Yoldaşlar, sizin üçün kompüterdə və telefonda istifadə edə biləcəyiniz çox gözəl, faydalı tətbiq vasitəsindən söhbət açmaq istəyirəm. Belə ki, əsasən araşdırmaları sevən tələbə və mütəxəssilər üçün bu tətbiq çox əvəzedilməz olacaqdır. Məsələn, n qədər pdf formatında(əvvəlcədən qeyd edim ki, yazıları axtarıla bilən olmalıdır-OCR) kitablarınız var, siz o kitabların hansınınsa içində istədiyiniz sözün və ya mövzunun olmasını axtarmaq istəyirsiniz. O kitabları tək-tək açıb axtarış yerində yazı yazmaq əlbəttə çox bezdirici və yorucu olacaqdır. Lakin sizə, tövsiyə etdiyim proqram vasitəsilə, o proqramda kitabların olduğu faylın yerini qeyd edirsiniz, istədiyiniz açar söz o proqramda axtarışa verirsiniz, proqram həmən o sözün hansı kitablardan və hansı kitabların neçənci səhifəsində qeyd edildiyini göstərəcək, bilirsiniz bu nə deməkdir? Androiddə bu tətbiq çox möhtəşəmdir.
1. Android üçün
https://play.google.com/store/apps/details?id=com.okythoos.android.searchbeta
2. Windows üçün( 7 ədəd müxtəlif formada)
https://www.geckoandfly.com/32081/advanced-desktop-search/
Saturday, February 17, 2024
Saturday, February 10, 2024
Canlı yayım kanallarını/videoları/ İPTV-yə çevirmək(video url to m3U)
1. Kompüterinizə (VLC player) proqramını yükləyin və quraşdırın.
https://get.videolan.org/vlc/3.0.20/win32/vlc-3.0.20-win32.exe
2. Kompüterinizə(əgər yoxdursa) google chrome brauzerini yükləyin və quraşdırın
3. Kompüterinizə "internet download manager" proqramını yükləyin və quraşdırın.
https://dl7.softmany.com/dwnld/6681/b2M1VTJQ898ifcAK8lJZ2uBbzL8eEMpx/idman642build3.exe
4. İnternet download manger(İDM) proqramını quraşdırdıqdan sonra əslində, google chrome -a da əlavə olunur avtomatik, əgər olmasa chorma-da İDM əlavə etmək lazımdır. Bunun üçün, googlda "internet download manager google chrome extension" axtarış verib yükləyin. Yüklədikdən sonra, brauzerin sağ tərəfində yuxarında görsənməlidir, əgər görsənməsə chrome-da "more setting" dən "extensions" bölməsini seçib, şəkildəki kimi qoşun.
5. Bundan başqa kompüterinizdə winzap proqramının olması mütləqdir.https://download.winzip.com/gl/nkln/winzip28-downwz.exe
6. Bu proseslər başa çatdıqdan sonra, internetdə istənilən videonu və ya canlı yayımı açdıqdan sonra, mauzu(siçan) video üzərinə gətirdikdə videonun üstündə və ya altında "download this video" pəncərəsi çıxacaqdır.
Şəkildə işarə etdiyim yazının üstünə klikləyin, bəzən şəkildəki kimi, bəzəndə birdənə seçim qarşınıza çıxacaq. Yuxarı Kbps olanın üstündə klikləyin.
Yuxarı Kbps olanın üstündə klikləyin.
Mauzun sol düyməsilə dairəyə aldığım linki üzərinə tıklayın, sağ düyməsi ilə "select all"- "copy" edin.
7. Copy etdikdən sonra, vlc playerinizi açın. Media--Open Network stream-klikləyin
İşarə etdiyim hissəyə linki yapışdırın(paste). Play düyməsinə basın, nəhayət VLC video player oxumağa başlayacaq.M3U faylınız hazır olduqdan sonra, təbii ki, yaratdığınız bu m3U playlisti səliqəli adlandırmaq və ya ardıcıllaşdırmaq lazım olacaq. Bunun üçün, https://pl.vip-tv.online/ linkinə daxil olaraq, m3U faylınızı buradan açırsınız.