Vakuumlu közərdilən indikasiya elementləri

 



Bu cihazlar içərisində volfram spiral şəklində hazırlanmış təsvir elementləri yerləşmiş vakuumlu balondan ibarət olur (şəkil 11.17a). Közərdilən məftilin spiral şəkilli olması və onların birləşdirildiyi dayaqların arasındakı məsafənin kiçik olması qızdırılarkən məftillərin asılmasının qarşısını alır. Məftillər 1250°C-yə qədər qızdırıldığından onlar uzun müddət işləyə bilirlər. Təsvirin yaxşı alınması üçün cihazın altlığı qara rənglənir.

İndikasiya elementlərinə hər bir seqmentin çıxışı ilə ümumi çıxış arasında dəyişən, sabit və impuls xarakterli gərginlik verilir. Elementin qızması ani baş vermir, 0,2-0,25 saniyə həddində gecikmə (gərginlik tətbiq ediləndən parlaqlığın dayanıqlı vəziyyətindəkindən 80%-ə qədər olmasına sərf edilən vaxt) mövcud olur.

Volt-amper xarakteristikasından görünür ki, cərəyan (deməli, həm də parlaqlıq) gərginliyə mütənasib kəskin artır (şəkil 11.176).

ZZZZZZZZZZZZZZZ

Altlıq

Dayaq çubuğu

I ма 20

Э 18

16-

w-

12Ю

g

........................

O 1 2 3 4 5 Uk, V

a) b)

Şəkil 11.17 Vakuumlu közərdilən indikasiya elementinin quruluşu (a) və volt-amper xarakteristikası (b)

Bu elementlər nisbətən böyük cərəyanlarda (onlarla milliamper həddində) işləyirlər. Cihazın f.i.ə. kiçik olur,

-------------------------------------------------------------------------------------------- 271

çünki tətbiq edilən gücün çox hissəsi istilik keçiriciliyi və konveksiya hesabına itirilir. Nəzərə almaq lazımdır ki, soyuq məftilin müqaviməti kiçik olduğundan həyacanlanma siqnalı veriləndə ilk anda cərəyan iki dəfəyə qədər kəskin arta bilər.

İmpuls siqnalı ilə həyəcanlanma zamanı məftilin ani və orta temperaturu kəskin fərqlənə bilər və bu elementin iş müddətinə mənfi təsir göstərir. Ona görə impulslarm sıxlığının 12-dən çox olmaması məqsədəuyğun hesab edilir.

Bu elementlər parlaqlığına görə digər aktiv indikatorlardan üstündür. Bunların müsbət cəhəti həm də ondadır ki, müxtəlif işıq süzgəclərinin köməyilə cürbəcür rəngli təsvirlər almaq mümkün olur.

İmpuls şəkillli və dəyişən gərginliklə həyəcanlanma zamanı rezonans olmaması üçün 0-150 hs diapazonunda və 500 hs-dən yuxarı tezliklərdə işləmək məqsədəuyğundur.


Previous Post Next Post

Contact Form