FLEMİNQİN SOL VƏ SAĞ ƏL QAYDASI

Maqnit sahə içərisindəki bir keçiriciyə qüvvə tətbiq edərək hərəkət etdirdikdə bu keçiricidən cərəyan axar və ya maqnetik sahə içərisindəki keçiricidən cərəyan axanda bu keçiriciyə bir qüvvə tətbiq olunur. Generatorr və mühərrik kimi elektrik maşınlarının işləmə prinsipi olan bu iki qayda Faradey və Lenz qanunlarında daha ətraflı açıqlanmışdır.
 Maqnetik sahə içindəki keçiricidən cərəyan axırsa bu keçiriciyə bir qüvvə tətbiq etmiş kimi hərəkət edir. Bu bir mühərrikin iş prinsipinin təməlidir. Və ya maqnetik sahə içindəki keçirici qüvvə tətbiq edərək hərəkət etdirilirsə keçiricidən cərəyan axır. Bu da bir generatorn iş prinsipinin təməlidir. Sol əl qaydası və sağ əl qaydası maqnetik sahənin, cərəyanın və qüvvə istiqamətinin müəyyənləşdirilməsi üçün asan və münasib bir üsuldur.
 John Ambros Fleming tərəfindən olan bu qaydalardan sol əl qaydası mühərriklər üçün, sağ əl qaydası isə generatorlar üçün tətbiq edilir.
Sol əl qaydası mühərriklər üçün tətbiq olunur. Maqnetik sahə içərisinə yerləşdirilən bir keçiricidən cərəyan axanda keçirici qüvvəyə məruz qalır. Flemengin sol əl qaydasına görə, baş barmaq, şəhadət barmağı və orta barmaq bir-biriləri ilə doxsan dərəcə təşkil edəcək şəkildə rəsmdəki kimi tutulanda, işarə barmağı maqnetik sahə istiqamətini göstərirsə, orta barmaq cərəyan istiqamətini, baş barmaq isə keçiriciyə tətbiq olunan qüvvənin və bu səbəbdən hərəkət istiqamətini göstərir.
Sağ əl qaydası generatorlar üçün tətbiq olunur. Maqnetik sahə içərisinə yerləşdirilən bir keçiriciyə qüvvə tətbiq edərək hərəkət etdirildikdə keçiricidən cərəyan axır. Flemengin sağ əl qaydasına görə yenə baş barmaq, şəhadət barmağı və orta barmaq bir-biriləri ilə doxsan dərəcə təşkil edəcək şəkildə rəsmdəki kimi tutulanda, işarə barmağı maqnetik sahə istiqamətini göstərirsə, baş barmaq keçiriciyə tətbiq olunan qüvvə və hərəkət istiqamətini, orta barmaq isə cərəyan istiqamətini göstərir.
Previous Post Next Post

Contact Form