Sunday, December 31, 2017

SXEM QURMAQ HEÇ, BU QƏDƏR SADƏ OLMAMIŞDI

Fərdi inkişaf etdirənlər üçün fond yaratma platforması olan Kickstarter də açılan "Circuit Scribe(dövrə çəkən)" adlı layihə son zamanların ən çox maraq görən layihələrindəndir. Keçirici gümüş bir mürəkkəbə malik qələm ilə adi kağız üzərində asanca dövrə rəsminə və simlasiyasına imkan verən layihənin detallarını yazımızda tanış olarsız.


Circuit Scribe ilə dövrə qurmaq
Akademik təhsil və dövrə qurmaq üçün edilən simulasyon işlərinə sürət və asanlıq təmin etmək məqsədilə həyata keçirilən bu layihə olduqca sadə bir konsepsiyaya malikdir. Keçirici gümüş mürəkkəbə malik bir qələmdən ibarət olan Circuit Scribe ilə hər hansı bir kağıza dövrə çəkib test etmək imkanına malik olursunuz. Mürəkkəbin malik olduğu kimyəvi quruluş sayəsində dərhal quruya bilən çəkdiyiniz sxemlər üçün gözləməyinizə ehtiyac qalmır. Su əsaslı və zəhərli olmayan mürəkkəb eyni zamanda uşaqların istifadəsi müddətində etibarlı bir quruluşa sahibdir. Həmçinin qələm sahib olduğu mürəkkəb tutumu ilə 60 - 80 metr dövrə rəsmi çəkə bilər və kvadrat başına 50-100 miliom bir keçiricilik xüsusiyyətinə malikdir. Videoda izləmək üçün tıkla.
Layihənin ən mühüm məqsədlərindən biri də layihə əsaslı öyrənmək inkişafına kömək etmək və ani olaraq çəkilən dövrələr ilə vərdişi artırmaqdır. Vaxt itkisinə səbəb olan breadbordu(plata) ortadan qaldıran Circuit Scribe ilə sadə bir kağız parçasına mürəkkəb dövrələr qurmaqda mümkündür.Açıq mənbə cihazları kimi tanınan Arduino və Makey Makey kimi bir çox elektron platformada Circuit Scribe istifadə etmək olar.

Mənbə: eemhguzel.blogspot.com

Monday, December 25, 2017

PEYK ANTENALARININ QURAŞDIRILMASI

Müəllif: Şaiq Sadıqzadə
Referat: Peyk antenalarının quraşdırılmasının coğrafi, riyazi əsaslandırılması.
Qeyd: şəkildə göstərilmiş 2-ci və 3-düsturları çoxsaylı ölçmə işləri nəticəsində özüm hazırlamışam.Ölçmə işlərində Satfinder mobil proqramı, kompas, bucaqölçən alətlərindəm istifadə etmişəm.
Hazırda televizya yayımında və digər məqsədlərlə peyk antenalarından kütləvi şəkildə istifadə olunur.Tez-tez hər birimiz peyk antenalarının quraşdırılması üçün ustalara müraciət edirik.Əslində qeyd edəcəyim coğrafi və riyazi bilgiləri bilməklə hər kəs peyk antenalarını kökləyə bilər.
Keçək 2-ci mərhələyə: 2-ci hərəkətimiz antenanın hansı coğrafi azimuta yönləndirilməsidir.Sadə dildə desək sağa-sola hərəkət etdirmək.Qeyd edimki dünyanın bütün yerlərində bütün çanaq antenaları ekvatora doğru yönəlir.Şimal yarımkürəsində cənuba doğru,cənub yarımkürəsində isə şimala doğru yönləndirilir.Bu mərhələdə azimutun təyin edilməsi üçün kompasın və yaxud müvafiq mobil proqramların köməyindən istifadə etmək olar.Azimutun hesablanması üçün iki düsturdan istifadə olunmalıdır.
Şəkildə göstərilmiş 2-ci və 3-cü düsturlar nəzərdə tutulur.
Əvvəlcə antenanın yerləşdiyi K məntəqəsinin coğrafi uzunluğu ilə süni peykin yerləşdiyi coğrafi uzunluq arasındakı dərəcə fərqini tapırıq və bunu F kəmiyyəti ilə işarə edirik.F-i taparkən peyklə məntəqə eyni yarımkürədədirsə onların coğrafi uzunluqlarını çıxırıq, müxtəlif yarımkürədədirsə toplayırıq.
Əgər məntəqə şimal yarımkürəsindədirsə >> B (azimut dərəcə ilə)=180 (+)(-) F
Diqqət ! əgər süni peykin orbital coğrafi mövqeyi-şəkildəki K məntəqəsinin coğrafi uzunluğundan şərqdədirsə düstur (-) ilə, qərbdədirsə (+) ilə hesablanır.
Əgər məntəqə cənub yarımkürəsindədirsə >> B=360 (+)(-) F
Diqqət! Əgər süni peykin orbital mövqeyi K məntəqəsindən şərqdədirsə (+), qərbdədirsə (-) ilə hesablanır. 
Gəlin Azərbaycan üçün bunu hesablayaq.Bildiyimiz kimi Azərbaycan orta rəqəm olaraq 40 dərəcə şimal enliyində, 50 dərəcə şərq uzunluğunda yerləşir.
1-mərhələ> 1 düstur> A=90-40=50 dərəcə.Yəni yersəthinə nəzərən çanaq antenasının meyl bucağı 50 dərəcə olmalıdır.
2-ci mərhələ: Azərspaces kosmik peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir.Əvvəlcə kosmik peykin coğrafi mövqeyi ilə Azərbaycanın coğrafi uzunluğu arasında dərəcə fərqini tapaq.F=50-46=4 dərəcə
Nəzərə alaq ki peykimiz bizdən 4 dərəcə qərbdə yerləşir (+ ilə hesablanacaq) və verilənləri düsturda yerinə qoyub B azimutunu hesablayaq.
B=180+4=184 dərəcə azimuta doğru antena yönələndirilməlidir.
Əvvəlcə qeyd edimki çanaq antenaları lazımi dalğaları atmosferin yuxarı qatlarında yerləşən süni peyklərdən alır.Süni peyklər ekvator üzərində yer səthindən 150-160 km-dən bir neçə min kilometr məsafəyə qədər hündürlükdə yerləşir.Hər bir peykin coğrafi uzunluqlara uyğun olaraq orbital mövqeyi mövcuddur.Məsələn Azərspaces peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir.
Gələk antenanın köklənməsinə.Bildiyimiz kimi çanaq antenalarının köklənməsi zamanı iki hərəkət önəmlidir.
1-ci mərhələ: 1-ci hərəkət şəkildə A bucağı ilə göstərilmiş antenanın yer səthinə nəzərən yerləşdiyi bucaqdır.Sadə dildə desək antenanın səmaya yaxud yerə doğru yönləndirilməsidir. A-bucağı antenanın yerləşdiyi məntəqəyə günəş şüalarının düşmə bucağına bərabərdir.Nəzər alsaq ki süni peyklər ekvator üzərində yerləşir, o zaman A bucağı günəşin ekvator üzərində zenitdə olduğu vəziyyətə uyğun düsturla hesablanır.Yeni A=90-X. Burada X antenanın quraşdırıldığı K məntəqəsinin yerləşdiyi coğrafi enlikdir.
Keçək 2-ci mərhələyə: 2-ci hərəkətimiz antenanın hansı coğrafi azimuta yönləndirilməsidir.Sadə dildə desək sağa-sola hərəkət etdirmək.Qeyd edimki dünyanın bütün yerlərində bütün çanaq antenaları ekvatora doğru yönəlir.Şimal yarımkürəsində cənuba doğru, cənub yarımkürəsində isə şimala doğru yönləndirilir.

Monday, December 18, 2017

TEVENİN TEOREMİ


Tevenin teoremi elektrik hesablamalarında ən çox istifadə edilən teoremlərdən biridir. Böyük bir elektrik dövrəsinin sonundakı bir hissəsindən keçən cərəyanı hesablamaq üçün Tevenin teoremi və ekvivalent sxemi istifadə edilir. Dövrənin cərəyanını hesablamaq istədiyimiz hissəsi iki ucu arasında bir potensial var və bu potensial Tevenin gərginliyi adlanır. Dövrənin qalan hissəsi fərqli bir dövrə olaraq həll edərək ekvivalent dövrə çıxarılır. Ekvivalent dövrə çıxarılarkən ekvivalent müqavimət varkən cərəyan mənbələri açıq dövrə, gərginlik mənbələri qısa dövrə edilir.
 Yalnız sözlərlə izah etmək yetərli olmayacağı üçün aşağıda bir dövrə üzərində Tevenin nəzəriyyəsini tətbiq edərək ətraflı danışaq.

Yuxarıdakı Şəkil 1dəki nümunə dövrədəki RL müqaviməti üzərindən keçən cərəyanı tapmaq üçün tevenin nəzəriyyəni tətbiq edək. Şəkil 1dəki RL müqavimətini A və B nöqtələrindən dövrədən ayırırıq və əlimizdə Şəkil 2dəki kimi bir dövrə qalır. A və B nöqtələri arasındakı Tevenin gərginliyi VT olsun.
İndi Şəkil 2dəki dövrədə VT Tevenin gərginliyini V=IxR düsturu ilə hesablamaq üçün əvvəlcə dövrədən keçən cərəyan;
 Vi=Ix (R1+R2)
 I=Vi/(R1+R2): Dövrədən keçən ümumi cərəyan
 İndi dövrədən keçən cərəyanı istifadə edərək VT gərginliyini hesablayaq;
VT = I x R2
VT = Vi x R2 / (R1 + R2): A və B nöqtələri arasındakı gərginlik
 A-B nöqtələri arasındakı VT gərginliyini tapdıq. İndi dövrədəki gərginlik mənbəyini qısa dövrə edərək dövrədəki ekvivalent müqaviməti tapaq.

Yuxarıdakı Şəkil 3də göründüyü kimi dövrədəki Vi gərginlik mənbəyi qısa dövrə edilmişdir. Dövrəyə ox istiqamətindən baxaraq dövrədəki ekvivalent müqaviməti (RT) tapırıq.
 RT= R1 + R2
 Ekvivalent müqaviməti tapdıqdan sonra indi Tevenin ekvivalent dövrəsini yarada bilərik.

Əldə etdiyimiz VT tevenin gərginliyi və RT tevenin müqavimətini gördükdən sonra tevenin müqavimətini dövrəyə ardıcıl bağlayaraq yuxarıda göründüyü kimi, dövrənin ekvivalent dövrəsini yaratdıq. İndi RL müqaviməti üzərindən axan cərəyanı asanlıqla tapa bilərik.
 VT= (RT + RL) x I
 I =VT / (RT + RL)
 Tevenin ekvivalent sxemi daha mürəkkəb işlərə də yuxarıdakı kimi tətbiq edərək istənilən hissədəki cərəyan tapıla bilər.

İNDUKSİON İSİTMƏ SİSTEMİ

Od kəşf edildiyi ilk gündən bu yana mədəniyyətlərə yol göstərmiş və insan oğlunun texnoloji inkişafı təmin etməsinə yardımçı olmuşdur. Cilalı daş dövründən, sənaye inqilabına qədər texnologiyaya yol göstərmişdir. Qızdırma prosesi isə odun ilk yerləşdiyi vaxtdan bu yana yemək bişirməkdən, qızdıraraq dəmir döyülməsinə qədər çox müxtəlif məqsədlər üçün istifadə edilir. Texnologiyanın inkişaf etməsi ilə birlikdə qızdırma prosesi üçün; Təkcə od istilik mənbəyi kimi istifadə edilmir. Xüsusilə elektrikin kəşfindən sonra elektrik hissələrə malik istilik sistemləri əhəmiyyət qazanmışdır. Elektriklə işləyən istilik sistemlərindən biri olan induksionla isitmə sistemləri nələrdir, əsas olaraq necə bir iş sisteminə malikdir, iş prinsipləri olaraq hansı elektrik qanunlarından istifadə edilməkdədir?

Günümüzdə, texnologiyanın inkişafının bir nəticəsi olaraq istilik prosesləri müxtəliflik qazanıb. Elektrikin istifadə sahələrinin artması ilə istilik sahəsində istifadə edilməsi labüd hal almışdır. İstilik proseslərində mənbə olaraq elektrikin istifadə edilməyə başlanması nəticəsində, müqavimətlə qızdırmadan, lazer istilik sistemlərinə qədər müxtəlif istilik sistemləri inkişaf etdirilmişdir.


Elektriklə istilik sistemlərindən biri də induksionlu istilik sistemləridir. İnduksionlu istilik əsas olaraq bir keçirici elektromaqnit induksion vasitəsi ilə qızdırmasıdır. İsitmə prosesində, elektrik dövrəsi üzərində yerləşən sarğaca dəyişən gərginlik tətbiqi ilə dəyişən elektromaqnit sahə yaradılır. Qızdırılması nəzərdə tutulan keçirici elementin bu maqnetik sahəyə girməsi ilə keçirici element üzərində elektromaqnit sahə induksiyalanacdır. Qızdırılacaq element üzərində yaranan dəyişən elektromaqnit sahə isə normalda elektrik cihazlarında çəkilməyə çalışılan fuko (burulğan) cərəyanlarını təşkil edərək keçiricinin qızdırılmasını təmin edir.


Elektromaqnit induksiyalnamın izahında istifadə edilən ümumi bənzətmə üsulu transformator təsiridir. Transformatorlar bir-birinə yaxın məsafədə yerləşdirilmiş iki ədəd induktiv sarğacdan ibarətdir. Transformatorlarda əsas sarğılara tətbiq olunan dəyişən gərginlik nəticəsində yaranan elektromaqnit sahə, ikinci sarğılar üzərində dəyişən gərginlik induksiyalanmasını təmin edir. İnduksionlu istilik sistemlərində, induksion induktiv sarğacı transformatordakı əsas sarğıları əks edərkən; İkinci sarğılar yerinə qızdırılacaq keçirici element əks olunur.


İnduksionlu  istilik sistemlərində başlıca olaraq mədən emalı sənayesində istifadə edilir. Həm itki miqdarının az olması, həm də müxtəlif əməliyyatlarda keçirici mədənin keçirici olmayan mədəndən çeşidlənməsi üçün istifadə edilir. Həmçinin isitmə prosesi əsnasında qızdırılacaq element ilə mənbə arasında bir maqnetik sahə xaricində bir əlaqə olmadığı üçün mətbəxlərdə da istifadə edilir. İnduksionlu istilik induksion texnologiyasının tətbiq edildiyi sahələrdən yalnız biri olsa da, gələcəyin texnologiyası olaraq da adlandırılır.

                                   

Sunday, December 17, 2017

Saturday, December 2, 2017

ELEKTROMAQNİT ZAMAN RELESİ

Elektrik intiqallarının idarəetmə sxemlərində elektromaqnit zaman releləri geniş tətbiq olunur. Bu relələr əvvəldən müəyyən olunmuş vaxt saxlama(gecikmə) ilə işə salma müqavimətinin pillələrinin dövrədən çıxarılmasına siqnal verir və sxemalarda bir sıra digər məqsədlər üçün istifadə olunurlar.
Elektromaqnit zaman relelərində (şəkil3.4) plad nüvə (1), dartma dolağı (2) və lövbərdən (3) başqa mis materialdan nüvəyə geydirilmiş silindr (4) də olur. Bu silindir qısa qapanmış dolaqdır. Buna dempfer dolağı da deyirlər.
K açarının açıq vəziyyətində dolaqda gərginlik yoxdur. Yayın (5) sıxma qüvvəsinin təsiri altında lövbər nüvədən aralı olur. Bu zaman 9-10 kontaktları açıqdır, 7-8 kontaktları isə bağlıdır. Aparatın dolağında gərginlik olmadığı halda açıq vəziyyətdə olan kontaktlar bağlayan kontaktlar adlanırlar. Bu zaman bağlı olan kontaktlar isə açan kontaktlar adlanırlar. Deməli, 7-8 kontaktları açan kontaktlar, 9-10 kontaktları isə bağlayan kontaktlardır.
                                    Şəkil1. Elektromaqnit zaman relesinin prinsipial sxemi

Relenin işləmə prinsipi belədir- K açarını qapadıqda dolağa gərginlik verilir. Lövbər nüvəyə dartılır. Bu zaman 7-8 kontaktları açılır, 9-10 kontaktları qapanır. Bununla 7-8 kontaktlarının birləşdiyi dövrədə cərəyan kəsilir; 9-10 kontaktlarının birləşdirildiyi dövrədən isə cərəya axmağa başlayır.
K açarını açarkən , dartma dolağının maqnit seli yox olur. Yox olan maqnit seli dempfer dolağındaa EHQ induksiyalayır. Bu EHQ tərəfindən dempfer dolağından cərəyan axır: bu cərəyanın yaratdığı maqnit seli, Lents qanununa uyğun olaraq, nüvədəki əsas maqnit seli istiqamətində olur və onun azalmasına(yox olmasına) mane olur. Bu səbəbdən əsas maqnit selinin azalması sürəti zəifləyir. Dolaq şəbəkədən açıldıqdan sonra, relenin maqnit seli başlanğıc Φb1 qiymətindən azalmağa başlayır. (şəkil2) . Nüvədə maqnit seli Φqay1 qiymətini aldıqda (δ1 əyrisi) lövbər geri qayıdır. Maqnit selinin Φqay1 qiymətinədək azalması müddəti t1 relenin vaxtsaxlama müddəti olur. Beləliklə, relenin dartma dolağının mənbədən açıldığı andan açan kontaktının açıldığı, bağlayan kontaktının isə bağlandığı anadək keçən müddət relenin vaxtsaxlaması adlanır.


Şəkil 2. Vaxtsaxlama müddətinin  nüvə ilə lövbər arasındakı qeyr-maqnit materialın qalınlığından asılılığı

Vaxtsaxlama müddətini 2 üsulla dəyişmək olar:
1) nüvə ilə lövbər arasında qeyri-maqnit material yerləşdirib,  onun qalınlğını dəyişməklə,
2) lövbəri qaytaran yayın sıxılma dərəcəsini dəyişməklə.

Birinci halda maqnit dövrəsinin maqnit müqaviməti artır- maqnit selinin başlanğıc qiyməti və qalıq maqnetizminin qiymətləri azalır. Bunun nəticəsində  Φ =f(t) əyrisi aşağı sürüşür., qayıtma maqnit seli Φ =Φqay dəyişmədiyindən hava aralığı δ böyüdükcə relenin vaxtsaxlaması kiçilir(t2 kiçikdir t1).
Yayın sıxılma dərəcəsini dəyişdikdə(ikinci üsul) yayın ayırıcı momenti dəyişir, relenin vaxt saxlaması dəyişir. Məsələn şəkildə göstərildiyi kimi hava aralığı  δ2 olarkən, ayırıcı yayın sıxılması artırılırsa, qayıtma seli Φqay1 qiymətindən Φqay2 qiymətinə dək böyüyər və relenin vaxt saxlaması azalaraq t3 olar(t3 kiçikdir t2).
Dempfer dolaqlı elektromaqnit zaman relelərində 0,3-3 san aralığında vaxt saxlama almaq mümkündürş Dəyişən cərəyan dövrələrində  vaxt saxlama almaqda ötrü elektromexaniki rəqqas relelərindən istifadə olunur., bu relelərin vaxt saxlaması  0,4-180 saniyə aralığında dəyişdirilə bilir. 

Friday, December 1, 2017

DƏYİŞƏN CƏRƏYAN KONTAKTORU

Dəyişən cərəyan kontaktorları üçfazlı dəyişən cərəyan dövrələrində qəblediciləri məsafədən gərginlik mənbəsinə qoşmaq və açmaq məqsədilə tətbiq edilir.
Dəyişən cərəyan kontaktorlarının əsas hissələri polad nüvə, dartma dolağı , baş kontaktlar, lövbər və blok kontaktlardır. Onların işləmə prinsipi sabit cərəyan kontaktorlarının işləmə prinsipləri ilə eynidir
Dəyişən cərəyan kontaktorlarının xüsusiyyətləri aşağıdakılardır:
1) üç ədəd baş kontaktları olur və onlardan hər birisi fazalardan birisini bağlayıb-açmaq üçün istifafə olunur,
2) titrəməin qarşısını almaqdan ötrü nüvənin qütb sonluqlarında xüsusi qısa qapanmış dolaq yerləşdirilir,
3) elektromaqnitin nüvəsi bütöv poladdan deyil, ayrı-ayrı polad vərəqələrindən ibarət hazırlanır. Nüvəni ayrı-ayrı vərəqələrdən yığmaqda məqsəd dəyişən maqnit selinin nüvədə yaratdığı itgiləri azaltmaqdır.
Dartmaq dolağından axan cərəyan sinusoidaldır;
 
Göründüyü kimi elektromaqnitin dartma qüvvəsi sabit təşkiledicidən və ikiqat tezliklə dəyiçən kosinuoidal təşkiledicidən ibarətdir.(şəkil1)
        Şəkil1.Dəyişən cərəyan elektromaqnitinin dartma qüvvəsinin zamana görə dəyişməsi
Bu səbəbdən nüvəyə dartılmış vəziyyətdə olan lövbər dartma qüvvəsinin F=0 olduğu anlarda nüvədən aralanaraq düşməyə çalışacaqdır. Lakin dartma qüvvəsinin dəyişilməsi tezliyi 2𝜔 çox böyük olduğundan, həmçinin lövbərin mexaniki ətaləti olduğundan, lövbər nüvəyə dartılmış vəziyyətdə qalır. kontaktlarda açılmırıar. Amma lövbərdə titrəyiş əmələ gəlir. Bunun nəticəsində kontaktor səs salır, kontakt dodaqları bir-birinə zəif sıxılırlar. Nəticədə onların keçid müqavimətləri artığından kontaktlar əriyərək yapışa bilərlər. Dartma qüvvəsinin dəyişməsinin mənfi təsirini aradan qaldırmaq üçün bütün dəyişən cərəyan rele və kontaktlarında qısa qapanmış sarğı qoyulur. Sarğı nüvənin bir hissəsini adətən 2/3 hissəsininəhatə edir. Nüvənin sarğı ilə əhatə olunmuş hissəsi ekranlanmış hissə, qalan hissəsi isə ekranlanmamış hissə adlanır.(şəkil2).
                 Şəkil2. Qütb sonluğunda qısa qapanmış sarğının yerləşdirilməsi

Şəkildə qısa qapanmış sarğının yaratdığı maqnit seli Φqq və dartma dolağının yaratdığı maqnit seli Φ göstərilmişdir. Nüvənin ekranlanmış hissəsində Φqq və Φmaqnit selləri eyni istiqamətdə yönəlmişlər, nüvənin ekranlanmamış hissəsində isə qarşı qarşıya yönəlmişdir. Qısa qapanmış sarğınn maqnit seli  fazaca Φ  maqnit selindən90 dərəcə geri qalır(ekranlanmış hissədə).  Nüvənin ekranlanmamış hissəsində isə Φqq seli Φ selini təxminən 90 dərəcə irəliləyir. Bu selləri toplamaqla göstərmək olar ki, nüvədən qapanan ümumi maqnit seli hec bir anda sıfıra düşmür. Dəyişən cərəyan kontaktornun dartma(1 əyrisi) və ayırma(2 əyrisi) xarakteristikaları şəkil3 də göstərilmişdir. Dəyişən cərəyan kontaktorunun qayıtma əmsalı sabit cərəyan kontaktorunun qayıtma əmsalından böyük olur. Dəyişən cərəyan kontaktorunun xüsusi işləmə müddəti 0,08-0,1 saniyə olur. Bu sabit cərəyan kontaktorun xüssi işləmə müddətindən azdır.
            Şəkil3. Dəyişən cərəyan kontaktorunun dartma və ayırma xarakteristikaları

Thursday, November 30, 2017

LUMİNESSENT LAMPALAR

Bu lampalar közərmə lampaları ilə müqaisədə tam başqa işıq məbəyləri sayılır və bunlar qazboşalma prinsipində işləyən işıq mənbəyləri qrupuna aiddirlər. Belə mənbəylərin işıq şuası, elektrik boşalması nəticəsində qazlardan və ya metal buxarından cərəyan keçməsilə yaranır. Qaz boşalma lampalarında boşalça prosesi 3 üsul ilə yerinə yetirilir: qövslə, yüksək tezliklə və impulsla boşalma.
Luminessent lampalarda qövslə boşalma üsulundan istifadə edilir və bunlarda işıq enerjisi lumonafor adlanan xüsusi materialdan şualanır. Beləliklə qazda və ya metal buxarında yaranan elektrik qövsünün ultrabənövşəyi şuaları luminaforun işıqlanmasına səbəb olur. Ən şiddətli ultrabənövşəyi şualanmanı civə buxarında yaranan elektrik qövs boşalması verir. Hal hazırda işıq texnikasında ən yaxşı luminafor kalsium, qrafitin və morqansın qarışığından alınır. Tərkibindən qövs boşalması gedən qazın və ya metal buxarının təzyiaindən asılı olaraq luminessent lampalar alçaq, yüksək,və çox yüksək təzyiqli olurlar.
                     Şəkil 1. Luminessent lampanın elektik dövrəsinə qoşulmasının sxemi

Şəkildə lampanın şüşə borusu 4 və onun daxili səthinə çəkilmiş luminafor qatə 3 rəqəmi ilə işarələnmişdir. Borunun içərisinə az miqdarlı civə bxarı ilə argon qazının qarışığı doldurulmuşdur. Şüşə borunun əvvəl və axır hissələrində metal çubuğlara bərkidilmiş volfram elektrodlar  2 qoşulmuşdur. Şüşə borunun elektrodları arasında qövslü elektrik boşalmasının yaranması üçün iki şərt yerinə yetirilməlidir. Bunlardan birincisi elektrodları elektik cərəyanı vasitəsilə qızdırmaq, ikincisi isə lampaya qısa müddət ərzində çox böyük gərginlik vermək lazımdır.
Bu şərtlər tərkibində starter 1 və drossel 5(induktivlik) olan işə qoşma sxemi ilə avtomatik yerinə yetirilir. Starter kimi xüsusi quruluşa malik olan neon lampasından (1) istifadə edilir. Onun bir və ya hər iki elektrodu istilikdən əyilən bimetaldan hazırlanır. Sxemi elektrik şəbəkəsinə birləşdirdiydə neon lampasında közərmə ilə keçən elektrik boşalması yaranır və onun açıq elektrodları qızıb bir birilə birləşirlər. Bundan sonra neon lampasında közərmə ilə keçən elektrik boşalması yox olur və onun elektrodlarından eləcədə luminessent lampasının elektrodlarından böyük cərəyan axır. Bu proses zamanı Luminessent lampanın elektrodları qızır, neon lampasının elektrodları isə soyuyur. Neon lampasının soyumuş elektrodları bir birindən ayrılırlar dövrədən keçən cərəyan kəskin olaraq azalır və bu vaxt drosseldə böyük miqdarda öz-özünə EHQ yaranır. Nəticədə drosseldə yaranmış EHQ şəbəkə gərginliyi ilə toplanaraq luminessent lampasında qövslü elektriki boşalmasının əmələ gəlməsinə səbəb olur. Sxemdə göstərilən C1 kondensatoru drosselin əmələ gətirdiyi reaktiv gücü dəf etmək üçün qoyulmuşdur və bu kondensator olmaqdıqda dövrənin güc əmsalı az (təxminə cosf=0,5) olur. Az tutumlu C2 kondensatoru isə radioqəbuledicilərinə maneəni aradan götürür. Qeyd etmək lazımdır ki, hal hazırda LL(luminessent lampa)-nı startersiz işə salan bir çox sxemlər işlənib hazırlanmışdır, ancaq olar qiymətinə görə bahadır və artıq enerji itgisi yaradırlar. LL-lər közərmə lampalarına nisbətən iqtisadi cəhətdən əlverişlidirlər, şəbəkə gərginliyinin dəyişməsi onlara az təsir göstərir, və yüksək işəq effektinə(80 lm/vatt kimi) malikdirlər. LL-in əsas mənfi cəhəti onun işıq selinin şüşə borunun divarlarının tempraturasından asılı olmasıdır. Bu asılılığın əsas səbəbi borunun daxilindəki civə buxarının tempraturadan asılı olaraq təzyiqinin dəyişməsidir. Bundan əlavə borunun tempraturası ətraf mühitin təsirindəndə dəyişir.

Monday, November 27, 2017

Evlərdə elektrik cərəyandan qorunmaq üçün Sığortalı açma qurğuları - УЗО


Evlərdə elektrik cərəyandan qorunmaq üçün Sığortalı açma qurğuları - УЗО
Cərəyanın itkisindən qorunmaq üçün differensial cərəyan açarlarından istifadə edirlər. Çox zaman onlara UZO (устройство защитного отключения) deyilir. Bizim zamanda bu cür cihazla heç kimi təcübləndirmək omümkün deyil. Bu cür cihazları insanlar çoxdan öz evlərində elektrik lövhələrdə quraşdırırlar. Sığortalı açma qurğusu(SAQ) iki cür olur: elektromexaniki və elektrik SAQ.
Elektromexaniki və elektrik qurğuların fərqi.
Elektromexaniki tipli SAQ- xəttin istənilən yerində, gərginliyin olub olmasından asılı olmayaraq zədə olsa işə düşür. Elektromexaniki SAQ-ın əsas iş orqanı differensial transformatordur (sarqılı torodial özəyi). Zədələnmiş xəttə itki baş verərsə, transformatorun ikinci sarğısında releyə gərginlik gələcək, və sönmə mexanizmi işə düşəcək.
Elektrik SAQ-zədələnmiş xəttə cərəyan itkisi olanda və eyni zamanda şəbəkədə gərginlik olanda işə düşür. Bu cür cihazın tam şəkildə işləməsinə görə xarici qida mənbəyi olmalıdır. Bu onunla bağlıdır ki, bu cür SAQ-ların əsas orqanı gücləndirici ilə olan elektron platasıdır. Xarici qida mənbəyi olmadan bu qurğu işləyə bilməz. Qida mənbəyi haradan götürülür? SAQ-ın daxilində heç bir elektrik daşları və akkumulyatorlar yoxdur. Elektrik platanı qidalandırmaq üçün gərginlik xarici şəbəkədən daxil olur. Şəbəkədə 220 Volt varsa SAQ işləyir, yoxdursa- işləmir.
İndi isə araşdıraq, vacibdirmi  şəbəkənin olmadığı vaxtda SAQ işləsin və yaxud vacib deyil.
Çox oxucular düşünürlər ki, “Əgər şəbəkədə gərginlik varsa, deməli elektron SAQ işləyəcək, gərginlik yoxdursa- nəyə lazımdır onun işləməyi?” Təbii ki, bu belədir, amma...
Evdə və ya mənzildə cərəyan itəndə(işıq sönəndə) hansı qəzaya görə cərəyan itir bilirsinizmi? Ağıla gələn birinci  hal- təmir işləri. Fəhlə briqadası profilaktik yaxud bərpa işləri gördükdə avtomatları və rubilnikləri söndürürlər.
İkinci hal-şəbəkədən qəza sönməsi halıdır. Evdəki rozetkaya 220 V cərəyanı bir başa istilik, hidro və ya atom elektrik  stansiyalardan daxil olmur. Elektrik enerjisi elektrik stansiyalarında yaradılır və istehlakçılara çox saylı transformatorlar və yüzlərlə km elektrik ötürücü naqillərlə gətirib çıxarılır. Naqilin istənilən sahəsində zədə ola bilər, buda öz növbəsində istehlakçılarda əks olunacaq.
Üçüncü hal- sıfır məftilin və ya naqilin yanması. Bütün avadanlıqlar dayanır, işıqlar sönür-evdə gərginlik yoxdur! Lakin faza itməyib! Cərəyanla zədələnmə ehtimalı var. Düşünək ki, paltaryuyan maşının içində sıfır naqili zədələnib və faza maşının gövdəsinə düşüb. Bu anda paltaryuyan maşına toxunsaz SAQ işləyəcək. Amma elektron SAQ işə düşməzdi, çünki onun elektron platasına yalnız “faza” daxil olur. Qida mənbəyi olmadığına görə, paltaryuyan maşında yaranmış cərəyan itkisini elektron plata tutmayacaq və SAQ cərəyanı söndürməyəcək. Anolojı hal mənzilin və ya evin elektrik lövhəsində baş verə bilər. Belə hal insan üçün çox təhlükəlidir. Sarsıdıcı olsada bu cür halda elektron SAQ işləməyəcək.
Növbəti hal- şəbəkədə gərginliyin qalxıb düşməsidir. Təbii ki, çox adam bu haldan qorunmaq üçün gərginlik relesi (stabilizator) quraşdırırlar, lakin hamı yox. Gərginliyin qalxıb düşməsi nədir? Gərginliyin nominal göstəricidən fərqlənməsi. Yəni, evdəki rozetkada 220 Volt əvəzinə 170 ya 260 ən pis halda isə 380 volt olmasıdır. Yüksək gərginlik, elektrik avadanlığı üçün çox  təhlükəlidir. Gərginliyin qalxıb düşməsinə görə SAQ-ın elektron platası sıradan çıxa bilər. Kənardan hər şey bütöv və zədələnməmiş görünə bilər, lakin cərəyanın itkisi baş versə insan həyatı üçün təhlükəli olacaq. SAQ-ın daxili komponentləri zədələnmiş olduğuna görə qurğu cərəyan itkisinə görə reaksiya verməyəcək.
SAQ-ın elektron platasının sıradan çıxmasını kənardan bilmək olmur. Onun işlək vəsiyyətdə olub olmadığını yoxlamaq üçün TEST düyməsinə basmaq lazımdır. Mütəxəssislər məsləhət görürlər ki, SAQ ayda bir dəfə test olunsun.

Mühəndis Vaqif Cəfərov

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov