmələrə döğru üfürülür.Onun yolunda müqavimət artır, həmçinin arakəsmələrin soyuq divarları qövsü soyudur və onun tez sönməsinə səbəb olur. Kiçik güclü kontaktorlarda, avtomat açarlarda, əriyən qoruyucularda qazlar vasitəsi ilə qövsün söndürülməsi tətbiq olunur. Bu məqsədlə aparatların qövssöndürmə kameraları fibradan hazırlanır . Qövsün yaranması zamanı yüksək tempratur təsirindən fibradan intensiv şəkildə qaz ayrılır. Ayrılmış qaz kamerada təzyiqi xeyli yüksəldir və qövsü soyudur.Bu isə qövsün tez sönməsinə səbəb olur. 

Tuesday, November 21, 2017

KONTAKTLARIN İŞ REJİMLƏRİ İLƏ ƏLAQƏDAR ONLARDA BAŞ VERƏN PROSESLƏR

Kontaklar üçüm 3 iş rejimi xarakterikdir;
1)Kontakların qapanması
2)Qapanmış kontaktlardan cərəyan axması
3)kontaktların açılması

Naqillərin birləşdirildikləri sahədə onların toxunma nöqtələrinin cərəyana müqaviməti kontaktın keçid müqaviməti adlanır. Keçid müqaviməti kontakt səthlərinin cilalanmasından asılıdır. Kontaktın keçid müqavimətini azaltmaq məqsədi ilə elektrik aparatlarında xüsusi kontakt yaylarından istifadə olunur. Kontakt yaylarının köməyi ilə kontaktların toxunan səthləri müəyyən qevvə ilə bir-birinə sıxılırlar.
Kontaktların etibarlığına təsir edən amillərdən birisi onların qapanması zamanı baş verən titrəmə prosesidir. Titrəmə prosesinin mahiyyətini kontaktorun kontakt mexanizmi üzərində izah edək(şəkil1)



                           Şəkil1.Kontaktorun kontakt mexanizmi

Hərəkət edən kontakt 1 kontakt yayı 3 vasitəsi ilə kontakt qolu 2 ilə əlaqədədir. Tərəpənməz kontakt 4 dayaqda sərt bərkidilmişdir. Aparatın elektromaqniti 2 qoluna F qüvvəsi ilə təsir edərək onu hərəkətə gətirir. Kontaktların bir birinə toxunması  anında zərbə yaranır. Bu zərbə anında kontaktlarda əzilmə deformasiyası baş verir və 1 kontaktı geriyə, sağa tərəf atılır. Kontaktlar bir birindən aralanır və bu aralıqda qvs yaranır; 1 kontaktının sağa doğru hərəkəti o zaman dayanır ki, onun zərbə zamanı aldığı enerji tamamilə 3 yayının sıxılması enerjisinə keçsin. Bundan sonra 1 kontaktı 3 yayının təsiri altında sola hərəkət edəcəkdir. Yeni bir zərbə baş verəcək və kontakt yenidən sağa atılacaqdır. Kontaktların titrəməsi çox zərəlidir. Bu zaman çoxsaylı qövslər yaranır ki, bununda nəticəsində kontaktlar əriyir. Titrəmə zamanı kontaktların böyük sayda açıb-qapanmaları onların tezliklə sıradan çıxmalarına səbəb olacaqdır.
Kontakt yayının sərtliyinin artırılması titrəmənin azalmasına səbəb olur. Titrəməni azaltmaq məqsədi ilə həmçinin 3 yayı əvvəlcədən müəyyən qədər sıxılır. Ətalət momenti də kontaktların titrəməsinə təsir göstərir. Ətalət momenti artdıqca titrəmə artır. Odur ki, kontaktların kütləsi mümkün qədər azaldılır. Dövrəni qapayarkən, hərəkət edən kontakt tərpənməz kontakta yaxınlaşdıqda kontaktlar arasında elektrik sahə gərginliyi artırı və aralığın müəyyən qiymətində (0,01mm) onun deşilməsi baş verir. Deşilmə zamanı yaranan elektronlar anodu bombalayır və onun yeyilməsinə səbəb olur. Anoddan ayrılmış metal hissəcikləri nazik iynələr şəklində katod üzərində yapışırlar. Materialın bir kontaktdan digərinə köçürülməsi, onunnətraf mühitdə buxarlanması ilə əlaqədar kontaktın yeyilməsi fiziki yeyilmə yaxud eroziya adlanır.
Kontaktların etibarlı işləməsi üçün nominal İn cərəyanında keçid Rk müqavimətindəki gərginlik düşgüsü buraxıla bilən qiymətdən kiçik olmalıdır.
                     İn *Rk Ukb.b=(0,5÷0,8)*Uki
Dövrədə qısa qapanma zamanı cərəyanının qiyməti nominaldan 10-20 dəfə böyük olur. Bu halda kontakt sahəsinin tempraturu ani olaraq yüksəlir və ərimə tempraturuna çata bilər. Kontaktlar açılarkən keçid müqaviməti böyüyür. Bu səbəbdən onların toxunma nöqtələrinin tempraturu yüksəlir , ərimə tempraturuna çatır ,kontaktlar arasında maye halında metaldan körpü yaranır. Daha sonra bu körpü qırılır. Kontaktların yüksək tempraturda olması onların intensiv oksidləşməsinə səbəb olur. Bu isə kontaktların yeyilməsinə və sıradan çıxmasına səbə olur. Buna kimyəvi yeyilmə və ya korroziya deyilir. Kontaktların etibarlığını artırmaq məqsədi ilə bir sıra usullardan istifadə olunur. O cümlədən erroziyaya qarşı mübarizə məqsədilə cərəyanı 1A-dən 600A-dək olan elektrik aparatlarında qövssöndürən qurğular köməyilə kontaktlar arasında yaranan qövsün mümkün qədər tez söndürülməsi əldə olunur , kontaktların qapanması zamanı yaranan titrəmə aradan götürülür, kontaktlar qövsə davamlı materialdan hazırlanır.

Ədəbiyyat-Qədir Əbdülrəhmanov, Elektrik və elektron aparatları

Saturday, November 11, 2017

FLEMİNQİN SOL VƏ SAĞ ƏL QAYDASI

Maqnit sahə içərisindəki bir keçiriciyə qüvvə tətbiq edərək hərəkət etdirdikdə bu keçiricidən cərəyan axar və ya maqnetik sahə içərisindəki keçiricidən cərəyan axanda bu keçiriciyə bir qüvvə tətbiq olunur. Generatorr və mühərrik kimi elektrik maşınlarının işləmə prinsipi olan bu iki qayda Faradey və Lenz qanunlarında daha ətraflı açıqlanmışdır.
 Maqnetik sahə içindəki keçiricidən cərəyan axırsa bu keçiriciyə bir qüvvə tətbiq etmiş kimi hərəkət edir. Bu bir mühərrikin iş prinsipinin təməlidir. Və ya maqnetik sahə içindəki keçirici qüvvə tətbiq edərək hərəkət etdirilirsə keçiricidən cərəyan axır. Bu da bir generatorn iş prinsipinin təməlidir. Sol əl qaydası və sağ əl qaydası maqnetik sahənin, cərəyanın və qüvvə istiqamətinin müəyyənləşdirilməsi üçün asan və münasib bir üsuldur.
 John Ambros Fleming tərəfindən olan bu qaydalardan sol əl qaydası mühərriklər üçün, sağ əl qaydası isə generatorlar üçün tətbiq edilir.
Sol əl qaydası mühərriklər üçün tətbiq olunur. Maqnetik sahə içərisinə yerləşdirilən bir keçiricidən cərəyan axanda keçirici qüvvəyə məruz qalır. Flemengin sol əl qaydasına görə, baş barmaq, şəhadət barmağı və orta barmaq bir-biriləri ilə doxsan dərəcə təşkil edəcək şəkildə rəsmdəki kimi tutulanda, işarə barmağı maqnetik sahə istiqamətini göstərirsə, orta barmaq cərəyan istiqamətini, baş barmaq isə keçiriciyə tətbiq olunan qüvvənin və bu səbəbdən hərəkət istiqamətini göstərir.
Sağ əl qaydası generatorlar üçün tətbiq olunur. Maqnetik sahə içərisinə yerləşdirilən bir keçiriciyə qüvvə tətbiq edərək hərəkət etdirildikdə keçiricidən cərəyan axır. Flemengin sağ əl qaydasına görə yenə baş barmaq, şəhadət barmağı və orta barmaq bir-biriləri ilə doxsan dərəcə təşkil edəcək şəkildə rəsmdəki kimi tutulanda, işarə barmağı maqnetik sahə istiqamətini göstərirsə, baş barmaq keçiriciyə tətbiq olunan qüvvə və hərəkət istiqamətini, orta barmaq isə cərəyan istiqamətini göstərir.

Friday, November 10, 2017

E=MC²

Eynşteynin məşhur E=mc² tənliyi kütlə və enerjini müqayisə etməsi və bu ikisinin bir bərabərliyini verməsi səbəbiylə fizikada inqilab yaratmışdır.
 Albert Eynşteynin E=mc² tənliyi fizikada bəlkə də ən çox tanınan tənlikdir. Bu tənlik belə çox məlum olmasına baxmayaraq əksəriyyətlə ifadə etdiyi məna məlum deyil.
E-mc² tənliyi Eynşteynin xüsusi nisbilik nəzəriyyəsi ilə əlaqəlidir. Bu tənlik əslində Eynşteynin orginal xüsusi nisbilik məqaləsində olmaz. Eynşteyn, kütlə və enerji bərabərliyi üzərində sonradan qısa bir məqalə yazmışdır. Xüsusi nisbilik nəzəriyyəsinin prinsiplərini bir-birinə zidd iki istiqamətdə işıq enerjisi saçan bir cisim üzərinə tətbiq edərək Eynşteyn, cismin enerji yaydıqca kütləsinin azaldığını ortaya qoydu. Qurduğu məntiqə davam edərək, cismin kütləsinin, daşıdığı enerji miqdarının bir ölçüsü olduğu nəticəsinə gəldi. Beləliklə, enerji və kütlə arasında bir tənlik yaratdı.Eynşteyn görə kütlə və enerji eyni şeyin iki fərqli görünüşüdür. E=mc² tənliyinin E simvolu enerji miqdarını, m simvolu kütlə miqdarını və c simvoluda  də işıq sürətini bildirir. Əgər kütlə enerjiyə çevrilərsə, işıq sürətinin kvadratı kütlə böyüklüyünün hasilində enerji ortaya çıxır. Fiziklərin tez-tez istifadə etdiyi ölçü vahidləri, kütlə üçün kiloqram, enerji üçün coul və sürət üçün metr/saniyədir.
İşıq sürəti 3x10 metre/saniyədir. Eynşteynin tənliyinə görə 1 kq kütlə 9x1016 coulluq enerjiyə çevrilir. Bir coul, bir alma yerdən qaldırıb stola qoymaq üçün lazım olan enerji qədər kiçik bir enerji hesab etmək olar. Amma kq-lıq bir kütlənin enerjiyə çevrilməsi çox böyük miqdarda coul yəni böyük bir enerji ortaya çıxarır.Saxlanma qanunları fizikadakı əsas qanunlardır. Bu qanunlar kainatda dəyişikliyə məruz qalan kəmiyyətlərin ümumi miqdarının hər zaman sabit qaldığını deyir. Fizikada bu kəmiyyətlərə saxlanma kəmiyyətləri deyilir. Eynşteyndən əvvəl fiziklər, kütlə və enerjinin bir-birindən tamamilə fərqli, saxlanmalı iki kəmiyyət olduğunu düşünürdü və kütlə və enerji bir-birindən ayrı saxlanma qanunlarına malik idi.

 Eynşteyn kütlə və enerjinin eyni bir kəmiyyətin iki fərqli versiya olduğunu göstərəndə enerjinin və kütlənin saxlanması qanunları birləşdirilərək kütlə-enerji saxlanması qanunu yaradıldı. Buna görə kainatdakı ümumi kütlə-enerji miqdarı sabit qalmaq məcburiyyətindədir amma kütlə və enerji E=mc² dəyişiklik tənliyinə görə bir-birinə çevrilə bilər. Məsələn, kainatdakı ümumi kütlə-enerjini qorumaq üçün nüvə və kimyəvi reaksiyalar enerji ötürülməsində reaksiyaya girən maddələrin kütlə itirməsi lazımdır.

Sunday, October 29, 2017

TELEFON BATAREYASI VƏ ADAPTERİ HAQQINDA YANLIŞ BİLDİKLƏRİNİZ

Hər gün ağıllı telefonun şarj edilməsinin günümüzdə geniş yayılmış bir senari olmasına baxmayaraq, həyatımızdakı hər şeydə demək olar ki, hər şey üçün bir cihaz istifadə etmək, hər kəsin bir asılılıq kimi qəbul etdiyi bir şeydir. Zəngləşmə və mesajlaşmağı sosial şəbəkələrə, e-poçtlara, fotolara və videoçarxlara ənənəvi olaraq , bugünkü hər bir ağıllı telefon bu güc tələb edən tətbiqlərə malik olur. Ancaq qurğunuzun günortadan sonraya doğru qırmızı keçməsini əngəlləmək üçün nələr edirsiniz? Onu şarj edin - ən yaxşı cavab olardı.
Cib telefonları bir neçə onilliklər boyunca gündəlik həyatımızın əhəmiyyətli bir hissəsidir; amma mobil telefonlarımızı və ya telefonlarımızın can damarını necə yaxşı bilirik? Yanlış bildiyimiz nədir?
Bəlkə də səhv olduğunu bilirik, söyləməkdən daha böyük bir hissəni şişirtdiyimizi söyləmək daha doğru olar; amma batareyalar barədə hələ də bilmirik. Davamlı oynamayın, şikəstlik çıxardar, partlayar, yanar dediyimiz batareyalar ilə əlaqədar səhv bilinənləri, uydurulanlardır və əksəriyyət tərəfindən inanılan əfsanələri araşdırıb sizi düzgün istiqamətləndirmək istədik.

1) Telefonu enerjiləndirərkən(şarj edərkən,doldurmaq) istifadə etmə partlayar əfsanəsi
Xüsusən özlərini texnologiya həvəskarı kimi görənlər, batareya ilə bağlı ümumi əfsanəlarə hər zaman sadiqdir və bir sonrakı nəsil ağıllı telefon istifadəçilərinə sərhədləri aşaraq onları atırlar. Doldurma zamanı istifadə etməyin, orijinal doldurma avadanlığını istifadə et və digər bir neçə əfsanə hələ də gülüncdür.

(Həmçinin narahat olmayın bunlar Amerikada da bazara çıxır və o adamlar istifadə materialında yazmadığı üçün pişiyi mikrodalğalı sobaya atıb özlərini haqlı görür. Yəni elə bir risk olsa üzərində yazardılar.
Əlbəttə ki, digər tərəfdən təsdiqlənməyən, saxta, və saxta üçüncü tərəf istehsalçıları tərəfindən hazırlanan şarj cihazları və ya batareyalar üçün eyni demək olmaz. (Orginal istifadə edin)

2)"Telefonu gecə boyu enerjiləndirməyin(şarj etməyin, doldurmaq), zərər verir/yanar" əfsanəsi

Müasir cib telefonları və ya oxşar cihazlar, batareyalarının nə vaxt dolduğunu bilir və güman etdiyinizdən daha böyük bacarıqlara malikdirlər.
Məhz bu gün, bilməyiniz lazım olan altı səhv olmayan batareya ilə bağlı miflər var.
 Əfsanə: Ağıllı telefonunuzu gecə boyu doldurma etməyə əsla qoymayın - batareya üçün pisdir.
Sözüm bəzi savadsız şəkildə düşünənlərədir, ən əsasda telefonu dizayn baxışdan sevənlərə yəni daxilindəki mühəndis tərəfindən icad edilən sxemlərin adını belə bilməyənlərə, hətta deyərdim ki fizika dərsində oturub ancaq fizikanın nə olduğunu bilməyənlərədir. Əgər ağılla fikirləşsəniz görərsiniz ki, telefonlar onlarca testdən keçmədən və nələr edə bilməyəcəyi nəzarət edilmədən bazara çıxmır.
Bu yəqin ki, həddən artıq doldurmaya inananlar üçün keçərlidir. Çoxu yeni ağıllı telefonu bir və ya iki saat içində tamamilə doldurma edərkən, özlərini heç vaxt həddindən artıq doldurma etməzlər. Yeni ağıllı telefon, temperatur və şarj edən reseptorlarla istehsal olunmuşdur. Yükləmə başa çatanda və batareyanın temperaturu nominal sahələri keçsə avtomatik olaraq kəsilirlər. Bu əfsanəyə tanış olan insanlar həmçinin, telefonu gecə boyu şarj etmək üçün buraxmaq batareyanın gücünü salacaqlarından qorxur. Narahat olmayın - Litium-ion batareyalar bütün ağıllı telefonlarda bu gün istifadə edilir və həddindən artıq isinmə və hədsiz doldurma üçün mühafizə dövrələri ilə istehsal olunmuşdur. Ağıllı telefonunuz şarjediləndə, ağıllı telefonun daxili dövrəsi gücü kəsər və yavaş-yavaş, batareya nıntam həcmdə qalması üçün şarj olur. Adapter avadanlığını bütün gecə, ya da günə bağlı saxlamaq tamamilə etibarlıdır.

Əgər cib telefonda batareyanın tamamilə dolu olmasına baxmayaraq hələ də adapteri telefona taxılı belə qalsa batareyaya gələn cərəyanı və batareyadan enerji qəbulu avtomatik kəsilr və sadəcə şəbəkə elektrik enerjisi ilə işləyir, bu sayədə batareya zərər görməmiş olur; Ancaq ekspertlər digər tərəfdən doldurmanı davamlı40% -80% arasında tutmağın batareyanın ömrü baxımından daha sağlam olduğunu deyir; Çünki batareyalar istifadə edilmək üçün hazırlanır, gizlətmək üçün deyil.

3) "Telefonu şarj etməzdən əvvəl tamamilə bitməsini gözlə" əfsanəsi
Batareyanın ömrünün azalacağına dair başqa bir şəhər əfsanəsi olan bu əfsanə də yersiz məlumatlardan bir başqasıdır və litium-ion batareyalar deyil, amma köhnə tip nikel batareyalar üçün keçərlidir. Müasir litium-ion batareyalar müəyyən sayda şarj edilmək və işlənmə saatı üzrə hazırlanır və yüklənmə bitəndə əgər batareyanın ömrü 1 milyon saatdırsa bundan 1 azalır. (yəni telefonunuz enerjisizlikdən sönənə qədər gözlətmək batareya ömrünü azaldır).

4)"Telefonu ilk alanda 24 saat enerji yüklənməsi(şarj)  lazımdır" əfsanəsi
Yenə köhnə tip nikel batareyalar üçün keçərli olan bu vəziyyət "ilk doldurma" adına olan bir üsuldur və əslində səhv tətbiq olunur. Köhnə tip batareyalarda 24 saat doldurma etmək şişirdilir, 16 saat ilk doldurma kifayətdir; Ancaq əsasən batareyadan maksimum səmərə almaq üçün bu tətbiq etməyi bir neçə dəfə təkrar etmək və cihazı iki üç gün qədər 16 saatlıq dairələr halında doldurma etmək lazımdır (di) ki, Müasir litium ion batareyalarda isə 6 saatlıq bir ilk doldurma kifayətdir. (artıq 21 ci əsrdə yaşayırıq)))

5)"Telefonu rəsmi istehsalçısının adapterindən başqa bir adapter ilə doldurma" əfsanəsi
Saxta, Brend olmuyan lisenziyalı olan bütün adapterləri, ya da telefon markasının xaricində bir markanın doldurma alətini istifadə etməyinizə bir çətinlik yoxdur.


 Telefonun orginal adapteri istifadə etmənin sürətli doldurma , ya da bənzəri üstünlükləri olması baxımından daha səmərəli olsa da, lisenziyalı olduğu prosesdə nə ilə doldurma etsəniz edin.

6)"Telefonu USB ilə doldursaz ömrünü azaldır" əfsanəsi

USB-nin yeganə fərqi daha aşağı amper istifadə etdiyi üçün telefonunuzu daha yavaş şarj etməsidir ki bu batareyanın daha az yüklənməsinə səbəb olduğu üçün avantajlı ola bilər.


 Küçələrdə , ya da benzin stansiyalarında olan sürətli doldurma stansiyaları, ya da bənzəri doldurma maşınları batareyaya zərər verən cihazları olsa da, bunlardan başqa, telefonu kompüterinizə taxıb USB doldurma etməyinizin heç bir eybi yoxdur. (kim uydurur, belə şeyləri!!!)

"Yüksək temperatur batareyaya zərər verir"

 Aha həqiqət və hətta batareyalar ilə bağlı mütləq həqiqət budur. Müasir litium-ion batareyalar öz quruluşları lazımi qədə isinir və bu normaldır ki, yuxarıdakı əfsanələr əsasən bu vəziyyətdən qaynaqlanmaqdadır .Bataryanız adətən aşağı temperaturlarda daha tez bitir.  (Çünki əslində batareyanın istiləşməsi və isti qalması lazımdır) .Ən sağlam istifadə batareya otaq temperaturunda saxlamaq və çox temperatur dəyişikliyinə məruz qalmamağıdır. (Ondan başqa nəylə doldurma etsəniz edin, keyfiniz bilər. Təki lisenziyalı, orginal olsun)

Friday, October 27, 2017

Nyuton mexanikasında olduğu kimi, gravitasiya təsiri həmişə kütlələrə sahib ilə cisimlər arasında gerçəkləşir və elektrodinamikada da elektrik təsirinə bənzər şəkildə elektrik yüklərinə sahib cisimlərə məxsusudur. Elektrik yükü "q" və ya "Q" simvolu ilə göstərilir.  Elektrodinamikada elektrik yükü q anlayışının mexanikanın qravitasiya kütləsi m anlayışına bir qədər oxşar olduğunu deyə bilərik. Ancaq qravitasiya kütləsindən fərqli olaraq, elektrik yükü, elektromaqnit qarşılıqlı təsirləri qüvvəyə daxil etmək üçün cisimlərin və hissəciklərin xüsusiyyətlərini xarakterizə edir və bu təsirlər, anladığınız kimi, qravitasiya deyil..
Elektrik yükü
Elektrik hadisəsinin araşdırılmasında insan təcrübəsi bir çox eksperimental nəticə əhatə edir və bütün bu həqiqətlər, fiziklərə elektrik yükləri ilə bağlı aşağıdakı dəqiq qənaətlərə gəlmələrinə icazə vermişdir;
1) Elektrik yükləri iki cürdür - şərti olaraq müsbət və mənfi olaraq ayrılırlar.

2) Bir yüklənmiş cisimdən digərinə, elektrik yükləri ötürülə bilir: Məsələn, cisimləri bir-biri ilə təmas etdirərək aralarındakı yük bölünə bilər. Bu halda, elektrik yükü, cismin vacib bir komponenti deyil: Fərqli şərtlər altında, eyni cismin fərqli işarəli elektrik yükünə və ya yüklənməmiş elektrik yükünə malik ola bilər . Beləliklə, yük daşıyıcıya məxsus bir şey deyil və eyni zamanda bir yük daşıyıcı olmadan yük də ola bilməz.
3) Eyni adlı cisimlər bir birlərini itələyir, müxtəlif adlı cisimlər bir birlərini cəzb edir.

Elektrik yükünün saxlanması qanunu, təbiətin əsas qanunudur, "təcrid edilmiş bir sistem içindəki bütün cisimlərin yükünün cəbri cəmi sabit qalır".  Bu o demekdir ki ,qapalı sistemdə bir işarəli yüklərin əmələ gəlməsi  və ya yoxa çıxması  mumkun deyil.
Günümüzdə elmi baxış bucağı, başlanğıcda yük daşıyıcılarının əsas hissəciklər olmasıdır. Əsas hissəciklər neytron (elektrik olaraq neytral), protonlar (müsbət yüklü) və elektronlar (mənfi yüklü), atomlar əmələ gətirirlər. Protonlardan və neytronlardan atomların nüvəsi yaranır, və  elektronlar atomların təbəqələrini yaradır. Protonlar və neytronlar atom nüvəsindən meydana gəlir və elektronlar atom təbəqələrini yaradır. Elektron və protonun yük modulları, əsas yük E miqdarına bərabərdir, ancaq bu hissəciklərin yükü bir birinə əksdir.

Elektrik Yüklərinin qarşılıqlı təsiri. Klon qanunu
1785 ci ildə Fransız fizik Şarl Kulon, elektrik yüklərinin bir-biri ilə bilavasitə qarşılıqlı təsiri baxımından əsas bir təbii qanun olan elektrostatikanın Əsas Qanununu təcrübi olaraq təyin etdi və açıqladı. Elm adamı, sabit nöqtə yüklü cisimlərin qarşılıqlı təsirini araşdırdı və qarşılıqlı itələmə və cazibə qüvvələrini ölçdü.
Kulon eksperimental olaraq bu şəkildə qurub: "Sabit yüklərin qarşılıqlı təsir qüvvələri, yüklərinin hasilinin moldulu ilə düz mütənasibdir və aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir". Elektrik mühəndisliyi sahəsində Coulomb Qanununun tətbiqi.

Müasir elektrik mühəndisliyində Coulomb Qanunun bir formada və ya başqa bir şəkildə işləməyəcəyi bir sahə yoxdur. Sadə bir yüklü kondansatörlə bitən elektrik cərəyanından başlayaraq. Xüsusilə elektrostatik ilə əlaqəli olan sahələr, onlar Coulomb Qanununa aiddir. Yalnız bir neçə nümunəyə baxaq.Ən sadə halda dielektrikin tətbiqi. Vakuumda yüklərin qarşılıqlı təsir qüvvəsi eyni dielektriklərin aralarında yerləşdiyi şəraitdə həmin yüklərin qarşılıqlı təsir gücündən daha da böyükdür. Mühitin dielektrik keçiriciliyi, məhdudiyyətlər və onların ölçüsü arasındakı məsafədən asılı olmayaraq, qüvvələrin dəyərlərini kəmiyyətcə müəyyən etməyə imkan verən dəyərdir. Vakuumda tətbiq olunan dielektrikin icazə verəcəyi ilə  qarşılıqlı təsirini təmin etmək kifayətdir, dielektrik mövcud olduqda qarşılıqlı qüvvəni əldə edirik.

Tuesday, October 24, 2017

GƏRGİNLİKLƏR VƏ CƏRƏYANLAR REZONANSI

Gərginliklər Rezonansı
Fizikada rezonans, bir rəqs konturundakı sərbəst rəqslərin tezliyinin məcburi rəqslərin tezliyi ilə üst-üstə düşdüyü hadisəyə deyilir. Elektrotexnikada, müqavimət, tutum və induktivlikdən  ibarət olan bir dövrə, rəqs  dövrəsinin bir analoqu kimi funksiya görər. Qoşulmalarına görə , gərginliklər rezonansı ilə cərəyanlar rezonansına ayrılırlar.

Gərginliklər rezonansı
Gərginliklər rezonansı ardıcıl bir RLC dövrəsində ortaya çıxır.
Rezonans şərti üçün, güc mənbəyinin tezliyinin rezonans tezliyinə w =wp və bilavasitə induktiv və tutum müqavimətlərin xL=xC bir-birinə bərabər olmasıdır. Bu zaman aktiv müqavimət tam müqavimətə bərabər olacaqdır. İnduktiv UL və tutum UC dəki gərginliklərin əks fazası olacaq və bir-birilərini kompensasiya edəcəkdir.
                                         =R
                                               I=U/Z
Dövrənin tam müqaviməti(impedansı )daha sonra aktiv  müqavimət R-ə bərabər olacaq, bu da dövrə içindəki cərəyanın artmasına və həmçinin elementlərdəki gərginliklərdə bərabərləşirlər.
Rezonansda, Uc və UR gərginlikləri, dövrə üçün təhlükəli olan mənbə gərginliyindən daha böyük ola bilər.
Tezlik artdıqca, induktivliyin müqaviməti artır və kondensatordakı  azalır. Mənbəyin tezliyi rezonans tezliyinə bərabər olduğu zaman, bunlar bərabər olacaq və Z dövrəsinin tam müqaviməti ən kiçik olacaqdır. Nəticə olaraq dövrədə cərəyan maksimum olacaqdır.
İnduktiv və tutum müqavimətlərin bərabərliyi şərtindən, rezonans tezliyi tapırıq.,
Qeyd edilən tənliyi əsas tutaraq, rəqs dövrəsindəki rezonansın, mənbə cərəyanının tezliyini (məcburi rəqslərin tezliyi) dəyişdirərək və ya induktiv L və tutum C parametrlərini dəyişdirərək əldə olunması nəticəsinə gəlmək olar
  Bir ardıcıl RLC dövrəsində, induktiv  ilə kondensator arasında enerji mübadiləsinin güc mənbəyi vasitəsilə aparıldığı unudulmamalıdır.

Cərəyanlar Rezonansı
Cərəyanlar rezonansı, müqavimətli bir dövrədə və bir induktiv tərəfindən paralel bağlanmış bir kondensator ilə ortaya çıxır. 
Cərəyanlar rezonansı şərti üçün , mənbəyin tezliyinin rezonans tezliyinə w =wp ilə bərabər olması, və ya  BL= BC keçiriciliyinin bir birinə bərabər olması lazımdır. Yəni, cərəyanlar rezonansında, tutum və induktiv keçiricilər bərabərdir.
Qrafiki açıqlamaq üçün, keçiricilyi bir müddət qırağa qoyub müqavimətə keçək.. Tezlik artdıqca dövrənin tam müqaviməti artar və cərəyan azalır. Tezlik rezonans  tezliyə bərabər olduğu anda, müqavimət Z maksimumdur, ona görə də dövrə  daxilində cərəyan ən kiçik qiyməti alır və aktiv müqavimətə bərabərdir.
Rezonans tezliyi belə ifadə edilir.,

İfadədən göründüyü  kimi, rezonans tezliyi, gərginliklər rezonansında  olduğu kimi izah edilir.
 Rezonans fenomeni həm müsbət, həm də mənfi ola bilər. Məsələn, hər hansı bir radio qəbul edicisinin, induktivliyini və ya tutumumunu dəyişdirərək istənilən radio dalğasına tənzimlənmişrəqs konturuna qura bilərik. Digər tərəfdən, rezonans hadisəsi dövrədə  gərginliyin və ya cərəyanın sıçrayışlarına gətirib çıxara bilər ki, buda öz növbəsində qəzaya gətirir.


Wednesday, October 18, 2017

MCB AVTOMATLARI

Milyardlarla miniatür dövrə kəsici və ya MCB, mənzil və yaşayış yeri olmayan binalara yerləşdirilir və ya sənaye  tətbiqləri üçün istifadə edilir.
Tipik cihazın işə buraxma cərəyanlarına icazə verməsi üçün, MCB, qısa müddətli hədsiz yüklənmə zamanı sabit qalmalıdır. Videoya baxmaq üçün  bu linkə daxil olun  MCB avtomatı
Bununla yanaşı, həddən artıq yük davam edərsə, MCB dövrəni müəyyən bir müddət sonra açmalıdır. Qısa dövrə əsnasında, bir MCB, qəzanı  ən aza tükəndirmək üçün cərəyanın təhlükəsiz bir şəkildə kəsilməsini təmin etməlidir.
MCB açma xarakteristikası, həddən artıq yüklər üçün istilik bir hərəkətini və qısa dövrələr üçün maqnit bir hərəkəti göstərir.
MCB avtomatlar  fərqli açma xüsusiyyətlərinə görə D, C, Bnövlərinə ayrılır. B ən çox istifadə edilən növüdür.
Məsələn, B1 dərəcələrini müəyyənləşdirməsi, MCB avtomatının nominal cərəyanın üç ilə beş misli arasında ani olaraq cərəyanı açacağı mənasına gəlir; Nominal cərəyan 1A-dir.
Bir MCB avtomatının iç tərəfində, cərəyanın bağlı kontaklar nöqtələri boyunca keçdiyi yol görülür və açmanı təmin edən komponentlər də göstərilmişdir
İfrat və ya artıq yüklənmə cərəyanın amplitudu  nə qədər yüksəkdirsə, bir MCB avtomatının daha sürətli açılmasına səbəb olur.
Bu iki müxtəlif metaldan ibarət olan metal elementlə əldə edilir hansılar ki, cərəyanın axmasıilə qızırlar.
İki metal, qızarkən fərqli nisbətlərdə genişlənir.
Kifayət qədər uzun olan  ifrat cərəyan cərəyan sonunda ayırıcı elementini hərəkətə keçirir.
Bir MCB avtomatı nominal cərəyanın bir neçə qatında bir qısa dövrə ilə qarşılaşanda ani olaraq  dövrəni açmalıdır.
Solenoid və porşen və ya plunjer, ani açma üçün istifadə edilən elementlərdir.\
Qısa qapanma və ya dövrə, plunjeri hərəkət etdirən və ayırıcını işlədən bir anlıq maqnit sahə əmələ gətirir.
Yüksək qəza cərəyanlarının qəfildən kəsilməsi ağır fəsadlara səbəb ola bilər.
Maqnit qüvvəsi nəticəsində, Qövs bir qrup metal lövhələrin içilə hərəkət edir., burada soyudulur, bölünür və növbəti sıfır dərəcəsinə çatana qədər söndürülür.
Kiçik ölçüsünə baxmayaraq, bir MCB avtomat, həddindən artıq yüklənər və qısa dövrələr üçün iki ayrı təkan vermə mexanizmindən ibarət olan olduqca mürəkkəb bir quruluşa malikdir.
İstehsalçılar tərəfindən istifadə edilən materialların keyfiyyəti çox müxtəlifdir.
Bu səbəblə, bəzi istifadəçilər öz MCB avtomatlarını istehsalçılara güvənməsini artırmaq üçün test edəcəkdir.
Test zamanı, MCB avtomat dövrədən çıxarılır  və bir test ciahzına bağlanır.
Test cihazı, yük şərtlərini və qəza cərəyanlarını simulyasiya etmək üçün müxtəlif cərəyanlar hasil edir.
Qısa dövrə açma elementləri əvvəl test edilir.
Daha sonra artıq yüklənməyə görə açılma elementi  test edilir.
Nominal cərəyana malik bir tarazlıq testi bu MCB avtomat üçün testi tamamlayır.

Saturday, October 14, 2017

OM QANUNU

Qapalı elektrik dövrələrini xarakterizə edən hər 3 əsas kəmiyyət cərəyan şiddəti elektrik hərəkət qüvvəsi və müqavimət bir biri ilə əlaqədar kəmiyyətlərdir .Bunların arasında olan asılılığı təyin edən və 1827-ci ildə ilk dəfə riyazi şəkildə ifadə edən ingilis alimi Om olmuşdur. Odur ki, bu asılılığ OM qanunu adlandırmışdır .Bu qanunda belə deyilir: qapalı elektrik dövrəsində cərəyan şiddəti cərəyan mənbəyinin elektrik qüvvəsi ilə düz dövrənin müqaviməti ilə tərs mütənasibdir. Bu tərif ümumiyyətlə, Om Qanununun 1-ci tərifidir. Burada om qanunu bütün dövrəni nəzərdə tutur və buna görə də bu dövrədən keçən cərəyan şiddəti dövrənin gərginliyindən deyil,  ancaq elektrik hərəkət qüvvəsindən asılı olur. Bu tərifə əsasən, om qanunu üçün aşağıdakı riyazi ifadəni yaza bilərik. 
                                    İ=E/rümumi
Burada rümumi-mənbənin öz daxili müqavimətini də nəzərdə tutmaq şərti ilə dövrənin ümumi müqavimətini göstərir.Bu tənlikdən görünür ki, elektrik hərəkət qüvvəsi sabit qaldıqda dövrədən keçən cərəyan şiddəti dövrənın ancaq ümumi  müqavimətindən asılı olur. Belə ki, bu müqavimət azaldıqca cərəyan artacaq, müqavimət artdıqca cərəyan azalacaqdır. Om Qanununun 2-ci yəni, dövrənın bir hissəsi üçün olan ifadəsini bu şəkildə yazırlar. 
Bu tənliyə görə, xarici dövrədən keçən İ cərəyanını almaq üçün nəzərə alınan dövrə hissəsinin (AB hissəsinin)  fa-fb ucları arasındakı potensiallar fərqini həmin hissənin müqavimətinə bölmək lazımdır. 


İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov