Friday, February 10, 2023

3 fazlı asinxron mühərrikinin bir faza ilə çalışması zamanı praktiki ölçmələr

 Sizə 0.37 KVt-lıq 3 faz Ölçməni multimetrdə dəyişən gərginlik bölgüsünü seçərək aparmışam. Köndensator və xətt-dolaq arası gərginlikəri və tətbiq etdiyim gərginlikləri təqidim edirəm.


Bu ölçmələrdən açıq aydən görünür ki, mühərrikin dolağları arasına az gərginlik tətbiq olunubdur(380 əvəzinə) əlbəttə ki mühərrik öz tam gücü ilə çalışa bilməz. Nəzər yetirsəniz dolaqlar arası fərqli gərginlərin tətbiq olunduqları haqqında da bir düşünün. Mühərrikə belə gərginlik tətbiq etmək əslində yol verilməzdir. Əlbəttə ki, mühərik enerji israfına yol açacaq(valına oturmuş yükdən asılı olaraq).  Əslində bu mühərrik 3 fazlı olduğundan hər bir dolağına xətt gərginlikləri bir-birindən 120 dərəcə sürüşmə ilə tətbiq olunmalıydı. Əks təqdirdə mühərrikin statorunda fırlanan maqnit sahəsi əmələ gəlməyəcəkdir. Ancaq 1 fazlı mühərrikdə bu sürüşməni süni şəkildə kondensator vasitəsilə ilə yaradıblar. Mühərrikin şansı yaxşı gətirib ki, valında az mexaniki güclü nasos oturub, yoxsa çoxdan sıradan çıxmışdı. Məsələn 3 kvt mühərriki bu üsulla çalışdırsalar o ancaq 1 kvt qədər öz performansını göstərə bilər.Və onu da qeyd edim ki, bu mühərrik uçbucaq birləşməlidir, ulduz da da birləşə bilər.  Ən çox istifadə olunan tip ulduz birləşməli tipdir. Mühərrikin valının fırlanma istiqaməti kondensatorun hansı dolaqlar arasına qoşulmasından asılıdır.


Üç fazlı asinxron mühərrikini 1 fazada işlətdikdə təbii ki vektor diaqramı da 120 bir-birinə nəzərən sürüşmüş şəkildə yox, 90 dərəcə bir-birinə nəzərən sürüşmüş olacaqdır, bu o deməkdir ki, mühərrikdə fırlanma səlist alınmır. Sanki ard-arda təkanda maqnit sahəsi fırlanmış olur. Təqdim edirəm:




İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov