Saturday, December 2, 2017

ELEKTROMAQNİT ZAMAN RELESİ

Elektrik intiqallarının idarəetmə sxemlərində elektromaqnit zaman releləri geniş tətbiq olunur. Bu relələr əvvəldən müəyyən olunmuş vaxt saxlama(gecikmə) ilə işə salma müqavimətinin pillələrinin dövrədən çıxarılmasına siqnal verir və sxemalarda bir sıra digər məqsədlər üçün istifadə olunurlar.
Elektromaqnit zaman relelərində (şəkil3.4) plad nüvə (1), dartma dolağı (2) və lövbərdən (3) başqa mis materialdan nüvəyə geydirilmiş silindr (4) də olur. Bu silindir qısa qapanmış dolaqdır. Buna dempfer dolağı da deyirlər.
K açarının açıq vəziyyətində dolaqda gərginlik yoxdur. Yayın (5) sıxma qüvvəsinin təsiri altında lövbər nüvədən aralı olur. Bu zaman 9-10 kontaktları açıqdır, 7-8 kontaktları isə bağlıdır. Aparatın dolağında gərginlik olmadığı halda açıq vəziyyətdə olan kontaktlar bağlayan kontaktlar adlanırlar. Bu zaman bağlı olan kontaktlar isə açan kontaktlar adlanırlar. Deməli, 7-8 kontaktları açan kontaktlar, 9-10 kontaktları isə bağlayan kontaktlardır.
                                    Şəkil1. Elektromaqnit zaman relesinin prinsipial sxemi

Relenin işləmə prinsipi belədir- K açarını qapadıqda dolağa gərginlik verilir. Lövbər nüvəyə dartılır. Bu zaman 7-8 kontaktları açılır, 9-10 kontaktları qapanır. Bununla 7-8 kontaktlarının birləşdiyi dövrədə cərəyan kəsilir; 9-10 kontaktlarının birləşdirildiyi dövrədən isə cərəya axmağa başlayır.
K açarını açarkən , dartma dolağının maqnit seli yox olur. Yox olan maqnit seli dempfer dolağındaa EHQ induksiyalayır. Bu EHQ tərəfindən dempfer dolağından cərəyan axır: bu cərəyanın yaratdığı maqnit seli, Lents qanununa uyğun olaraq, nüvədəki əsas maqnit seli istiqamətində olur və onun azalmasına(yox olmasına) mane olur. Bu səbəbdən əsas maqnit selinin azalması sürəti zəifləyir. Dolaq şəbəkədən açıldıqdan sonra, relenin maqnit seli başlanğıc Φb1 qiymətindən azalmağa başlayır. (şəkil2) . Nüvədə maqnit seli Φqay1 qiymətini aldıqda (δ1 əyrisi) lövbər geri qayıdır. Maqnit selinin Φqay1 qiymətinədək azalması müddəti t1 relenin vaxtsaxlama müddəti olur. Beləliklə, relenin dartma dolağının mənbədən açıldığı andan açan kontaktının açıldığı, bağlayan kontaktının isə bağlandığı anadək keçən müddət relenin vaxtsaxlaması adlanır.


Şəkil 2. Vaxtsaxlama müddətinin  nüvə ilə lövbər arasındakı qeyr-maqnit materialın qalınlığından asılılığı

Vaxtsaxlama müddətini 2 üsulla dəyişmək olar:
1) nüvə ilə lövbər arasında qeyri-maqnit material yerləşdirib,  onun qalınlğını dəyişməklə,
2) lövbəri qaytaran yayın sıxılma dərəcəsini dəyişməklə.

Birinci halda maqnit dövrəsinin maqnit müqaviməti artır- maqnit selinin başlanğıc qiyməti və qalıq maqnetizminin qiymətləri azalır. Bunun nəticəsində  Φ =f(t) əyrisi aşağı sürüşür., qayıtma maqnit seli Φ =Φqay dəyişmədiyindən hava aralığı δ böyüdükcə relenin vaxtsaxlaması kiçilir(t2 kiçikdir t1).
Yayın sıxılma dərəcəsini dəyişdikdə(ikinci üsul) yayın ayırıcı momenti dəyişir, relenin vaxt saxlaması dəyişir. Məsələn şəkildə göstərildiyi kimi hava aralığı  δ2 olarkən, ayırıcı yayın sıxılması artırılırsa, qayıtma seli Φqay1 qiymətindən Φqay2 qiymətinə dək böyüyər və relenin vaxt saxlaması azalaraq t3 olar(t3 kiçikdir t2).
Dempfer dolaqlı elektromaqnit zaman relelərində 0,3-3 san aralığında vaxt saxlama almaq mümkündürş Dəyişən cərəyan dövrələrində  vaxt saxlama almaqda ötrü elektromexaniki rəqqas relelərindən istifadə olunur., bu relelərin vaxt saxlaması  0,4-180 saniyə aralığında dəyişdirilə bilir. 

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov