Monday, July 4, 2022

Elektrik induksiyası qanunu

 

Elektrik sahələrinin öyrənilməsində bizi maraqlandıran birinci məsələ, həmin sahələri xarakterizə edən sahə qüvvələrinin, və ya elektrik induksiyalarının tapılmasıdır. 

Elektrik induksiyasını, və ya elektrik induksiya selini, sahəni yaradan elektrik yüklərindən asılı olaraq təyin etmək üçün adətən Qauss-Ostroqradski teoremindən istifadə edilir. Bu teoremi elektrik sahəsinə tətbiq etməklə, ondan elektrik sahəsi ilə əlaqədar olan texniki məsələlərin həllində istifadə etmək olar.

Qauss-Ostroqradskiyə görə:

Hər hansı qapalı səthdən çıxan induksiya vektorlarının tam seli, bu səth ilə əhatə olunan mühitdəki yüklərin cəminə bərabərdir.

Burada ds elementar səthin vektoru olub, həmişə öz səthinə normal istiqamətdə çəkilir. Şəkil 1.4-də 𝑠 qapalı səthi ilə əhatə olunmuş Q nöqtə şəkilli elektrik yükünü nəzərə alaq.

Əgər əhatəedici səth üzərində bir 𝑑𝑠 səth elementi nəzərə alınırsa, o zaman bu səthin mərkəzinə tətbiq olunmuş və bu nöqtəni 𝑄 yükü yerləşən nöqtə ilə birləşdirən r xətti böyunca istiqamətlənmiş induksiya vektoru





İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov