Wednesday, September 13, 2017

REAKTORLAR

                                 Reaktorlar
Reaktorlar q.q. cərəyanın elektrodinamiki təsirini məhdudlaşdırmaq üçün qulluq edirlər. İzolə edilmiş karkasa izolə edilmiş çoxdamarlı kabeldən dolanmış sarğacı şəklində yerinə yetirilir. Reaktorlar fiderli və seksiyalı olurlar. 35 kv qədər gərginlik və daxildə qurulmaq üçün demək olar ki, yalnız beton reaktorlar geniş yayılmışlar.
Betonlu reaktor ( şəkil 1, a ) radial yerləşdirilimiş beton kolonkalarda 2 batırılmış konsentrik yerləşdirilimiş xüsusi izoləedilimiş çoxdamarlı dairəvi naqildən hazırlanmış sarğılar 1 şəklində yerinə yetirilirlər. Öz elastikliyi sahəsində naqil termiki və dinamiki qüvvələri depferləşdirir və bununlada betondan çıxarır. Reaktorun kolonkaları dolanma diametri ilə təyin olunur. Hər bir kolonka torpaqdan və fazalar arası izolyasiyanı təmin edən dayaq izolyatorları 3 üstündə yerləşdirilir. Reaktorun bütün metallik hissələri qeyri maqniti materiallardan hazırlanırlar. Fazalar şaquli ( şəkil 1,b ) , üfüqi və ya pilləvari yerləşdirilə bilərlər.
  
Şəkil 1. Üçfazlı reaktor: a- beton rekatorun fazasının ümumi görünüşü;b- reaktorun üçfazlı komlekti

35 kV-dan yuxarı gərginliklər və xaricdə quraşdırılmaq üçün yağlı reaktorlardan istifadə edirlər. Kabel kağızı ilə izoləedilmiş mis keçiricilərdən hazırlanmış dolağ izoləedilmiş silindirlər üzərində düzülür və yağla doldurulan bakda ( baklarda ) yerləşdirilirlər. Hər bir faza dolağının ucları keçid izolyatorlardan keçərək xaricə çıxarılırlar. Yağ həm izoləedici, həm də soyuducu mühit kimi qulluq edir.
Reaktor sarğaclarının bakın divarlarından qapanan dəyişən sahəsi bu divarların həddən artıq qızmasına gətirib çıxara bilər. Divarların ( və yağın ) qızmasını aşağı salmaq üçün onlardan qapanan maqnit selini məhdudlaşdırmaq lazımdır. Bunun üçün elektromaqnitli ekranlar və ya şuntlar qulluq edirlər.

УВБ-11-19-3721 ARALIQ RELESİ

                                               УВБ-11-19-3721aralıq relesi.
УВБ-11-19-3721 çıxış qurğusu məntiqi qurğuların çıxış əmr siqnallarının gücləndirilməsi və sabit ( 4 A qədər ) və dəyişən ( 6 A qədər ) cərəyan yük dövrələrinin kommutasiyası üçün qulluq edir. Kommutasiya qurğusu kimi ifrat gərginliklərdən mühafizə məqsədi ilə 𝑅 varistoru ilə şuntlaşdırılmış 𝑉𝑆 simistor qulluq edir ( şəkil  ).

                                                Şəkil . УВБ-11-19-3721aralıq relesi
                                                  a) şərti işarəsi; b) funksional sxem

Simistor herkonlu relenin 𝐾 kontakdından keçərək idarəedici elektroda siqnal verildikdə qoşulur. Relenin təyinatı – giriş dövrəsi ilə yük arasında qalvanik boşalmanı yerinə yetirməkdir.Hermetik kontaktın açıq vəziyyətində simistor cərəyan birinci dəfə sıfırdan keçdikdə bağlanır .Siqnal məntiqi siqnallrın mənbəyi olan və sxemi digər elementlərlə uyğünlaşdırmağa imkan verən 𝐾511 inteqral mikrosxemdən götürülür.

Tuesday, September 12, 2017

MAKSİMAL AYIRICI, İSTİLİK AYIRICISI, KOMBİNƏ EDİLMİŞ AYIRICI,MİNİMAL GƏRGİNLİK AYIRICISI

                                        Maksimal ayırıcı
Bir qütbün cərəyankeçirici xətti 1 ( şəkil 2) ayırıcının sarğacı ilə əlaqəlidir. Qısa qapnma cərəyanı axdıqda lövbər yay 4 dartaraq ayırıcının içliyinə dartılır. Açıcı valik 3 azad olunur və ayırıcı qurğuya təsir edir ( cəftəli qollar sistemi ). Işədüşmə cərəyanı 4 yayın gərilməsi ilə təyin edilir.
                                Şəkil . Maksimal ayırıcısı


                                     Istilik ayırıcısı
Istilik ayırıcısı bir axan cərəyanla qızan bimeltallik lövhədir. Buraxıla bilinən qiymətdən artıq cərəyan axdıqda bimeltallik lövhə əyilir və hərəkətedici kontaktı aralayan yayı hərəkətə gətirir və bununlada elektrik dövrəni qırır. İşədüşmə müddəti cərəyandan asılıdır ( zaman –cərəyan xarakteristikası ) və sanyalardan bir saata qədər dəyişə bilər. İstilik ayırıcısının işə düşməsi üçün tələb olunan cərəyanın qiyməti qoruyucunun nominal cərəyanının 1.45A təşkil etməlidir. Əriyən qoruyucudan fərqli olaraq avtomatik açar lövbər soyuduqdan sonra növbəti istifadəyə hazırdır.

                               Kombinəedilmiş ayırıcı
 Kombinəedici ayırıcıda ifrat yükləmələrdə elektroistilik ayırıcı işə düşür ( şəkil ) : bimetallik lövhə 2 qızma nəticəsində əyilir və 3 vintin köməyi ilə açıcı valik 4 döndərir. Qıza qapanma zamanı cərəyankeçirici 6-nı əhatə edən içlik 7-dən və lövbər 5-dən ibarət olan elektromaqniti ayırıcı işə düşür.

                             Şəkil. Kombinəedilmiş ayırıcı

                               Minimal gərginlik ayırıcısı
Minimal gərginlik ayırıcısı üç əsas hissədən ibarətdir: içlikdən, lövbərdən və sarğacdan. Nominal gərginlikdə lövbər dartılmış vəziyyətdədir. Gərginlik azaldıqda lövbər yayın təsiri nəticəsində düşərək cəftə vasitəsi ilə ayırıcı qurğuya təsir göstərir.

ÜMUMİ TƏYİNATLI AÇARLAR

                                             Ümumi təyinatlı açarlar 
Cərəyanın növünə görə açarlar sabit, dəyişən, sabit və dəyişən cərəyan açarlara bölünürlər. Açarlar Cərəyanməhdudlaşdırıcı və cərəyanməhdudlaşdırmayaçı olurlar. Cərəyanməhdudlaşdırıcı açarlar – qərarlaşmış qiymətinə çatmamış qısa qapanma cərəyanı açan açarlardır. Cərəyanməhdudlaşdırmayaçı açarlar qısa qapanma zonasında və ya ondan kənarda vaxtsaxlama ilə yerinə yetirilirlər. Vaxtsaxlamadan mühfizənin selektivliyi məqsədi ilə istifadə edirlər. Açarlar bir neçə növə ayrılırlar: universal ( sabit və dəyişən cərəyanla işləyirlər ) , tapşırıql ( ümumi təyinatlı otaqlarda qurulurlar ), cəld işləyən sabit cərəyan, güclü generatorların maqnit sahəsini söndürən və s. Açarlar aşağıdakı əsas elementlərdən ibarətdirlər: baş kontakt sistemdən, qövssöndürücü sistemdən, intiqaldan , ayırıcı qurğudan , ayırıcılardan və köməkçi kontaktlardan.Şəkil 1-də universal açarın sadələşdirilmiş sxemi göstərilmişdir. Verilmiş vəziyyətdə açar və A və B çıxışlara qoşulmuş elektrik dövrəsi açıqdır. Açarı qoşmaq üçün tutqaç 3-ü saat əqrəbinin hərəkəti istiqaməti üzrə fırlamaq lazımdır. Yaranmış qüvvə 4 və 5 qolları sağa itələyərək açarın əsas daşıyıcı hissəsi 6-nı tərpənməz 0 oxu ətrafında saat əqrəbinin hərəkəti istiqaməti üzrə döndərəcək. Bu zaman əvvəlcə qövssöndürücü kontaktlar 8 və 9 qapanaraq cərəyan dövrəsini qoşurlar, sonra isə əsas kontaktlar 7 və 11 qapanırlar və qaytarıcı yay 2 gərilir. Qoşulmadan sonra sistem bütövlükdə kənar sağ vəziyyətdə xüsusi cəftə ilə saxlanılır ( şəkildə verilməyib ).
                                               Şəkil . Universal açarın sadələşdirilmiş sxemi
Elektromaqnit ayırıcının sarğacı 1-dən qısa qapanma cərəyanı keçdikdə, lövbərdə 4 və 5 qolları ölü nöqtənin arxasına keçirən elektromaqnit qüvvə yaranır və nəticədə açar avtomatiki olaraq yay 2-nin köməyi ilə açılır. Bu zaman kontaktlar açılır və onlarda yaranan qövs qövssöndürücü kamera 9-a üfürülərək orada söndürülür.
Öz aralarında şarnirlərlə bağlanmış qollar 4 və 5 ibarət sistem real açarlarda daha mürəkkəb qurğu olan ayırıcı qurğunun funksiyasını yerinə yetirir.
Ayırıcı qurğu açarın istənilən zaman anında açılmasına imkan verir, o cümlədən elektrik dövrəsində qısa qapanma mövcud olan halda qoşulma prosesi zamanıda.
Əgər 4 və 5 qolları ölü nöqtədən yuxarıya keçiriliblərsə, onda intiqal tutqacı 3 və hərəkətedici hissə 6 arasındakı sərt əlaqə pozulur və açar qoşulmur.
Ölü nöqtə 4 və 5 qolların elə bir vəziyyətinə uyğun gəlir ki, nə vaxt ki qolların fırlanma oxlarını birləşdirən О1О2 və О2О3 düz xəttlər bir xətdə yerləşirlər.
Ayırıcı qurğunun qollar sistemi elə qurulur ki, onların ayrılması üçün böyük olmayan qüvvələr tələb olunur.
Açar açılanda ilkin olaraq baş kontaktlar 7 və 11ayrılırlar və cərəyan bütövlükdə qövsədözümlü əlavəli qövssöndürücü kontaktların paralel dövrəsinə keçir. Baş kontaktlarda onların yanmamsı üçün qövs yaranmamalıdır. Qövssöndürücü kontaktlar baş kontaktlar böyük məsafəyə ayrıldıqda ayrılırlar. Onlarda yuxarıya üfürülüb qövssöndürücü kamera 9-da sönən elektriki qövs yaranır.Avtomat qoşulduqda ilkin olaraq qövssöndürücü kontaktlar qapanır, sonra isə baş kontaktlar. Kontaktların titrəməsi hesabına yarana biləcək elektrik qövsü yalnız qövssöndürücü kontaktlarda yaranıb söndürülür.
Avtomatik açarlar aşağıdakılarla xarakteizə olunurlar:
 nominal gərginlik – şəbəkənin açarın istifadə olunmasına icazə verən maksimal gərginliyi
 nominal cərəyan – uzun n müddət buraxıla bilən maksimal cərəyan
 məxsusi işədüşmə müddəti – nəzarət olunan parametr təyin edilmiş qiyməti aşdığı andan kontaktların ayrılması anına qədər keçən müddət və ya açılma impulsu veriləndən kontaktların ayrılması anına qədər keçən müddət. Bu müddət açarın ayırıcı qurğusunun ayrılma üsulundan və konstruksiyasından, açıcı yayın qüvvəsindən, hərəkətedici sistemin kütləsindən və kontaktların açılması anına qədər bu kütlənin keçdiyi yoldan asılıdır
 tam açılma müddəti – məxsusi işədüşmə müddəti üstə gəl qövssöndürücü qurğunun effektliyindən asılı olan qövsün söndürülmə müddəti
İstənilən avtomatın əsas elementi mühafizə olunan dövrənin verilmiş parametrinə nəzarət edən və ayrılma mexanizmə təsir göstərən ayırıcıdır. O açarın daxilində yerləşdirilir. Konstruktiv olaraq ayırıcılar iki tipdə yerinə yetirilirlər:
 elektromexaniki relelər bazasında
 statiki relelər bazasında ( yarımkeçirici elementlər )
Hal hazırda yarımkeçirici ayırıcılardan daha geniş istifadə olunur.
Onlar yaxşılaşdırılmış istismar xarakteristikalarına, cərəyanın və işədüşmə müddətinin geniş tənzimləmə diapazonuna malikdirlər, bu isə məmulatların unifikasiya olunmasına və onların az sayda nomenkluaturasını buraxmağa imkan yaradır, onlar çox saylı hərəkətedici hissələrə malik deyirlər.
Bu cür ayırıcıların ölçmə orqanlarında cərəyan transformatorlarından istifadə olunur, əsas elementlərdən biri isə zaman saxlama elementidir.
Aşağıdakı növ ayırıcılar mövcuddur:
 maksimal ayırıcı – qısa qapanma cərəyanı açır
 istilik ayırıcısı – ifrat yükləmə cərəyanı açır
 kombinəedilmiş – qısa qapanma və ifrat yüklənmə cərəyanları açır
 minimal gərginlik ayırıcısı – şəbəkə gərginliyi müəyyən qiymətdən aşağı düşdügdə və ya gərginlik yox olduqda cərəyanı açır
 müstəqil ayırıcılar – açarı məsafədn idarə etmək üçün

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov