Vakuumlu lüminessent indikasiya elementləri


Bu cihazlar üzərinə oksid qatı çəkilmiş bilavasitə közərdilən katoddan, tordan və bir müstəvidə yerləşən bir neçə anoddan ibarət olur.

Cihazın əsasını şüşə və ya çini təbəqə təşkil edir (şəkil- 11.16a). Bu təbəqənin seqmentli dərinliklərində (yuvalarında) ayrı-ayrı çıxışları olan cərəyan keçirən qatlar (anod- lar) yerləşir. Bu qatların üzərinə lüminofor çəkilir. Təbəqənin üstündə deşikləri olan metal ekranlayım elektrod yerləşir.

Katod /tor

* / Ekranlayıcı

1—1 1—1 I- Ч |~Ч ь ч/ ... /

... /eiektrod

_________lüminofor

Keçirici

a) ' \ qat

Çini əsas Çıxış

с)

Şəkil 11.16 Vakuumlu lüminessent indikasiya elementinin quruluşu (a), xarici görünüşü (b) və seqmentlərin yerləşdirilməsi (c)

269

Onun deşikləri müvafiq seqmentlərin qarşısında olur. Ekranlayım elektroddan bir qədər aralı tor və daha yuxarıda oksidli katod yerləşdirilir.

Şüşə balon içəridən cərəyan keçirən qatla örtülür. Tora katoda nisbətən mənfi gərginlik verməklə elektron selini tam kəsmək və lüminoforun işıqlanmasmm qarşısını almaq mümkün olur. Anodlar işarə sintez edən metal seqmentlər şəklində olur və onların üzərinə lüminofor çəkilir. Hər bir seqmentin ayrıca çıxışı olur və ona katoda nisbətən müsbət gərginlik verilir. Katodla anod arasında yerləşən tor cihazın cərəyanını idarə etmək üçündür. Ona anod potensialına yaxın gərginlik verəndə onun sahəsi elektronları sürətləndirir və onlar tordan keçərək gərginlik verilmiş olan anodlara düşürlər. Anodun səthinə dəyərkən elektronlar lüminoforun yaşıl rəngdə işıqlanmasmı əmələ gətirir. Müəyyən işıqlanan seqmentlər toplusu lazımi işarəni təsvir edir. Bu təsvir katod tərəfdən şüşə balonun səthindən müşahidə edilir. Torun potensialı sıfra yaxın olanda ondan keçən elektron seli kiçik olur və anod işıqlanmır.

Rəqəm sintez edən vakuum-lüminessent indikasiya elementinin xarici görünüşü, seqmentlərin yerləşmə qaydası və onların formaları şəkildə (Л) göstərilmişdir.

Bu cihazlar aramsız və impuls rejimlərində işləyir.

Rəqəm vakuumlu lüminessent cihazlar səyyar nəzarət- ölçü və say-hesablama qurğularında məlumatı 10-luq sistemdə saymaq üçün istifadə edilir. İndikasiya elementlərinin sayı təsvir edilən 10-luq ədədin mərtəbələrinin sayı ilə müəyyən edilir.

Bu cihazlar həm müstəvi, həm də silindrik balonlar şəklində buraxılır. Silindrik şəkillilər bir və çoxmərtəbəli, müstəvi şəkillilər çoxmərtəbəli olur. Cihazların əksəriyyəti öz idarə sxemi və qida mənbəyi ilə buraxılır.

Matrisa şəklində hazırlanan cihazlar televiziya təsviri almaq imkanı verir.







Previous Post Next Post

Contact Form