OM QANUNU

Qapalı elektrik dövrələrini xarakterizə edən hər 3 əsas kəmiyyət cərəyan şiddəti elektrik hərəkət qüvvəsi və müqavimət bir biri ilə əlaqədar kəmiyyətlərdir .Bunların arasında olan asılılığı təyin edən və 1827-ci ildə ilk dəfə riyazi şəkildə ifadə edən ingilis alimi Om olmuşdur. Odur ki, bu asılılığ OM qanunu adlandırmışdır .Bu qanunda belə deyilir: qapalı elektrik dövrəsində cərəyan şiddəti cərəyan mənbəyinin elektrik qüvvəsi ilə düz dövrənin müqaviməti ilə tərs mütənasibdir. Bu tərif ümumiyyətlə, Om Qanununun 1-ci tərifidir. Burada om qanunu bütün dövrəni nəzərdə tutur və buna görə də bu dövrədən keçən cərəyan şiddəti dövrənin gərginliyindən deyil,  ancaq elektrik hərəkət qüvvəsindən asılı olur. Bu tərifə əsasən, om qanunu üçün aşağıdakı riyazi ifadəni yaza bilərik. 
                                    İ=E/rümumi
Burada rümumi-mənbənin öz daxili müqavimətini də nəzərdə tutmaq şərti ilə dövrənin ümumi müqavimətini göstərir.Bu tənlikdən görünür ki, elektrik hərəkət qüvvəsi sabit qaldıqda dövrədən keçən cərəyan şiddəti dövrənın ancaq ümumi  müqavimətindən asılı olur. Belə ki, bu müqavimət azaldıqca cərəyan artacaq, müqavimət artdıqca cərəyan azalacaqdır. Om Qanununun 2-ci yəni, dövrənın bir hissəsi üçün olan ifadəsini bu şəkildə yazırlar. 
Bu tənliyə görə, xarici dövrədən keçən İ cərəyanını almaq üçün nəzərə alınan dövrə hissəsinin (AB hissəsinin)  fa-fb ucları arasındakı potensiallar fərqini həmin hissənin müqavimətinə bölmək lazımdır. 


Previous Post Next Post

Contact Form