Sunday, January 21, 2018

POLYARLAŞMIŞ RELE

Polyarlaşmış rele idarəedici siqnalın işarəsindən asılı olaraq qəbuledicidən axan cərəyanın istiqamətini dəyişməyə imkan verir. Polyarlaşmış reledə lövbərə 2 maqnit seli təsir göstərir. Bunlardan birisi sabit maqni tərəfindən digəri isə idarəetmə dolağı tərəfindən yaradılır. İdarə etmə dolağından idarə cərəyanı axır. İdarə cərəyanının istiqaməti dəyişdikdə relenin lövbərinə təsir göstərənmqüvvənin istiqaməti dəyişdir.Sabit maqnitin yaratdığı maqnit seli polyarlaşdırıcı sel adlanır. Şəkil 3.15 də polyarlaşmış relenin eskizi və yükə birləşdirilməsi sxemi gətirilmişdir.


Şəkil. Polyarlaşmış relenin sxmi və onun yükə qoşulması.

Sabit maqnitin (6) yaratdığı maqnit seli (Ф) relenin nüvəsindən (1) iki istiqamətdə qapanır. Nüvənin sol hissəsində polyarlaşdırıcı maqnit seli Ф ilə idarə dolağının yaratdığı maqnit seli Фid eyni istiqamətə yönəlmişlər. Nüvənin sağ tərəfində isə maqnit selləri qarşı qarşıya yönəlmiş olduqlarından onlar bir birindən çıxılırlar. Nüvənin sol tərəfində maqnit selləri toplandığından bu hissədə lövbərə (5) təsir edən elektromaqnit qüvvə nisbətən böyük olur.Lövbər sol tərəfə dartılır , 2 və 3 kontaktları sol tərəfdə qapanırlar. Bu zaman yükdən cərəyan bütöv xətlə göstərildiyi istiqamətdə axır. İdarə etmə dolağında (7) cərəyanın istiqaməti dəyişdikdə, idarəetmə maqnit seli Фid -də öz istiqamətini dəyişir. Bu zaman nüvənin sol tərəfində Фid və Фm maqnit selləri çıxılır, sağ tərəfində isə toplanırlar. Bu halda lövbər nüvənin sağ tərəfinə dartılır, sağ tərəfdəki 3 və 2 kontaktları qapanırlar. Yükdən axan cərəyanın istiqaməti bundan əvvəlkinin əksinə olur(qırıq xətlərlə göstərilmişdir). Beləliklə relenin işləməsi üçün tələn olunan elektromaqnit qüvvəsi polyarlaşdırıcı elementin (sabit maqnitin) və idarə etmə dolağının yaratdığları maqnit sellərinin cəbri cəmindən asılı olur. İdarəetmə cərəyanının istiqamətindən asılı olaraq bu qüvvə öz istiqamətini dəyişir. Bundan asılı olaraq yükdən axan cərəyan da istiqamətini dəyişir. Polyarlaşdırılmış relelərin həssaslıqları yüksəkdir işləmə müddətləri kiçikdir. Onlar avtomatik idarəetmə sistemlərində reversləmə tələb edən qurğularda tətbiq olunurlar. Misal olaraq polyarlaşdırılmış relenin tətbiqi ilə sabit cərəyan mühərrikinin sürətinin tənzimlənməsi sxeminə baxaq(şəkil 3.16).

Şəkil.3.16. Sabit cərəyan mühərrikinin sürətinin tənzimi.

Sürətin tənzimi sarğılar sayı W1 və W2 olan təsirlənmə dolaqlarında cərəyanın dəyişdirilməsi hesabına əldə olunur. İdarə etmə gərginliyinin polyarlığından asılı olaraq K kontaktı ya W1 dolağının yada W2 dolağının dövrəsini qapayır. Bununla təsirlənmə maqni selinin həm istiqaməti həm də qiyməti dəyişdirilir; mühərrikin lövbərinin fırlanma istiqaməti və sürətin qiyməti dəyişir.

Thursday, January 11, 2018

GERMETİK KONTAKTLI RELE.GERKON

                 §GERMETİK KONTAKTLI (GERKON) RELE
Adi relelərin kontaktları açıq havada təsir göstərir . Onlar atmosferdə olan tozlarla, müxtəlif metalların buxarları ilə çirklənirlər, elektrik qövsü təsirindən korlanırlar, keçıncılikləri zaman keçdikcə pisləşir. Göstərilən amillərin təsirim aradan qaldırmaq məqsədilə kontaktlar germetik şüşə balon içərisində yerləşdirilirlər.
Germetik kontaktlı yaxud sadəcə olaraq gerkon relelər əsasən aralıq relesi kimi istifadə olunurlar. Relenin əsas elementi maqnit sahəsi vasitəsilə idarə olunan kontaktdır. Bu kontaktlar kənardan maqnit selinin təsiri nəticəsində öz vəziyyətini dəyişirlər: mexaniki bağlanırlar və açılırlar. Kontaktın elementləri kontakt funksiyasım yerinə yetirməklə yanaşı, eyni zamanda elektrik və maqnit dövrələrinin keçiriciləri rolunu oynayırlar. Gerkonlar bərk və maye halında olurlar. Bərk gerkonlar bərk maqnit materiallarından hazırlanır yaxsı kontakt yaranması üçün səthləri qızıl, gümüş, radium kimi metallarla örtülür.  
Maye (isladılmış) gerkonlarda civədən istifadə olunur. Gerkon relenin eskizi şəkil 3.14 -də gətirilmişdir.
Gerkon relelərdə əsasən dilşəkilli kontaktlardan istifadə olunur. Bu kontaktlar elastik maqnit materialindan hazırlanır. Kontaktların qapanması üçün balonun yaxınlğında maqnit sahəsi yaradılmalıdır. Bu məqsədlə sabit maqnitdən, cərəyanlı dolaqdan, yaxus cərəyanlı şindən istifadə olunur. Maqnit sahəsi yox olduqda kontaktlar elastiklik qüvvəsi təsirindən aralanırlar. Maqnitlə idarə olunan kontaktlı relenin hazırlanmasında balon azot, hidrogen ilə doldurulur, yaxud onun daxilində vakum yaradılır. Gerkon relelərin şüşə balonlarının diametri 2-5,5mm maqnitlə idarə olunan kontaktların uzunluğu isə 20-80mm aralığında olur. Gerkon relelər aktiv və kiçik induktivli dövrələrin kommutasiyası məqsədi ilə istifadə olunurlar. Gerkon relelərin lommutasiya edə biləcəkləri maksimal güc 15 Vt-dan 250 Vt-dəkdir. Onların işləmə müddəti 1-10Ms-dir

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov