Wednesday, April 13, 2022

UNIT 11 - worked / got/ wentetc(past simple) izahı


They watch television every evening(present simple). -Onlar hər axşam televizora baxırlar.

They wathed television every evening(past simple). - Onlar hər axşam televizora baxırdılar.

Keçmiş zaman çox vaxt, -ed şəkilçisi ilə düzəlir. 

Nümunə üçün:

wor - worked , clean-cleaned , start - started , dance -danced , stay-stayed , need-needed

I clean my teeth every morning. This morning I cleaned my teeth. - Mən hər səhər dişlərimi yuyuram. Bu səhər mən dişlərimi yumuşam.

Terry worked in a bank from 1996 to 2003. - Terry 1996 dan 2003 ə kimi bankda çalışıb.

Yesterday it rained all morning. It stopped at lunchtime. - Dünən bütün səhər yağış yağıb. Nahar vaxtı kəsdi.

We enjoyed the party last night. We danced a lot and talked to a lot of people. The party finished at midnight. Biz dünən gecə qonağlıqdan zövq aldıq. Biz çox rəqs etdik və çoxlu insanlarla söhbət etdik.


Bəzi qaydasız fellərin siyahısı(bu fellərin keçmişini düzəltmək üçün -ed şəkilçisi qəbul etmir, kökdən dəyişirlər):


I usulally get up early, but this morning I got up at 9 oclock. - Mən adətən səhər dururam, lakin bu səhər mən saat 9 da durdum.

We did a lot of work yesterday. - Biz dünən çox iş gördük.

Caroline went to the cinema three times last week. - Caroline keçən həftə üç dəfə kinoteatra getdi.

James came into the room, took off his coat and sat down. - Ceyms otağa daxil oldu, paltosunu çıxartdı və oturdu.


UNİT 10 - was, were izahı



 am, is(indiki) --was(keçmiş)

I am tired. -Mən yorğunam.    

I was tired last night. - Mən dünən gecə yorğun idim.

Where is Kate?-Kate hardadır? 

Where was Kate yesterday? - Dünən Kate harda idi?.

The weather is good. - Hava yaxşıdır.  

The weather was good last week. - Keçən həftə hava yaxşı idi.


are(indiki) - were(keçmiş)

You are late. - Sən gecikdin

You were late yesterday. - Sən dünən gecikmişdin.

They aren't here. - Onlar burda deyillər.

They weren't here last Sunday. - Onlar keçən bazar burda deyil idilər.


Last year Rachel was 22, so she is 23 now. -Keçən il Rachel 22 yaşda idi, indi artıq onun 23 yaşı vardır.

When I was a child, I was afraid of dogs. - Mən uşaq olanda, itlərdən qorxurdum.

We were hungry after the journey, but we weren't tired. - Biz səfərdən sonra ac idi, ancaq yorulmamışdıq.

The hotel was comfortable, but it wasn't expensive. - Otel komfortlu idi, ancaq o baha idi.


Was the weather nice when you were on holiday? -Sən tətildə olan vaxtı hava yaxşı idi?

Your shoes are nice. Were they expensive? Sənin ayaqqabıların gözəldir. Onlar bahalı idi?

Why were you late this morning?-  Sən bu səhər nə üçün gecikmişdin?


Qısa cavab:


Were you late? No, I wasn't. - Sən gecikmişdin? Xeyir, mən gecikməmişdim.

Was Ted at work yesterday? Yes, he was. - Ted dünən işdə idi? Hə, o gecikmişdi.

Were Sue and Steve at the party? No, they weren't. -Sue və Steve partidə idi? Xeyir, onlar yox idi



Tuesday, April 12, 2022

UNİT 9 - I have...and I have got izahı

 


have və has = var, malik olmaq.

have got  və has got = var, malik olmaq

Mənim, bizim, sənin/sizin, onun+ var


I have blue eyes/ I have got blue eyes. - Mənim mavi gözlərim var

Tim has two sisters/ Tim has got two sisters- Timin iki bacısı var

Our car has four  doors/ Our car has got four doors- Bizim maşının 4 qapısı var

Sarah isn't feeling well. She has a headache / She has got headache.- Sara özünü yaxşı hiss etmir. Onun baş ağrısı var.

They like animals. They have a horse/ They have got a horse. - Onlar heyvanları xoşlayırlar. Onların bir atı var.


İnkar-sual-qısa şəkli


I've got a motorbike, but I haven't got a car. -Mənim motobaykım var, ancaq mənim maşınım yoxdur.

Tracey and Jeff haven't got any children.- Tracey və Jeffin heç uşaqları yoxdur.

It's a nice house, but it hasn't got a garden. - O gözəl evdir, ancaq onun bağçası yoxdur.

Have you got a camera? No, I haven't. -Sənin kameran var? Xeyir, mənim yoxdur.

What have you got in your bag? Nothing. It's empty. -Sənin çantanda nə vardır? Heç bir şey. O boşdur.

Has Helen got a car? Yes, she has. - Helenin maşını var? Bəli, var

What kind of car has she got? .- Onun nə cür bir maşını var?


I don't have / do you have?

They don't have any children / They haven't got any children. -  Onların heç uşaqları yoxdur.

It's a nice house, but it doesn't have a garden / it hasn't got a garden. - O gözəl evdir, ancaq onun bağçası yoxdur.

Does Helen have a car? / Has Helen got a car? .-Helenin maşını var?

What do you have in your bag / What have you got in your bag? Sənin çantanda nə var?



Monday, April 11, 2022

UNİT 8 - I am doing( present continuous) and I do(present simple) izahı

 


Jum is watching television.- Jum televizor izləyir(hal hazırda).

He is not playing the guitar. - O gitara çalmır(hal hazırda)


But Jim has a guitar. - Ancaq Jimin gitarası var.

He often plays it and he plays very well. - O tez-tez çalır və o çox gözəl çalır.


Jim plays the guitar, but he is not playing the guitar now. - Jim gitara çalır, lakin o indi gitara çalmır.

Is he playing the guitar? No, he isn’t. (present continuous) - O gitara çalır? Xeyir, o çalmır(indiki davamedici)

Does he play the guitar? Yes, he does. (present simple) - O gitara çalır? Bəli, o çalır( sadə indiki)


İndiki davam edici zaman( I am doing)

Please be quiet. I'm working. - Zəhmət olmasa sakit olun. Mən işləyirəm.

Tom is having a shower at the moment. - Tom bu anda duş qəbul edir.

Take an umbrella with you. It's raining. - Özünlə çətir götür. Yağış yağır.

You can turn off the television. I'm not watching it. - Televizoru söndürə bilərsiz. Mən onu izləmirəm.

Why are you under the table. What are you doing? - Niyə stolun altındasan? Nə edirsən?

İndiki sadə zaman(I do)

I work every day from 9 o'clock to 5:30. -Mən hər gün 9-dan 6-nın yarısına qədər işləyirəm.

Tom has a shower every morning. - Tom hər səhər çimir.

It rains a lot in winter. -Qışda çox yağış yağır.

I don't watch television very often. - Mən çox sıx televizor izləmirəm. 

What do you usually do at the weekend? - Adətən həftə sonu nə edirsən? 

Qeyd. Bu fellərlə (I am doing) işlətmək olmaz

I am tired. I want to go home. - Mən yorğunam. Mən evə getmək istəyirəm.

Do you know that girl? - O qızı bilirsən?

I don't understand . What do you mean? Mən başa düşmürəm. Nə deməkdir?

UNİT 7 - Do you?(present simple questions) izahı

 


Qeyd. do / does + mübtəda + məsdər

Do you work on Sunday? - Sən bazar günü işləyirsən?

Do your friends live near here? - Dostun sənə yaxın yaşayayır?

Does Chris play tennis? - Chris tenis oynayır?

Where do you parents lives? - Valideynlərin harada yaşayır?

How often do you wash your hair? - Saçlarını nə vaxtdan bir(neçə dəfə) yuyursan?

What does this word mean? - Bu sözün mənası nədir? Bu söz nədir?

How much does it cost? - Neçəyə(nə qədərə) baha başa gəlir?


Do you always have breakfast? - Həmişə səhər yeməyi edirsən(yeyirsən)?

Does Chris often phone you? - Chris sənə tez-tez zəng edir?

What do you usually do at weekend? -Adətən həftə sonu nə edirsən?

Xatırlatma.

do+ I/we/you/they ... Do they like music?- Onlar musiqini xoşlayırlar?

does +he/she/it ...  Does he like music? - O musiqini xoşlayır?


Qısa şəkildə.


Do yo play tennis? No, I don't. - Tenis oynayırsan? Xeyir, Mən yox(oynamıram)

Do your parents speak English? Yes, they do. - Valideynlərin ingilis dilində danışırlar? Bəli, onlar danışırlar

Does Gary work hard? Yes, he does. - Gary çox işləyib?  Bəli, o çox işləyib

Does your sister live in London. No, she doesn't. - Bacın Londonda yaşayır? Xeyir, o yaşamır

Sunday, April 10, 2022

UNİT 6- I don't (present simple negative) izahı

 


I drink coffee, but I don't drink tea. - Mən qəhvə içirəm, ancaq mən çay içmirəm.

Sue drinks tea, but she doesn't drink coffe. - Sue çay içir, ancaq o qəhvə içmir.

You don't work very hard. - Sən olduqca çox işləmirsən. 

We don't watch television very often. - Biz çox tez-tez televizor izləmirik.

The weather is usually nice. It doesn't rain very often. - Hava adətən gözəl olur. Yağış çox tez-tez yağmır.

Gary and Nicole don't know many people. -  Gary və Nicole çox adamlar(ı) tanımır.


Qeyd. 



I don't like football. - Mən futbolu xoşlamıram.

He doesn't like football. - O futbolu xoşlamır.


I don't like Fred and Fred doesn't like me. - Mən Fredi xoşlamıram və Fred də məni xoşlamır.

My car doesn't use much petrol. - Mənim avtomobilim çoxlu yanacaq sərf etmir.

Sometimes he is late, but it doesn't happen very often. -Bəzən o gecikir, ancaq çox sıx olmur.

Qeyd. don't/ doesn't + məsdər(don't like-xoşlamamaq/ doesn't speak-danışmamaq/doesn't do-etməmək

I don't like Spanish, but she doesn't speak Italian. - Mən İspaniyanı xoşlamıram, ancaq o İtalianı xoşlayır.

Sarah speaks Spanish, but she doesn't speak Italian. - Sarah İspan dilində danışır, ancaq o İtaliyan dilində danışmır.

Bill doesn't do his job very vell. - Bill öz işini çox yaxşı(layiqincə) etmir(görmür).

Paula doesn't usually have breakfast. - Paula adətən nahar etmir.


Friday, April 8, 2022

UNİT 5- I do/work/like etc.(present simple) izahı


Sadə indiki zamanla(present) ,indiki davamedici zamanın(continuous) müqayisəsi:

They read a lot. -  Onlar çox oxudu.
They're looking at their books. - Onlar kitablarına baxırlar.

He likes ice-cream. - O, marojna xoşlayır.
He's eating an ice-cream.-  O, marojna yeyir.

İndiki zamanda olan fel he, she, it-də s/es şəkilçisi qəbul edir.

Qeyd. I, you, he, she, it, we, they + do = mən, sən, o, biz, onlar + edim, et, edirik,edirlər və.s

I work in a shop. My brother works in a bank. (olmaz: my brother work) - Mən mağazada işləyirəm. Mənim qardaşım bankda işləyir. 
Lucy lives in London . Her parents live in Scotland. -Lucy Londonda yaşayır. Onun valideynləri Şotlandiyada yaşayır. 
It rains a lot in winter. - Qışda çoxlu yağış yağır.

Qeyd. I, you, we, they + have,   he, she, it+has 

I like big cities. - Mən böyük şəhərləri sevirəm.
Your English is good. You speak very well. - İngilis dilin yaxşıdır. Sən çox yaxşı danışırsan.
Tim works very hard. He starts at 7: 30 and finishes at 8 oclock in the evening. - Tim çox işləyir. O 7:30 da başlayır, 8 də bitirir.
The earth goes round the sun. - Dünya günəş ətrafında fırlanır.
We do a lot of diferent things in our free time. - Biz boş vaxtlarda çoxlu fərqli şeylər edirik.
It costs a lot of money to build a hospital. - Bir xəstəxana inşa etmək baha başa gəlir. 

always, never, often, usually, sometimes + present simple

Sue always gets to work early. - Sue hər zaman işə tezdən gedir. 
I never eat breakfast. - Mən heç vaxt səhər yeməyi yemirəm,
We often go away at weekends. Biz həftə sonları tez-tez çıxıb gedirik.
Mark usually plays football on Sundays. - Mark adətən bazar günləri futbol oynayır.
I sometimes walk to work, but not very often. - Mən bəzən işə gedirəm(piyadə), ancaq tez-tez yox.

UNIT 4- are you doing?(present continuous questions) izahı

 


am, is, are + I, he, she.it,we,you,they? = mən, sən, o, biz, siz, onlar edir?

Are you feeling Ok? Yes, I am fine, thanks. - Yaxşı hiss edirsən? Bəli, yaxşıyam, sağol.
Is it raining ? Yes, take an umbrella. - Yağış yağır? Bəli, çətir götür.
Why are you wearing a coat? It's not cold. - Niyə palto geyinirsən? Soyuq deyil.
What's Paul doing? He's reading the newspaper. - Paul nə edir? O, qəzet oxuyur.
What are the children doing? They're watching television. - Uşaqlar nə edir? Onlar, TV izləyir.
Look, there's Emily! Where's she going ? - Bax, Emili var. O, hara gedir?
Who are you waiting for? Are you waiting for Sue? - Kimi gözlüyürsən?/Kim üçün gözləyirsən? Sue üçün gözləyirsən?/ Sueni gözləyirsən?

is/are+ mübtəda+ing

Is he working today? - O, bu gün işləyir?
Is Paul working today? -  Paul bu gün işləyir?
Where are they going? - Onlar hara gedir?
Where are those people going ?- O, adamlar hara gedir?

Qısa forması

Are you going now?  Yes, I am. - İndi gedirsən? Bəli, gedirəm
Is Paul working today? Yes, he is. - Paul bu gün işləyir? Bəli, o işləyir.
Is it raining?  No, it isn't. Yağış yağır? Xeyir, yağmır.
Are you friends staying at a hotel?  No, they aren't. They staying with me - Sənin dostların oteldə qalır? Xeyir, onlar qalmır. Onlar mənimlə qalır.

UNİT 3- I am doing(present continuous) izahı

İndiki davam edici zamanın düsturu 

am / is / are + doing / eating/  running / writing

I, you, he, she, it, we, you, they+am,is, are+doing = Mən, sən, o, biz, siz, onlar +edirlər

I'm working. I'm not watching TV. - Mən işləyirəm(hal-hazırda işləməyə davam edirəm) . Mən TV izləmirəm.

Maria is reading a newspaper. - Maria qəzet oxuyur. 

She isn't eating. - O, yemir(yemək).

The phone is ringing. - Telefon zəng çalır.

We're having dinner. - Biz nahar edirik.

You're not listening to me. - Sən mənə qulaq asmırsan(dinləmirsən).

The children are doing their homework. - Uşaqlar ev tapşırıqlarını edirlər.


Please be quite. I'm working. - Zəhmət olmasa sakit olun. Mən işləyirəm. 

Look, there's Sarah. She's wearing a brown coat. - Bax, Sara var. O, qəhvəyi palto geyinib. 

The weather is nice . It's not raining. - Hava qəşəngdir. Yağış yağmır. 

Where are the children? They're playing in the park. - Uşaqlar hardadır? Onlar parkda oynayırlar. 

We're having dinner now . Can I phone you later? - Biz indi nahar edirik. 

You can turn off the television. I'm not watching it. - Televizoru söndürə bilərsən. Mən izləmirəm.

Essential grammar in use elementary -Azərbaycan dilində


UNİT 2- am, is, are (question-sual) izahı

 


Am I late?   No, you're came on time - Mən gecikmişəm? Xeyir, sən vaxtında gəlmisən

Are you tires? Yes, I am - Siz yorğunsunuz? Bəli, mən yorğunam

Is your mother at home?  No, she's out- Sənin anan evdədir? Xeyir, o çöldədir(çıxıb).

Are you parents at home?  No, they're out - Sənin valideynlərin evdədir? Xeyir, onlar çöldədir.

Is it cold in your room?  Yes, a little - Sənin otağın soyuqdur? Bəli, biraz

Your shoes are nice. Are they new? - Sənin ayaqqabıların qəşəngdir. Onlar təzədir?

Where? - harada, What?- Nə, Who?- kim, How?- necə, Why? - niyə

Where is your mother? Is she at home? - Sənin anan haadadır? O evdədir.

Where are you from? Canada - Sən hardansan? Kanada

What colour is your car? It's red - Sənin maşının nə rəngdir? O qırmızıdır.

How old is Joe? He's 24 -  Joe neçə yaşındadır? O 24 yaşındadır

How are your parents? Are they well?- Sənin valideynlərin necədir? Onlar yaxşıdırlar?

These postcards are nice. How much are they?- Bu postkartlar yaxşıdır.  Bunlar neçəyədir?

This hostel isn't very good. Why is it so expensive?- Bu yataqxana çox bahadır. Niyə belə bahadır?

Qısaltmalar.

What's=what is,  who's= who is, how's= how is, where's=where is

What's the time? - Saat neçədir?

Where's Lucy? - Lucy hadadır?

Who's that man? - O, kişi kimdir?

How's your father?- Sənin atan necədir?



Sual və inkarın qısatması.

Are you hungry? No, I am not, but I'm thirsty - Siz acsınız? Xeyir, mən ac deyiləm, ancaq mən susuzam.

Is your friend English? Yes, he is - Sənin dostun İngilisdir?  Bəli,  o ingilisdir. 

Are these your keys? -Yes,  they are - Bunlar sizin açarlarıdr? Bəli, onlardır.

That's my seat.  No, it isn't - O mənim oturacağımdır. Xeyir, o deyil.

 Are you tired?  Yes, I am - Sən yorğunsan? Bəli, yorğunam

 

Essential grammar in use elementary -Azərbaycan dilində


Thursday, April 7, 2022

UNİT 1- am, is, are izahı


My name is Lisa. - Mənim adım Lisadır.

I’m 22. - Mənim 22 yaşım var.

I’m not married. – Mən evli deyiləm. 

I’m American. I’m from Chicago. – Mən Amerikanam. Mən Çikaqodanam.

I’m a student. – Mən tələbəyəm.

My favourite colour is blue. – Mənim sevimli rəngim mavidir.

My favourite sports are football and swimming.- Mənim sevimli idmanım futbol və üzgüçülükdür.

My father is a doctor and my mother is a journalist. – Mənim atam həkimdir və mənim anam jurnalistdir.

I’m interested in art. – Mən sənətlə marağlanıram.

positive- təsdiq, negative -inkar



I’m cold. Can you close the window, please? – Mənə soyuqdur(mən soyuqam). Pəncərəni bağlaya bilərsiniz, zəhmət olmasa?.

I’m 32 years old. My sister is 29.- Mənim 32 yaşım var(mən otuz ikiyəm).  Mənim bacımın 29 yaşı var(mənim bacım 29-dur)

My brother is very tall. He’s a policeman.- Mənim qardaşım çox hündürdür. O polisdir.

John is afraid of dogs.- John itlərdən qorxur.

It’s ten o'clock. You’re late again.- Saat 10-dur. Sən yenə gecikdin.

Ann and I are good friends. – Ann və mən yaxşı dostlarıq.

Your keys are on the table.- Sizin açarınız stulun üstündədir.

 

I’m tired but I’m not hungry.- Mən yorulmuşam, lakin mən ac deyiləm

Tom isn’t interested in politics. He’s interested in music.- Tom siyasətlə marağlanmır. O musiqilə marağlanır.

Jane isn’t at home at the moment. She’s at work. – Jane hazırda evdə deyil. O işdədir.

Those people aren’t English. They’re Australian. Bu insanlar ingilis deyil. Onlar Avstraliyalıdır.

lt’s sunny today but it isn’t warm. Bu gün günəşdir, lakin isti deyil.


Thank you . That's very kind of you.- Çox sağol. Çox mehribansınız.

Look! There's Chris. Bax! Chris var

Here's your key.   'Thank you. -  Sizin açarınız oradadır.


Essential grammar in use elementary -Azərbaycan dilində

Monday, April 4, 2022

Elektrik sahəsinin qüvvəsi

 İçərisində yerləşdirilmiş elektrik yüklərinə müəyyən mexaniki qüvvə ilə təsir göstərən fəzaya elektrik sahəsi deyilir. Elektrik sahəsinin hər bir nöqtəsində, oraya yerləşdiriləcək vahid müsbət elektrik miqdarına təsir edən mexaniki bir qüvvə vardır. Elektrik sahəsini əmələ gətirən səbəb–elektrik miqdarıdır. Əgər elektrik yükü müşahidəçiyə nəzərən hərəkətsiz olursa, onun öz ətrafında əmələ gətirdiyi elektrik sahəsi elektrostatik sahə adlanır. Elektrik sahəsini öyrənmək üçün əsas əlamət, onun hasil etdiyi mexaniki qüvvəni öyrənməkdir. Həmin mexaniki qüvvənin qiyməti, həmin sahə içərisinə gətirilmiş elektrik yükünün qiymətindən asılıdır. Sahənin istiqaməti isə müsbət elektrik yükünə təsir edən elektrik qüvvəsinin istiqaməti kimi qəbul olunur. Elektrik sahəsində alınan mexaniki qüvvələr müxtəlif mühitlərdə müxtəlif qiymətdə olur. Keçirici mühitdə əmələ gətirilən elektrik sahəsi elektrik cərəyanı əmələ gətirir. Əgər elektrik sahəsi keçiriciliyi olmayan, və ya dielektrik mühitdə yaradılırsa, o zaman burada elektrik yüklərinin ancaq ani və sonsuz kiçik yerdəyişmə hadisəsi olacaqdır. Beləliklə, dielektrik mühitdə elektrik sahəsi əmələ gəlməsi, o mühitdə müəyyən deformasiyanın yaranması, və ya gərgin vəziyyət alınması ilə nəticələnəcəkdir. Elektrik sahəsi yaratmaq, elektrik yükünün ayrılmaz bir xassəsidir. Elektrik sahəsi istər fəzada, istərsə də dielektrik mühitdə birdən-birə deyil, müəyyən zaman içərisində və müəyyən qədər enerjinin toplanması hesabına əmələ gəlir. Elektrik sahəsini kəmiyyət tərəfdən öyrənmək üçün ən əvvəl bir nöqtəyə toplanmış elektrik yükünün yaratdığı sahəni araşdıraq. Tutaq ki, Q və q yükləri ayrı-ayrı nöqtələrdə yerləşmiş elektrik yükləridir (şəkil 1.3).

Belə iki yük arabirləşdirən xətt üzrə yönəldilmiş qarşılıqlı təsir qüvvəsi əmələ gəlir. Bu qüvvənin qiyməti elektrostatikanın əsasını təşkil edən Kulon qanunu vasitəsilə təyin olunur. Həmin qanuna əsasən, yuxarıda göstərilən elektrik yükləri arasındakı qarşılıqlı təsir qüvvəsi aşağıdakı kimi təyin edilir:


Burada r - yüklər arasındakı qısa məsafə; 𝑟𝑜 - yüklər arasındakı məsafənin vahid vektoru; K - vahidlər sistemindən və mühitin fiziki xassələrindən asılı olan əmsaldır. Hər iki elektrik yükünə eyni qiymətdə təsir edən F qüvvəsi yüklərin işarələrindən asılı olaraq, cəzbetmə, və ya dəfetmə qüvvəsi ola bilər. Burada bir yükün o birisinə təsirini müəyyən etmək üçün yüklərdən birini vahid qəbul etmək lazımdır; yəni q = 1. Bu halda alınan qarşılıqlı təsir qüvvəsini E ilə işarə edib aşağıdakı şəkildə alırıq:


Bu ifadə Q elektrik miqdarının vahid elektrik miqdarına etdiyi təsirini həm qiymət və həm də istiqamətcə göstərən bir tənlikdir. Bu kəmiyyətə elektrik sahə qüvvəsi deyilir. Demək, sahə qüvvəsi elektrik sahəsinin vahid elektrik yükünə etdiyi təsirə bərabər bir qüvvədir:


Qeyd etmək lazımdır ki, Kulon qanunundakı K proporsionallıq əmsalı bir tərəfdən mühitin dielektrik keçiliyini, digər tərəfdən isə vahidlər sistemini xarakterizə etməlidir. Buna görə, səmərələşdirilmiş praktiki vahidlər sisteminin 4𝜋 vuruğunu nəzərə almaq şərtilə K əmsalının boşluq üçün qiymətini alırıq:

Dielektrik əmsalı elektrik sahəsi əmələ gələn mühitin, elektrik yüklərinin qarşılıqlı təsiri baxımından fiziki xassələrini təyin edən bir kəmiyyətdir. Elektrik sahəsi boşluqda da əmələ gələ bildiyi üçün boşluğun da öz dielektrik əmsalı olmalıdır. Boşluq üçün həmin əmsal 𝜀0 ilə işarə olunur və Kulon qanunu ifadəsindən aşağıdakı kimi təyin edilir:

alınır.

Vakuumdan fərqli olan hər hansı başqa dielektrik mühitdə əmələ gələn mexaniki qüvvələr boşluğa nəzərən, zəif olduğu üçün hər hansı dielektrik mühitin əmsalı, boşluğun əmsalından bir qədər fərqli olacaqdır. Buna görə, hər hansı dielektrik mühitin dielektrik əmsalın, boşluğun dielektrik əmsalına olan nisbəti 𝜀𝑟=𝜀 /𝜀0 mücərrəd bir ədəd verir. Bu kəmiyyətə nisbi dielektrik əmsalı deyilir. Əgər (1.12) ifadəsinin hər tərəfini 𝜀0 vursaq, o zaman:

alırıq ki, bu da r radiusu ilə çəkilmiş bir kürəvi səth üzərində paylanmış elektrikin səthi sıxlığına bərabərdir. Elektrik miqdarının səthi sıxlığı, ümumiyyətlə:

şəkildə təyin edilir. Çox vaxt elektrik sahəsini xarakterizə etmək üçün sahə qüvvəsi əvəzinə, qiyməti həmin sıxlığa bərabər olan xüsusi bir vektordan istifadə olunur. O zaman bu kəmiyyət D ilə işarələnir, E vektoru ilə bir istiqamətdə nəzərə alınır və elektrik induksiyası, yaxud da yerdəyişmə adlanır. İnduksiya vektorunun boşluq üçün ifadəsi:

ilə təyin olunur. Elektrik sahələrinin araşdırılmasında, induksiya vekto-rundan istifadə etmək daha əlverişlidir.


Elektrik induksiyası elektrik sahələrinin tənliklərini ümumiləşdirməyə, daha doğrusu, onların mühitdən asılı olmamasına imkan yaradan bir anlayışdır. 

(1.16) tənliyindən göründüyü kimi müəyyən sahənin elektrik induksiyası həm boşluq, həm də hər hansı dielektrik mühit üçün eyni qiymət və istiqamətdə olacaqdır. Ümumiyyətlə, bütün sahələri əyani olaraq təsəvvür etmək üçün onları bir sıra xəyali xətlər və səthlərdən ibarət kimi göstərmək lazım gəlir. Elektrik sahəsini də bu şəkildə göstərmək üçün onu xarakterizə edən sahə qüvvəsi və induksiya vektorları ilə eyni istiqamətdə olan və onların həmin istiqamətdəki tətbiq nöqtələrinin birləşdirilməsində alınan bir sıra xətlər təsəvvür etmək lazımdır. Bu xətlər sahəni həm kəmiyyət, həm də keyfiyyətcə xarakterizə etməlidir. Bunlardan birincilərinə qüvvə xətləri, ikincilərinə isə induksiya xətləri deyilir. Qüvvə xətlərinin, eləcə də induksiya xətlərinin sıxlığı, şərti olaraq onların istiqamətinə normal olan vahid səthdən keçən xətlərin sayına bərabər olur və bu qiymət şərti olaraq sahə qüvvəsinə, və ya induksiyaya bərabər qəbul olunur. Buna görə də, elektrik sahəsini ya qüvvə xətləri, ya da induksiya xətləri vasitəsilə tamamilə xarakterizə etmək mümkündür. Buna görə də, sahələrin araşdırılmasında birinci növbədə onların qüvvə, yaxud induksiya xətlərinin istiqamət və sıxlığını müəyyən etmək lazımdır. Misal üçün, nöqtəyə toplanmış yüklərdən yaranan elektrik sahəsi bir mərkəzdən yayılan qüvvə xətlərindən (radius istiqamətli) ibarət düşünüldüyü üçün belə sahəyə çox vaxt radial sahə deyilir.

Müstəvi üzərində müntəzəm paylanmış elektrik yükündən əmələ gələn sahə isə həmin müstəviyə perpendikulyar olan və bir-birinə paralel gedən qüvvə xətlərindən ibarət olduğu üçün bu sahəyə bircinsli sahə adı verilir.







Elektrik yükü və elektrik sahəsi

 Elektrik hadisələri  haqqında  ilk   məlumat,  təxminən 2 min il bundan qabaq meydana çıxmışdır. O  zamanlar, mahiyyəti tamamilə məlum olmayan elektriki, ancaq bəzi cisimləri bir-birinə sürtmək yolu ilə əldə edirdilər. Qədim zamanlar şüşəni və sumalanı mahud və dəriyə sürtməklə həmin cisimləri elektrikləşdirmək  mümkün olmuşdur. Lakin sonralar alimlərin çalışması nəticəsində bu elektrikləşdirmə hadisəsi  ətraflı öyrənilmiş  və elektrikin bütün xassələri aşkara çıxarılmışdır.

                                  

Daha sonralar sürtünmə nəticəsində əldə edilən elektrikin iki cins olduğu və bundan əlavə, onların bir-birinə görə əks işarəyə malik olduqları isbat edilmişdir. Rusiyada elektrik yükləri və elektrik təbiətli hadisələr xüsusunda      aparılan      birinci elmi-tədqiqat işləri M.V. Lomonosov və onun əməkdaşları olan F. Epinys ilə Q.V.Rixmana aiddir. Elektriklənmiş cisimlər, və ya elektrik yükləri arasında qarşılıqlı cəzbetmə, yaxud itələmə  qüvvələri əmələ gəlir. Eyni qütblü yüklər bir-birini itələyir, müxtəlif yüklülər isə cəlb edir.  Elektrik yükləri elektrik sahəsinin, hərəkətli yüklər isə maqnit sahəsinin əsasını təşkil edir.

Elektromaqnetik dalğalar elektromaqnetik sahənin həyəcanlanmasıdır və yarandıqdan sonra yük daşıyıcılarından asılı olmayaraq hərəkət edə bilir. Bu qüvvələrin mövcudluğu çoxdan məlumdur. Lakin bunların qiymətini birinci olaraq, 1785-ci ildə fransız alimi Kulon təyin etmışdir. Elektrik yüklərinin nisbətən uzaq məsafədən bir-birinə təsir etməsi onlardan hər birinin ətrafında elektrik sahəsinin əmələ gəlməsini isbat edir. Doğrudan da, elektrik yükləri ətrafındakı mühitlərdə onların cismindən və ölçülərindən asılı olmayaraq, mexaniki qüvvələr sahəsi əmələ gəlir. Bu qüvvələr ancaq həmin mühitlər içərisində daxil edilən başqa elektrik yüklərinə təsir etdikləri üçün əmələ gələn belə sahəyə elektrik sahəsi adı verilmişdir. Elektrik sahəsi, elektrik yükünün ayrılmaz bir hissəsi olub, onu hər tərəfdən əhatə edir və həmişə onunla vəhdət təşkil edir. Buna görə də, elektrik sahəsi maddənin hərəkət şəkillərindən biri kimi qəbul olunmuşdur. Elektrik sahəsi bütün elektrik yüklərinin ətrafında əmələ gəlir, yüklərin ən kiçik və ən birinci nümunəsi elektron və proton olduğu üçün elektrik sahəsinin də ən birinci nümunəsi elektron və proton ətrafında əmələ gələn elementar sahələrdir. Elektrik hadisələrinin ən ibtidai şəkli yun parçaya sürtülmüş kəhrəbanın kiçicik cisimləri cəzb etməsi hələ Qədim Yunanıstanda məlum imiş. Buna görədir ki, “elektrik” istilahının, yunanca kəhrəba mənasını verən ―elektron” sözündən götürüldüyünü qəbul etmək lazım gəlir. Məlum olduğu kimi, birinci dəfə cisimlərin elektrik -ləşdirilməsi, onların bir-birinə sürtülməsi nəticəsində əldə edilmişdir. Sürtülmə nəticəsində hasil edilən elektrikə triboelektrik adı verilmişdir. Əvvəllər elektrik hadisələri olduqca zəif sürətlə öyrənilirdi. XVI əsrin axırlarında Cilbert triboelektrik hadisəsilə məşğul olaraq, bütün cisimləri iki qrupa bölmüşdür: 1. Sürtülmə yolu ilə elektriklənən cisimlər 2. Sürtülmə yolu ilə elektriklənməyən cisimlər. Birinci qrupa, hazırda dielektrik adı verdiyimiz şüşə, mərmər, kəhrəba, qətran, ipək və s. kimi cisimlər daxil olduğu halda, ikinci qrupu təşkil edənlər, əsasən, metallar olmuşdur. Bundan bir əsr sonra Düfey, triboelektrik hadisəsi ilə daha əsaslı surətdə məşğul olmuş və triboelektrikin bir sıra mühüm xassələrini kəşf etmişdir. Bunlardan başlıcası, sürtülən cisimlərin hər ikisində eyni miqdarda, ancaq əks işarəli elektrik əmələ gəlməsidir. Elektrikləşmə cisimlərin ancaq sürtülən yerlərində əmələ gəlir və həmin cisimlərin, cisimdən asılı olaraq, ya onların ancaq sürtülən yerində qalır, ya da ətrafa yayılıb neytrallaşır. Düfey bu elektriklərdən birinə, onların hansı cisimlərdə əmələ gəlməsindən asılı olaraq, ―şüşə elektriki”, ikincisinə isə “qətran elektriki” adı verilmişdir. Həmin elektriklər arasında əmələ gələn qarşılıqlı təsir Düfey tərəfindən aşağıdakı şəkildə ifadə edilmişdir. Eyni adlı elektriklə yüklənmiş cisimlər arasında qarşılıqlı dəfetmə, müxtəlif adlı elektriklərlə yüklənmiş cisimlər arasında isə cəzbetmə qüvvələri əmələ gəlir. XVIII əsrdə Franklin, özündən qabaq görülən işləri yekunlaşdıraraq, şüşə elektrikinə ―müsbət”, qətran elektrikinə isə “mənfi” elektriklər adını vermişdir. Elektrik hadisələri üzərində M.V.Lomonosov və Q.V.Rixmanın apardığı tədqiqat, mahiyyət etibarilə ən dəyərlidir. Bu alimlər hava hissəciklərinin müxtəlif atmosfer cərəyanları zamanı bir-birinə sürtünməsi nəticəsində elektriklənməsini və buradan da ildırım hadisəsinin elektrik təbiətli olmasını isbat etmişlər. Həmin bu dövrdə, cisimlərin elektriklənmə dərəcəsi, daha doğrusu, əmələ gələn elektrikin miqdarı haqqında müəyyən fikirlər oyanmış və elektrik bəhsinə ―elektrik yükü‖ və ―elektrik miqdarı‖ kimi anlayışlar daxil edilmişdi. XVIII əsrdə Peterburq Elmlər Akademiyasının üzvü F.U.Epinus, elektriki maye kimi təsəvvür edərək, ―elektrik maye” nəzəriyyəsini təklif etmişdir. Həmin nəzəriyyəyə əsasən elektrik mayenin kiçicik elektrik hissəciklərindən təşkil olunduğu fərz edilir ki, bunlara da ayrılıqda elektrik yükü, bunların müəyyən toplusuna isə elektrik miqdarı deyilmişdir. Sonralar bu anlayışlar daha da təkmilləşdirilmiş və ən nəhayət, atom və elektron anlayışlarına qədər gəlib çatmışdır. Elektrik hadisələrinin kəmiyyətcə öyrənilməsində birinci ciddi addım Kulon tərəfindən atılmış və elektrik yükləri arasında əmələ gələn cəzbetmə, və ya dəfetmə qüvvələrinin qiyməti təyin edilmişdir (1785-ci ildə). Kulon qanununa görə: Yüklər arasında yaranan qarşılıqlı təsir qüvvəsi həmin yüklərin vurma hasili ilə düz, onlar arasındakı məsafə kvadratı ilə tərs mütənasibdir. Elektrik yüklərinin qarşılıqlı təsiri ilə məşğul olan akademik Epinus ―Elektrostatik induksiya” hadisəsini kəşf etmişdir. Bütün bu hadisələr elektrik yüklərinin uzaqdan təsir göstərmək xassəsinə malik olmasını isbat etmişdir. Bu təsirin mahiyyəti ancaq Faradey tərəfindən verilən “Elektrik sahəsi” nəzəriyyəsi vasitəsilə aydınlaşdırıl-mışdır. Bu nəzəriyyəyə görə, hər bir elektrik yükü, onu əhatə edən mühitdə gərgin bir fiziki vəziyyət törədir. Hər bir istiqamətdə yayılan həmin gərgin vəziyyət elektrik yükünün ayrılmaz bir xassəsi olub, mühitdə başqa elektrik yüklərinin olub-olmamasından asılı deyildir. Hazırda elektrik sahəsi anlayışı altında elə bir fəza düşünülür ki, onun hər hansı bir nöqtəsində müəyyən qiymət və istiqamətə malik olan bir qüvvə təsir etsin. Bundan əlavə, elektrik sahəsi, onun əmələ gəldiyi fəzada paylanmış halda olan müəyyən enerjiyə də malikdir. Bir elektrik yükünün ikincisinə etdiyi təsir, həmin bu elektrik sahəsi vasitəsilə və həmin sahənin enerjisi hesabına əmələ gəlir. Faradeyin elektrik sahəsi haqqındakı elmi fikirləri tez bir zamanda genişləndirilərək daha da dərinləşdirilmişdir. Faradeyin sahə nəzəriyyəsini Maksvell riyazi şəkildə işləyərək genişləndirmiş və “elektromaqnit sahəsi nəzəriyyəsi” adı altında elan etmişdir. Lens bu nəzəriyyəni enerjinin itməməsi qanunu ilə birləşdirərək ona daha geniş bir məna vermiş və “Elektromaqnit induksiyası qanunu” adı altında nəşr etdirmişdir. Elektromaqnit hadisələri haqqında qərarlaşdırdığımız müasir təsəvvürümüzün əsasını təşkil edən bu nəzəriyyələr az zaman sonra H.Herts, P.N.Lebedev və A.S.Popov tərəfindən təcrübələr vasitəsilə isbat edilmişdir. Elektromaqnit dalğasının varlığını 1887-ci ildə Herts, həmin dalğalardan istifadə olunması yolunu isə 1895-ci ildə A.S.Popov açmışdır. Elektromaqnit sahəsi nəzəriyyəsinin sürətli inkişafı, atom və molekullar haqqındakı təsəvvürümüzün daha da dərinləşməsinə imkan yaratmış və az zaman sonra Lorens tərəfindən “elektron nəzəriyyəsinin” təklif edilməsinə səbəb olmuşdur. Elektron nəzəriyyəsinin əsasını, bütün maddələrin atomlarının, elementar elektrik hissəciklərinin mürəkkəb kombinasiyasından ibarət olması prinsipi təşkil edir. Bu nəzəriyyə, özündən qabaq gəlmiş başqa nəzəriyyələrdən onunla fərqlənir ki, burada atom quruluşunu təşkil edən mikro hissəciklər arasındakı qarşılıqlı rabitə, mikroskopik ölçüdə olan elektromaqnit sahəsi tərəfindən mühafizə olunur. Məlumdur ki, müxtəlif kimyəvi elementləri təşkil edən atomlar və elecə də, müxtəlif kimyəvi birləşmələri yaradan molekullar müsbət və mənfi elektrik yüklərindən ibarətdir. Atomun kütləsi, başlıca olaraq, müsbət elektrik hissəcikləri və neytronlardan təşkil olunmuş ―atom nüvəsilə‖ əlaqədardır. Nüvədə olan artıq müsbət elektrik yükü, həmin maddənin Mendeleyevin, elementlərin dövri sistemindəki yerini təyin edir. Atom nüvəsi ətrafında qapalı orbitlərlə hərəkət edən elektronlar isə atom quruluşunun ən kiçik hissəciyi olub, mənfi yükə malikdir. Elektronun yükü 1,59∙10−19 Kulona, kütləsi isə 0,9 ∙10−27 qrama bərabərdir. Bir atomun tərkibində olan və onun nüvəsi ətrafında fırlanan elektronların sayı həmin maddənin, Mendeleyevin dövri sistemindəki sıra nömrəsinə bərabərdir. Atomun neytral vəziyyətində onun nüvəsinin-müsbət, elektronlarının isə mənfi yüklərinin qiymətləri bərabərdir, buna görə də mücərrəd atomun xarici elektrik təsiri olmur. Hər hansı bir səbəbə görə elektrik neytrallığı pozulmuş atoma ion adı verilir. Elektron nəzəriyyəsinin əsas üstünlüyü onun cisimlərin elektrik xassələrini, onların tərkibində olan elementar hissəciklərin hərəkətlərindən, qarşılıqlı vəziyyətlərindən və qarşılıqlı təsirlərindən asılı olaraq, izah etmək də olmuşdur. Buna görə də, elektron nəzəriyyəsinin vəzifələrini aşağıdakı kimi üç yerə bölmək olar;

1. Elektrik hissəcikləri arasında əmələ gələn mikroskopik elektromaqnit sahəsi əsasında elementar hissəciklərin yükləri və aralarındakı qarşılıqlı qüvvələrin öyrənilməsi;

2. Müxtəlif cisimlərdə, onların aqreqat vəziyyətlərindən asılı olaraq, elementar hissəciklərin və yüklərin qarşılıqlı vəziyyətlərinin və bununla əlaqədar olaraq, cisimlərin quruluşunun öyrənilməsi;

3. Mikroyüklərdən və mikrosahələrdən, böyük ölçülü elektrik yüklərinə və makrosahələrə keçmək qaydalarının öyrənilməsi. Elektrotexnika üçün böyük əhəmiyyəti olan hissələr, yuxarıda göstərilənlərin ikincisi və üçüncüsüdür.


İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov