Saturday, May 30, 2020

Sadə gücləndirici sxemi və onun iş prinsipi

Təbrik edirəm! Sən özünə məxsus gücləndirici yığmısan! Amma sən onun iş prinsipini hələ tam başa düşmürsən. Mən ümumi öyrənmə sxemindən kənara çıxıram və nəzəriyyəni praktikadan sonra söyləyirəm.

Yenidən sxemə baxırıq:
Əvvəlcə vəd etdiyim kimi, tranzistor haqqında danışacağam. Əvvəldə МП39 - МП41 tipli tranzistorlardan istifadə et, onları lehimləmək daha asandır və onlar p-n-p quruluşuna malikdirlər. N-p-n tipli tranzistor bazasına müsbət gərginlik verilərkən o açılır, yəni emitterlə kollektor arasında müqavimət azalır, mənfi verilərkən isə, əksinə, bağlanır və cərəyan şiddəti nə qədər güclü olarsa, o, açılır və ya bağlanır. P-n-p strukturunun tranzistorları üçün isə bu hal əksinədir. Bizim gücləndiricimizdə tranzistorun bu xüsusiyyəti çox yaxşı aydın göstərilmişdir. C1 kondensatoru ona görə quraşdırılmışdır ki, sxemdəki gücləndiricinin girişinə maqnitafon və ya digər komponenləri taxdıqda, sabit cərəyan tranzsitorun bazasına daxil ola bilməsin. Çünki batareyanın sabit cərəyanı kondensatorlardan keçə bilməz, amma mikrofondan və ya maqnitafondan çıxan dəyişən cərəyan asanlıqla keçə bilir
Və bu dəyişən cərəyan tranzistor bazasına daxil olur və onu açıb-bağlayırr. Və tranzistorun kollektor və emitteri vasitəsilə nisbətən böyük bir batareya cərəyanı axır və bu cərəyan mikrofonun çıxışında alınan rəqs taktında dəyişir. Sual: "niyə R1 müqaviməti?".
Cavab: "bunun vasitəsilə tranzistorun sabit işləməsi üçün kiçik qapayıcı gərginliyi tranzistor bazasına ötürülür."
Sual: "Niyə C1 kondensatoru ?"
Cavab:" bilmirəm və o olmasa belə hər şey yaxşı işləyir, amma kitablarda deyilir ki, o, bloklayıcıdır."
Gəlin gücləndiricinin girişinə daxil olan siqnala və gücləndiricinin çıxışından alınan siqnallara baxaq:
Gücləndiricinin girişindəki siqnal(telefon və ya maqnitafonun auxundan alınan siqnal):
Gücləndiricinin çıxışından alınan gücləndirilmiş siqnal:
Bu rəsmlərə bax, bəlkə belə şeyləri ilk dəfə görürsən, bunlar sinusoidallarıdır. Onlara görə, cərəyanın rəqs tezliyini təyin edə bilərsiniz, yəni saniyədə neçə dəfə cərəyanın qütb dəyişməyini tapmaq olar.
T -perioddur.
Məsələn, 1 mm 0.0001 saniyəyə bərabərdir, bir təpədən digərinə olan məsafəni ölçək, deyək ki 50 mm olsun, əgər vursaq 50 * 0.0001 = 0.005 , indi düstura görə tezliyi hesablayın: f = 1 / T burada f tezlikdir, biz 1 / 0.005 = 200 (Hers) alırıq. Qısaldılmış şəkildə - 200 Hz.

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov