Evlərdə elektrik cərəyandan qorunmaq üçün Sığortalı açma qurğuları - УЗО


Evlərdə elektrik cərəyandan qorunmaq üçün Sığortalı açma qurğuları - УЗО
Cərəyanın itkisindən qorunmaq üçün differensial cərəyan açarlarından istifadə edirlər. Çox zaman onlara UZO (устройство защитного отключения) deyilir. Bizim zamanda bu cür cihazla heç kimi təcübləndirmək omümkün deyil. Bu cür cihazları insanlar çoxdan öz evlərində elektrik lövhələrdə quraşdırırlar. Sığortalı açma qurğusu(SAQ) iki cür olur: elektromexaniki və elektrik SAQ.
Elektromexaniki və elektrik qurğuların fərqi.
Elektromexaniki tipli SAQ- xəttin istənilən yerində, gərginliyin olub olmasından asılı olmayaraq zədə olsa işə düşür. Elektromexaniki SAQ-ın əsas iş orqanı differensial transformatordur (sarqılı torodial özəyi). Zədələnmiş xəttə itki baş verərsə, transformatorun ikinci sarğısında releyə gərginlik gələcək, və sönmə mexanizmi işə düşəcək.
Elektrik SAQ-zədələnmiş xəttə cərəyan itkisi olanda və eyni zamanda şəbəkədə gərginlik olanda işə düşür. Bu cür cihazın tam şəkildə işləməsinə görə xarici qida mənbəyi olmalıdır. Bu onunla bağlıdır ki, bu cür SAQ-ların əsas orqanı gücləndirici ilə olan elektron platasıdır. Xarici qida mənbəyi olmadan bu qurğu işləyə bilməz. Qida mənbəyi haradan götürülür? SAQ-ın daxilində heç bir elektrik daşları və akkumulyatorlar yoxdur. Elektrik platanı qidalandırmaq üçün gərginlik xarici şəbəkədən daxil olur. Şəbəkədə 220 Volt varsa SAQ işləyir, yoxdursa- işləmir.
İndi isə araşdıraq, vacibdirmi  şəbəkənin olmadığı vaxtda SAQ işləsin və yaxud vacib deyil.
Çox oxucular düşünürlər ki, “Əgər şəbəkədə gərginlik varsa, deməli elektron SAQ işləyəcək, gərginlik yoxdursa- nəyə lazımdır onun işləməyi?” Təbii ki, bu belədir, amma...
Evdə və ya mənzildə cərəyan itəndə(işıq sönəndə) hansı qəzaya görə cərəyan itir bilirsinizmi? Ağıla gələn birinci  hal- təmir işləri. Fəhlə briqadası profilaktik yaxud bərpa işləri gördükdə avtomatları və rubilnikləri söndürürlər.
İkinci hal-şəbəkədən qəza sönməsi halıdır. Evdəki rozetkaya 220 V cərəyanı bir başa istilik, hidro və ya atom elektrik  stansiyalardan daxil olmur. Elektrik enerjisi elektrik stansiyalarında yaradılır və istehlakçılara çox saylı transformatorlar və yüzlərlə km elektrik ötürücü naqillərlə gətirib çıxarılır. Naqilin istənilən sahəsində zədə ola bilər, buda öz növbəsində istehlakçılarda əks olunacaq.
Üçüncü hal- sıfır məftilin və ya naqilin yanması. Bütün avadanlıqlar dayanır, işıqlar sönür-evdə gərginlik yoxdur! Lakin faza itməyib! Cərəyanla zədələnmə ehtimalı var. Düşünək ki, paltaryuyan maşının içində sıfır naqili zədələnib və faza maşının gövdəsinə düşüb. Bu anda paltaryuyan maşına toxunsaz SAQ işləyəcək. Amma elektron SAQ işə düşməzdi, çünki onun elektron platasına yalnız “faza” daxil olur. Qida mənbəyi olmadığına görə, paltaryuyan maşında yaranmış cərəyan itkisini elektron plata tutmayacaq və SAQ cərəyanı söndürməyəcək. Anolojı hal mənzilin və ya evin elektrik lövhəsində baş verə bilər. Belə hal insan üçün çox təhlükəlidir. Sarsıdıcı olsada bu cür halda elektron SAQ işləməyəcək.
Növbəti hal- şəbəkədə gərginliyin qalxıb düşməsidir. Təbii ki, çox adam bu haldan qorunmaq üçün gərginlik relesi (stabilizator) quraşdırırlar, lakin hamı yox. Gərginliyin qalxıb düşməsi nədir? Gərginliyin nominal göstəricidən fərqlənməsi. Yəni, evdəki rozetkada 220 Volt əvəzinə 170 ya 260 ən pis halda isə 380 volt olmasıdır. Yüksək gərginlik, elektrik avadanlığı üçün çox  təhlükəlidir. Gərginliyin qalxıb düşməsinə görə SAQ-ın elektron platası sıradan çıxa bilər. Kənardan hər şey bütöv və zədələnməmiş görünə bilər, lakin cərəyanın itkisi baş versə insan həyatı üçün təhlükəli olacaq. SAQ-ın daxili komponentləri zədələnmiş olduğuna görə qurğu cərəyan itkisinə görə reaksiya verməyəcək.
SAQ-ın elektron platasının sıradan çıxmasını kənardan bilmək olmur. Onun işlək vəsiyyətdə olub olmadığını yoxlamaq üçün TEST düyməsinə basmaq lazımdır. Mütəxəssislər məsləhət görürlər ki, SAQ ayda bir dəfə test olunsun.

Mühəndis Vaqif Cəfərov
Previous Post Next Post

Contact Form