Friday, March 8, 2024

Ümumi texniki terminologiya lüğətlər toplusu pdf

Salam yoldaşlar!

Hər zaman düşünürdüm ki, müasir zamanda lüğət kitablarının cild formasında yazılmasına ehtiyac yoxdur, yəni şəxs ingilis dilində bir sözün azərbaycanca qarşılığını axtarmaq üçün nəyə görə 500 səhifəlik kitabı açıb varağlayaraq zaman itgisinə yol verməlidir ki?. Ya bu müəllif kitabı elektron tətbiq(aplication) olaraq hazırlamalıdır, ya da pdf söz axtarıla bilən(text searchable) şəklində hazırlamalıdır. Bizim bəzi insanlarımız, azərbaycan dilində yetərli texniki terminologiya sözlərinin olmamasından şikayətlənir, ancaq mən illərlə bu işin içindəyəm 90% sözlərin ingilis və rus dillərində qarşılığı olan lüğət kitablarına rast oldum. Yaşayan müəlliflərə can sağlığı , həyatdan köçmüş müəlliflərə qəni-qəni rəhmət diləyirəm. Şəxslər canlarını qoyub lüğətlər ərsəyə gətirib, qiymətləndirməsək arımızdan utanmalıyıq. Mən də bu şəxslərin kitablarını bir araya gətirib Azərbaycanda vahid texniki terminologiya elektron pdf kitabını ortaya çıxardım. Kitabların yarısı cild şəklində yarısı şəkilli pdf olduğundan o kitabların əksəriyyətində ingilis-rus-azərbaycan dilində hər hansı bir sözün lüğəvi mənasını tapmaq çox çətin idi. Mən o kitabları bir-bir scan edib daha sonra ocr proqramla söz axtarıla bilən şəkilə salmağı bacardım. 

Gələcəkdə texniki lüğət kitabları yazmaq istəyən müəlliflərə burdan demək istəyirəm ki, mütləq hazırladığım kitabda olmuyan sözlərin qarşılığını yazsınlar. Mən teleqramda da kanal yaratmışam, sizdən də çox xahiş edirəm hazırladığım kitabda olmayan sözü mütləq o qrupda paylaşsınlar, bizlər o sözə məna toxuya bilək, araşdıraq və öyərənək ki, yeni tapdığımız o sözləri hazırladığım kitaba əlavə edə bilim, gələcək nəslə böyük miras qoya bilək. 

Teleqram kanalı: https://t.me/texnikiterminologiya


Bu kitabdan istifadə etmək üçün ilk növbədə telefonunuzda və ya kompüterinizdə pdf oxuyucu(adobe acrobat kimi) tətbiqiniz olmalıdır. Kitabın ilk səhifələrində bu haqda geniş məlumat verilmişdir. Rəy bölməsində də qaydaları qeyd edərəm.

Kitabı əldə etmək istəyən şəxslər messengerdən və ya " safa.macidov@gmail.com " mail ünvanına yazsınlar.

Kitabın içindəkilərinə video linkə daxil olaraq baxa bilərsiniz.

Video link: https://youtu.be/TiXfnxA6aP0?si=KujRL8Ntjh

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov