Thursday, June 29, 2023

"Ex e" AVADANLIQ


118. Ex e avadanlıq hansı standarta əsasən istehsal olunur?
- IEC 60079-7

119. Avadanlığı Ex e metodu ilə qoruma deyəndə nə başa düşürsünüz?
- təhlükəsizliyi artırılmış avadanlıq, qığılcımsız və yüksək səth temperaturu yaratmayan avadanlıq

120. Ex e metodu ilə hansı avadanlıq və komponentləri qoruyurlar?
-  vint burma(twisting-surety) ilə və özü-sıxan(self-securing) klemmalı(terminal)

- qland və birləşmə qutusu(junction), mühərrik terminalları


121. Ex e avadanlıqlar yalnız hansı zonalarda istifadə edilə bilər?
- zona 1, zona 2

122. Təhlükəli zonalarda quraşdırılan Ex e naqil və ya kabel terminallarının təhlükəsizliyini qorumaq üçün hansı tədbirlər görülür?
- qığılcım və istilik yaratmayacaq şəkildə olmalıdır
- mütləq sertifikatlı kabellərdən istifadə etmək lazımdır
- terminala daxil olan kabel möhkəm sıxılmalıdır
- saddle clamp tipli terminalların yaylı şayba(spring washer) ilə sıxılması vacibdir
- solid tipli kabel(elastik olmayan, bir telli) saddle clamp tipli terminala U şəklində daxil olaraq bərkidilməldir, solid tipli kabelə sonluq(lug) keçirmək olmaz.
- stranded(çox telli) kabellər twisting-surety terminala mütləq ferrule sonluğu ilə girməlidir, sandle clamp terminala isə ring və fork tipli sonluqlarla girməlidir.
- terminallarda alüminium kabeldən istifadə etmək qəti qadağandır
- bir terminala iki kabel daxil etmək olmaz(istisnalar hər zaman var). -əgər iki kabelin bir terminal nöqtəsinə bərkidilməsi tələb olunursa, o zaman bu tip quraşdırmalar üçün xüsusi nəzərdə tutulmuş sonluqdan istifadə etmək lazımdır.
-terminallar mütləq yük cərəyanına görə seçilməlidir
-şəkildə göstərilmiş doğru və səhv quraşdırmaya diqqət yetirin(tigt-sıxılmış, loose- boş)

123. Terminallarda(klemma) və ya elektrik-elektonika elementlərində air paths(hava yolu) və creepage path(sızma yolu) nədir?
- air paths(və ya clearance): iki keçirici metal terminal(çıxış) hissələr arasındakı ən qısa hava məsafəsi
- creepage paths: iki keçirici metal terminal(çıxış) hissələr arasındakı qalan izolyasiya(qeyri-metal, sintetik) səthinin ən qısa məsafəsi

124. Creepage paths ilə air paths-ın gərginliyə görə uzunluq cədvəli necədir? Çox vaxt, creepage path məsafəsi, air path məsafəsindən çox götürülür.

125. Ayrılma(segratation) ilə təhlükəsizliyi artırılmış Ex e terminal dedikdə nə başa düşürsünüz?
- Eyni terminalda bir neçə kabel bağlanılır, bəzən bu kabellər fərqli-fərqli gərginlikləri daşıdığı üçün bir-birindən ayrılmış şəkildə sıxılırlar. Bunu elmi izah etmiş olsaq belə deyərdik: bəzən tələb olunan air paths və creepage path uzunluqlarını qarşılamaq üçün Ex e terminalları arasına ayrılma divarları tətbiq olunur. 

126. Ex e terminalları yoxlayarkən əsasən nəyə diqqət yetirmək lazımdır?
- ayrılma divarının(sınma varsa) və məsafəsinin düzgünlüyünə
- terminalın izolyasiya səthinin təmizliyinə(çünki toz və kir keçiricicidir). Bu sadalananlar varsa, artıq o Ex e qəbul edilmir.
- qutunun orginala uyğun quraşdırılmasına
- Gasket(ara qat)-in sağlam olması və yağlı olmasına, rütubətsiz olmasına


127. Kabelin Ex e terminala bağlanmasında əsas yanlışlıqlar nələrdir?
- kabelin düzgün soyulmaması( cərəyan keçirən hissənin normadan böyük olması, və ya kiçik olması). Cərəyan keçirici hissənin həddən çox uzun olması, air path-ın azalmasına gətirər.
- kabelin izolyasiya örtüyünün terminalın içində sıxılması
- boş kabelin boş və yerləbirləşmə terminal sıxaclarına bağlanmaması
- izolent ilə izolyasiya 
- boş terminalların sıxılmaması


128. Ex e terminalı minimum hansı IP dərəcəli qutuya yerləşdirilməldir?
- IP54

129. Ex e tipli zəncir terminallar(chain terminals)-da darağ(interconnection-özaralarında əlaqələndirmə) istifadə edilmişsə, o zaman necə quraşdırılma necə aparılmalıdır?
- darağ istifadə olunmuş terminal ilə darağ istifadə olunmayan terminal arasında seqreqasiya(ayırıcı) divar qoyulmalıdır. Bu divar end cover, end clamp da adanır.

130. Ex e mühafizə örtüklərinin(qutu) giriş(içəri) qoruma sinifləndirmə cədvəli ?

 

İzoyasiyasız aktiv hissələr

Yalnız izolyasiyalı aktiv hissələr

Ventiliyasiyasız və ya rütübət drenajı olmadan

IP54

IP44

Ventiliyasiyalı və ya rütubət drenajlı

IP44 “X” sertifikat nömrəli

IP24 “X” sertifikat nömrəli


131. Ex e mühafizə örtüklü qutuda nə etmək qadağandır?
- istehsalçının kabel glandı üçün açdığı dəlikdən əlavə gland dəliyinin açılması
- Bu qutunun içində Ex e olmayan avadanlıq yerləşdirmək
- Ex e olmayan glanddan istifadə edilməsi, glandın IP-si örtüyün IP-si ilə eyni olmaması


132. Kabel glandda IP54 hermetik sinif şərti(IP şayba qoymadan) nə zaman ödənilir?
- kabel gland 6 mm rezvadan-dan az olmayaraq vintlənmişsə, IP şaybanı qoymaqda olar, qoymamaqda

133. Kabel glanda nə zaman əlavə IP şayba qoyulmalıdır?
- glandın yivi 6 mm-dən azdırsa.


134. Yerləbirləşdirmə tag-ı yalnız hansı yivli glandlarda istifadə edilə bilər?
- metrik

135. Konik NPT yivli glandlarda nə üçün earth tag istifadə oluna bilməz?
- glandın çiyni(burtiki və ya shoulder) səthə sərt şəkildə sıxılmadığı üçün

136. Kabel glandının muftası(cable gland sleeve) nə üçün istifadə olunur?
- glandın üstünü oksidləşmədən qoruyur(lakin yağış, yağmur olmayan yerlərdə, çünki, şitin altına toplanmış su muftanın içinə yığıla bilər bu da zirehin karroziyalaşmasına gətirər.)


137. Partayış zonalarında quraşdırılmış şit və ya qutu(ölçü və elektrik)-larda nəfəslik(breather) nə üçündür?
- nəmişlikdən yaranan kondensatın toplanmasının qarşısını alır, toplansa belə kondensat onun vasitəsilə xaric olar, qutunu ventiliyasiya edir. Zona 1 və 2 də istifadə olunur. Ex d və Ex e tipli olurlar.

138. Partayış zonalarında quraşdırılmış şit və ya qutu(ölçü və elektrik)-larda axın tıxacı(drain plug) nə üçündür?
-  nəfəslik quraşdırılması mümkün olmuyan yerlərdə, toplanmış kondensatı vaxtında boşaltmaq üçündür
139. Ex e metodu ilə mühafizələnmiş mühərriklərin özəlliyi nədir?
- bu mühərriklərdə qığılcım və yüksək temperatur olma ehtimalı minimuma endirilmişdir. İçindəki dolağlara xüsusi tip yüksək temperatura dözümlü izolyasiya lakı hopdurulmuşdur. Vertikal quraşdırmalarda, ventiliyasiya yerindən içəri yad cisim daxil olmaması üçün, bu mühərriklərin üstündə kolpak(cap) quraşdırılır. Həm mühərrikin özü həm də, terminal qutusu Ex e mühafizəli olur. Bu mühərriklər fasiləsiz çalışmaya uyğun konstruksiyalanıb, tez-tez start-stop rejimlər üçün nəzərdə tutulmamışdır.

140.  Rotor valı ilişdiyi(kilidlənərsə) vaxt ərzində elektrik mühərrikində hansı anormal risklər yarana bilər?
- nominal cərəyandan 6-8 dəfə böyük olan cərəyan yaranar
- statorun(dolağ) ifrat qızması
- ventiliyasiyanın dayanması(soyuma getmir)
- rotor çubuqlarından keçən cərəyan əhəmiyyətli dərəcədə artar, həmçinin temperatur da

141. Ex e mühərriklərdə rotor ilişməsindən dolayı, stator və rotorda yüksək temperatur yaranmasının qarşısını almaq üçün nə etmək lazımdır?
- Ex e mühərriklərində lövhəcik üzərində göstərilmiş tE(tripping time) zaman ərzində mühərriki elektrik enerjisindən ayırmaq lazımdır. Bu proses, istilik-artıq yüklənmə(thermal overload) relesi vasitəsilə yerinə yetirilir. Rele üzərində tE -ni mühərrik üzərində göstərilmiş zamana görə sazlamaq lazımdır. İstilik ifrat yüklənmə, mühərrikin nominal cərəyanına görə sazlanmalıdır. 

ELEKTRİK QURAŞDIRILMALAR VƏ YERLƏBİRLƏŞDİRMƏLƏR(EARTHING)


102. Partlayış təhlükəli ərazilərdə əsas hansı kimyəvi elementli növ elektrik kabeli  tətbiq olunur?
- mis və alüminum elementli XLPE(polivinilxlorid)

103. Partlayış təhlükəli ərazilərdə quraşdırılan alüminium kabelinin minimal en kəsiyi nə qədər olmalıdır?
- 16 mm2 

104. Partlayış təhlükəli ərazilərdə quraşdırılan kabellər divar və ya otağdan(məs, sahədən elekrik avadanlığı otağına) keçdikdə qazın keçirməzliyini(kiplik) hansı üsulla qoruyurlar?
- MCT(multi cable transit-çoxkabelli tranzit) , Roxtec tipli pəncərələrdən və Hawke tipli glandlardan istifadə etməklə

105. Earth(yerləbirləşdirmə) tag və earth plate(lövhə) -dan nə zaman istifadə edilir?
- Zirehli kabel(armoured cable) metal olmuyan(dielektrik və ya sintetik material) qutuya və ya paylayıcı şitə yivsiz daxil olduqda. Qutunun(şitin) xaricində və ya daxildə quraşdırıla bilər. 
- əgər gland əsasən qeyri-metal və metal şitə(yivsiz şit), cihaza bağlanıbsa, earth tag istifadə olunursa mütləq ulduz şayba(star washer) qoyulmalıdır.
- əgər gland metalı torpağlanmayan yivli şitə daxil olubsa


106. Tutaq ki, partlayış təhlükəli zonada qutunun və ya qurğunun içində elektrik kabeli damarlarından biri boş qalıb. Bu zaman nə etməlisiniz?
- Məsləhət görülür ki, ölçü montajından fərqli olaraq, elektrik kabel damarları elə montaj olunsun ki, ehtiyatda və boşda damar qalmasın. Bundan əlavə, əgər qalıbsa belə onu paylayıcı qutu tərəfdə boş terminallara bərkitmək lazımdır. Nəzərə alın ki, boş qalan elektrik damarını izolentləmək qadağandır.

107. Ümumiyyətlə elektrik quruluşların yerləbirləşdirməsi, elektrik vurmasına səbəb olan təhlükəli gərginliklərin qarşısını almaq üçündür. Bəs partlayış təhlükəli zonada elektrik quruluşlarının(şit, qurğu, sistem və.s) yerləbirləşdirmə səbəbi nədir?
- qığılcım və qövslərin qarşısını almaq üçündür.

108. Grounding, earthing və bonding arasındakı fərq nədir?
1. Grounding(torpağlanma)- yalnız neytral(sıfır) xəttin torpağ ilə əlaqəsidir. Bu neytral xətt generator və trasformatorun ulduz birləşməsindən götürülür.

2. Earthing( yerləbirləbirləşdirmə)- avadanlığların, elektrik maşınların, aparatların, quruluşların və.s gövdələrini torpağla əlaqələndirmək üçündür.

3. Bonding(əlaqələndirici yerləbirləşdirmə)- yalnız iki və ya daha çoxlu bir metal gövdəli quruluşların, məsələn, elektrik mühərrikinin gövdəsi ilə onu bəsləyən panelin gövdəsi arasındakı əlaqə, və ya panelin gövdəsi ilə panelin öz qapısı (qapağı) arasındakı əlaqələndirici yerləbirləşdirmədir.
 

109. Avadanlığın mühafizə xətli yerləbirləşdirməsi(PE) nə üçündür?
-  kifayət qədər yaranan qısa qapanma cərəyanı mühafizəni açsın(trip) deyə

110. Bonding(əlaqələndirici yerləbirləşdirmə) nə üçündür?
- metal keçiricilər(məs, panel ilə panelin qapısı, iki metal qaz borusu arası və.s) arasındakı gərginlik fərqlərinin qarşısını almaq üçündür.

111. Təmiz yerləbirləşdirmə(clean earth) nə üçündür?
- pik(maksimum) gərginlik olmayan sistemlər üçündür, Ex i dövrələrində istifadə edilir.

112. Neçə növ yerləbirləşdirmə montajı var?
- mühafizə, bonding(əlaqələndirici), təmiz , ildırım, statik elektrik və elektromaqnit uyğunluğu(EMC) yerləbirləşdirmələri

113. Neçə növ yerləbirləşdirmə-torpağlanma sistemi var?
- 5 ədəd(TN-C, TN-S, TN-C-S, TT,  IT)

114. Şəkildə gördüyünüz, yerləbirləşdirmə xətlərinin minimum en kəsikləri neçə mm2 olmalıdır?

- PE xəttinin en kəsiyi(cross-section) minimum 6 mm2 götürülür. Əgər faz xəttinin en kəsiyi 16 mm2 -ə qədərdirsə PE=6 mm2, əgər faza xətti en kəsiyi 16-35 mm2 arasındadırsa PE= 16 mm2, əgər faza xəttinin en kəsiyi 35 mm2-dən böyükdürsə o zaman PE= 0.5 x faza xəttinin en kəsiyi
- A xəttinin en kəsiyi = PE x 0,5 
- B xəttinin en kəsiyi = A
- C xəttinin en kəsiyi= ən kiçik PE xəttinin kəsiyinə(hər zaman 6 mm2)


115. Təhlükəli zonalarda hansı növ işıqlandırma lampaları qadağandır?
-  alçaq təzyiqli sodium buxar lampalar(qırıldığı zaman partlayış yaratmaq üçün kifayət qədər alışdırma enerjisi hasil etdiyi üçün)
- T5(>85) və T6(>100) temperaturlu zonalarda və ya ətraf mühit temperaturun 60 dərəcədən çox olduğu hallarda fluresant və elektron ballastlı işıqlandırma istifadə etmək olmaz.

116. Yüngül ərinti metalları sürüşməyə və sürtünməyə məruz qaldıda qığılcım yarada bilir. Partlayış təhlükəli ərazilərdə mühafizə səviyyələrinə(EPL) uyğun quraşdırlan avadanlığlarda istifadə olunan yüngül ərinti materialların faiz kütləsi necə olmalıdır?
- EPL Ga: aluminum+maqnezium+titan+zirkon(zirconium) = cəmi 10%, və ya maqnezium+titan+zorkon = cəmi 7.5%
- EPL Gb: maqnezium+titan=7.5%
- EPL Gc: tələb olunmur

117. Təhlükəli zonlarda qeyri-metal materiallarından(kabel izolyasiyası və.s) qaynaqlanan təhlükəli qığılcım riskləri necə idarə olunur?
- material komponentinin izolyasiya müqaviməti 1 GOm-dan böyük götürülür
- sintetik(qeyri-metal) materialların en kəsikləri EPL-ə görə aşağıdakı hədlərdə götürülür:

"Ex i" MÜHAFİZƏ METODLU AVADANLIQLAR VƏ ONLARIN QURAŞDIRILMASI

63. Ex i nədir?

- Ex i ingilis dilində intrinsic safety(içdən təhlükəsiz) adlanır. Bu metodla mühafizə olunmuş avadanlıqlar alışma enerjisindən kiçik enerjiyə sahibdir. 


64. Praktikada, Ex i metodu ilə mühafizə olunmuş hansı cihaz və avadanlıqlar mövcuddur?

- açarlar

- ştepsel və rozetkalar( plug, socket)

- çıxış sıxacları( terminals)

- ölçü rezistorları

- kondensatorlar

- fərdi yarımkeçirici elementlər

-  hərəkətli ölçü sarğaclar

- elektrik vəziyyət sensorları

Müxtəsər, ölçü nəzarət və aşağı enerjili avadanlıqları


65. Zener baryerlərin sxemini göstərin, Ex ia, ib və ic arasında hansı praktik fərqlər var? 

63. Ex i avadanlıqlar hansı standarta əsas istehsal edilirlər?
-       NEN-EN-IEC 60079-11

64. Zener baryerin quraşdırılma məqsədir nədir?
- Təhlükəli zonada quraşdırılmış avadanlığın və ya cihazın(sensorlar və.s) qidalandırma dövrəsinə(24V) verilən enerji miqdarını məhdudlaşdırır.

65. Zener baryerin elektrik dövrəsi sxemini göstərin?

66. Təhlükəli ərazidə Zener baryerin qoşulma sxemini göstərin?

67. Elektrik yerləbirləşdirmə(electrical earthing) nədir?
- Elektrik yerləbirləşdirmə mühafizə yerləbirləşdirməsidir. 
Bu yerləbirləşdirmə enerji sistemlərini və elektrik avadanlığlarını qorumaq üçündür, o cümlədən heyyəti(personal) enerji sistemlərindən və elektrik avadanlığlarından sızan elektrik vurma cərəyanından  qorumaq üçündür.  Bu yerləbirləşdirməyə həm də kirli yerləbirləşdirmə deyilir. Sarı-yaşıl rəngli kabel ilə fərqləndirilir.

68. Ölçü yerləbirləşdirməsi(instrument earthing) nədir?
- Bu yerləbirləşdirməyə bəzən, referans yerləbirləşdirmə və ya təmiz yerləbirləşdirmə deyilir. Ölçü yerləbirləşdirməsi  ölçü cihazlarını, ekranları(shields), tək və çox damarlı ekranlı kablelləri parazitlərdən(küy, maneə) qorumaq üçündür. Sarı-qara rəngli kabel ilə fərqləndirilir.

69. Elektrik və ölçü yerləbirləşdirmə bir-biri ilə əlaqələndirilə bilər?
-  Bir-birləri ilə əlaqələndirilməyi qəti qadağandır, mütləq bir-birindən təcrid olmalıdırlar, ayrı-ayrı torpağlara gömülməlidirlər. 


70. Ex i avadanlıqlar necə yerləbirləşdirilir?

- Ex i avadanlıqlar yalnız təmiz(instrument earth və ya clean earth) yerləbirləşdirmə ilə təmin olunmalıdır. Ex i avadanlğın girişinə tətbiq olunmuş qida mənbəyi hətta belə yerləbirləşdirilməməlidir. 

71. Ex i avadanlığı ilə təhlükəli zonalarda quraşdırılmış hər hansı cihaz, sensorların yerləbirləşdirməsi hansı formada olur?
- Ex i avadanlığı təmiz yerləbirləşdirilir, Ex i ilə təhlükəli zonadadakı cihazı bir-birinə əlaqələndirən kabelin Ex i-yə tərəf olan hissəsi də təmiz yerləbirləşdirir, lakin kabelin digər yerləbirləşdirmə ucu (təhlükəli zona tərəfindəki) heç yerə bağlanmayaraq izolə edilir. Bu uc məsələn, bir temperatur sensoruna daxil ola bilər. Əgər yerləbirləşdirilsə idi, ölçü yerləbirləşdirmə elektrik yerləbirləşdirməsi ilə birləşmiş olacaqdır, bu birləşmə də beynəlxalq standartın tələblərini pozur, avadanlıq və cihazın  doğru(təhlükəsiz) çalışmasına maniyə törədəcəkdir. 

72. Ex i avadanlğında temperatur qrupu nə üçün qeyd olunmur?
- Çünki Ex i metodu ilə mühafizə olunmuş avadanlığın özü mütləq Ex örtüklü qutuda yer almalıdır. Temperatur qrupu da o qutunun üzərində əks olmalıdır, bu temperatur zonaya uyğun olmalıdır. 

73. Ex nL ilə Ex ic arasındakı fərq nədir?
- hər ikisi eyni şeydir, hər ikisi zona 2 də quraşdırılır. 

74. Ex n avadanlığlar yalnız hansı zonalarda quaşdırıla bilər və hansı mühafizə kateqoriyalı(EPL) olur?
- zona 2, kateqoriya 3 və ya Gc

75. Ex i avadanlığların əsas hansı parametrlərini bilməliyik?
- gərginlik, tutum və induktivliyini

76. Zener baryerdə sıradan çıxmış qoruyucunu(fuse) yenisi ilə əvəz etmək olar?
-  xeyr, çünki qoruyucu zener baryerin daxilindəki zener diodları ucbatından sıradan çıxa bilər. 

77. Zener baryer ilə əlaqələndirilmiş sahə avadanlığı 𐌠𐌠C qaz ərazidə yerləşdirilmişsə, həmin sahə avadanlığının və kabelin tutumu və induktivliyi nə qədər olmalıdır?
- 0.5 mF, 1.3 mHn

78. İzolə edici(isolating amplifier) gücləndiricinin digər adı nədir?
- qalvanik izolyator

79. İzoləedici gücləndiricininin zener bayeri ilə arasında fərq nədir?
- izolə edici gücləndiricidə birinci tərəf ikinci tərəfdən qalvanik olaraq izolə edilmişdir. Zener baryerdən fərqli olaraq, yerləbirləşdirməyə ehtiyacı yoxdur. Qalvanik gücləndiricinin qiyməti(cost) zener baryerindəkindən çox bahadır.

80. Ex i qalvanik gücləndiricnin çıxışına qoşulmuş təhlükəli zonadakı sahə avadanlığı yalnış yerləbirləşdirilmişsə nə baş verəcək?
- Ex i dövrəsindən təhlükəli gərginik keçmiyəcək. Təhlükəsiz çalışacaqdır.

81. Əgər sıradan çıxmış zener baryerinin və qalvanik gücləndiricinin orginalı daha istehsal olunmursa, mühəndis onu hansı parametrlərinə görə digəri ilə əvəz edə bilər?
- çıxış cərəyanı və gərginliyinə, maksimum tutum və induktivlik parametlərinə görə

82. Zener baryer və qalvanik gücləndiricilər maksimum hansı gərginlikli paylayıcı panellərin içində quraşdırıla bilər?

- maksimum 250 V

83. Ex i avadanlığların quraşdırılmasında istifadə olunan kabellər hansı gərginliklərdə test(meqometr) olunmalıdır?
- 500 VAC, 750 VDC və daha çox

84. Ex i avadanlığlarının quraşdırma kabellərinin telinin(strand) minimum diametri və izolyasiya diametri nə qədər olmalıdır?
- 0.1 mm; 0.2 mm

85. Ölçü və elektrik kabelləşmə eyni borunun və ya tavanın içindən aparıla bilər?
- xeyr qadağandır

86. Ex i avadanlığların quraşdırılmasında istifadə olunan kabelin rəngi nədir?
- açıq mavi

87. Quraşdırma panelində Ex i ilə qeyri Ex i terminallar bir-birindən hansı məsafədə olmaldırlar?
- 50 mm

88. Ex i də izolyasiyasız yalın(cərəyanlı) hissə ilə yerləbirləşdirilmiş yalın hissə arasındakı məsafə nə qədər olmaldır?
- 3 mm

89. Ex i də izolyasiyasız yalın hissə ilə digər izolyasiyasız yalın hissə arasındakı məsafə nə qədər olmaldır?
- 6 mm

90. Panellərdə istifadə olunmayan kabel damarlarını nə etmək lazımdır?
- terminallara bağlamaq lazımdır

91. Tutaq ki, Ex i elektrik dövrələrində(avadanlıqlarını) qalvanik ayırma(gücləndirici) istifadə olunmayıb, biz elektrik dövrəsini necə bəsləməliyik?
- ayırıcı transformator vasitəsi ilə

92. Ex i elektrik dövrələrində zener baryerləri ard-arda paralel qoşmaq olar?
- xeyr

93. Zona 0 -da yerləbirləşdirmə necə olur?
-  zona 0 da yerləbirləşdirmə qadağandır, lakin avadanlıq zona 0 -a yaxın yerdə yerləbirləşdirilməlidir. Sertifikat nömrəsinə "x" işarəsi qoyulur. 

94. Sertifikat nömrəsinə X işarəsi əlavə edilmişdir, bu nə deməkdir?
- Qurğuya və onun istismar təhlükəsizliyinə aid xüsusi şərtlər vardır. Bu şərtlər avadanlığın quraşdırılması zamanı sertifikatından və ya istismar üzrə təlimatından öyrənmək lazımdır.

95. Sertifikat nömrəsinə "U" işarəsi əlavə edilmişdir, bu nə deməkdir?
- sertifikat müstəqil çalışmayan komponent üçün verilibdir. 

96. Zener baryerin bağlantı nöqtəsindən yerləbirləşdirmə sisteminə qədər impedansı(tam müqavimət) nə qədərdir?
- 1 Om-dan kiçik

97. Ex i -də yerləbirləşdirmə kabelinin minimum en kəsiyi nə qədər olmalıdır?
- ən azı 2 ədəd 1.5 mm2, və ya 1 ədəd 4 mm2 

98. Ex i kabelinin hansı hissələri yerləbirləşdirilir?
- sahə avadanlığına tərəf olan hissəsində nə ekran nə də zirehi yerləbirləşdirmək qadağandır, gövdəyə bağlanmır sadəcə üstü izolyasiya olunur, lakin digər tərəfi təhlükəsiz qutunun(junction box) və ya panelin içində olduğundan zirehi ilə birlikdə təmiz yerləbirləşdirmə terminalına bağlanılır.

99. Təhlükəli sahədəki ölçü cihazının kabel ekranını yüksək tezlikli interferensiya tezliklərindən qorumaq üçün hansı tədbirlər görülməlidir?
-  1500 Volta test olunmuş 1 nF kondensator vasitəsilə yerləbirləşdirilir.

100. Sahədə boru(qaz, yanacaq və.s) üstündə quraşdırılmış ölçü cihazı nə zaman yerləbirləşdirilir?
- Yalnız statik elektrik olma ehtimalı varsa. Bu da, istehsalçının sənədlərində yer almalıdır. Və cihazın sertifikatında "x" işarəsi olmalıdr.

101. İfrat gərginliyin(ildırım, qısa qapanma və.s dan yaranan) avadanlığa ziyan vurmaması üçün hansı tədbirlər görülür?
-  təhlükəli sahədəki cihaz(sensor, transmitter və.s) ilə paylayıcı qutu arasına  iki ədəd ifrat gərginlikdən mühafizə quraşdırılır. Bəzən də sahədəki avadanlığın öz içində ifrat gərginlikdən mühafizə əvvəlcədən quraşdrırılmış olur.  Bunun mənfi cəhəti odur ki, yerləbirləşdirmə tələb edir. Şəkilə diqqət.

IP MÜHAFİZƏ(CompEx)


52. IP mühafizə dərəcəsi nəyi bildirir?

- avadanlığın onun kənar cisimlərin və mühitlərin daxil olmasının qarşısını alma bacarığını

- avadanlığın aralığlarının və boşluqlarının nə qədər sıx olduğunu və ya hermetiklik dərəcəsini bildirir


53. IP işarəsindən sonra gələn rəqəmlər(məs, IP54) nəyi xarakterizə edir?

- birinci rəqəm kənar cisimlərdən və tozlardan mühafizə dərəcəsini, ikinci rəqəm mayelərdən mühafizəni 


54. Partlayışdan mühafizəli avadanlığın(Ex) IEC 60079-0 standartına əsasən minimal mühafizə dərəcəsi neçə olmalıdır?

- IP54


55. IP mühafizə dərəcələri necə sinifləndirilir?


Birinci rəqəm

IP 0X: Bərk cisimlərə qarşı qorunma yoxdur

IP 1X: 50 mm-dən çox bərk cisimlərə qarşı qorunma

IP 2X: 12,5 mm-dən çox bərk cisimlərə qarşı qorunma

IP 3X: 2,5 mm-dən çox bərk cisimlərə qarşı qorunma

IP 4X: 1 mm-dən çox bərk cisimlərə qarşı qorunma

IP 5X: Tozdan qorunur

IP 6X: Toz keçirməz


İkinci rəqəm

IP X0: Suyun daxil olmasına (girməsinə) qarşı qorunma yoxdur

IP X1: Şaquli su damcısına qarşı qorunma

IP X2: Bucaqlı su damcısına qarşı qorunma

IP X3: Sıçrayan suya qarşı qorunma (şaquli tərəfdən 60 dərəcəyə qədər bucaqlarda)

IP X4: Sıçrayan suya qarşı qorunma (istənilən istiqamətdən)

IP X5: Su axınına qarşı qorunma

IP X6: Güclü su şırnağından qorunma - sərt dəniz şəraiti

IP X7: Suya batma təsirlərindən qorunma (1 dəqiqəyə qədər)

IP X8: Qeyri-müəyyən suya batmağa qarşı qorunma


56. IP mühafizə dərəcəsini göstərərkən bəzən 3 cü rəqəm göstəricisindən istifadə oluna bilər. Bu nəyi bildirir?

- zərbə təsirindən mühafizəni


57. IP mühafizə dərəcəsini göstərərkən qeyri-mütləq 3 cü hərf göstəricisindən istifadə oluna bilər. Bu nəyi bildirir?

- barmaq və ya əl ilə toxunma imkanını


58. Tərkibində gərginlik altında çalışan izolə olunmamış komponentlər olan örtüklər üçün IP mühafizə dərəcəsi nə qədər olmalıdır?

- IP54


59. Tərkibində gərginlik altında çalışan yalnız izolə olunmuş komponentlər olan örtüklər üçün IP mühafizə dərəcəsi nə qədər olmalıdır?

- IP44


60. Real praktikada standart kimi hansı mühafizə dərəcəsi tətbiq olunmalıdır?

- IP54


61. Maksimum mühafizə dərəcəsi neçədir?

- IP68


62. Ex ia, ib, ic metod hansı zonalarda istifadə olunur, və mühafizə səviyyələri  hansılardır?

-Ex ia- zona 0,1,2 də istifadə olunur.  Kateqoriyası "1", EPL(avadanlığın mühafizə səviyyəsi)-i "Ga"

Ex ib- zona 1və 2 də istifadə olunur. Kateqoriyası "2", EPL(avadanlığın mühafizə səviyyəsi)-i "Gb"

Ex ic və ya Ex nL- zona 2 də istifadə olunur. Kateqoriyası "3", EPL(avadanlığın mühafizə səviyyəsi)-i "Gc"


PARTLAYIŞ TƏHLÜKƏLİ ZONALARDA QURAŞDIRILAN AVADANLIĞILARIN KATEQORİYALARI VƏ ONLARIN MÜHAFİZƏ METODLARI(CompEx)


43. ATEX 95-ə uyğun olaraq partlayışdan mühafizəli avadanlıq neçə kateqoriyaya bölünür?

- 3 kateqoriyaya


44. Kateqoriya 1 avadanlıq nədir?

Çox yüksək qorunma səviyyəsinini təmi edən avadanlıqdır. Bu katerqoriyaya aid olan avadanlıq, hətta avadanlığın anormal sıradan çıxması zamanı tələb olunan qorunma səviyəsini təmin etməlidir. Avadanlıq, istehsal təhlükəsizliyinin(mühafizə vasitələrinin) təmin edilməsi üzrə aşağıdakı tədbirləri ilə seçilməlidir:

əgər mühafizə vasitələrinin biri ona tapşırılan funkisyaları yerinə yetirmək qabiliyyətini itirmişsə, birincidən asılı olmayan ikinci mühafizə vasitəsi ən azı tələb olunan təhlükəsizlik səviyyəsini təmin etməlidir;

əgər iki müstəqil mühafizə vasitələri onlara tapşırılan funksiyaları yerinə yetirə bilmirsə, tələb olunan təhlükəsizlik səviyyəsi buna baxmayaraq təmin olunmalıdır;


45. Kateqoriya 2 avadanlıq nədir?
Yüksək qorunma səviyyəsini təmin edən avadanlıqdır. Bu kateqoriyaya aid olan avadanlıq iş zamanı təkrar olaraq bir neçə dəfə sıradan çıxarsa, bu avadanlığın istehsalat təhlükəsizliyini(mühafizə vasitələrinin) təmin edən tədbirlər tələb olunan təhlükəsizlik səviyyəsini təmin etməlidir(məs, lüminisent lampaların istismar müddətinin sonunda təkrar işə salınması). 

46. Kateqoriya 3 avadanlıq nədir nədir?

- Adi qorunma səviyyəsini təmin edən avadanlıqdır. Bu kateqoriyaya aid avadanlıq normal istismar şəraitində istehsal təhlükəsizliyinin tələb olunan səviyyəsini təmin etməlidir.


47. ATEX 95 -ə uyğun olaraq qorunma səviyyəsini təmin edən kateqoriyalı avadanlıqlar hansı zonalarda istifadə edilməlidir?

- Kateqoriya 1 avadanlıq  zona 0-da istismar olunmalıdır. Bu avadanlığı habelə 1, 2-ci zonalarda da istifadə etmək olar. 

- Kateqoriya 2 avadanlıq zona 1 də istismar olunmalıdır, habelə zona 2 də də istifadə etmək olar.

- Kateqoriya 3 avadanlıq yalnız zona 2 də istismar  olunmalıdır.


48. Kateqoriya 1 və 2 elektrotexniki avadanlıqlar hansı orqan tərəfindən sertifikatlaşdırılmaldır?

- müstəqil orqan tərəfindən


49. Partlayışdan mühafizəli kateqoriyalı avadanlıqlar həm də hərflərlə işarə edilir, bu işarələr hansılarıdır?

- G(qaz), D(toz), GD(qaz-toz)


50. ATEX95 də partlayışdan mühafizəli avadanlıqlar kateqoriyalara(1,2,3) ayrılmışdır, bəs IEC standartına görə bu mühafizə səviyəsi(və ya kateqoriyası) necə işarələnir?

- EPL olaraq göstərilir. Epl Ga, Gb, Gc, Da, Db, Dc 


51. Partlayışdan mühafizəli avadanlığların ATEX95 də göstərilmiş kateqoriyaları ilə və IEC də göstərilən qorunma səviyyəsi kateqoriyaları arasındakı qarşılıqlı əlaqə cədvəlini göstərin?

Wednesday, June 21, 2023

PARTLAYIŞ TƏHLÜKƏLİ SAHƏ AVADANLIĞLARININ ZONALARA GÖRƏ SİNİFLƏNDİRİLMƏSİ(CompEx)

30. Partlayış təhlükəli zonaları təsnifatlandırma metodu ilə nəyi təyin edirlər?

- partlayış təhlükəli qazın mövcud olma yerini

- partlayış təhlükəli qazın mövcud olma ehtimalını

- mövcud ola bilən qazın növünü

- qazın özbaşına alovlanmasına gətirib çıxaran temperaturu


31. Partlayış təhlükəli zonaların təsnifatı məsələləri hansı standarta 

arxalanaraq həll olunur?

- IEC 60079-10-1


32. Siniflər üzrə zonalara bölünmə planı necə tərtib olunur?

- daimi təhlükə mənbələri( qazların və buxarların çəndən aza biləcək yerləri)

- birinci dərəcəli ilkin təhlükə mənbələri( kipkəc qutusu və ya nasos valının kipləşdirilməsi)

- ikinci dərəcəli təhlükə mənbələri(flans birləşmələri)

- təhlükəsiz qovşaqlar(qaynaq olunmuş qollar)


33. Neçə növ zona sinifləri mövcudur?

-  Üç ədəd: 0, 1, 2 


34. Zona 0 -ı təsvir edin?

-  bu zonada, ildə 1000 saatdan çox, iş vaxtının 10% -dan çox daima və ya uzun müddən ərzində partlayış təhlükəli qarışıq(qaz, benzin və.s) mövcuddur(uzun müddət 1000 saat > ,  iş 10%>)/


35. Zona 1-i təsvir edin?

- bu zonada ildə 10 saatdan 1000 saata qədər, iş vaxtının 0.1-10% aralığında normal istismar şəraitində partlayış təhlükəli qarışığın mövcudluğu ehtimalı çox yüksəkdir(10-1000 saat, iş 0.1- 10%).


36. Zona 2-ni təsvir edin?

- bu zonada ildə 10 saatdan az, iş vaxtının 0.1%-dən az partlayış təhlükəli qarışığın mövcud olma ehtimalı kiçik və ya mövcud olma müddəti qısa olur.


37. Təhlükəli zonaların çertyojlarda şərti işarələnmələrini göstərin?


38. Zona 0 əsasən hansı yerlərdə olur?

- qapalı yerlərdə, çəndə saxlanılan tezalışan maye səviyyəsinin üstündə, ventiliyasiya və aerasiya dəliklərinin və boşluqlarının yanlarında olur


39. Zona 0 -da yalnız hansı mühafizə markalı avadanlıqlar quraşdırıla bilər?

- Ex ia, Ex ma


40. Zona 1 əsasən harda olur?

- yükləmə və boşaltma stansiyalarında


41. Zona 0, 1, 2-nin təsvir etmək üçün şəkil?


42. Partlayış təhlükəli zonalar qurğu sahibləri tərəfindən ərazilərdə necə işarələnir?



İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov