Showing posts with label səfa məcidovun şeirləri və düşüncələri. Show all posts
Showing posts with label səfa məcidovun şeirləri və düşüncələri. Show all posts

Saturday, September 16, 2023

Səfa Məcidovun şeirləri

Məni Allah uzaqlaşdır bütün çirkin əməllərdən
Müsəlmanlar xeyir görməz bu cür yəqin əməllərdən

 

Müsibətdir satıb imanı şeytana bəni-adəm
Günahlar göz qabağında keçib batin əməllərdən

 

Bir addımda Xudavəndə yaxınlaşmaq gər istərsə
Atıb nadanlığın daşın yapış mömin əməllərdən

 

Çalış hər vaxt kim olduğun əməllərdən sübut eylə
Olur bəlli bir insana xeyir, xain əməllərdən

 

Namazın yox olar keçmək, varın var ki xuda buyurub
Zəkat ver kimsəsiz görsən, bu ən zəngin əməllərdən

 

Quru sözlə heç olmazsa yolundan çıxmış insanı
Gətir  haqqın təriqətinə savab yüz min əməllərdən

 

Kifayətdir edib rişxənd dəyərlər ki, bu Fərzanə
Əməl saleh deyil amma deyir kəskin əməllərdən

                                                                 05.10.2010 

 

 

Bu sevməkdir sevilməkdi tamam billah düşüb gözdən
Bir üsyandır dəli sevda başım çəkmiş təcavüzdən

 

Ki, baxma sevda beş hərfdir, hər hərfi bir məlamətdir
Bu beş hərfin böyük dərdi, gəlir sadə tələffüzdən

 

Xuramanın mən ardınca süründüm çox dəxi indi
Dayanmaq halətim yoxdur gedibdir taqətim dizdən

 

Belə yanmaz idi bəlkə mənim cismim cəhənnəmdə
Bir od qoydu mənə canan kabab olmuş ürək közdən

 

Çalış cəhd eylə Fərzanə! gözəl sevmə cəmalından
Bu isbatdır, həqiqətdir olur peşman sevən üzdən

                                                               09.12.2012

 

Ölüb gedərsən axırı
Özündən olma razı gəl

Heç olmasa onundan ol
Yüzündən olma razı gəl

Ağıldı qaldıran səni
Dizindən olma razı gəl

Yalanla yat yalanla dur
Düzündən olma razı gəl

Varındı çeşmi-əhvəlin
Gözündən olma razı gəl

Qonaqların narazıdır
Mizindən olma razı gəl

Yağış yağar odun sönər
Közündən olma razı gəl

Səfa! bəyənməyəndə var
Sözündən olma razı gəl

“Çeşmi-əhvəl”-həqiqəti görə bilməyən göz

 

                                                             10.12.2012

 

Allaha ibadətdədi minlərlə müsəlman
Hər ildə ziyarətdədi minlərlə müsəlman

 

İnsana gözəllikləri, sürətləri verdi
Təbii qazı, neft daşları sərvətləri verdi
Allah bu qədər ruzini nemətləri verdi
Əfsus ki, şikayətdədi minlərlə müsəlman

 

Toqquşdu buludlar və yağışlar yerə yağdı
Bir yanda dəniz, güldüsə bir yanda bulağdı
Allah bizə bağbandı bu dünya evi bağdı
Bir güldü təravətdədi minlərlə müsəlman

 

Kim ömr edər Allaha təvəkkül pənahıyla
Etməzsə keçər günləri min nalə ahıyla
İnşallah uduzmaz namaz adlı silahıyla
Şeytanla rəqabətdədi minlərlə müsəlman

 

Kafir! Seçilirsən niyə pak qəlbli bəşərdən?
Çün sən də müsəlman yaranıbsan bu dəyərdən
Aç gözlərini diqqət ilə seyr elə hərdən
Hər yanda vilayətdədi minlərlə müsəlman

                                                              10.11.2012

 

 

Zalima bizlərə zülm etmə Xuda xatirinə
Füqəra kəslərik incitmə Xuda xatirinə

 

İmkanın vardı, fəqir millətinə eylə kömək
Biri satqınlıq edir o biri atır barda göbək
Qoy halal yolla edək əldə halal nanu-nəmək
Bizi pisliklərə öyrətmə Xuda xatirinə

 

Haramı seçmə, halal məqsədə çatmaqdansa
Pay ver öz dostuna dumanına satmaqdansa
Falçıya cadugərə biz el uzatmaqdansa
Yaxşısı, əl uzadaq yetimə Xuda xatirinə

 

Gözümün nuru gedibdir daha ən dişəndən
Yapışıb zülm ile tutdum mən axır tişəndən
Kökünü tişən ile tişələdim rişəndən
Nola dərdim yenidən bitmə Xuda xatirinə

 

Sözdən ayrı, sənə  yox çarə şəfasızlar tək
Var sözün şükr eliyib olma xudasızlar tək
Sadiq ol dosta, yara yoxsa vəfasızlar tək
Ey Səfa üz çevirib getme Xuda xatirinə

                                                         22.11.2012

 

 

 

Mən istərəm ki, dilbərin nazın çəkim cəfa deyil
Sevib sevilməyim gərək, unutmağım rəva deyil

 

Nə qorxuram ki, düşməyəm məhəbbətin bəlasına
Cəhənnəmin bəlası mən üçün böyük bəla deyil

 

Məhəbbət eşqi ilə Yusifim sevib Züleyxasın
Düşür mənim də payimə, ki sevməyim xəta deyil

Bu sevgi bir əmanətim, siz etməyin xəyanəti
İlahidən gəlib bizə bu əmridir rica deyil

 

Ey afətim xuramanım inan sədaqət əhliyəm
Canım vəfalıya fəda, vəfasıza fəda deyil

 

Gözəlliyinlə fəxr edib, şükür qılıb sevinmədin
Məgər bizə bu cismi-canu xəlq edən Xuda deyil?

                                                                   12.12.2012

 

Mən içdikcən süzür saqi

 

Vücud pis,ruh xoş əhvalda
Ömür sürdüm bu minvalda
Məni-sərxoş bezən halda
Gəl amma ki, bezir saqi

 

Verir zövqi-səfa öylə
Bu şəxsə nur,ziya söylə
Qaranlıq qəlbimi meylə
Girib birbaş gəzir saqi

 

Pərişan rindi-həmdəmlər
Məlaldan bəlli görkəmlər
Cəmalından yağır qəmlər
Könül daşdan dözür saqi

 

Olur şaş tazədən hərdən
Kəsir mey kuzədən hərdən
Çıxır əndazədən hərdən
Süzür az qəlb üzür saqi

 

Səfanı, iltica üzmə

Buyur süz qaçma yan gəzmə

Gözün süzmə, dodaq büzmə

Ol əmrə, müntəzir saqi!

                             19.12.2012

 

 

 

 

Oğul hal-əhli olma, götür ibrət atandan
Böyük bir kəs ki yoxdur, sənə əlbət atandan

 

Biqeyretdən götürmə, çalış töhmət eyibdir
Zərər yoxdur sən alsan, əgər töhmət atandan

 

Pərişan etmə bir an, üzərsən qəlbi yoxsa
Sevinc hissi olar qeyb, doğar nifrət atandan

 

Nədir möhnət əzabı, nədir qəm qüssə hicran 
Uzaq düşsən bilərsən, neçə müddət atandan

 

Ataya kim baxar kəm, deyil bizlərdən əsla
Nələr gör bəhs edirmiş ,cənab həzrət atandan

 

Gər istərsən gözəl gün, yaşam tərzin dəyişsin
Oğul səndən buyurmaq, gərək dəvət atandan

 

Atan qeyrətli bir şəxs ,yolun eylə davam get
Sən övlada deyərlər, keçib qeyrət atandan

 

Demə hiddət nədəndir, səbəb sənsən ey övlad
Başın yüksək edərsən, gedər hiddət atandan

 

Səfa qəm çəkmə çünki, Vəfa tək bir atan var
Fəxr hissi qıl harda, düşər söhbət atandan

 

Cənab həzrət- Peyğəmbər nəzərdə tutulub

                                                             01.01.2013

 

Şərafətdir, uca addır müəllim
Savad elmə çatan daddır müəllim

 

Tiri-elmin dəqiq sancır zəkadən
Öz irfanında səyyaddır müəllim

 

Duyursan her mehinden bir mərifət
Bizə sovqat gələn baddır müəllim

 

Müəllimsiz təməl təsvir olunmaz
Mətanət xəlqə bünyaddır müəllim

 

Neçə alim, neçə şair yetirmiş
Vətənçün layiq övladdır müəllim

 

O heç bir vaxtı kəcgərdan dayanmaz
Əyilməz qəddi-şumşaddır müəllim

 

Səfa sən ərmağan verdin qəzəlnən
Biləydin kaş nə cür şaddır müəllim

Tiri elmin---elmin oxunu

İrfan-elm

Bad-külək

Bünyad-təməl

Qəddi-şumşad—düz qamət

                                             02.01.2013

 

 

 

 

Batardı din-şəriyyətim nə yaxşı var bu Mollalar
Böyük xətaya girmişəm günahımı yu Mollalar!

 

Səbəb nədir de? tənəyə gelir ki falçı cadusu
Günah hesab olunmayır edəndə cadu Mollalar?

 

Özümdə bilmədən, qulağ asıb imansız olmuşam
Oğurlayıbdı sən demə imanı oğru Mollalar

 

Buyur çağır hüzuruna balam nə tipdə istəsən
Ki, vardı qaməti uca,uzun ya yumru Mollalar

 

Bizə "barış-barış "deyib, demirlər özlərindən heç
Biri-birilə dinməyir yamandı qonşu Mollalar

 

Mərizi Molla yanına aparmamış fikirləşək
Bizə necə verər şəfanı əqli-sayru Mollalar?

 

Camat öz hayındadır bu sanki restarandadır
Sifariş eyləyir mərasimində menyu Mollalar

 

Satiranın  kalendarın varağlasaz görərsiniz
Dünənki mövzu Mollalar, bu günkü mövzu Mollalar

 

Səfa ədalət əhlisən otursan əyri, düz danış
Əgər yalançı Molla varsa, vardı doğru Mollalar

03.01.2013

 

 

 

 

 

 

 

 

 

Sual qalmır cavabsız
Ömür keçmir əzabsız

 

Bəşər rahi-behiştə
Olar qəbul savabsiz?

 

Kübar acdır kababnan
Kasıb toxdur kababsız

 

Həya hər kimdə yoxsa
O, bir güldür gülabsız

 

Biri var, yox qabında
Biri vardır ki, qabsiz

 

Səfa sadə sənətkar
Çağır bəysiz, cənabsız

05.03.2013

 

Dağıl dünya! Məni gör kim bəyənmir
Savadı olmuyan, alim bəyənmir

 

Siçan boyda ediblər əjdahanı
Dayandır öylə bir nəşvü-nümanı
Bəyənməzdi qabağ alim gədanı
Bu saat zalimi, zalim bəyənmir

 

Ağıl başında yoxdursa, götür kəs
Müsəlman laldı, kafirdən gəlir səs
Bu dünyada, Xudanı sevmiyən kəs
Mehəmməd sevmir, İbrahim bəyənmir

 

Nə fərqi qızdır, oğlandır müsəlman?
Ki, dərk eylə hər iksi, payi-sübhan
Pədər madəri istər bimar oğlan
Qız övladın, fəqət salim bəyənmir

 

Demə Molla Pənah Vaqif mənəm mən!
Sənətkar olmağından, vurma dəm sən
Əgər qabında, yoxdursa ha öyrən
Sənət bir vergidir, təlim bəyənmir

 

Soruşma məndən, hardandır məharət
Təkəbbürlük, yaraşmaz bir xəcalət
Bilir kim, kimdi xalqım, yoxdu hacət
Səfa Fərzanədir, təqdim bəyənmir

 

Nəşvü-nüma~~böyümək, inkşaf
İbrahim,Məhəmməd- peyğəmbərlər
pədər-madər ~~ata-ana
salim-salamat

27.01.2013

 

Aman Allah neçə mescid sökülür bar tikilir
Bu müsəlmanlığa ziddir nə səbəb var? tikilir

 

Əmr gəlmiş ki, bu il məscidimiz tam sökülə
Söküleən yerde arağ, piyvəyəe anbar tikilir?

 

Tanrı dərgahını insana qoyublar qadağan
Ki, günah bizdədir üz vermişik astar tikilir

 

İnkşaf etmədədir dərziçilik, fabrikalar
Oğlanın əyninə yubka, qıza şalvar tikilir

 

Nahəqin qapsı açıq, bağlıdır haqqın qapısı
Qapıya bircə çəkicnən iki mismar tikilir

 

İndi də elan edirlər ki, qiyamət gələcək
Allahın təqvimi üstündə kalendar tikilir

 

Bakirən işdi xanım batil olar, çəkmə kədər
Orginal bakirəlik parçaya oxşar tikilir

Çəkilib küncə otur, seyr elə lal karlar tək
Əşi Fərzanə cəhənnəm açıq-aşkar tikilir

28.05.2013

 

 

Axırı düşüb eşqə, mən də bir gözəl sevdim
Görkəmi mələk sima, qaşi-çeşmi ləl sevdim

 

Saydığım əlamətdə, körpə xəlq ola bilməz
Söhbəti şirin şəkkər,xisləti-dəcəl sevdim

 

Dönmərəm geri heç vaxt, sadiqəm vəfadarəm
Əhti-peymanım vardır,eyləyib əməl sevdim

 

Danmıram, mən ol yardan, küsdüyüm günüm vardır
Sevmiyən günün yoxdur, hər zaman əzəl sevdim

 

Qəlbə çox bəla gəldi, təsir etmədi amma
Qopdu min tufan leysan, əsdi hey xəzəl sevdim

 

Yardan ötrü sən oldun, eşqin əhli Fərzanə
Düşdüyün məkan sevgi, yazdığın qəzəl 'sevdim'


31.05.2013

 

Varlığın Xudavəndin, dərk edib hüda tapdım
Sanki bir qaranlıqda nuri-şəm ziya tapdım

 

Neynirəm həbib, dostu neynirəm ki, sirdaşı
Onda bir sədaqətlik onda bir vəfa tapdım

 

İntiha deyil eşqin xəlq olunmamış səndən
Bətni-madəri içrə eşqi-ibtida tapdım

 

Min dəva edib loğman çarə tapmadim ALLAH!
Birdəfə çəkib namin dərdimə şəfa tapdım

Çox dolandim avvarə müxtəsər qərar verdim
Həmdülullah olsun ki haqq yolun Səfa tapdım

 

Səfa Məcidov Fərzanə,14.11.2013,gece 02 30

Qeyd.Qəzəl həzəc bəhrinin fAilun mefAILun-2 təfilsində yazılıb
bətni-madər ----ana bətnində
e.qi-ibtida ----başlanğıc eşq

14.11.2013

 

 

Ədalətsiz ömür sürdü mənim yazıq kasıb xəlqim
Bu haqsızlıqları gormüş nədəndir bəs susub xəlqim

 

Nə ərzaq var, nə taqət var vəli tərk etməyib cəngi
Döyüşdən yox, soyuqdan yox acından qan qusub xəlqim

 

Yari sünni, yari şiyyə cüda olmuş müsəlmanlar
Sədayi-şeytana uymuş qulaq əfsus asıb xəlqim

 

Xilaskarı bu dövranın ümid var ki, gələr bir gün
Zamanın sahibi üçün hər an yollar pusub xəlqim

 

Səfa xəlqin cəsurdildir görər bədxahilər bir gün 
Qarabaği edib azad ayaq xakə basib xəlqim

vəli-amma
xak-torpaq

03.12.2013

 

Sərxoşluq edən dövlət hüşyar olacaq bir gün
İllərdi yatan bəxtim bidar olacaq bir gün

 

Xəlvət o qədər işlər gördük ki bu dünyadə
Dərk eyləmirik neyçün aşkar olacaq bir gün

 

Bir gəz doğulur məxluq bir gəzdə ölür məxluq
Düşvarki, yaranmışlar təkrar olacaq bir gün

Zalim eliyər zülmü məzlumilərə hər gün
Amma ki düşunmür o bimar olacaq bir gün

 

Bir parçada nan olsa şükran eliyək çünki
İnsanlara insanlar iftar olacaq bir gün

 

Arzu eliyir daim öz sevdiyi yar iylə
Fərzanə Səfa Həccə zəvvar olacaq bir gun


hüşyar-ayıq
bidar-oyanar
bir gəz-bir dəfə
düşvar-çətin

Qafiyə.. Nizami Gəncəvidən

29.01.2014

 

Haramdan əl çək ey insan halal pulçun halal işlə
Bu dünyadə dolanmaqçun aşağı başı sal işlə

 

Bazarlarda bahalaşma dəyər qalxır günü gündən
Bu gün çox pul qazanmaqçun dünənkindən fəal işlə

 

Üzülmə çox sənə qurban, əgər görsənki iş getmir
Bir anlıq ailə övlad həmən eylə xəyal işlə

 

Pulu pul üstə qoymaqdan şikəst oldu bu məmurlar
Yazıq fəhlə dəmirdənsən sənə yoxdur zaval işlə

 

Nə bir dost var, nə bir qardaş qərib yerdə nə karin var?
Uzaq getmə, elə doğma ocaq yurdunda qal işlə

 

Ata olma narahat day, sənə xoş müjdəmiz vardir
Şükür Allah olub təmin Səfa işlə, Tural işlə

02.02.2014

 

 

Ədəbsizlər ədəb bilməz
Şərəf bilməz, həsəb bilməz

 

Biqeyrətlər bu dünyayə 
Neçin gəlmiş səbəb bilməz

 

Nolar Quran ərəbcəndi
Hər izahin ərəb bilməz

 

Yarı çılpaq, ya çılpaqdır
Ölüm gəldikdə dəb bilməz

 

Geca-gündüz əzab, zillət
Fəqir rəncu-təəb bilməz

 

Gözəl insanlara Allah
Qəzəblənməz, qəzəb bilməz

 

Kədər, qəm qüssədir dostu
Səfa hissi-tərəb bilməz

 

Həsəb-adsan
Rəncu-təəb.--əzab yorqunluq
Hissi-tərəb--sevinc hissi

02.02.2014

Sevgilim məni axır ağladıb çıxıb getdi
Nazu qəmzəsi ilə aldadıb çıxıb getdi

 

Sidqi qəlb ilə sevdim xeyri nə fəqət yarim
Sevgimi oyuncaq tək oynadıb çıxıb getdi

 

Bir zaman gülən yarim qəmlidir hüzurumda
Qaş qabaq töküb başın salladıb çıxıb getdi

 

Məndən ol gözəl dilbər istifadə çox etdi
Loru dildə bir söznən firladib çıxıb getdi

Yari dəngsər etdin, güc bəlayla dilləndi
Sevmirəm səni ŞAir anladıb çıxıb getdi

09.02.2014

 

 

Şahdı dərd bizə sanki, olmuşuq nökər dərdə
Durmadan gəlir artır, yox qoyan qədər dərdə

 

Həmdəm oldu hər gün dərd, bezmişik bu dərdlərdən
Bəlkə də bezir bizdən, eyləsək nəzər dərdə

 

Bilmirəm nə var dərddə, qəmküsarimiz dərddir
Ehtiyac duyur şimdi, büsbütün bəşər dərdə

 

Saxlamaq deyil mümkün hər evə olur mehman
Xeyri yox dəmirdən də, qoysalar çəpər dərdə

 

Üz tutur ona hamı, dərdin izhar etməkçün
Kim bilir nə zülm ilə, tab edir xəzər dərdə

 

Harda var xeyir orda, şərdə vardır ey insan
Əl çəkən deyil səndən, ha de əlhəzər dərdə

 

Qəm kədər sevinc ilə, tənbətən ekizlərdir
Axşamın görən şadlıq, rast olur səhər dərdə

 

Təkcə pul, qarın dərdin, ləğv edər bu dünyadə
Pulda görmə hər dərman, çarə etməz hər dərdə

 

Gecdi biz ayılsaq da sən demə neçə ildir
Gül kimi olan ömrü, vermişik hədər dərdə

 

Dün gecə biri vardı, əhli-dərdə lağ etdi
Allahım onu öylə saldı beşbetər dərdə

 

Ey İmam Hüseyn şahım qalmadı qanın yerdə
İt kimi Ubeydullah, düşdü eybəcər dərdə

Dərd Səfa ilə dostdur, dosta dost zərər verməz
Onda sən günah görmə öyrəşib kədər dərdə

14.02.2014

 

Solar mənim ömür bağım, gülüm əgər sən olmasan
Sənin bu aşiqin ömür sürər hədər sən olmasan

 

Nolar gülüm, tərafətim hər an yanımda ol çalış
Gecə olur mənə açılmayır səhər sən olmasan

 

Dəhanımın, damağımın təamısan ki dərk qıl
Mənə şirin şəkər su da gələr zəhər sən olmasan

 

Aparararam mübarizə, yolunda hər zaman gülüm
Canım rahat olarmı ta ki bəxtəvər sən olmasan

 

Nə yaxşı varsan ey gülüm mənim yanımda yoxsa ki
Kədər sevinci məhv edər, çalar zəfər sən olmasan

 

Səni görüm ki zail, ol puç ol görünmə gözlərə
Sevənlər hamı şənlənər əgər kədər sən olmasan

 

Demək səni sevir yazır, ay üzlü dilbərim mənim
Səfa bu barədə yazan deyil əsər sən olmasan

16.02.2014

 

Bəlayi-eşq dərd qəmin dözüb bəlayə çəkmişəm
Ki, öylə ah etmişəm bulud səmayə çəkmişəm

 

Geca gələndə hicranın qəmi təbah edir məni
Əcəl məni aparmayıb şükür səbayə çəkmişəm

 

İlahi rəhmi qıl mənə məgər günahdı sevməyim?
Zülümləri könül verib bu məhliqayə çəkmişəm

 

Gülüm nolar ki, rəhmə gəl məni şad et nə cür ki mən
Özüm gəda günündəyəm sığal gədayə çəkmişəm

Nə eylədim ki dönmədin sözündən amma kafiri
Namazə dəvət etmişəm abır həyayə çəkmişəm

 

Soruşsalar ki, yar çəkəndə nazını nə etmisən?
Utanma sən də söylə öylə dağ Səfayə çəkmişəm

27.02.2014

 

Ey insan az günah eylə
Gəlib haqqa pənah eylə

 

İbadətdən gəda qaçma
Veribdir əmri şah eylə

 

Bir iş tutduqda ölçüb biç
Nə kari, sonra ah eylə

 

Baxıb naməhrəmə uyma
Halal yolnan nigah eylə

 

Tələsməynən düzəlməz iş
Bu gün saxla sabah eylə

 

Əgər dansam səni Allah
Kəs ömrümdən kütah eylə

 

Keçib ağsaqqal olmaqdan
Saçin ağdır siyah eylə

 

Riyakar! fərqi yox dinə
Əməl gah etmə gah eylə

 

Səfa düşmənlərin çoxdu
Sözün dildə silah eylə

07.03.2014

 

 

Gələr ruzi-qiyamət
Deyil bəlli o müddət

 

Qalar yar aşiqə həm
Ana övladə həsrət

 

Bəşər rəhmət apardı
Aparmaz vari-dövlət

 

Müsəlmanim! buyur gəl
Müqəddəs yol şəriyyət

 

Xudayə bəllidir bil
Nə iş görsəndə xəlvət

 

Öpüb əcr al ananın
Ayağin altı cənnət

 

Müəllim ol xeyir ver
Savabdır öyrən, öyrət

 

Dəri-dərgah açıqdır
Hər an haqq etdi dəvət

 

Öğul öylə zamandır
Edib hörmət, gör hörmət

 

Kimin meyli tamahdır
Ölüb çəksin xəcalət

 

Vəfasız sevmə onda
Yox it qədri sədaqət

 

Pul hər vaxt var fənadır
Əsas mənlik, ləyaqət

 

Quraq düzgünlük üstə
Edək inşa ədalət

 

Səfa haqdan danışma 
Başın saxla səlamət

12.03.2014

 

Toyda bəyə arzumdu ki, daim ola xoşbəxt
Yarıyla ömür baği gəzə qol-qola xoşbəxt

 

Sevda quşu xoşbəxtdi qonubdur sizin evdə
Dolduqca yaşa sizlə bərabər dola xoşbəxt

 

Xoşbəxtliyə sarıdısa atdıqları addım
Torpaq yaza onlar gəzən hər bir yola xoşbəxt

 

Aşiq pir olar yarını dərd çəkməyə qoymaz
Bülbül oxudu istədi, ki gül sola xoşbəxt

 

Xoşbəxtliyə üz döndərən insan iki üzdür
Cəhd etsə də birdə girə bilməz rola xoşbəxt

 

Ən sonda Səfa istədi bir övladin olsun
Şıltaq kimi qaçsın sağa, qaçsın sola xoşbəxt

 

 

Mənim bir ayrı dilbərdə gözüm yox
Gözüm toxdur xəyanətkar üzüm yox

 

Məhəbbət yollarmn cızdım səninlə
Bu yolda başqa canannan izim yox

 

Sənə yetmək üçün illərdi dözdüm
Demə gəl ayrılaq artıq dözüm yox

 

Gülüm gəl qəlbimin söndürmə şəmin
Onu yandirmağa kibrit, közüm yox

Ömür sənlə, sürüm sənlə ölüm mən
Qərar böylə verib qəlbim, özüm yox

 

Səfa yarın gözəllərdən gözəldir
Həya arından heç olmaz sözüm yox

04.04.2014

 

Adam vardır bu dəhrə, gələn gündən zəlildir
Adam var şad, xürrəm ölüncən müstəqildir

 

Dilin dinc saxlayarsan keçər ömrün firavan
Gələrsə başə hər nə bəlası bil ki dildir

 

Et izhar eşqi yarə rəqibi qoyma sevsin
Əgər ki aşiq olsan çalış vaxtinda bildir

 

Qəzəlxanlar Səfanı edərlər əhv çünki
Həvəskar bir yazardır, hənuz ustad deyildir

20.04.2014

 

Qarabağa nəzər salaq, kəsibdi çox baş erməni

Qıyıb neçə günahsıza, şərəfsiz oğraş erməni

 

Təcavüz eyləyibdi altı yaşlı bir küçük kıza

Satıbdı namusun, arın alıbdı daş qaş erməni

 

De! səndə zərrə rəhm yox? əsiri zorla öldürüb

Baxıb sevincəyindən olmusan gözü yaş erməni

 

Cəsarəti çatan deyil, səninlə üzbə üz dura

İgid! muğayat ol ki, arxadan atar daş erməni

 

Sənə necə müraciət edim? Özüm də bilmirəm

Dilim də gəlməyir sənə deyim ki, "yoldaş" erməni

 

Şərabi Saqi! az süzün babalı düşməsin sizə

Edər hücum anasına, olarsa əyyaş erməni

 

O körpənin günahı nə? o annenin günahı nə?

Sənə baha başa gələr bu qanlı yaddaş erməni

 

Anaların duaları, dönübdü nalə qarğışa

Olaydı kaş cəsədləriz, köpəklərə xaş erməni

 

İlahi məsləhət sənin, fəqət Səfadan olsa gər

Doğulsun it, pişik fəqət doğulmasın kaş erməni

                                                    27.04.2014

 

Bir kimsə əlimdən səni ey yar ala bilməz
Alsa əgər Allah alar əğyar ala bilməz

 

Qorxaqdi əcəl hətta məni sənlə görəndə

Xəlvətdə alar canımı aşkar ala bilməz

 

Sevgin gözəlim! qəlbimə bir mənzərə tikmiş
Bir böylə sənət təhsili memar ala bilməz

 

Yari yetirən aşiqə sevdasidi yoxsa
Yar istədiyin olsada vadar ala bilməz

 

Çək nazını yarin gülüşün, gör! necə bağban
Göstərməsə qayğı gülə gülzar ala bilməz

 

Mütləqdi ki, xoş xasiyət olsun sevən aşiq
Bəd xislət olan zövqi-çəmənzar ala bilməz

 

İncitmə Səfa! yarini vay haliva qorx ki
Yar könlünü sən yazdiqin əşar ala bilməz

27.04.2014

 

Canan! məni tərk etmə, dözməz bu könül sənsiz
Viranə qalar sanki ,bağlardakı gül sənsiz

 

Bir vaxtı bu qəlbimdə sevda təməlin qurdun
Hicran elə tərpətdi, məhv oldu özül sənsiz

 

Sevdayə düşüb! başə sevda tacı qoymuşdum
Yar sən gedəni oldu, bu başıma kül sənsiz

 

Eşq mənzilimiz boşdur,  hər pəncərəsindən mən 
Sahibsiz otaqlar tək, asdım qara tül sənsiz

 

Ondansa Səfa ölsün çünki ona ey dilbər!
Bu dəhrdə ömr etmək asan döyül sənsiz

30.04.2014

 

Allah! sən özün aşiqi dildarə qovuşdur
Aşiqləri qoyma qala avvarə qovuşdur

 

Bimar eliyibdir məni eşq içrə bu həsrət
Allah! bu sağalmaz cana tək çarə 'qovuşdur'

 

Yarsız mənə bir gün özü bir ildi İlahi!
Nolar daha son qoy acı rəftarə qovuşdur

 

Allah! sənə illərdi yetir vəslə deməkdən
Bağrım qan olubdur cigərim parə qovuşdur

 

Öz yarına məndən savayı hamı qovuşdu
Rəhm eylə Xuda! gəldi canım zarə qovuşdur

 

İllər boyu cəhd etdin ayırdın bizi şeytan!
Birdəfə xoş iş gör ki gəlib karə qovuşdur

 

Tanrı! bu Səfanı elə şad şeyrinə xatir
Tezliklə o cananı sənətkarə qovuşdur

06.07.2014

 

 

Xoş gündü bu gün ad günüdür sevgilimin
Xoşbəxt adamam bağbanıyam öz gülümün

 

Acizdi dilim sevgilimin sağlığına
Haqqinda desəm qüvvəti çatmaz dilimin

 

İşdir gözəlim sevgimə etsən şübhə
Bax gözlərimə güzgüsüdür daxilimin

 

Biganəni mehman edə bilməz bu könül
Yarımdı mənim sahibi-eşq mənzilimin

 

Dünyadə gözəl hər nəyi görsəm sənsən
Hətta belə dörd fəsli də sənsən ilimin

 

Əhv et məni tək qeyd edirəm ad gününü
Tutmur meyi də taqəti yoxdur əlimin

 

Gənc ölsə Səfa naməni yazdım biləsən
Hicran ilə həsrətdi adı qatilimin

21.07.2014

 

 

Bir gün, köçərəm mən bu cahandan gözəlim!
Bezdim daha bu, dövrü-zamandan gözəlim!

 

Mənalı həyatı mənə sən bəxş elədin
Ömr eyləmədim şükr yalandan gözəlim

 

Laldan da betərdir mənim halım bu gecə
Nitqim tutulub ahu-fəğandan gözəlim

 

Ən vacibi xoşbəxtliyimiz, baxmayaraq
Çox arzularım keçdi gümandan gözəlim

 

Dünya salır ayrı məni səndən yoxsa
Doymaqmı olar ruhi-rəvandan gözəlim

Dünya nə sənindir nə mənimdir, de görüm!
Qalmışdı Süleymanə haçandan gözəlim?

 

Az qaldı cavan ömrümə can tapşırıram
Busə dilə son dəfə dəhandan gözəlim!

 

Növrəstə Çinar idi Səfa , lakin onu
Yarpağları tərk etdi xəzandan gözəlim

09.01.2015.

 

Yar ! dərdimi hardan biləsən sən?
Qorxum budu bilsən güləsən sən

 

Ya fəsli-baharsan ya zimistan
Gahi beləsən gah eləsən sən

 

Yoxdur ümidim qəbrimin üstə
Baş çəkməyə hərdən gələsən sən

 

Sən tək nə qədər vardı vəfasiz
Zənn eyləməki bir giləsən sən

 

Milyon gözələ göz yumaram mən
Qəlbimdə əvəzsiz hələ sənsən

 

Sənsiz yaza bilməzdi Səfa söz
İlham gətirən də dilə sənsən

09.01.2015

 

Məcnun kimi səhralərə düşdüm
Leyla məni dərk eyliyə bilməz


İnsan məni dərk etməyə aciz
Dünya məni dərk eyliyə bilməz

 

Bu dərd mənə sirri müəmma
Tale belə çəkmiş buna imza
Olsun neçə dost aşinam hətta
Amma məni dərk eyliyə bilməz

 

Olduqca mürəkkəbdi qəlizdir
Ağlar gözümün yaşı dənizdir
Qəlbim kimi şəffafdı təmizdir
Dərya məni dərk eyliyə bilməz

 

Allahadı bir təkcə ümid var
Yaddan ola bilməz mənə qəmxar
Yarım məni dərk etmədi, əğyar 
Əsla məni dərk eyliyə bilməz

 

Tərk etdi məni sevdiyim afət
Sevdim yenidən olmadı qismət
Baş açmadı məndən bu məhəbbət
Sevda məni dərk eyliyə bilməz

 

Fərzanə Səfayəm çəkirəm ah
Ölsəm məni hamı anar eyvah
Bir kimsə sağ ikən görən Allah?
Guya məni dərk eyliyə bilməz?

24.03.2015

 

Əhdim həmi andim həmi ilqarım ata
Həm hörmətim həm şöhrətim həm varım ata

 

Ac qalmısan amma bizi ac qoymamısan
Dansam, deməli yoxdu həya arım ata

 

Xoş gündədə pis gündədə tək qoymamısan
Dostdan da əzizsən mənə qəmxarım ata

 

Uğrumda əsir oldu quru canından 
Qurban elədi keçdi fədakarim ata

 

Qeyrətli ömür hər kişinin kari deyil
İsmin kimi əhdində vəfadarım ata

 

Heç bir əməl üqbadə cavabsız qalmaz
Cənnət nəsib etsin sənə ol Tarim ata

 

Pirani də olsam dara düşsəm deyərəm
Gəl gəl yetiş imdadə xilaskarım ata

 

Dünyadə səni etməz əvəz heç birisi
Dost aşina ya istədiyim yarım ata

 

Əslində dəyərsizdi bu, şeyrim çün, adın
Vardır deyə qiymətlidi əşarım ata

05.04.2015

 

Dünyada yaşamaq dözüm istəyir
Həqiqət görməyi gözüm istəyir
Vicdanım təmizdir imkan vermiyir
Sırtıqlıq eyləsin üzüm istəyir

20.06.2015

 

Könlüm daha dözmür
Hər şey baha dözmür.
Bir halda bu dərdə
Div əjdaha dözmür.

 

Bəxtim nə gülübdür
Pis vəqt gəlibdir.
Heçkim də rəhm yox
İnsanlıq ölübdür.

 

Göz yaş gilə gəldi
Həftəm ilə gəldi.
Dünyanın əlindən
Canım dilə gəldi.

Evlən demə çox-çox
Evlənməyə pul yox
Üç yüz maaşımla
Külfət olacaq tox?!

 

Dəhşətdi bu,dəhşət!
Pis gündədi millət.
Biz elm alaq hardan?
Təhsildədə rüşvət.

 

Ölmək demə bir də
Olma bu fikirdə.
Ən yaxşısı ömr et,
Pulnandı qəbir də !

26.04.2015

 

 

Hər yerdə tıxacdır, basabasdır.
Guya ki, bu yol pervi klasdır.

 

Neynək axı! nazir başa düşmür
Yol tikməyə pul yox baş əsasdır.

 

Sağlam yolu bərbad hala salmaq
Yoldan alınan, qanlı qisasdır

 

Daxildə deyir, bir dəli şeytan
Edam eləyib bunları asdır

 

Məmurları təsvir belə eylə.
Zahirdə qızıl tək içi pasdır

 

Üstün tuturam hər geyimindən
Haqq kəlməsi əynimdə libasdır

 

Xalqın puludur ciblərinizdə
Şəxsiyyətivin bəs kimə xasdır?!

Əlbətdə, kasıblıq nə qanarsan?!
Süfrəndə ucuz tək ananasdır.

 

Səbr eylə Səfa! Allaha xatir
Səbr eyləmək ən ali xilasdır

27.04.2015

 

 

*Hikmətli kəsi xar eləmək, cahilə xasdır

Yox xeyri, fərasətsizə quran qulaq asdır*

 

 

 

* Molla Niyaz Ərəşliyə* təxmis

 

Ya-ya-ya yanında olmaq, xə-xə-xə xəyal olubdur
Nə-nə-nə nə istədim mən, zə-zə-zə zəval olubdur
Mə-mə-mə mənimçün hər gün, mə-mə-mə məlal olubdur
Şə-şə-şə-şəha,camalın kə-kə-kə-kəmal olubdur
Lə-lə-lə-ləbin şərabı zü-zü-zü zülal olubdur

 

Gö-gö-gö gözəlliyindən, o-o-o olalı agah
Bə-bə-bə bərabərində, yo-yo-yo yoxundu vallah
Kü-kü-kü küsürsən ey gül, ba-ba-ba barışmısan gah
Tə-tə-tə-təbarək Allah ,cə-cə-cə-cəmalın,ey mah
Gü-gü-gü-Gün ilə Ayə mi-mi-mi-misal olubdur

 

Nö-nö-nö nökər təkəm xan, ə-ə-ə əsiriyəm mən
Bu-bu-bu bu dünya zindan, ə-ə-ə əsiriyəm mən
Hə-hə-hə həmi o canan ə-ə-ə əsiriyəm mən
Bə-bə-bə-bəlayi -hicran ə-ə-ə-əsiriyəm mən
Xə-xə-xə-xəyali -vəslin mə-mə-mə-məhal olubdur

 

Va-va-va varındı əxlağ, yo-yo-yo yoxundu nöqsan
Mə-mə-mə mələksən ey gül , de-de-de deyilsən insan
Sə-sə-sə səmimi qəlbdən, de-de-de deyir bu nalan
Gö-gö-gö-gözün hərami o-o-o-olalı ey can
Sə-sə-sə-sənə bu qanım hə-hə-hə-həlal olubdur

 

Sə-sə-sə Səfa bu eşqə, e-e-e edibdi təzim.
Zi-zi-zi zikr olubsan, di di di dilimde daim
Ki-ki-ki, olaq səninlə, və və və vəfadə qaim
Ni-ni-ni-Niyazi halın se-se se sevir qəmər kim
Qə-qə-qə-qəmin yeməkdən hi-hi-hi-hilal olubdur

10.05.2015

 

 

Öpərəm, şövq ilə zəhmətkeş əlindən anamın
Mənə, çox xeyri dəyib hər əməlindən anamın

 

Dən salıb saçlarının, həpsinə zalım dünya
Qalmayıbdır bir əsər, qarə telindən anamın

 

Deyər öglum! sənin uğrunda bu, candan keçərəm
Zərrəcə, qorxusu yoxdur əcəlindən anamın

 

Göz açandan onu rahət yaşıyan görməmişəm
Qəlbi məndən, narahatdır əzəlindən anamın

 

Gözəlim! çox demə səndən gözəl üstün yoxdu
Vardı üstünlüyü dünya gözəlindən anamın

 

Saxla hər vaxt, anamın hörmətini övlad tək
Gələr əlbət, xoşu ismətli gəlindən anamın

 

Bu Səfa kimdi görən? nəzmə çəkibdir ananı
Halı, əhvali düzəldi qəzəlindən anamın

28.06.2015

 

 

 

 

 

"Ömrümə az qalıb gedirəm artıq"

 

Gəlib məzara baş çəkmiyin mənə
Yas tutub qurmayın adət ənənə
Gülürəm öləndə gülərəm yenə
Öləndə demiyin getdi bu yazıq

 

Verirəm and səni ağlama gülüm
Qəbirdə cismimi dağlama gülüm
Gözünün yaşın sil bağlama gülüm
Qapqara zülfünə qapqara yaylıq

 

Ölməmiş bir yuxu görmüşəm gecə
Qəbirdə susamış halda sadəcə
Buludlar ağlayır mənimçün necə
Yağışın yağdırır verir qonaqlıq

 

Ey zalım öyünmə səndə nə vardı?
İnsanlar sərnişin dünya qatardı
Hər kəsən özüylə bir şey apardı
Səndə pul məndə də söz dolu sandıq

28.06.2015

 

 

Canımı məndən alır ,baxdıqca şəhla gözlərin
Bəxş edibdir ömrümə, bir ayrı məna gözlərin

 

Sevgilim! zülfün gözəl, nazın gözəldir amma ki,
İlk baxışdan qəlbimə, salmışdı sevda gözlərin

 

Gərçi, qəlbində həsəd olmazsa hər bir nazənin
Sidq ilə söylər ki var ə`ladan ə`la gözlərin

 

Mən səni Leylalərə bənzətməm əsla sevgilim
Çün mənə Leyladan artıqdır o rə`na gözlərin

 

Bir dəfə getsən əgər, gül bağına gül süzməyə
Etdirər bülbüllərə min nəğmə ifa gözlərin

 

Gözlərindən bir ömür sürsün Səfa doymaz yenə
İstəyərki ki, qəbrinə etsin təmaşa gözlərin
                                                          02.08.2015

 

Biz axı, dərd əhliyik, gülmək yaraşmır bizlərə
Ağlayıb göz yaşını, silmək yaraşmır bizlərə

 

Biz axı ,Şah İsmayıl, Babəklərin övladıyıq
Erməniynən torpağı, bölmək yaraşmır bizlərə

 

Allahın, bəxş etdiyi can sağlığın qədrin bilək
Fani dünya qədrini bilmək yaraşmır bizlərə

 

Məzlumun,acizlərin ol həmdəmi çat dadına
Dinmə dəvətsiz yerə gəlmək yaraşmır bizlərə

 

Ey Səfa xəlq olmuşuq ki , yaxşılıqnan ad edək
Faydasız ömr eyləyib, ölmək yaraşmır bizlərə
                                                                                           04.08.2015

 

Yoxdur ele bir şey mənə, canandan əzizdir
Canan mənə, ruhumdan həmi candan əzizdir

 

Axtarmamışam dərdə dəva,özgə gözəldə
Yarım mənə dərd versə də, dərmandan əzizdir

 

Namərd və riyakardan uzaq gəzmişəm ey yar!
Azadlıqım əlbətdəki, zindandan əzizdir

 

Baxma yaşadım, xeyli gözəl anlar içində
Yar ilə keçən, bir anım hər andan əzizdir

 

Basdır məni, "yar dəfn olunan yer" alağ olsa
Mərmərdən olan, hər qəbiristandan əzizdir

Mən razı, cəhənnəmdə olum yar ilə birgə
Canansiz olan, cənnəti-rizvandan əzizidir

 

Şair kimi, biganə məni istəməsin qoy
Onsuzda Səfa, yarə qəzəlxandan əzizdir

 

 

İstirahət, bilməyir yorğun canım
Səs ,səmirsiz sızlayar, susqun canım

 

Öylə bir gün yoxdu ki, dərd görməyim
Sanki gəlmir ruhuma uyğun canım

 

Evsizəm, hər gün duamdır Allaha
Kaş, bu il görməzdi qar,çovğun canım

 

Qəlbimi, Allah adı pak saxlayıb
Nola, hər gün görməyib sabun canım

 

Pul pərəst əğyarı sevmə! sev məni
Ay sənin, şux sərvinə, vurğun canım

 

Mən həqiqət aşiqi, divanəsi
Əlqərəz, əfsanədir məcnun canım!

 

Növbəti dərddən Xudavənd saxlasın
Gördüyün görmüş Səfa! əfzun canım

21.09.2015

 

Yarım! bilirəm ki, məni ölsəm unudarsan
Hər dərdimi sənlə belə bölsəm unudarsan

 

Əvvəlki kimi ilk baxışımdan tanımazsan
Ölsəm, təzədən dövrana gəlsəm unudarsan

 

Gənc ömrümü, qarə telinin qurbanı etdim
Sərf, eyləməz idim sənə bilsəm unudarsan

Kimlər unudulmur ki ,gülüm fani həyatda?
Qırx gün ,cəmi torpaqda əzilsəm unudarsan

 

Sənlə acı davrandığım üçün mənə söz ver
Mən, son nəfəsimdə sənə gülsəm unudarsan?
                                                                                           09.12.2015

 

Biz manat, zorla taparkən, dolanarkən birdən

Dolların qalxmağını, yüklədilər çiynimizə

 

Gece gördüm yuxuda, vergilərin beyni çönüb

Göz dikib, mal qaralardan alınan peynimizə

 

Üzdə dindarlığımız, olsa da pul parə üçün

Quranı, rus arağıynan  qoyarıq eynimizə

 

Daha bu  ölkədə əldən kişiliymiz alınıb

Bircə o qaldı, gedək yupka geyək əynimizə

 

Qorxumuz, yoxdu Səfa! boynu yoğun məmurdan

Assalar da, yazarıq gəlsə kəlam beynimizə

30.01.206

 

Gəl yad eliyək keçmişi əvvəl kim olubsan?
Sən qanlar içib zülm eliyən zalim olubsan

 

Korropsiya ləğv olmağı haqqında danışma
Rüşvətlə alıb diplomunu alim olubsan

 

Sən az özünü bizlərə aslan kimi göstər
Məmurlara quyruq buluyan daim olubsan

 

Yoxsa adını bilməz idi bir köpək oğlu
Dillərdə pulun xatirinə təqdim olubsan

 

Millət nece tarac olur olsun nə işin var?
Qoy cümlə cahan batsa da sən salim olubsan

Barmaqlarını qatla kimə xeyrin olubdur
Ad var ki bizim ölkəmizə xadim olubsan

 

Əhsən Səfa xəlvətdə nə var aşikar etdin
Haqq şairi tək xalqın üçün təhkim olubsan

27.09.2016

 


Hansısa binamusa, biqeyrətə baş qoşmaram
Mənasız hər bir sözə hər söhbətə baş qoşmaram

 

Eybi yox daşdan çıxan ruzi halal xoşdur mənə
Min haramla əldə olmuş nemətə baş qoşmaram

 

Allahım təkdir mənim yoxdur şəriki as məni
Bütdə Allahlıq görən bir mürtətə baş qoşmaram

 

Yoxdur azadlıq mənə cananıma can borcluyam
Verməyincən canını hürriyyətə baş qoşmaram

 

Xəmrimiz şükr Allaha ki mərifətdən yoğrulub
Zövqi-seytandan doğan eyş-işrətə baş qoşmaram

 

Neynirəm yarım mənim zərri ziba tək yar ola
Valideynin sevmiyən bir afətə baş qoşmaram

 

Cahila can tapşırırsan, söyləyirdin bir zaman
Kim qalır, kimlər gedirsə rəhmətə baş qoşmaram.

 

Ya Səfa vaxtsız qocaldın çox düşündün hər şeyi
Bəlkə sən söz ver de ki, bir müddətə baş qoşmaram.
                                                                                                 29.12.2016

 

 

 

 

Gözümün nuru sənsən gözəlim
Sən elə özümsən mənsən gözəlim

 

Sevgimlə düşmüşəm sənin izinə
Mənə cənnətdir baxmaq gözünə
Qəmlənmək yaraşmır,gözəl üzünə
Hər zaman görüm ki şənsən gözəlim

 

Görsən ölürəm çəkmə çox kədər 
Danış sevgilim olmayım hədər
Ömrümə,ömür qatarsan əgər
O incə səsinlə dinsən gözəlim

14.06.2017

 

Əldən alınıb haqqımız ancaq susuruq biz
Haqqı hesaba gündə yalandan basırıq biz

 

Kül başımıza evdə acından ölür hər kəs
Qonşum qazanır pul necə? xəlvət pusuruq biz

 

Ac gözlük edib çox fəqirin malını tıxdıq
Yəqin bu səbəbdəndi ki bir-bir qusuruq biz

 

Allah dediyin etsə idik, birlik olardı
Zənnimcə də şeytana qulağ çox asırıq biz

 

Şairləri, Alimləri öldükdə sevirlər
Cansız şəkilin xatirələrdən asırıq biz
                                                                                                 28.10.2017

 

Nədən Ya Rəbb! bu dünyayə gəlib zalım, pis insanlar?
Nədən çoxdur pis insanlar, nədən az xalis insanlar?

 

Rəhmkar mehriban Allah! yetər qəddar üzün göstər 
Qiyamət gəlməmiş çəksin, cəzasın iblis insanlar

 

Nə qeyrətsiz, nə namussuz, nə vicdansız doğulmazlar
Ana bətnində əxlağdan olarsa tədris insanlar

 

Səfa, əslində qədrin yoxdu sağlığda bu adətdir
Öləndən sonra insanə qurarlar məclis insanlar

                                                                                                20.10.2017

 

Öyrən özünə sən də gün ağla cavan oğlan 
Aç bir kitabı sən də varağla cavan oğlan

 

Başla Nyutondan, Qalileydən Edisondan
Alimlərin haqqında sorağla cavan oğlan

 

Bel bağlama var dövlətə yad dostlara heç vaxt
Bel təhsilinə, elminə bağla cavan oğlan

 

Avarəliyi qoy qırağa bir xeyir iş gör 
Qoy hamı görə gəlmisən ağla cavan oğlan

 

Rəhmətlik atan çox dedi öyrən bala dərsi
Peşmançılığın xeyri yox ağla cavan oğlan

 

Dərk etməsə insan özünü yoxsa nə xeyri
Döysəm də səni, əllə çomağla cavan oğlan

 

İbrət sənə cahil gəzişən sınmış ağacdır
Sən gəzdin onu xırda budağla cavan oğlan

 

Aclıqda sənin çəkməyə dərdin məgər azdır?
Çəkdin siqaret hansı marağla cavan oğlan

 

Düz yolda sənin mərdiməzar qarşına çıxsa 
Lənət denən addımla qırağla cavan oğlan

 

Tənqidi qəzəl yazmağımın məqsədi vardır
Diqətlə məni dinlə qulağla cavan oğlan

Qardaş kimi ərk etdi Səfa haqqa tələs gəl
Hörmətlə və izzət qanacağla cavan oğlan
                                                                                               10.12.2017

 

Dostumu xoşbəxt görüm Həqqi Təalla istərəm
Ömrünün hər anına bir ayrı məna istərəm

 

Çox gözəl gündür bu gün çün vəslə yetdin yar ilə
Ailən olsun təmiz eşq üstə inşa istərəm

 

Canla başnan əlləşib bir şer icad etmişəm
Kaş olaydı adına layiqli misra istərəm

 

İnşallah bir görək övlad payından ol nəsib
Fərqi yox oğlan ya qız əladan əla istərəm

 

Düzdür olmur insanın qəmsiz kədərsiz hər günü
Xoş gün içrə olmasın qəm vaxtı peyda istərəm

 

Xırda göz yaşın görüb kimlər əgər tən eyləyər
Onların göz yaşı olsun kaş ki dərya istərəm

 

Baxma gəncəm anlaram sevmək nədir pir olmuşam
Yüsifi Kənan kimi misli Züleyxa istərəm

 

Mən Səfanın xoş gözəl gündən səva yox arzusu
Xaliqimdən ən gözəl günlər təmənna istərəm
                                                                                                 25.12.2017

 

Atasın qəbrini bilmir haradır həccə gedir
Anasın xəstə salıb üz qaradır həccə gedir

 

Dillənirsən ki anan acdı deyir yoxdu pulum
Buna Allah necə imkan yaradır? Həccə gedir

 

Köpək oğlu yetimə bir qəpiyindən keçməz
Deyir əl çirkidi də pul paradır Həccə gedir

Bacının ölmüş əri evdə acından qırılır
Qardaşın geydiyi don zərxaradır həccə gedir

 

Nankor övladı üçün gorda narahatdır ata
Çat düşüb qəbrinin üstü paradır Həccə gedir

 

Atanın ruhuna bir yasini qıymır oxuya
Gəl ziyarət neçə min dollaradır həccə gedir

 

Mən bu şer atəşinə tutmuram hər bir həcini
Kim fırıldaqdı sözüm onlaradır həccə gedir

 

Dinə gəlməzdən əzəl vicdana gəl yaxşl olar
Bəndədə vicdan olandan soradır Həccə gedir
                                                                                                29.12.2017

 

Bilir Allah necə ah nalə çəkibdir Xocalı

Qırılan körpələrin orda nə idi babalı?

Cavabı susmaq olar, kimlərə versən sualı

Soyqırımdır bunun adı vurulub qəlbə xalı

26.02.2018

 

Hər iki dünyada, Allahdan bağışlanmazdılar

Hansı, övlad valideynə zülm edər qəddin bükər

Çox çox əfsuslar, ola dünyada çoxdur böyləsi

Valideynə dağ çəkib, öz yarının nazın çəkər

18.12.2018

 

Dosta düşmən kimiyik, düşmənəsə yarilərik
Yaxşını pislərə qatmaqda, xətəkarilərik

 

Tapa bilməz bir həkim dərdimizin çarəsini
Doğulandan bu fəna mülkünə bimarilərik

 

Köpəyin zahiri çirk, daxili xoş amma ki, biz
Üzdə xoş, sadəlövük qəlbi riyakarilərik

Səbrimizdən daha əvvəlki kimi yoxdur əsər
Etməmiş xətmi quran ayəsi, dindarilərik

 

Ruzi-məhşərdə bizi təsdiq edən olmuyacaq
Haqqı göznən belə görsək, yenə inkarilərik

 

Gündüzün gün gözüdürsə, gecənin aydı gözü
Hər nə xəlvətdə edərsək, açıq aşkarilərik

 

Boşuna yorma Səfa çox özünü xeyri nədir?
Şeri-mülkündə olan şairi-naçarilərik
                                                                                                 26.08.18

 

 

Baba Pünhanın "Qudurğan olsa neynərsən?" qəzəlinə yazdığım nəzirə:

 

Yağış nemətdir, ancaq ki bu leysan olsa neynərsən?
Qaçıb gizlənmə yoxdu xeyri yeksan olsa neynərsən
Acından millətin bir gün yarımcan olsa, neynərsən?
O can üstə, sənin ömrün firavan olsa neynərsən?

 

Həyat çox darlaşıb artıq, necə dardır cığırlar da
Bu darlıqdan edir üsyan, neçə insan bayırlarda
Didərginlər səfalətdən əgər ölsə çadırlarda,
Vəkillər maliki-mülki-Süleyman olsa neynərsən?

 

Ədəb, əxlaq gözəl şeydir, bu təhsildə bu tədrisdə 
Təki xalqım elmlənsin, demirsən heç gözüm üstə
Koroğlu qeyrətindən dəm vururkən Milli Məclisdə,
Müsəlman qızları məktəbdə üryan olsa, neynərsən?

 

Gözüm aydın gedib həccə, hacı olmuş Hacı Şakir
Dünən kartof satan qonşum, bu gün xalqın satan nazir
Vəkil artist, vəkil şair, vəkil xanəndə və sair,
Dəyirmanın əgər dənsiz dəyirman olsa, neynərsən?

 

Var ikən ölməyin sirrin, get öyrən qəlbi ölmüşdən
İşin yoxdur sən ey zalım, beli, qəddi bükülmüşdən
Əzilmişdən, üzülmüşdən, əyilmişdən, sökülmüşdən
Döyülmüşdən axan qanlar nahaq qan olsa, neynərsən?

 

İşi düşsə bir insana, gələr çox axtaran kəslər
Nə bilsəydim bular bir gün olarlar baş yaran kəslər
Seçilməkçün düşüb mənzilbəmənzil yalvaran kəslər,
Seçildikdən bir az sonra qudurğan olsa, neynərsən?

 

Edər xalqa nələr agah? özündən olmuyan agah 
Bizə gör kimlər örnəkdir efirlərdə ayıb vallah
Bu mavi ekranım çox əyrini düz göstərir, billah.
Tutub usta düzəltdirsəm, düz ekran olsa, neynərsən?

 

Şükür Allaha əlbətdə, ilin ilsə, günün günsə
Səfa dönməzdi yəqin ki, zamanın çərxi tərs dönsə
De ki, Pünhan, zaman dönsə, tutulsa Ay, Günəş sönsə,
Səmadan Zülfüqar ensə – o dövran olsa, neynərsən?

05.12.2018

 

Paxıllıq edirdin nədən? yanırdın

Yoxsa ki özünə çox inanırdın?

Zalımlıq gör səni nə günə saldı

Fağırın Allahı yoxmu? sanırdın

02.02.2019

 

 

Ömrümün xoş baharı, ətrli reyhanımsan
Tay, bərabərsiz olan sevgili cananımsan

 

Sevinir sən təki vardır anası, oğlum Əli
Həm həyat yoldaşısan, ən yaxın insanımsan

 

Min şükürlər ola, sənlə keçirən hər anıma
Yaxşı varsan gözəlim, mənalı dövranımsan

O, utancaq baxışından və həyandan yoxdur
İncə səsli, qarasaçlı gülərüz xanımsan

 

Alıram boynuma hərdən sənə çox hirslənirəm
Gəlki, əslində mənim dərdimə dərmanımsan

 

Evimin, ləzzətisən, övladımın cənnətisən
Bağısan, bağçasısan, güllü gülüstanımsan

 

Bizi xoşbəxt eliyən Allaha əl açdı Səfa
Yara can sağlığı ver, Xaliqi-Sübhanımsan

16.07.2019

 

fAİlAtün fAİlün

Can vətənpərvər balam

Yaxşı yol, əsgər balam

 

Heçnədən qorxmaz igid

Ən böyük addır şəhid

Ol Mübariz, ol Fərid

Dildə ol əzbər balam

 

Görməsin canın, məlal

Hərbi xidmət çək fəal

Torpağ uğrunda halal

Tökdüyün qan-tər balam

 

Erməni bəd heybətin

İşğal etmiş, dövlətin

Düşmənə güc, qüvvətin

Et subut göstər balam

                           14.08.19

 

 



Həyata pis deyən insan, başa düşmür özü pisdir
Cəmi insanlara baxsan, onu yaxşı yüzü pisdir

 

Ayda üç yüz maaş ilə, kredit villa nöş almış
Soruşa bilməyirəm heç, deyəcəklər gözü pisdir

 

Xeyli gənc qız ləkə salmış, o müqəddəs ana adna
Göbəyin üstü açığdır, ətəyin razrezi pisdir

 

Bir zamanlar ayağ üstə vətənin qoruyan oğlan
İndi möhtaclıq əlindən, sürünür dizdizi pisdir

 

Toxun acdan xəbəri yox, nə bilir ki kasıb evdə
Sınıb stol, deşilib süfrəsi hətta mizi pisdir

 

Bişərəf oğlu olunca, ata kaş sonsuz olaydı
Tüpürüm mən belə bir yadigara hər izi pisdir

 

Çoxunu görkəmi xoş olmadığıyçün yola verdik
Kitabı aç oxu bir bax, nə olar cild üzü pisdir

 

Yazdığı şeri Səfanın, xoşuna gəlmədi xalqın
Dedilər haqq deyənin bəs, acıdır hər sözü pisdir

                                                                                           08.05.2020

 

Qəlbimi fəth eləyən, sevgili dildarım var
Yüz gözəl yarə dəyən, öz gözəlim yarım var

 

Kişilikdən deyil o, özgəsinə həmdəm olum
Nəfsimin sahibiyəm, çünki həya arım var

 

Demə peyğəmbərimin bir neçə arvadı olub
Mən müsəlman belə olsam, ona inkarım var

 

Ola bilsin ki deyil, razı çoxu fikrim ilə
Gəl fəqət tək deyiləm, xeyli tərəfdarım var

Ol xəyanətdən uzaq, çünki bağışlanmazdır
Əksinə fəxr elə ki, əhtim həm ilqarım var

 

Ağlımı, birdə səadətmi əlimdən alma
Elə billəm ki, böyük səltənətim varım var

 

Olaq hər vaxt gözəlim, mərdiməzarlardan uzaq
İnşaAllah eşidər arzumuzu, Tarım var

 

Səfanın baği-məhəbbətdə bitən laləsisən
Səni vəsf eyləməyə, söz dolu əşarım var

                                                                                          22.05.2020

 

Rəcəz bəhri, Müstəfilün-3

 

Haqq zalımı peşman edər, bir gün gələr
Dövranı xoş dövran edər, bir gün gələr

 

Çirkin əməllər ucbatından diz çöküb
Yalvar, yaxar insan edər bir gün gələr

 

Hər dəfə baş çəkməkdəyəm dərgahına
Qəbul məni, canan edər, bir gün gələr

 

Solmuş saralmış rəsmini təsvir edib
Qulluq gülə bağban edər, bir gün gələr

 

Uysan bu dünya malına, bir yol tapıb
Öz bildiyin şeytan edər, bir gün gələr

 

Çərxi-fələknən oynama, yoxsa səni
Dar torpağa ehsan edər, bir gün gələr

 

Dar gündə qoymaz Tanrı, hər bir insanın
Hər müşkülün asan edər, bir gün gələr

 

Vicdansız insanlar ölər, millət onun
Qəbrin söyər, nalan edər, bir gün gələr

 

Pul, parə bilməzdim ki qan qardaşların
Bir-birinə düşman edər, bir gün gələr

 

İşğaldan azad eyləyər torpağların
Şadlıq Azərbaycan edər bir gün gələr

 

Şeri Səfanın zövq verər, ümmid edir
Dillərdə xalq dastan edər, bir gün gələr

                                                01.06.2020

 

Həzəc, məfAİlün fəUlün-2

Dilərsən hər nə məndən, gözüm üstə baş üstə
Əlimdən hər nə gəlsə bir altdan bir daş üstə

 

Mülayim olma könlüm, həmən görsən gözəllik
Məsəl vardır gəzərlər, ilanlar daşqaş üstə

 

Zamandan hər gedən an, qənimdir canlılarçün
Olur təslim cavanlıq, gələrkən yaş yaş üstə

 

Peşiman olma könlüm, ötən günlər qayıtmaz
Heyifslənsən nə fayda, yığılmış kaş kaş üstə

 

Halal, vicdanlı kəsdən gəzərlər yan gədalər
Ölər mərdanə aslan, gələr çaqqal laş üstə

 

Vəsiyyətdir bu məndən, Səfaya ölsəm işdi
Oxu yasin şeirnən, məzarə bardaş üstə

 04.06.2020

 

 

 

 

 

Çıx get aramızdan, kiş-kiş a Karona
Səndən edirik biz, xahiş a karona

 

Çarəndə tapılmır, acizdi səhiyyə
Görmüb belə bir dərd, keçmiş a karona

 

Təslim əgər olsan, rüşvət sənə qurban
İmzala bizimlə , saziş a karona

 

İnternetə baxsan, həm telvizor açsan
Səndən deyir hər bir, verliş a karona

 

Lənətlənərək lap, kovid adı altda
Çindən bizə paysan, bəxşiş a karona

 

Spirtlənir əllər, həm maskalanırsan
Sayəndə biz etdik, vərdiş a karona

 

Qorxutmaz əzizim, islanmışı leysan
Əsla bizə yaddır , təşviş a karona

 

Yazıq kasıb oğlu, nə ilə çörək alsın
Bağlandı əlindən, hər iş a korona

 

Meydan oxuyursan, dünyayə bir ucdan
Odlarə düçar ol, yan biş a karona

                                                            05.06.2020

 

 

 

 

 

 

 

 

 

Sabira! day nə yazım? axtarıram söz yoxdur
Qaçıb haqsızlıq əlindən, deyəsən düz yoxdur

 

Biz ki, vardıq biz idik, birliyimiz möhkəm idi
Daha bizdən ayırıblar, o bizi, biz yoxdur

Ataraq böhtanı şər qüvvələri, çox qınama
Hər nə hal var, özümüz eyləmişik, göz yoxdur

 

Vətən uğrunda döyüşmüşlərə hörmət budumu?
Ürəyi güllə görüb, göz kor olub diz yoxdur

 

Bizi əhv eylə Şəhid! yerdə qalıb qanın hələ
Qəbrinin üstə necə güllər atım? üz yoxdur

 

Həftənin yeddi günü dərd tıxırıq, qəm yeyirik
Nə bizə bəsdi deyən var, nədə pəhriz yoxdur

 

Tülkülər şadlıq edir, zənn edir aslanlar ölüb
Ulayır ermənilər, sanki "Mübariz" yoxdur

 

Səfa hazırdı tuta, şeri ilə düşmənə toy
Sözümüz güllədən əfzundu təcavüz yoxdur

                                                    12.06.2020

 

 

Səni yadlar taladı ey başı qovğalı vətən
Qarabağım sənə divanədi, sevdalı vətən

 

Yox idi ölkəmizin işverəni, bəs dedilər
Səni kimlər de görüm satdı müəmmalı? vətən!

 

Ey oğul olma şəhid, tökmə qanı boş boşuna
Verilib erməniyə, sən demə imzalı vətən

 

Haqq yerin tapmayanaycan, dilimiz hayqıracaq
Yoxsa mən sürmərəm öz ömrümü mənalı vətən

 

Bağlayıbdır qara yaylıq üzünə, yas tutaraq
Zülmətə qərq olunub, nur kimi simalı vətən

 

Hərə bu mülkdə öz meylini bir yarə salar
Sən gülümsən, sənə mən bülbülü-şeydalı vətən

16.06.2020

 

Könlümü heyran edib, bir nazənin göy gözlü qız

Sərvi qamət, incə belli, simadan ağ üzlü qız

 

Mən səni seyr eyləyib gizlincə vəsf etməkdəyəm

Sən məni tellər arasından süzürsən gizli qız

 

Bir gözəllik bəxş edib Allah sənə bil qədrini

Ey qılınc qaş, sarı saç, şalvarı dizsiz dizli qız

 

Mənəviyyatdan kasıb, zəngin birindən qaç çalış

Qəlbi saf, vicdanlı kəsnən ol tanış, ol sözlü qız

 

Var Səfanın təklifi, gəl vəslə yetməzlər kimi

Mən Azərbaycanlı oğlu səndə ol Təbrizli qız

                                                                   21.06.2020

 

 

Ölmək də doğulmaq da pul ilə

Pul xərcləyirik hər üsul ilə

 

Sənlik deyil o, kofe snikers

İç köhnə çayı qənd, noğul ilə

 

Girdabi-qəmə batmamaq üçün

Dəstək tapırıq stimul ilə

 

Dünya düzələr bəlkə də onda

Həmsöhbət olar şahı qul ilə

 

 

Azdırmı atıb tərk eliyənlər

Fəxr etmə ana!, hər oğul ilə

 

Tədris olunur altı yaşından

Rüşvət bizə, məktəb, okul ilə

 

Dünyanı maşın tək sürən insan!

Çox oynama tormuzla, rul ilə

                                                                                               22.06.2020

 

 

Bu nə ardır, mədəniyyətdir axı lütləşirik?

Elmi təhsildən uzaq yan gəzirik, kütləşirik

 

Çox xeyirsizləri doğduq, toxumun əkdik biz

Sanki doldurmaq üçün kainatı cütləşirik

 

Yeyib içməkdən ibarətdi həyat bir çoxuna

Ciddi dünyanı zarafat sanırıq, şitləşirik

 

İşlədiblər bizi üç yüz manata it yerinə

Elə bil boyna qalustuk taxaraq itləşirik

 

Nə muğamnan aramız var, nə qəzəl dinləyirik

Ledi qaqayla, Rihanna baxırıq xitləşirik

 

Gəlirik qeyrətə hərdən eliyək haqqı tələb

Sonra təcridxanada ram ilə sakitləşirik

 

Peşəmiz çayxanada kart, damino, qeybətdir

Böylə bir yolla nə inkşaf axı, sabitləşirik

 

Pozulub başdan ayağa psixologiyamız

Görüb alçaqları, nadanları banditləşirik

 

 

 

Arizu etdi Səfa kaş bu cavan yaşda ölə

Nə rak olduq, nə də serroz, nə meningitləşirik

                                                        24.06.2020

 

Yar nə qədər sağdı canım, sağsalamat qədrimi bil

Azdı ömür müddətimiz, heçdir həyat qədrimi bil

 

Aşiqi- zarəm sən üçün, yoxmu vəfa səndə gülüm?

Yad elə hərdən məni bir, ol narahat qədrimi bil

 

Nəfsinə hakimlik elə, təkcə sənə mən qalaram

Az məni pul-parəyə var dövlətə sat qədrimi bil

 

Sənsiz olan hər günümün, kabusu məhv etdi məni

Rəhm elə nolar mənə yar, dadıma çat qədrimi bil

 

Nazını illərlə çəkib, oxşamışam telllərini

Bir dəfə də sən gözəlim, başımı qat qədrimi bil

 

Torpağın altında qonaq olsam əgər, mehmanım ol

Qəbrimin üstündə çıxan, kol-kosu at qədrimi bil

 

Mən gecə gündüz keşiyin, çəkmək üçün əsgərinəm

Rahət ol ey gül oyağam, sən uyu yat qədrimi bil

 

Yadə vəfasız! salaraq, sənlə keçən hər günümü

Sutkaların xatirinə, bircə saat qədrimi bil

25.06.2020

 

Şeri bağının bülbülüdür Tofiq Həsənli

Haqq şairi, haqqın dilidir Tofiq Həsənli

 

Şerin oxuyan bilmədi keçdi nə təhər vaxt

Öz milləti üçün ayırıbdır bu qədər vaxt

Tənqid edib alçağları, yaltağları hər vaxt

Sabir, Babanın stilidir Tofiq Həsənli

 

Həm dindarı həm şeytanı təsvir eləyibdir

Tərsinə gedən dövranı təsvir eləyibdir

Nəzm ilə Azərbaycanı təsvir eləyibdir

Xalqın iç üzü daxilidir Tofiq Həsənli

 

Ruhən qocalıb baxma ki, vardır yaşı əlli

Çəkmiş başı bir sevgili afətdən əməlli

Siması edir, arifə, fərzanəyə bəlli

Dərdin özüdür nisgilidir Tofiq Həsənli

 

Açdı gözünü Lənkəran adlı bu məkanə

Şükr Allaha xəlq onu, xalqa zəmanə

Doğmur hər ana böylə sənətkarı cahana

Əsrin doğulan tək ilidir Tofiq Həsənli

 

Xoşbəxtdi o insanki salıb tarixə bir iz

Ustad! gedirəm, mən sənə qurban xudahafiz

Xalq sorsa əgər ki, vətənin kimlərisiz siz

Məhbubu Səfa, sevgilidir Tofiq Həsənli

27.06.2020

 

Dərdimiz ağırdı ey dost, gəl çəkək tarazuda?

Mən vətən xalq dərdini, sən vari-dövlət dərdini

 

Qanına qəltan olub, ölmüş qırılmışlardanam

Torpağımdan güc bəla ilə atılmışlardanam

Mən didərgin düşmüşəm, yurdu satılmışlardanam

Gəl el oğlu birgə mənnən çək bu qeyrət dərdini

 

Biz axı söz atmadıq ki, özgələr qeysusuna

Qız, gəlinlərmiz əsirdir erməni casusuna

Göz dikibdir ehtiraslanmış yağı, namusuna

Hansı üznən bəs çəkirsən, eyşi-işrət dərdini

 

Cürbəcür dərdlər görübdür canımız, əzm etmişəm

Xeyli dərdə süfrələr açdırmışam bəzm etmişəm

Allahın göndərdiyi hər dərdini həzm etmişəm

Yükləyib gəzdirmədim, çiynimdə qismət dərdini

 

Yüz polis var ətrafın sanki xəlifəndir sənin

Bizlərə vəd etdiyin hər söz lətifəndir sənin

Xalqa xidmət eyləmək çünki, vəzifəndir sənin

Ol cəmiyyəyət içrə ki, öyrən cəmiyyət dərdini

 

Ayrılıb dərdində yanmaqdan dul olmaq yaxşıdır

Mərhəmətsiz Padişahdansa qul olmaq yaxşıdır

Gözləri ac zadəgandan yoxsul olmaq yaxşıdır

Qorxudan axşam-səhər eylər qənimət dərdini

 

Ey Xuda lütf eyləyib verdin mənə qəm zülmünü

Sən Səfaya vermisən ki, çəksin aləm zülmünü

Gəlməmiş məhşər günü, verdin cəhənnəm zülmünü

Vermə sən bari, çəkə öldükdə cənnət dərdini

29.06.2020

 

Fəqir haqqın yeyən kəslər utansın

Pula qəddin əyən kəslər utansın

 

Xuda xəlq etdiyi dünyadə yahu!

Biraz mən-mən deyən kəslər utansın

 

Vətən qeyrətdi, namusdu toxunmaz

Bu meyara dəyən kəslər utansın

 

Salıb səhv dostu düşmənlə inandıq

Yalandan don geyən kəslər utansın

 

Əzazil, güclüdən qorxub köpək tək

Zəif, aciz döyən kəslər utansın

 

Səfa haqqı sevənlərçün de gəlsin

Sözündən inciyən kəslər utansın

05.07.2020

 

İlanın qarəsinə ağına lənət

Eləcə erməni daşnağına lənət

 

Elə millətdi ki, çiynində mələklər

Eləyir həm solu həm sağına lənət

 

Tökəsən stəkana erməni qanın

Yazasan erməni torpağına lənət

 

Tüpürüm himninə və içdiyin anda

Qırmızı, göy, sarı bayrağına lənət

 

Qarabağ cənnətimiz adlı məkanda

Saldığı bağçasına bağına lənət

 

Kafirin gülləsinə mərd şəhid oldu

Çaxmağı basdığı barmağına lənət

 

Məsələ həllini tapmır otuz ildir

Atətə, Nato yığıncağına lənət

 

Ölkə hazırdı döyüşsün elə əmri

Getmiyən vardısa qorxağına lənət

 

Ta Qarabağı alınmazsa Səfanın

Ömrünün xoş keçən hər çağına lənət

24.07.2020

 

Addımı atmağımızdır Fizika

Oyanıb - yatmağımızdır Fizika

 

Maddi obyektə tərəf addım ilə

Yürüyüb çatmağımızdır Fizika

 

Arximed qanununun isbatıdı

Üzməsək batmağımızdır Fizika

 

Biz fiziklər buna öyrəncəliyik

Qəm yükün dartmağımızdır Fizika

 

Zamanın çərxi mühərrik kimidir

Onu fırlatmağımızdır Fizika

 

Suyu içmək özü bir möcüzədir

Onu qaynatmağımızdır Fizika

 

Çətin elmə veririk sadə izah

İncəlik qatmağımızdır Fizika

 

İki lingin bu tarazlıq halıdır

Qolu sallatmağımızdır Fizika

 

Səfa hərdən düşünür dünyanın

Nəbzini tutmağımızdır Fizika

01.08.2020

 

 

Kişi sanmışdım həyatı, kürəyimdən vurdu

Kürəyə atdığı zərbə, ürəyimdən vurdu

 

Davranır mənlə fələk, körpə uşağ tək sanki

Nəyə ki mən əl uzatdım, biləyimdən vurdu

 

Dost dedim bağbana, qısqandı bizim sevgimizi

Tikanı məhv eləməkdən, çiçəyimdən vurdu

 

Kamana qoydu oxun, çəkdi ədalətsiz həyat

Haqqa düz baxdığım üçün, bəbəyimdən vurdu

 

İldırım vurmadı on mərtəbəli zalım evin

Arada zalıma hürmüş köpəyimdən vurdu

 

Xoş təbəssüm gətirə bilmədi qəmgin üzümə

Qıdığın zalım həyat, çox göbəyimdən vurdu

 

Neyəmişdim?, çörəyə bais olan qonşumuzun

Toyuğu hər dəfə dimdik çörəyimdən vurdu

 

Vətənin dərdini çəkməkçün anam doğdu məni

Etiraz eylədim, ancaq bələyimdən vurdu

05.08.2020

 

Sahibin yoxmu sənin ay yiyəsiz tərbiyəsiz?

Aparırsan özünü tərbiyəsiz, tərbiyəsiz

 

Ölkəmiz əndamı çöldə qalana hörmət edir

Qadağa yoxdu, yaşa maniyəsiz, tərbiyəsiz

 

Nə deyim mən evin ağsaqqalı, ağbirçəyinə

Buraxıblar dolaşırsan ciyəsiz tərbiyəsiz!

 

Çoxu oldu can alan gözlərinin qurbanı

Kor olaydı o gözün kaş tiyəsiz tərbiyəsiz

 

Milli mentaltetə sığmır yaşayış davranışın

Hər sözün çərçivəsiz, haşiyəsiz, tərbiyəsiz!

 

Ey cavanlar! elin əxlaqlısına kim sataşar

Yaxasından yapışarsız deyəsiz tərbiyəsiz

 

Səfanın qafiyəsi vermir aman, təhqir edə

Şeirə uymur adın qafiyəsiz tərbiyəsiz!

19.08.2020

 

Vaxtımız az, arzumuz çox

Pul da yoxdur, borcumuz çox

 

Çox siyasətdən danışma

İş verəndir qonşumuz çox

 

Biz nəyə haqq söyləmişdik

Çıxdı yanlış doğrumuz çox

 

Gəncliyə təbliğ olundu

Adı çıxmış şortumuz çox

 

Haqq yeməkdən qorxmadıq heç

Vardı arvad qorxumuz çox

 

"Çox şükür Allah" deyən az

Baxma vardır ruzumuz çox

 

Xətrimiz incəldi qıl tək

Həssas oldu duyğumuz çox

 

Bilmədik, bildik danışdıq

Dəxlisizdir mövzumuz çox

17.09.2020

 

 

Kaş öləydim bu cavan yaşda gedəydim

Həkk olaydım neçə yaddaşda gedəydim

 

Kaş cəhalət quyusundan çıxarardım

Neçə cahil, adı ən başda gedəydim

 

Xalqımın dərdini min ahla çəkincən

Doğulaydım daş ürək daş da gedəydim

 

Məzarım kaş can alan çöhrən olaydı

O həmin gözdə, həmin qaşda gedəydim

22.09.2020

 

 

 

 

 

 

Düşdüyüm abu-hava təsir edib

Millətin dərdi məni şair edib

 

Kasıbın görmədiyi qır-qızılı

Məmur öz toplanına zəncir edib

 

Ölkə gənc nəsli pul ucbatından

Qatı qatil, iki üz, cibgir edib

 

Zamanın sahibi bir gün soracaq

Bunu hansı qan içən vampir edib?

 

Meydanı aldı ələ nakişilər

Meşəni çaqqala təslim şir edib

 

Yuxudur təkcə fəqirin dostu

Ona xoş gün yuxular təsvir edib

 

Səfa ustadlara bax, qoy qələmi

Əldə nə Seyyid edib? Sabir edib?

23.09.2020

 

 

Görüm hər vaxt üzün gülsün Azərbaycan

Bütün düşmənlərin ölsün Azərbaycan

 

Xilas etsin vətən torpağların əsgər

Nəhayət göz yaşın silsin Azərbaycan

 

Səni düşmənlərə kim satdı onlarnan

Xudavəndi Kərim bilsin Azərbaycan!

 

Xəyallar gerçək olsun qoy deyək bir gün

Qarabağdan səsin gəlsin Azərbaycan

30.09.2020

 

 

Azəribaycanı müzəffər görək

Məğlub olubdur xeyirə şər görək

 

Üzdə sevinc, əldə silah, dildəsə

"Ya Qarabağa ya ölüm" əzbər görək

 

Ey kaş, olaydıq Qarabağ mehmanı

Cənnətə tay guşeyi-dilbər görək

 

Abad ola məscidi-viranələr

Hər qapıda Allahu Əkbər görək

 

İlham ilə azad edək torpağı

Gorda rahatdır ulu Heydər görək

 

Qır fələyin çərxini Allah! nolar

Bizlərə xoş günləri göstər görək

 

Ağlamasınlar analar bir daha

Sağ qayıda hər gedən əsgər görək

 

Sülh quşu ağuşa ala ölkəmi

Bir də nə dava nə də səngər görək

 

Ordumuza dəstək olaq hər zaman

Hər kəsi həmrəy və bərabər görək

02.10.2020

 

 

Çevrilib gerçəyə artıq, otuz illik nağılım

Gözün aydın, qayıdıbsan yenidən Cəbrayılım!

 

Fərqi yoxdur, talışıq, ləzgi tatıq ya avarıq

Qarabağdan yağı düşmanı zopaynan qovarıq

 

Ordumuz güclüdü çox, bil deyil əvvəlki daha

Keçirər ermənini bayrağ əvəznə silaha

 

Azəri övladıyıq, erməni! qorxağ deyilik

Rəhmimiz vardı bizim siz kimi alçağ deyilik

 

Atmarıq gülləni arvad, uşağa vəhşi kimi

Sizi tək olmarıq heçvaxtı təcavüz qənimi

 

Yalvarıb təslim olarsız elə axırda bizə

Xocalı faciəsin keçmərik heçvaxtı sizə

 

Otuz il oynadıq ATƏT çalan hər bir düdüyə

Daha bəsdir dirənibdir bıçaq artıq sümüyə

 

Qorxudan sizləri atəş səsi, haqqın səsidir

Qarnı süngüylə yarılmış qadının naləsidir

 

Mərd deyil sizdəkilər, əhli-Yezidin biridir

Ölən hər bir şəhidim yüz sağınızdan diridir

 

Kaş sənin övladını dəfn eləyərdik dərinə

İki yaşlı kiçicik Zəhra balamın yerinə

 

Qarabağdan qovulan qaçqını qaçmışlarıyıq

Qəddar əsrin elə doxsanda göz açmışlarıyıq

 

Boya çatdıq, böyüdük day, alarıq canınızı

BTR tankına benzin tökərik qanınızı

 

Düşmənim Azəribaycanı görüb sarsılacaq

Köksünə dalğalanan bayrağımız sancılacaq

04.10.2020

 

 

Ermənistan! dağılıb lap Yerəvansız qalasan

Ay səni Rusiyasız, dostun İransız qalasan

 

Dığa övladların ilə öyünüb eyləmə çox

Kəsərik nəslinizi axırı "yansız" qalasan

 

Bir də gəzsən ana torpağımın üstündə əgər

Elə allam ki, nişangahə dabansız qalasan

 

İqtisadiyyatını çökdürərik, bir savaşa

Ciblərin tam boşalar hətta siçansız qalasan

 

Necə davrandız əsir qızlarımıznan o zaman

Dalı şampan tərəfə sonda tumansız qalasan

 

Möhkəm ol Azəribaycan gələn hər güllələrə

Yenə bilməz yağı düşmən səni cansız *QALASAN*

 

Qarabağ! qurban olum xar gülünə, kol-kosuna

Deyiləm razı gül üstündə  tikansız qalasan

 

Etiqadın hanı bəs Həzrəti İsa dininə

Səndən üz Tanrı çevirsin, yaradansız qalasan

 

Qarabağ torpağı çoxdan susuyub qanın üçün

Süzülüb torpağa son damlası qansız qalasan

 

Vətəni sevmək özü ey Səfa imandandı

Kəc baxarsan vətənə dinsiz, imansız qalasan

08.10.2020

 

 

Düşmənin çatdı daha, əcəli Marş irəli

Vətən uğrunda döyüş, irəli marş irəli

 

Döyüşən vaxtı denən, ya Xudavəndi Kərim

Ya peyəmbər cəddi, ya Əli marş irəli

 

Azəri əsgərinə, təbiət qorxusu yox

Sənə neynər soyuğu, xəzəli marş irəli

 

Vətənin əmridi bu, əmridən çıxma saqın

De! baş üstə igidim, de bəli marş irəli

 

Çox məhəbbətdən uca, vətəni tutdun igid!

Budu eşqin ən əsas, təməli marş irəli

 

Oxu möhkəm səs ilə, o gözəl himnimizi

Oxu qəflətdən oyat əfəli marş irəli

 

Ümidi tək sənədir, indi birlikdə deyir

Obamın mərd oğulu, gözəli "marş irəli"

 

Vicdanındır o sənin, sinən üstündə qoyub

Bayrağ andın içərək, bas əli marş irəli

 

Sən vətənçün döyüşüb, necə tarix yazdın

Yazım o tarix üçün,  qəzəli marş irəli

11.10.2020

 

 

Vurarıq düşməni dağdan

Ölmərik bir də nahağdan

İnşəAllah Qarabağdan

Xoş xəbərlər duyarıq biz

Qanı qannan yuyarıq biz

 

Hansısa xarici qonşu

Gələ bilməz daha qorxu

Haqqımızdır deyərik bu

Aləm içrə yayarıq biz

Qanı qannan yuyarıq biz

 

Ümid olmağçün əzizim

İgid olmağçün əzizim

Şəhid olmağçün əzizim

Oyanıb gün sayarıq biz

 

Mənim odlar diyarım var

Bu diyarda Polad, İlqar

Mərd Mübarizlərə oxşar

Döyüşüb ad qoyarıq biz

 

Ruzisi evdə çox olsun

Şəhid övladı tox olsun

Eybi yox bizdə yox olsun

Bir tikəynən doyarıq biz

Qanı qannan yuyarıq biz

 

Qaçın ey erməni! məndən

Xoşunuznan bu vətəndən

Getməsəz, başı bədəndən

Dərisiynən soyarıq biz

Qanı qannan yuyarıq biz

 

Özgə bayrağ taxan olsa

Hələ minnət qaxan olsa

Vətənə kəc baxan olsa

Gözün əlnən oyarıq biz

16.10.2020

 

 

Çeviriblər yasa əyləncəmizi

Etdilər Suriya tək Gəncəmizi

Yavrucuq körpələrin ahına bax

Ölkələr duymadı işgəncəmizi

 

Yoxdu tay erməniyə aləmdə

Terroristsiz qan içən görkəmdə

Atanız qeyrətə gəlmir çoxdan

Ananız fahişədir bəlkəm də

 

Bu nə dəhşətdi meyidlər qoxmuş

Bizləri istəməyənlər çoxmuş

Müslümanlar qırılır, göz yumulur

Demə dünyada ədalət yoxmuş

 

Bəsdir artıq dayanın rus dığası!

Bəllidir kim gedəsi kim qalası

Yeyib içdiz otuz il indi sizə

Haram olsun Qarabağın havası

 

Qarabağ aldı düyün ermənidən

Alarıq hansısa gün ermənidən

Baş komandan! demə it tək qovuruq

İt sədaqətlidi çün ermənidən

17.10.2020

 

Ağrımız bir, dərdimiz bir

Haqq yolunda mərdimiz bir

 

Yaslara çevrilməsin toy

Ey Azərbaycanlı zat, soy!

Birləşək gəl, olmasın qoy

Yerlə-göynən, yurdumuz bir

 

Sussun artıq əhli-kafir

Ol Rəsulullaha xatir

Ey müsəlmanlar olaq bir

Tanrımız bir, virdimiz bir

 

Geri bir addım çəkilməz

Dik tutar başın əzilməz

Düşmənə heçvaxt əyilməz

Vardı məğrur ordumuz bir

 

Vird- zikr

20.10.2020

 

 

 

 

Biz savaş meydanlarında xeyli canlar vermişik

Haqqın uğrunda şəhid olmuş cavanlar vermişik

 

Asimanə sovrulub oldu buxar göz yaşımız

Ağlamaqdan dağlara, çənlər, dumanlar vermişik

 

Çox ümid etdik ki, dünya birliyi sahib çıxar

Bu otuz ildə demə, boş-boş zamanlar vermişik

 

Boş verilmiş vəd, yalanlarla havamız korlanıb

Çox yalanlar udmuşuq, eynən yalanlar vermişik

 

Eşqə bax, övladların dəfn eylədikcən anneler

Fəxr edirlər yurda ölməz qəhrəmanlar vermişik

 

Şanlı tarix yazmaq üçün, xalqımız candan keçib

Məqsədə yetməkdən ötrü imtahanlar vermişik

 

Ey vətən , sən kimləri dost bilmisən xain çıxıb

Oxlayırlar, kimlərə bir vaxt kamanlar vermişik?

 

Qorxumuz yox əl-yalın düşmənlər ilə üz-üzə

Könlümüzdən vur deyib, qəlblər nişanlar vermişik

 

Ey Mübariz, Ey Polad rahat uyu bundan belə

Kafirin zəbt etdiyi yerdən azanlar vermişik

22.10.2020

 

 

Nə günah eylədilər ki, günahı olmuyan öldü

Silah atdı yağı düşman, silahı olmuyan öldü

 

Nə eşitmir nə verir hay, necə nankordu bu dünya

Günəş, ay tək gözü çıxsın ki, deyim kordu bu dünya

 

Yağışa əmr elə Allah, buludu bir yana yığsın

Torpağ üstə tökülən qanlara göz yaşları yağsın

 

Kef çəkib gəzmə bu torpağların üstündə dayan bir

Torpağ altında yatan şanlı şəhidlərdən utan bir

 

Erməni! aldığınız abu-hava çöllərə təhqir

Gətirən yoxdu dilə, çünki adın dillərə təhqir

 

Gücü ön cəbhədə göstərməyinizçün ürək olsun

Buda şərtdir adamın düşməni erkək gərək olsun

 

Sizdən üstündü mənimçün, atılan bircə tük hətta

Qanınız da xarab hətta, südünüz də çürük hətta

 

Fələyin çərxi sınaydı, mayasın qatdığı yerdə

Daş düşəydi nənəniznən babanız yatdığı yerdə

 

Seyr edirlər Qarabağda, bəmbəyaz xeyli göyərçin

Öldürülmüş küçücük körpələrin ruhudu yəqin

 

İntiqamın alacaq, qalmayacaq birdənə məskən

Azəribaycanımın əsgərinə qurban olum mən

30.10.2020

 

 

Şuşam azad olunub qalmadı daşnağlarda

Bülbül öz xarı üçün nəğmə oxur bağlarda

Ədəbiyyat oyanır əks-sədadən sanki

Natəvanın qəzəlin Xan oxuyur dağlarda

08.11.2020

 

 

Ermənilər leşini qoyub qaçıblar

Birini alıb beşini qoyub qaçıblar

14.12.2020

 

 

 

Nəfsinə aldanmış olan qullarıq

Şah cibinə xırdalanan pullarıq

 

Ad olaraq faili muxtarlarıq

Lakin idarə olunan rullarıq

 

Ehtiras üstündə əkib biçdilər

Tərif edək əntiqə məhsullarıq

 

Haqqımızı tapdalayıb mindilər

Eşşəkin üstündəki boş çullarıq

 

Saf deyilik saf su da bizdən qaçır

Gör necə çirkab dolu məhlullarıq

 

Haqq! nə olar eyləmə rüsvay bizi

Həşrə qədər hər kəsə məchullarıq

 

Tıxdığımız hər haramı çəkdilər

Gəlmədi tarazıya gonbullarıq

 

Var bu qədər bizdə maaş qorxusu

Söysə müdir işçini qəbullarıq

 

Halımıza min şükür olsun yenə

Biz kasıbıq gər halı məqbullarıq

11.04.2021

 

Əyri yola baş vurub, addımı düz qoymadıq

Tanrı ilə üz-üzə gəlməyə üz qoymadıq

 

Ölkəni ifşa edib, torpağın uğrundasa

Bir dənə qol, bir ayağ bir dənə göz qoymadıq

 

Vay o günə qonşuda, olsa boşanmış qadın

Ailəsi barədə birdənə söz qoymadıq

 

Altımıza pul-para qoymuşuq illər boyu

Yaxşı adamlar kimi, tarixə iz qoymadıq

 

Övlad oxutdurmuşuq, rüşvətin hesabına

Ay kişi bu milləti pis günə biz qoymadıq?

 

Hər dəfə mövlud günü, 100 yaşamaq istədik

Bircə dəfə səcdəyə, getməyə diz qoymadıq

 

Hər şeyi acgözləşib oğramışıq Tanrıdan

Dağ meşələr zəbt edib, çay nə dəniz qoymadıq

12.04.2021

 

Bu şairlik mənə heçnə vermədi

Qələmlə varağa yazmaq öyrədib

Sənli günlərində yaratmaq eşqi

Sənsizlik gələndə azmaq öyrədib

 

Saray şairləri deyilik şükür

Yazılan təriflər dönür pul olur

Əynimə baxaraq qınama məni

Haqqı təbliğ edənlər yoxsul olur

 

Baharda bülbüllər oxumasalar

Güllərin üstündə ətir də olmaz

Ana təbiəti bir qıza  bənzət

Gözəllik olmasa şeir də olmaz

 

Yaradan söz ilə yaradıb bizi

Sözdən ehtiyat et könüllər dəlib

Qalanda itilik kəsərliyinə

Qılıncın özü də sözdən düzəlib

 

Azərbaycanımın mərd övladıyam

Ölkəmin talış torpağındanam mən

Uslubum satira məhsulu kimi

Sabirin, Pünhanın bağındanam mən

 

Mühəndis-şairəm böyük çıxmasın

Yazıram şeirin əntiqəsin də

Həyata yönəlir baxışlarımız

Fizika qanunu çərçivəsində

 

13.04.2021

 

Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndinin şəhidi Baş Leytinant Vüsal Kazımovun əziz ruhuna ərmağan etdiyim acizanə şeir:

 

Çox ümid eylədim sağ qayıdarsan

Həsrətin dağların ümidlə çapdım

Tabutu gec gələn şəhid Vüsalı

Məzarda axtarıb yuxuda tapdım

 

Kürən saç, yaşıl göz arıq oğlandın

Səmimi simanı hamı sevirdi

Bəlkə nur üzünü qısqandığıyçün

Mələklər əzrayıl donuna girdi

 

Tabutu millətin çiynində getdi

Rəhmətlər oxunub çatdı dərgaha

Şəhid yanında şəhid gömmüşük

Mais Mirzəcanov tək deyil daha

 

Namus ləkəsini silməyə getdin

Açdığın silahdan düşmən gəbərib

Qarabağ torpağında izin görsənir

Qan tökdüyün yerdə güllər cücərib

 

Eyni parta arxasında günümüz keçib

O vaxt anlamazdıq nə dərd nə kini

Səni görmək üçün dualar etdim

Gəl ey yuxularımın özəl sakini

 

Bir gün hamının qapısı döyülər

Çağırıb deyərlər oyan dünyadan

Bundan artıq nə gözləyəsən ki

Körpəni atasız qoyan dünyadan

15.04.2021

 

Yaşadığımı da yaşamışam, belə pis çıxmasın

Səndən bir qorxum yoxdur ki, xətrimə dəyə bilərsən

Ünvanımı bilirsən ey əziz qonağım Əzrayıl

Ürəyin haçan istəyir qapımı döyə bilərsən

 

Çox yaşamayım qoy günahlarımın sayı artmasın

Ölüm mələyim gəl çıx ki, qış ömrüm çönər yaz olar

Cənnətə düşmək ümidimi əlimdən alma

Nə qədər az yaşasam bir o qədər cəzam az olar

 

Aclıq, səfalət, evsizlik, xəstələr hansını deyim

Olanlara göz yummaq istəmirəm sırtıq deyiləm

Nə olsun evdə körpəm var, gənc yaşıma üzülməyin

Qarabağda şəhid olan əsgərdən artıq deyiləm

 

İntiharmı etməyimi istəyirsən bəlkə,  əsla!

Adıma yaraşmayan bir sürü şayələr yığılar

Son şikayətim sənədir Allah, yardım et bəndənə

 Niyə öldürmürsən mən olmasam dünyamı dağılar?

18.04.2021

 

Ey kasıb dərd eləmə döz-döz-döz

Batma borc içrə çalış üz-üz-üz

 

Almayırsan sosial yardımını

Bir uçuq daxmana var göz-göz-göz

 

Vermişik torpağa yüzlərlə şəhid

Həya et vurma arağ yüz-yüz-yüz

 

Üzümüz qalmadı üz verməkdən

Yetənə göstəririk üz-üz-üz

 

Yalan hökm etdiyi dövranda adam

Sürə bilmir həyatın düz-düz-düz

 

Bir qarınlıq çörəyin möhtacıyıq

Deyilik biz daha o biz-biz-biz

 

Nə dedik əks-sədasın duyduq

Daşa təsir eləməz söz-söz-söz

 

Tanrını sən çağırarkən gurnan

Deyirik bəndəsinə siz-siz-siz

 

Kasıb övladlarınındır bu vətən

Çökdürüb erməniyə diz-diz-diz

 

Haqqımızdır danışaq ey məmur

Aç gözün süz, dodağın büz-büz-büz

 

Torpağ üstündə şəhid qanları var

Qarabağda dolaş az gəz-gəz-gəz

26.04.2021

 

Getdi vətən naminə, düşməni məhv etməyə

Səpnəkəran kəndimin, mərd, igid övladları

 

Ermənilər xar olub, təsirinizdən sizin

Həm boyu bəstəsi, həm irinizdən sizin

Öylə cəsarətlisiz, hər birinizdən sizin

Yazsada azdır yenə, söz-sənət ustadları

 

Canı sağ olsun Tural, siz kimi qərdeşlərin

Cəbrayıl uğrunda var, avtomat atəşlərin

Erməninin bir-bə-bir ,salmısınız leşlərin

İndi narahat yatır, gorbagor əjdadları

 

Düşmənin ön xəttinə, səd qoyub əngəl qoyub

Cəmisi qırx dörd günə tarixi cədvəl qoyub

Dünyanı başdan başa matu- məəttəl qoyub

Ordumuzun var özəl taktiki-icadları

 

Əsgərin hesabına, Azərbaycan udub

Vardı Qədirtək oğul, torpağ üçün can qoyub

Od qoyub ağlatmısız ermənilər yas tutub

Ərşə çəkilməkdədir ahları, fəryadları

 

Qəlpə alıb Şəhriyar, qazi kimi yüksəlib

Elnurumuz var hələ, mina canından dəlib

Gülləsinə düşmənin kimlər əgər tuş gəlib

Xaliqi-Sübhan ola, hər zaman imdadları

 

Gördü Şuşa, Cəbrayıl kətçimiz əsgər Riyad

Sağsalamat yurduna, döndü bizi etdi şad

Yerdə şəhid qanları, qalmadı olduq azad

Təslim olub, yalvarıb erməni cəlladları

 

Lənkəranım nur saçır, mərd yaşayan ünvana

Saysız, hesabsız şəhid, basdırılıb yan-yana

Hansı oğullar doğub, gör analar dövrana

Dildə dönər dastana , hər birinin adları

 

Taleh ilə Elxanın, Ağdərə olmuş yeri

Keçdilər onlar neçə, səngər ilə bunkeri

Kimdə talış qanı var, atmadı addım geri

Üstlərinə düşmənin ,gəlsədə həştadları

31.07.2021

 

Qəm də əyər boynunu məğrur kişinin fəhminə

Fərz edirəm hirsli baxışlarda nəvaziş yatır

Qurban olum öz atamın üzdə olan zəhminə

 

Ey füqəra səbr elə, əcrin verilər bir zaman

Allahı qəbul eliyən şübhə edər rəhminə?

16.09.2021

 

Xəzan olmuş bahar ömrüm

Mənim bietibar ömrüm

 

Nə çox cövrü-cəfa etdi

Bu ölməz sevgimiz bitdi

Peşiman olmadım getdi

Sənin uğrunda yar ömrüm

 

Açım söhbət hayanlardan

Gözəl sözlər duyanlardan

Özün xoşbəxt sayanlardan

Olubdur ixtisar ömrüm

 

Xilas olmaq da heç bilmir

Dilə ölmək də xoş gəlmir

Cism ölməklə ruh ölmür

İki aləmdə var ömrüm

20.11.2021

 

 

 

Dərsi-üsuli-cədidi neynirəm

Ənənəvi yaxşı idi neynirəm

 

Bəsdir ay arvad bu uşaq bir bəla

Pir, ocaqa qoyma onu bir daha

Dərs oxumaq canda ola əvvəla

Molla, Axundu, seyidi neynirəm

 

Dərs oxumur guya ki, vardır başı

Əqli uşaq baxma ki çoxdur yaşı

Övlad odur elmi tuta yaddaşı

Yoxsa zəfərsiz igidi neynirəm

 

Kim çıxarıb onlayn olsun zəlil

Etdi o şagirdləri başdan əlil

Ölkədə təhsil düzələn şey deyil

Kəsmişəm artıq ümidi neynirəm

 

dərsi-üsuli-cədid: yeni dərs üsulu(kurikulum)

22.11.2021

 

Tanrıdan sonra insanı iki ad yetişdirir, bu iki ad cəmiyyətin və xalqın formalaşması sütünudur. Biri valideyn, digəri isə müəllim. Mən deyərdim, insan həyatında vicdandan sonra ən uca zirvədə təhsili dayanır.  Bu təhsili bizə valideyn kimi əziz müəllimlərimizdən alırıq. Hər şagird, tələbə müəllimindən öyrənərək məntiqi təfəkkürünü inkşaf etdirib öz həyat yolunun xəritəsini qurmuş olur. Hər şagirdin borcudur ki, ona dərs verən müəllimini valideyni kimi yad etsin.. Mənim həyatımda böyük rol oynayan müəllimlərdən biri də Lənkəran rayonu şəhid Möhübbət Həmzəyev  adına Səpnəkəran kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Şirvan müəllimdir. Mənim ədəbiyyat ruhlu olduğum bilavasitə bu şəxsə bağlıdır. Danışdığı hər bir cümləsi, əsl Azərbaycan dilinin qramatik normalarına, və ədəbiyyatın məhz özünə siraət edir. Necə sevməyim öz müəllimimi!?, Allahdan müəllimimə can sağlığı uzun ömür arzulayıram, və onu rəcəz bəhrində olan şeirimlə hörmətlə anıram🌹❤

 

Öyrənmişik biz elmini

Xoş halıma söz elmini

Yəni mənə öz elmini

Şirvan müəllim öyrədib

 

Dahi Klassik şairi

Seyyid Əzim tək mahiri

Mirzə Ələkbər Sabiri

Şirvan müəllim öyrədib

 

Vacib məqamın təhsilin

Həm nöqtəsin həm vergülün

Düzgün Azərbaycan dilin

Şirvan müəllim öyrədib

 

Danmaz bunu şagird Səfa

Nitq hissəsi qoşma, nida

Bəhri-əruz, vəzni-heca

Şirvan müəllim öyrədib

22.11.2021

 

Döyüşüb şövq ilə ön cəbhədə əsgərlərimiz

Şükür Allah ki, çatıb məqsədə əsgərlərimiz

 

Mərd, igiddir buraxıb eyləməyib düşmənini

Bircə addım yaxın heç sərhədə əsgərlərimiz

 

Biz maşın, mənzili almaqdan ötür növbədəyik

Vətən uğrunda durub növbədə əsgərlərimiz

 

Bu kino filmi deyil  hərbi döyüş taktikasın

Göstərib əsli real səhnədə əsgərlərimiz

 

Azad etmiş Qarabağında günəş çıxdıqcan

Dincəlir ləzzət ilə kölgədə əsgərlərimiz

 

Ordunu ordu edən cəsurürək əsgəridir

Olmalı and yerimiz bəlkə də əsgərlərimiz

 

Tək Səfa onları yad eyləməyir çoxdu sayı

Olmasınlar narahat zərrə də əsgərlərimiz

13.01.2022

 

Formalaşmazsa beyinlərdə əgər Milli şüur

Taparıq yoxsa ki, hər işdə qüsur içrə qüsur

 

Zəhrimar damcısı yağdırmağa başlatdı bəniz

Yırtılıbdır üzümüz zərrə qədər qalmadı nur

 

Cır təfəkkür kitabın, vəhşi təbiətdən oxu

Harda gördünsə əgər zalımı öp, məzlumu vur

 

Mənəviyyatımı qarnım kimi ac saxlamışam

Pulumu ver, yeri gəlsə başımın üstdə otur

 

Bu qədər zülmə biz üsyankar olub heç demədik

Yetər artıq bu məşəqqət ,yetər artıq daha dur

 

Edir hazırda cəmiyyət iki mövqeydə çıxış

Kimi əşyası, kimi elmi ilə duydu qurur

 

Bu qaranlıq dolu zülmətdə ümid eyləyirəm

Bir ədalət günəşi kaş ola dəhr içrə zühur

18.04.2022

 

 

Çəkər hey dərdi-qəm-qüssə

Yar aşiqdən əgər küssə

 

O nə dilbərdi?, naz etməz

Cahandan eşqi raz etməz

Sevən yar etiraz etməz

Qılınc qaşlar başın kəssə

 

Bu cür şey harda görsənmiş?

Dünən loğmanlar öyrənmiş

Sənin qəlbində gizlənmiş

Mənə məxsus olan hissə

 

Deyil kim, kimsədən üstün

Zaman qədrin bilək düzgün

Ömürdəndir gedən hər gün

Düşər yarpağ külək əssə

 

05.08.2022

 

 

 

 

Sarğacda olur hasil, induksiya qanunu

Dostum nədir öyrən bil, induksiya qanunu

 

Bu kimyəvi birləşmə, göydənmi yerə qopmuş

Cəzb etməyə malikdir, maqnit dəmiri qapmış

Tətbiqi Ceymsindi, ancaq Faradey tapmış

Düsturnan edib təhlil, induksiya qanunu

 

Beynən(B) olur işarə, vektor oxu tək zəngin

Gərginlik haşa(H) bağlı , öz sahəsi var gərgin

Qoynunda alıb elmi, çoxdandı olub yəqin

İstəklərinə nail, induksiya qanunu

 

Bir naqilimiz olsun, təcrübə üçün fürsət

Ondan cərəyan keçsə, ətrafa verər qüvvət

Mütləqdi ki bir yerdə, bunlar yaradır vəhdət

Maqnit gəmidir, sahil induksiya qanunu

 

İnduksiya olmazsa, işlərmi mühərriklər?

İnduksiyasız bir iş, hardan tapa texniklər?

İstehsal olunmazdı, heç adi rubilniklər

Çox şeylər edir təşkil, induksia qanunu

 

Əlbəttə ziyandan çox, elmin bizə var xeyri

Kim elmsiz insandı, yollar qət edər əyri

Gənclər oxusun kaş ki, dərk etmək üçün şeyri

İdrak eləməz cahil induksiya qanunu

 

Yəqin nəsə anlarlar, qeyd etdiyin izahdan

Elmində Səfa bərk dur, düşmə hələ iştahdan

Şair və mühəndissən, söz yaz sənə Allahdan

Bir halda olub şamil induksiya qanunu

08.08.2022

 

 

 

 

Nə olar?, gördüyümün dörddə birin yazsam əgər

Qoyubən acını bir yanə şirin yazsam əgər

 

Yazıram məmura gəl, kar eləmir heç sənədim

Çernilim var, kağıza yoxdu pulum bəs nə edim

Eşidərlərmi məni, cəhd eləyim yoxsa gedim?

Onların şerim ilə daş-dəmirin yazsam əgər

 

Çəkirəm millətimin hər dəfə dərdin, ahın

Bəlkə məktub yazım ünvanına şahənşahın

Dedilər get dua eylə eşidər Allahın

Yoxdu xeyri həzəratın fikirin yazsam əgər

 

Satirik şairiyəm məndədir ecazı sözün

Qələmim oxdu, deşib çəp baxanın qarə gözün

Yazmışam laxta tüpürcəklər ilə zalım üzün

Yenə könlüm soyumaz lap qəbirin yazsam əgər

14.08.2022

 

 

Övladi-vətən elm ilə yüksəlməli daim

Nahəqləri haqqın əlinə etdirə təslim

Oğlum Əli, oğlum Vüqara böylədi lafım

Məzlumun əlindən yapışın, zalimə zalim

26.09.202

 

 

Avtomatın tüstüsü şitdən çıxır

Yük yenə çoxdur, səsi fitdən çıxır

 

İnjenerik, elmimiz ilə düzü

Pislərin heç vaxtı götürməz gözü

Yüz nəfərin əllisi sevsin bizi

Karvana hürmək işi, itdən çıxır

 

Sahələr ağuşa alıb göy-yeri

Sinusun harmonika atmosferi

Voltu olur gah irəli, gah geri

Oynama* çox vaxt parazitdən çıxır

 

Qət eləyək bir gün elm zirvəsin

Diqqətinə çatdırıram hər kəsin

İzləyən interneti alqış desin

Qoy deməsin boş meqabitdən çıxır

04.07.2023

 

 Qarşıq təfilədə

 

Satıbdı hər nə gəldi, vəzifə düşgünləri

Haram yedi kökəldi, vəzifə düşgünləri

 

Bəzər sözü söz üstə, yalançı vədlər ilə

Realda biəməldi, vəzifə düşgünləri

 

Xayanətə sürüklər, düşüncələr təhlükə

Qan imzalanmış əldi, vəzifə düşgünləri

 

Savad da yox cəhənnəm, ki dərdə əncam ola

Zəfarana məsəldi, vəzifə düşgünləri

 

Tərəqqi istəyənlər, gərək ki bilsin hər vaxt

Səfalətə təməldi, vəzifə düşgünləri

 

Bitirmək istəsək də ,bitən deyillər heç vaxt

Bu ölkədə əzəldi, vəzifə düşgünləri

 

Səfa sənə nə olsun, acıq gəlir adları

Hökumətə gözəldi, vəzifə düşgünləri

16.09.2023

 

 Biz görməyək heç vaxt şəmi pərvanədən ayrı

Öz istədiyindən ola yoxsa nədən ayrı?

 

Əhdində dəyanətlisə aşiq, belə dünya

Çatmaz gücü salsın onu cananədən ayrı

 

Xoşbəxt özün hiss eyləsən harda, yaşa orda

Cəhd eylə dolan yaxşısı biganədən ayrı

 

Saf sevgi məhəbbət yaşayın, xeyli romanlar

Qoy dönsün həqiqətlərə əfsanədən ayrı

 

Əhdində vəfa sövdələmişdən nə xəyanət

Bülbüllər uçar gülzara viranədən ayrı

 

Şair nəzərində gözəli, zülfü dararkən

Ətri dolaşır, rəqs eləyir şanədən ayrı

                                                                                                                         16.09.2023

 

 

 

 

 

 

 

 

 

 

 





 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov