GƏRGİNLİKLƏR VƏ CƏRƏYANLAR REZONANSI

Gərginliklər Rezonansı
Fizikada rezonans, bir rəqs konturundakı sərbəst rəqslərin tezliyinin məcburi rəqslərin tezliyi ilə üst-üstə düşdüyü hadisəyə deyilir. Elektrotexnikada, müqavimət, tutum və induktivlikdən  ibarət olan bir dövrə, rəqs  dövrəsinin bir analoqu kimi funksiya görər. Qoşulmalarına görə , gərginliklər rezonansı ilə cərəyanlar rezonansına ayrılırlar.

Gərginliklər rezonansı
Gərginliklər rezonansı ardıcıl bir RLC dövrəsində ortaya çıxır.
Rezonans şərti üçün, güc mənbəyinin tezliyinin rezonans tezliyinə w =wp və bilavasitə induktiv və tutum müqavimətlərin xL=xC bir-birinə bərabər olmasıdır. Bu zaman aktiv müqavimət tam müqavimətə bərabər olacaqdır. İnduktiv UL və tutum UC dəki gərginliklərin əks fazası olacaq və bir-birilərini kompensasiya edəcəkdir.
                                         =R
                                               I=U/Z
Dövrənin tam müqaviməti(impedansı )daha sonra aktiv  müqavimət R-ə bərabər olacaq, bu da dövrə içindəki cərəyanın artmasına və həmçinin elementlərdəki gərginliklərdə bərabərləşirlər.
Rezonansda, Uc və UR gərginlikləri, dövrə üçün təhlükəli olan mənbə gərginliyindən daha böyük ola bilər.
Tezlik artdıqca, induktivliyin müqaviməti artır və kondensatordakı  azalır. Mənbəyin tezliyi rezonans tezliyinə bərabər olduğu zaman, bunlar bərabər olacaq və Z dövrəsinin tam müqaviməti ən kiçik olacaqdır. Nəticə olaraq dövrədə cərəyan maksimum olacaqdır.
İnduktiv və tutum müqavimətlərin bərabərliyi şərtindən, rezonans tezliyi tapırıq.,
Qeyd edilən tənliyi əsas tutaraq, rəqs dövrəsindəki rezonansın, mənbə cərəyanının tezliyini (məcburi rəqslərin tezliyi) dəyişdirərək və ya induktiv L və tutum C parametrlərini dəyişdirərək əldə olunması nəticəsinə gəlmək olar
  Bir ardıcıl RLC dövrəsində, induktiv  ilə kondensator arasında enerji mübadiləsinin güc mənbəyi vasitəsilə aparıldığı unudulmamalıdır.

Cərəyanlar Rezonansı
Cərəyanlar rezonansı, müqavimətli bir dövrədə və bir induktiv tərəfindən paralel bağlanmış bir kondensator ilə ortaya çıxır. 
Cərəyanlar rezonansı şərti üçün , mənbəyin tezliyinin rezonans tezliyinə w =wp ilə bərabər olması, və ya  BL= BC keçiriciliyinin bir birinə bərabər olması lazımdır. Yəni, cərəyanlar rezonansında, tutum və induktiv keçiricilər bərabərdir.
Qrafiki açıqlamaq üçün, keçiricilyi bir müddət qırağa qoyub müqavimətə keçək.. Tezlik artdıqca dövrənin tam müqaviməti artar və cərəyan azalır. Tezlik rezonans  tezliyə bərabər olduğu anda, müqavimət Z maksimumdur, ona görə də dövrə  daxilində cərəyan ən kiçik qiyməti alır və aktiv müqavimətə bərabərdir.
Rezonans tezliyi belə ifadə edilir.,

İfadədən göründüyü  kimi, rezonans tezliyi, gərginliklər rezonansında  olduğu kimi izah edilir.
 Rezonans fenomeni həm müsbət, həm də mənfi ola bilər. Məsələn, hər hansı bir radio qəbul edicisinin, induktivliyini və ya tutumumunu dəyişdirərək istənilən radio dalğasına tənzimlənmişrəqs konturuna qura bilərik. Digər tərəfdən, rezonans hadisəsi dövrədə  gərginliyin və ya cərəyanın sıçrayışlarına gətirib çıxara bilər ki, buda öz növbəsində qəzaya gətirir.


Previous Post Next Post

Contact Form