Monday, February 18, 2019

Asinxron mühərrikində, rotor tormuzdadırsa nədən stator dolağları qızır?



Sual: Youtube kanalımda, bir qardaş sual vermisdiki, BELE BIR SUAL VERIM. FIRLANAN ROTORU TUTUB SAXLADIQDA STATOR DOLAGI QIZIB SIRADAN CIXIR. FIRLANAN ZAMAN VE FIRLANMA OLMADIQDA SAHENIN ROTORU KESMESINDE HANSI DEYISIKLIK OLUR KI STATOR DOLAGI QIZIR? BIRAZ BU BAREDE AYDINLIQ GETIRE BILERSIZMI?


Cavab: Nəzərə çatdırım ki çox gözəl sualdır. Statordan fırlanan maqnit sahesi, rotorda yaranan maqnit sahesini fırlada bilmədiyindən, stator cereyanı çoxalır. Sanki, elinizde iki maqnit almısız, her iksini N qütbü terefe fırlatmısız, onları birine yaxınlasdırmaq müyyen guc lazim olur elemi? ve ya biri N biri S qutbu terefe tutsaz birbirine mohkem yapisarlar, bu sefer onlari qoparmaga coxlu guc serf edersiz. Bax bu statorda deyisen cereyanin yaratdigi firlanan maqnit sahesi hem N hem S olur, rotor tormuzda iken ve ya rotorda cox agır yuk olduqda vaxtinda firlanma bas vermedikde, iteleme maqnit qüvveleri arasindaki disbalans pozululur, yəni statorun S-i , rotorun S-ini qova bilmir, ve ya N-s- Cezb edir qopa bilmediyi ucun, stator maqnit quvvesi zorlanmaga baslayir, ve enerji xercleyirki fırlanan maqnit sahesi rotorn maqnit sahesini fırlada bilsin. Və bu onun bariz nümunesidir ki, as.müh ilk işə düşən anda 4-7 defe çox cereyan çekir, bu mehz stator fırlanan maqnit sahesinin rotorda yaranan maqnit sahesini iteleye bilmemesidir, sanki rotorun fırlanması statorun rahatlanmasıdır, eynən transformatorun ikinci teref dolağinda qisa qapanma olduqda nece qızma bas verir, bax eyni proseduradir. Rotor tormuzdadır, ancaq statora tetbiq olunan gerginlik nominal oldugundan, yaratdigi maqnit quvveside boyuk olur, bu rotorun özünün deformasiyasına gətirib çıxarda bilər.
Və bir faktıda qeyd edim ki, eynilə as.mühərrikə tətbiq olunan  gərginlik nomainaldan aşağı olduqda belə, yenədə həmin hal baş verəcəkdir, bu səfər statorda gərginlik asagi oldugundan, firlanma maqnit sahesinin, rotorun maqnit sahesini fırlada bilmediyi ucun , şəbəkədən çox cərəyan çəkəcəkdir, və nəticədə  stator dolağı sıradan çıxacaqdır.
İkinci bir fakt isə, statora tətbiq olunan 3 fazadan biri olmasada , gərginliyin aşağı olması kimı sıradan çıxacaqdır.
Yəni. əgər asinxron mühərriki söküb, içindən rotorunu çıxadıb, statora aşağı gərginlik versək belə stator dolağları yanmayacaqdır, deməli problemin kökündə rotorun fırlanmaması və momentin yüksəlməsidir.

Friday, February 8, 2019

KOD YAZMADAN PİC MİKROKONTROLLER PROQRAMLAŞDIRILMASI

                          PİC mikrokontrollerlərin kod yazmadan proqramlaşdırılması

Salam, bu gün sizə pic mikrokontrollerinin kodsuz proqramlaşdırılması haqqında məlumat vermək istəyirəm. Bir neçə ay, mikrokontrollerlərin proqramlaşdırılması haqqında məlumat əldə etmək üçün müxtəlif saytları incələdim. Lakin, proqramlaşdırma dilini bilmədiyim üçün, vaxtımı itirərək, bir sadə LED-i yandırb söndürmək üçün n- qədər kod yazıb proyekt hazırlamağı özümə böyük iş bildim. Çünki təhsilim elektronika ilə bağlı olduğum üçün, biraz proqramlaşdırmadan uzağ idim. Lakin, müasir zamanda elektronika elmi, proqramlaşdırma ilə yanaşı inkişaf etməkdədir. Bu səbəbdən, məcbur olaraq mikrokontrollerləri alternativ yol ilə proqramlaşdırmağı araşdırmağa başladım. Və nə yaxşı ki, tükk saytlarında və facebook şəbəkələrində bu haqda məlumat ala bildim. Və xoşbəxtlikdən, qardaş ölkə Türkiyədə yaşayan Süleyman Topallı-adlı bir dost ilə tanış oldum. Həqiqətən ona çox minnətdaram ki, mənə parsic pic proqramlaşdırma haqqına geniş məlumat verdi. Parsic ilə mikroçip firmasının hasil etdiyi, pic mikrokontrollerlərinin sizə lazım olan növlərinin əksəriyyətini, kod yazmadan proqramlaya bilərsiz. Lkain bu proqramı bacarmaq üçün rəqəmsal elektronikanı təməl səviyyədə bilməyiniz mütləqdir. Çünki prosesi, məntiq modulları ilə edirsiz. Bu proqram haqqında, saytlarda çox da geniş məlumat yoxdur, ancaq bu proqramın profesianalı olan Suleyman Topallının hazırladığı dərsləri əldə edə bilərsiz. Proqramı mükəmmləl şəkildə öyrənmək üçün Süleyman Topallı ilə facebook sosial şəbəklədən danışa bilərsiz. Hazırladığı dərs+video+simulyasyonları sadə izah ilə öyrənə bilərsiz. Süleyman Topallı ilə danışmaq üçün buraya tıkla. Mən özüm profsianal olandan sonra  Azərbaycanda Süleymanın Topallının dəstəyi ilə kurslar təşkil etməyi düşünürəm.Parsicə aid bir neçə nümunələri Süleymanın yutubda hazırladığı videolardan marağlana bilərsiz.videolara baxmaq üçün bura tıkla.  və buradan baxa bilərsiz tıkla





PARSIC nədir?
 Parsic, Swen Gosch tərəfindən hazırlanmış bir pic proqram təminatıdır. Parsic proqramının veb saytı Impressum ünvanıdır.
 Parsic ilə əsas elektron məlumatı olan hər kəs pic proqramlaya bilər.


 Parsic ilə pic proqramlaşdırarkən ən kiçik əməliyyat üçün onlarca sətiraltı kod yazmaq lazım deyil. Parsic ilə pic proqramları yuxarıdakı multiplikasiya göründüyü kimi, vizual elementlər istifadə edilərək hazırlanır (PLC proqramlar kimi).

 Parsic ilə pic layihələri hazırlayarkən layihənizi anında test edə, gördüyünüz çatışmazlıqları anında aradan qaldira bilərsiz Halbuki ASM, PİC C, PİC BASİC kimi digər proqram studiyalarına proqramınızı dizayn mərhələsində test edə bilməzsiz. Hazırladığınız kodları Proteus ilə hazırladığınız dövrəyə yükləyərək təcrübədən keçirə bilərsiz. Parsic ilə pic layihənizi daha dizayn mərhələsində test etmək üçün layihənizi çox sürətli bir şəkildə inkişaf etdirə bilərsiz.

 Parsic ilə pic üçün hazırladığınız layihə, balaca bir neçə dəyişiklik ilə başqa pic-ə tətbiq edə bilərsiz.. Bu proses əsasənda Parsic lazımlı bir çox tənzimləməni özünüz edərək sizi lazımsız vaxt itkisindən azad edir.

 Parsic bu qədər gözəl proqramdırsa bəs nə üçün geniş-məhşur deyil?

 Parsic çox inkişaf etmiş bir pic proqramlaşdırma üsulu olmasına baxmayaraq geniş istifadə edilməməsinin yeganə səbəbi prodüseri Swen GOSCHTAN irəli gəlir.

 Parsic proqramının veb saytı olan Impressum ünvanının sadəcə Alman Dilində olması, saytda proqram haqqında kifayət qədər məlumat olmaması, həmçinin Parsici bəhs edən yaxşı bir vəsaitin olmaması təəssüf ki, proqramın istifadəsinin yaygılaşmasının qarşısında ən böyük maneədir. 

Saturday, February 2, 2019

Visual proqramlar


1) PİC mikrokontrollerləri proqramlaşdırma üçün Parsic 3.5.6 proqramı
Rəsmi səhifədə nümunələri: http://web.tiscali.it/parsicitalia/Pagina%206.htm?fbclid=IwAR1PBqU56xEkLTFIQrBIaw95bOP-LAmRtbKe0QwX_zRJzbqpCoKjQOH-XOo
https://www.hobbielektronika.hu/forum/modulrendszeru-grafikus-pic-programozas?pg=0&fbclid=IwAR0LWxQ68rr8h7SWhwfNA7QYjihTETyBCw5hu6UmDOuaiTXZHxSUhj3aGOE
Parsic 4: https://www.wattpad.com/685633851-visual-parsic-4


2) Arduinonu proqramlaşdırmaq üçün-Visuino 7.8.2 proqramı
Öyrənmək üçün:http://www.visuino.com.tr/index.htm



Ardublock

Öyrənmək üçün saytlar:http://cyberelektronik.com
Ardublocku yuklemek-http://duinoedu.com/arduinoaugmente-default.html?fbclid=IwAR2H5f74OepaT4zDGE1lHdsKGfQw1YXmYSEOPyDe1GTCmPtEZeJdEhlnMsc

Friday, February 1, 2019

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov