Sunday, December 29, 2019

Azərbaycanda Radioelektronika, Elektronika detallarının satış mağazalarının ünvanları

Yuranın mağazası 0503253334
Xəritədə yeri:  https://goo.gl/maps/zDPV1GvfGJK2

Proskit Radiotexnika mağazası 0124936156
Xəritədə yeri:  https://goo.gl/maps/GwqqFuazwhN2

Radiodetal mağazası 0503279042
Xəritədəs:  https/maps: https /. Ö. /sccm7AvHUhK2

Şəmkir elektroniks 0125118475 0504209703
Xəritədə yeri:  https://goo.gl/maps/vqc9ud6U5oG2
Online mağaza "MakerstoreAz": http://store.makerspace-az.org/
Online mağaza:  facebooki

mağaza "elen" 77-07 : www.elen.az
Əlaqə: 0703557772

Online mağaza "Kendin Yap":  www.diy.az

Chip.al(amper elektron) 0708003476
xəritədə yeri:

Saturday, March 30, 2019

ARDUİNONU KOD YAZMADAN PROQRAMLAŞDIRMA QAYDALARI

Bu yazıda Arduino öyrənmək istəyənlər üçün Arduino öyrənməyin asan yollarını izah edəcəyəm. Başlıqlar halında keçəcəyəm. (Məlum vaxtımız məhdud). Mən arduino öyrənməyin ən asan yolunun Bloklar olduğunu düşünürəm. Bu üzdən bu yazıda Arduino Blok Proqramları və ya saytları üzərində dayanacağam. Zaman dəyərli. Buna görə hansı platforma öyrənməyi qərar vermədən əvvəl bu tədqiqatımı mütləq yaxşı oxuyun.

1- Ardublock

 Ardublock Arduino proqramınız üçün hazırlanmış bir vizual proqramlaşdırma əlavəsi. Ən yaxşı tərəfi standart Arduino proqramı ilə istifadə edə bilirsiz. Əmr xatırlatma deyərdi yox. Əmr yerləşməsində səhv etmə problemi olmadan, blokları sürüklüyüb buraxaraq asanlıqla proqram yaza bilərsiz.
Ardublock həqiqətən çox faydalı. Bizim çox yerli və çox milli son texnoloji, yarı rəsmi, yarı azad qurumlarımız nə üçün belə bir proqram yaratmirlar? Niyə bunları alıb az diline çevirmirler?
 Ardublockun necə istifadə olunduğu burada izah edilmişdir: Bura tıklayın

 Mən Ardublockun istifadəni o qədər də bəyənmədim. Bu barədə artıq bir məlumatın olmaması, yəni köhnə dokumentləri də bir ayrə çatışmazlığıdır.

2- Minibloq

 Ardublock kimi Minibloq da bir vizual programlama vasitəsidir. Sürüklə - buax prinsipinə görə çalışır. Fərqi Minibloq ayrı bir proqram. Arduino IDE proqramı istifadə etməyinizə ehtiyac yoxdur.
Minibloqun ən güclü tərəfi, gerçək zamanlı kod yazılmasıdır. Yuxarıdakı şəkildən də görəcəyiniz kimi siz blokları yaradarkən, sağda kod eyni zamanda yazılmış olur. Bu sayədə kodlaşdırma biliyinizi daha yaxşı inkişaf etdirə bilərsiz.

 İstifadə edəndə elə də xoşuma gəlmədi açığı. Kodları anlamaq, bunun bloklarını anlamaqdan daha asan məncə.

3- XOD

 XOD üçün ayrı bir yer ayırmaq lazımdır. XOD digərləri kimi puzzle blokları ilə iş görmür. Bunda node deyilən düyünlər var. Saytlarına baxsanız nümunələrdən nə demək istədiyimi anlayacaqsınız. Həm veb skaneri üzərindən həm də proqram kodlaşdırma edə bilərsiz.
Saytlarında olması lazım olan hər şey var. Kitabxanaları var. Dokumentleri var. Youtube-də dərsləri var. Üstəlik bir də açıq mənbə. Daha nə olsun.

 XOD ilə bağlı keçirilən dərsləri baxdım. İstifadəsi çox gözəl. Amma hər modulu tapmaq mümkün deyil. Məsələn, kurs izləyən robotda istifadə edilən QTR sensorunu axtardım tapmadım. Yenə də məncə digərlərindən daha asan. Bir problem də çıxardığı kod quruluşunun mürəkkəb olması. Arduinoya birbasa yükləyə bilirsiz. Kodu Arduino IDE-yə köçürdərək da yükləyə. bilərsiz Amma koda baxdıqda arduinonun sadəliyindən əsər yox.

4- Blockly

 Google tərəfindən inkişaf etdirilib desəm, güman edirəm başqa bir şey söyləməyimə ehtiyac yoxdur. 5 müxtəlif proqramlaşdırma dilini istifadə edə bilərsiniz. Blockly, Arduinonun da irəli getmək istəyənlər üçün idealdır. Arduino proqramlaşdırmaq üçün çox da faydalı deyil. Led və s. avadanlıqlar yox.

Mənbə; http://elektronikhobi.net

Monday, March 11, 2019

Mikrokontroller programlama kitabları-Türkcə

1. Mikrodenetleyiciler ve PIC Programlama - ORHAN ALTINBAŞAK(320Səh)
2. Herkes İçin Pıc Programlama-Kolektif(490 səh)
3. A’Dan Z’Ye C İle Pıc Programlama - Ali Ekber Özdemir(320səh)


4. Pic Programlama - Devrim Çamoğlu(246səh)












5. Kod Blokları İle Arduino - Erdal Delebe (səh144)

6. Pic Basic uygulamaları -Kolektif
7. Pic C ile pic programlama-Doğan İbrahim(215 səh)

8. Jal İle PIC Programlama - Serkan Ayyıldız(392 səh)


9. Yeni Başlayanlar için MikroC ile PIC PROGRAMLAMA (16F628A)-224səh

10. MikroC ile PIC Programlama-Nursel Ak(202)

11. Micro C ile Arm Programlama Kitap-Selim Koç

12.Mikrodenetleyiciler ile Elektronik Kitabı

Monday, February 18, 2019

Asinxron mühərrikində, rotor tormuzdadırsa nədən stator dolağları qızır?



Sual: Youtube kanalımda, bir qardaş sual vermisdiki, BELE BIR SUAL VERIM. FIRLANAN ROTORU TUTUB SAXLADIQDA STATOR DOLAGI QIZIB SIRADAN CIXIR. FIRLANAN ZAMAN VE FIRLANMA OLMADIQDA SAHENIN ROTORU KESMESINDE HANSI DEYISIKLIK OLUR KI STATOR DOLAGI QIZIR? BIRAZ BU BAREDE AYDINLIQ GETIRE BILERSIZMI?


Cavab: Nəzərə çatdırım ki çox gözəl sualdır. Statordan fırlanan maqnit sahesi, rotorda yaranan maqnit sahesini fırlada bilmədiyindən, stator cereyanı çoxalır. Sanki, elinizde iki maqnit almısız, her iksini N qütbü terefe fırlatmısız, onları birine yaxınlasdırmaq müyyen guc lazim olur elemi? ve ya biri N biri S qutbu terefe tutsaz birbirine mohkem yapisarlar, bu sefer onlari qoparmaga coxlu guc serf edersiz. Bax bu statorda deyisen cereyanin yaratdigi firlanan maqnit sahesi hem N hem S olur, rotor tormuzda iken ve ya rotorda cox agır yuk olduqda vaxtinda firlanma bas vermedikde, iteleme maqnit qüvveleri arasindaki disbalans pozululur, yəni statorun S-i , rotorun S-ini qova bilmir, ve ya N-s- Cezb edir qopa bilmediyi ucun, stator maqnit quvvesi zorlanmaga baslayir, ve enerji xercleyirki fırlanan maqnit sahesi rotorn maqnit sahesini fırlada bilsin. Və bu onun bariz nümunesidir ki, as.müh ilk işə düşən anda 4-7 defe çox cereyan çekir, bu mehz stator fırlanan maqnit sahesinin rotorda yaranan maqnit sahesini iteleye bilmemesidir, sanki rotorun fırlanması statorun rahatlanmasıdır, eynən transformatorun ikinci teref dolağinda qisa qapanma olduqda nece qızma bas verir, bax eyni proseduradir. Rotor tormuzdadır, ancaq statora tetbiq olunan gerginlik nominal oldugundan, yaratdigi maqnit quvveside boyuk olur, bu rotorun özünün deformasiyasına gətirib çıxarda bilər.
Və bir faktıda qeyd edim ki, eynilə as.mühərrikə tətbiq olunan  gərginlik nomainaldan aşağı olduqda belə, yenədə həmin hal baş verəcəkdir, bu səfər statorda gərginlik asagi oldugundan, firlanma maqnit sahesinin, rotorun maqnit sahesini fırlada bilmediyi ucun , şəbəkədən çox cərəyan çəkəcəkdir, və nəticədə  stator dolağı sıradan çıxacaqdır.
İkinci bir fakt isə, statora tətbiq olunan 3 fazadan biri olmasada , gərginliyin aşağı olması kimı sıradan çıxacaqdır.
Yəni. əgər asinxron mühərriki söküb, içindən rotorunu çıxadıb, statora aşağı gərginlik versək belə stator dolağları yanmayacaqdır, deməli problemin kökündə rotorun fırlanmaması və momentin yüksəlməsidir.

Friday, February 8, 2019

KOD YAZMADAN PİC MİKROKONTROLLER PROQRAMLAŞDIRILMASI

                          PİC mikrokontrollerlərin kod yazmadan proqramlaşdırılması

Salam, bu gün sizə pic mikrokontrollerinin kodsuz proqramlaşdırılması haqqında məlumat vermək istəyirəm. Bir neçə ay, mikrokontrollerlərin proqramlaşdırılması haqqında məlumat əldə etmək üçün müxtəlif saytları incələdim. Lakin, proqramlaşdırma dilini bilmədiyim üçün, vaxtımı itirərək, bir sadə LED-i yandırb söndürmək üçün n- qədər kod yazıb proyekt hazırlamağı özümə böyük iş bildim. Çünki təhsilim elektronika ilə bağlı olduğum üçün, biraz proqramlaşdırmadan uzağ idim. Lakin, müasir zamanda elektronika elmi, proqramlaşdırma ilə yanaşı inkişaf etməkdədir. Bu səbəbdən, məcbur olaraq mikrokontrollerləri alternativ yol ilə proqramlaşdırmağı araşdırmağa başladım. Və nə yaxşı ki, tükk saytlarında və facebook şəbəkələrində bu haqda məlumat ala bildim. Və xoşbəxtlikdən, qardaş ölkə Türkiyədə yaşayan Süleyman Topallı-adlı bir dost ilə tanış oldum. Həqiqətən ona çox minnətdaram ki, mənə parsic pic proqramlaşdırma haqqına geniş məlumat verdi. Parsic ilə mikroçip firmasının hasil etdiyi, pic mikrokontrollerlərinin sizə lazım olan növlərinin əksəriyyətini, kod yazmadan proqramlaya bilərsiz. Lkain bu proqramı bacarmaq üçün rəqəmsal elektronikanı təməl səviyyədə bilməyiniz mütləqdir. Çünki prosesi, məntiq modulları ilə edirsiz. Bu proqram haqqında, saytlarda çox da geniş məlumat yoxdur, ancaq bu proqramın profesianalı olan Suleyman Topallının hazırladığı dərsləri əldə edə bilərsiz. Proqramı mükəmmləl şəkildə öyrənmək üçün Süleyman Topallı ilə facebook sosial şəbəklədən danışa bilərsiz. Hazırladığı dərs+video+simulyasyonları sadə izah ilə öyrənə bilərsiz. Süleyman Topallı ilə danışmaq üçün buraya tıkla. Mən özüm profsianal olandan sonra  Azərbaycanda Süleymanın Topallının dəstəyi ilə kurslar təşkil etməyi düşünürəm.Parsicə aid bir neçə nümunələri Süleymanın yutubda hazırladığı videolardan marağlana bilərsiz.videolara baxmaq üçün bura tıkla.  və buradan baxa bilərsiz tıkla





PARSIC nədir?
 Parsic, Swen Gosch tərəfindən hazırlanmış bir pic proqram təminatıdır. Parsic proqramının veb saytı Impressum ünvanıdır.
 Parsic ilə əsas elektron məlumatı olan hər kəs pic proqramlaya bilər.


 Parsic ilə pic proqramlaşdırarkən ən kiçik əməliyyat üçün onlarca sətiraltı kod yazmaq lazım deyil. Parsic ilə pic proqramları yuxarıdakı multiplikasiya göründüyü kimi, vizual elementlər istifadə edilərək hazırlanır (PLC proqramlar kimi).

 Parsic ilə pic layihələri hazırlayarkən layihənizi anında test edə, gördüyünüz çatışmazlıqları anında aradan qaldira bilərsiz Halbuki ASM, PİC C, PİC BASİC kimi digər proqram studiyalarına proqramınızı dizayn mərhələsində test edə bilməzsiz. Hazırladığınız kodları Proteus ilə hazırladığınız dövrəyə yükləyərək təcrübədən keçirə bilərsiz. Parsic ilə pic layihənizi daha dizayn mərhələsində test etmək üçün layihənizi çox sürətli bir şəkildə inkişaf etdirə bilərsiz.

 Parsic ilə pic üçün hazırladığınız layihə, balaca bir neçə dəyişiklik ilə başqa pic-ə tətbiq edə bilərsiz.. Bu proses əsasənda Parsic lazımlı bir çox tənzimləməni özünüz edərək sizi lazımsız vaxt itkisindən azad edir.

 Parsic bu qədər gözəl proqramdırsa bəs nə üçün geniş-məhşur deyil?

 Parsic çox inkişaf etmiş bir pic proqramlaşdırma üsulu olmasına baxmayaraq geniş istifadə edilməməsinin yeganə səbəbi prodüseri Swen GOSCHTAN irəli gəlir.

 Parsic proqramının veb saytı olan Impressum ünvanının sadəcə Alman Dilində olması, saytda proqram haqqında kifayət qədər məlumat olmaması, həmçinin Parsici bəhs edən yaxşı bir vəsaitin olmaması təəssüf ki, proqramın istifadəsinin yaygılaşmasının qarşısında ən böyük maneədir. 

Saturday, February 2, 2019

Visual proqramlar


1) PİC mikrokontrollerləri proqramlaşdırma üçün Parsic 3.5.6 proqramı
Rəsmi səhifədə nümunələri: http://web.tiscali.it/parsicitalia/Pagina%206.htm?fbclid=IwAR1PBqU56xEkLTFIQrBIaw95bOP-LAmRtbKe0QwX_zRJzbqpCoKjQOH-XOo
https://www.hobbielektronika.hu/forum/modulrendszeru-grafikus-pic-programozas?pg=0&fbclid=IwAR0LWxQ68rr8h7SWhwfNA7QYjihTETyBCw5hu6UmDOuaiTXZHxSUhj3aGOE
Parsic 4: https://www.wattpad.com/685633851-visual-parsic-4


2) Arduinonu proqramlaşdırmaq üçün-Visuino 7.8.2 proqramı
Öyrənmək üçün:http://www.visuino.com.tr/index.htm



Ardublock

Öyrənmək üçün saytlar:http://cyberelektronik.com
Ardublocku yuklemek-http://duinoedu.com/arduinoaugmente-default.html?fbclid=IwAR2H5f74OepaT4zDGE1lHdsKGfQw1YXmYSEOPyDe1GTCmPtEZeJdEhlnMsc

Friday, February 1, 2019

Friday, January 25, 2019

Asinxron mühərrikinin faza dolağlarının başlanğıc və sonunu necə təyin etmək olar?

Bir elektrik mühərrikinin pasportunda məsələn, 220/380V olaraq yazılıbdırsa, bu elektrik mühərrikinin həm 220V şəbəkəyə(üçbucaq birləşmiş sxemlə) həmdə 380V(ulduz birləşmiş sxemlə) səbəkəyə qoşula bilməsi deməkdir. Ümumiyyətlə  asinxron mühərrikin stator dolağlarının sarğılarının altı sonluğu(koneç) vardır. QOSTA görə, asinxron mühərrikinin dolağları aşağıdakı kimi işarələnir:
1-ci faza, C1(başlanğıc)-C4(son)
2ci faza, C2(başlanğıc)-C5(son)
3-cü faza, C3(başlanğıc)-C6(son)
Şəkil 1. Asinxron mühərrikinin sarğılarının qoşulma sxemi.:a-ulduz, b- üçbucaq,  c- mühərrikin sıxac qutusunda ulduz və üçbucaq birləşmənin həyata keçirilməsi
Şəbəkə gərginliyi 380V-sa, mühərrikin stator dolağlarə "ulduz" əlaqəsi sxeminə əsasən bağlanmalıdır. Eyni anda, bütün başlanğıclar(C1,C2,C3) və ya bütün sonlar(C4,C5,C6) ümumi bor nöqtədə qoşulmaldır. AB,BC,CA sarğılarının ucları arasına 380V tətbiq olunur. Hər fazada, yəni O və A, O və B, O və C nöqtələri arasındakı gərginlik kökaltı 3 dəfə az olacaqdır: 380/1,7= 220V
Stator dolağının faza çıxışlarının  təyin edilməsi(başlanğıc və son).
Mühərrikin stator sarğılarının çıxışlarında(ucları) metalik sıxıcı halqaları üçün adi standart şərti işarələr vardır. Yəni bu metalik halqalar üzərində fazaların adları və nömrələri qeyd olunur. Elə vaxt olur bu halqalar itir və ya pozulur. Bu zaman bu fazaların necə və hansı şəkildə sıralanmağı ehtiyac duyulur.Bu belə ardıcıllıqla təyin edilir.
iLK olaraq, test lampası köməyilə, ayrı ayrı faza dolağları və başlanğıc-son cütləri təyin edilir(Şəkil 2).
Şəkil 2. Yoxlama lampası ilə faza-cütlərinin təyin edilməsi(başlanğıc-son)
Mühərrikin stator dolağının 6 ucundan biri şəbəkənin 2 ci fazasına və yoxlama lampasının bir ucu şəbəkənin 3 cu fazasına digəri isə digər dolağlara toxundurulur. Test lampasının digər ucu, lampa işıqlanıncaya qədər stator dolağların qalan 5 ucuna sırayla toxundurulur. Lampa işıqlandıqda, şəbəkəyə bağlı iki ucun eyni fazaya aid olduğu anlamına gəlir.Dolağlar bir-birbirinə toxunmamalıdır. Faza cütləri lampayla təyin olduqcan üzərində işarələnməlidir. İndi bu cütlərdən hansının başlanğıc hansının son olduğunu təyin edək.
1. Transformasiya qaydası. Fazalardan cütlərinin birinə lampa qoşulur. Digər iki faza ardıcıl olaraq qoşulur və şəbəkəyə bağlanılır. Əgər bu iki faza, O nöqtəsində birinin şərti "sonluğu" digərinin şərti "başlanğıcı" ilə birləşdirilmiş kimi qoşulu olarsa, ∑Ф maqnit seli üçüncü dolağı kəsir və orda EHQ induksiyalandırır(Şəkil 3 a). Lampa kiçik közərməylə EHQ-ni göstərəcəkdir. Əgər lampa közərməzsə, 30-60V luq voltmetr istifadə edə bilərsiz.
Şəkil 3. Transformasiya qaydası ilə mühərrikin faza dolağlarının başlanğıc və sonlarının təyin edilməsi.
O nöqtəsində, məsələn şərti sonlu(şəkil 3.b) dolağların maqnit selləri biribirinə əks istiqamətdə yönələcəkdir. Ümumi sel sıfıra yaxın olacaq və lampa közərməyəcəkdir(voltmetr 0 göstərəcək). Bu halda, hər hansı bir faza aid ucların yeri dəyişdirilməli və təkrar qoşulmalıdır. Lampanın közərməsi vardırsa(voltmetrdə az da olsa gərginlik göstərirsə), uclar(sonluqlar) işarələnməlidir. Ümumi bir nöqtədə bir araya gələn uclardan birinə , H1(birinci fazanın başlanğıcı) işarəsi və digər ucada K3(və ya K2) işarəsi qoyun. K1 və H3(və ya H2) işarələrini H1 və K3 ilə müvafiq olaraq, ümumi düyünlərdə yerləşən(işlərin birinci hissəsi görüldüyü zaman bağlanan) uclara taxıllar.Üçüncü dolağın uyğunlaşdırılmış ucunu müəyyən etmək üçün, 3(b) şəkilində göstərilən sxemi yığıllar. Lampanı, artıq işarələnmiş çıxışların fazalarının birinə qoşullar.

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov