Friday, January 25, 2019

Asinxron mühərrikinin faza dolağlarının başlanğıc və sonunu necə təyin etmək olar?

Bir elektrik mühərrikinin pasportunda məsələn, 220/380V olaraq yazılıbdırsa, bu elektrik mühərrikinin həm 220V şəbəkəyə(üçbucaq birləşmiş sxemlə) həmdə 380V(ulduz birləşmiş sxemlə) səbəkəyə qoşula bilməsi deməkdir. Ümumiyyətlə  asinxron mühərrikin stator dolağlarının sarğılarının altı sonluğu(koneç) vardır. QOSTA görə, asinxron mühərrikinin dolağları aşağıdakı kimi işarələnir:
1-ci faza, C1(başlanğıc)-C4(son)
2ci faza, C2(başlanğıc)-C5(son)
3-cü faza, C3(başlanğıc)-C6(son)
Şəkil 1. Asinxron mühərrikinin sarğılarının qoşulma sxemi.:a-ulduz, b- üçbucaq,  c- mühərrikin sıxac qutusunda ulduz və üçbucaq birləşmənin həyata keçirilməsi
Şəbəkə gərginliyi 380V-sa, mühərrikin stator dolağlarə "ulduz" əlaqəsi sxeminə əsasən bağlanmalıdır. Eyni anda, bütün başlanğıclar(C1,C2,C3) və ya bütün sonlar(C4,C5,C6) ümumi bor nöqtədə qoşulmaldır. AB,BC,CA sarğılarının ucları arasına 380V tətbiq olunur. Hər fazada, yəni O və A, O və B, O və C nöqtələri arasındakı gərginlik kökaltı 3 dəfə az olacaqdır: 380/1,7= 220V
Stator dolağının faza çıxışlarının  təyin edilməsi(başlanğıc və son).
Mühərrikin stator sarğılarının çıxışlarında(ucları) metalik sıxıcı halqaları üçün adi standart şərti işarələr vardır. Yəni bu metalik halqalar üzərində fazaların adları və nömrələri qeyd olunur. Elə vaxt olur bu halqalar itir və ya pozulur. Bu zaman bu fazaların necə və hansı şəkildə sıralanmağı ehtiyac duyulur.Bu belə ardıcıllıqla təyin edilir.
iLK olaraq, test lampası köməyilə, ayrı ayrı faza dolağları və başlanğıc-son cütləri təyin edilir(Şəkil 2).
Şəkil 2. Yoxlama lampası ilə faza-cütlərinin təyin edilməsi(başlanğıc-son)
Mühərrikin stator dolağının 6 ucundan biri şəbəkənin 2 ci fazasına və yoxlama lampasının bir ucu şəbəkənin 3 cu fazasına digəri isə digər dolağlara toxundurulur. Test lampasının digər ucu, lampa işıqlanıncaya qədər stator dolağların qalan 5 ucuna sırayla toxundurulur. Lampa işıqlandıqda, şəbəkəyə bağlı iki ucun eyni fazaya aid olduğu anlamına gəlir.Dolağlar bir-birbirinə toxunmamalıdır. Faza cütləri lampayla təyin olduqcan üzərində işarələnməlidir. İndi bu cütlərdən hansının başlanğıc hansının son olduğunu təyin edək.
1. Transformasiya qaydası. Fazalardan cütlərinin birinə lampa qoşulur. Digər iki faza ardıcıl olaraq qoşulur və şəbəkəyə bağlanılır. Əgər bu iki faza, O nöqtəsində birinin şərti "sonluğu" digərinin şərti "başlanğıcı" ilə birləşdirilmiş kimi qoşulu olarsa, ∑Ф maqnit seli üçüncü dolağı kəsir və orda EHQ induksiyalandırır(Şəkil 3 a). Lampa kiçik közərməylə EHQ-ni göstərəcəkdir. Əgər lampa közərməzsə, 30-60V luq voltmetr istifadə edə bilərsiz.
Şəkil 3. Transformasiya qaydası ilə mühərrikin faza dolağlarının başlanğıc və sonlarının təyin edilməsi.
O nöqtəsində, məsələn şərti sonlu(şəkil 3.b) dolağların maqnit selləri biribirinə əks istiqamətdə yönələcəkdir. Ümumi sel sıfıra yaxın olacaq və lampa közərməyəcəkdir(voltmetr 0 göstərəcək). Bu halda, hər hansı bir faza aid ucların yeri dəyişdirilməli və təkrar qoşulmalıdır. Lampanın közərməsi vardırsa(voltmetrdə az da olsa gərginlik göstərirsə), uclar(sonluqlar) işarələnməlidir. Ümumi bir nöqtədə bir araya gələn uclardan birinə , H1(birinci fazanın başlanğıcı) işarəsi və digər ucada K3(və ya K2) işarəsi qoyun. K1 və H3(və ya H2) işarələrini H1 və K3 ilə müvafiq olaraq, ümumi düyünlərdə yerləşən(işlərin birinci hissəsi görüldüyü zaman bağlanan) uclara taxıllar.Üçüncü dolağın uyğunlaşdırılmış ucunu müəyyən etmək üçün, 3(b) şəkilində göstərilən sxemi yığıllar. Lampanı, artıq işarələnmiş çıxışların fazalarının birinə qoşullar.

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov