ELEKTRİK QURAŞDIRILMALAR VƏ YERLƏBİRLƏŞDİRMƏLƏR(EARTHING)


102. Partlayış təhlükəli ərazilərdə əsas hansı kimyəvi elementli növ elektrik kabeli  tətbiq olunur?
- mis və alüminum elementli XLPE(polivinilxlorid)

103. Partlayış təhlükəli ərazilərdə quraşdırılan alüminium kabelinin minimal en kəsiyi nə qədər olmalıdır?
- 16 mm2 

104. Partlayış təhlükəli ərazilərdə quraşdırılan kabellər divar və ya otağdan(məs, sahədən elekrik avadanlığı otağına) keçdikdə qazın keçirməzliyini(kiplik) hansı üsulla qoruyurlar?
- MCT(multi cable transit-çoxkabelli tranzit) , Roxtec tipli pəncərələrdən və Hawke tipli glandlardan istifadə etməklə

105. Earth(yerləbirləşdirmə) tag və earth plate(lövhə) -dan nə zaman istifadə edilir?
- Zirehli kabel(armoured cable) metal olmuyan(dielektrik və ya sintetik material) qutuya və ya paylayıcı şitə yivsiz daxil olduqda. Qutunun(şitin) xaricində və ya daxildə quraşdırıla bilər. 
- əgər gland əsasən qeyri-metal və metal şitə(yivsiz şit), cihaza bağlanıbsa, earth tag istifadə olunursa mütləq ulduz şayba(star washer) qoyulmalıdır.
- əgər gland metalı torpağlanmayan yivli şitə daxil olubsa


106. Tutaq ki, partlayış təhlükəli zonada qutunun və ya qurğunun içində elektrik kabeli damarlarından biri boş qalıb. Bu zaman nə etməlisiniz?
- Məsləhət görülür ki, ölçü montajından fərqli olaraq, elektrik kabel damarları elə montaj olunsun ki, ehtiyatda və boşda damar qalmasın. Bundan əlavə, əgər qalıbsa belə onu paylayıcı qutu tərəfdə boş terminallara bərkitmək lazımdır. Nəzərə alın ki, boş qalan elektrik damarını izolentləmək qadağandır.

107. Ümumiyyətlə elektrik quruluşların yerləbirləşdirməsi, elektrik vurmasına səbəb olan təhlükəli gərginliklərin qarşısını almaq üçündür. Bəs partlayış təhlükəli zonada elektrik quruluşlarının(şit, qurğu, sistem və.s) yerləbirləşdirmə səbəbi nədir?
- qığılcım və qövslərin qarşısını almaq üçündür.

108. Grounding, earthing və bonding arasındakı fərq nədir?
1. Grounding(torpağlanma)- yalnız neytral(sıfır) xəttin torpağ ilə əlaqəsidir. Bu neytral xətt generator və trasformatorun ulduz birləşməsindən götürülür.

2. Earthing( yerləbirləbirləşdirmə)- avadanlığların, elektrik maşınların, aparatların, quruluşların və.s gövdələrini torpağla əlaqələndirmək üçündür.

3. Bonding(əlaqələndirici yerləbirləşdirmə)- yalnız iki və ya daha çoxlu bir metal gövdəli quruluşların, məsələn, elektrik mühərrikinin gövdəsi ilə onu bəsləyən panelin gövdəsi arasındakı əlaqə, və ya panelin gövdəsi ilə panelin öz qapısı (qapağı) arasındakı əlaqələndirici yerləbirləşdirmədir.
 

109. Avadanlığın mühafizə xətli yerləbirləşdirməsi(PE) nə üçündür?
-  kifayət qədər yaranan qısa qapanma cərəyanı mühafizəni açsın(trip) deyə

110. Bonding(əlaqələndirici yerləbirləşdirmə) nə üçündür?
- metal keçiricilər(məs, panel ilə panelin qapısı, iki metal qaz borusu arası və.s) arasındakı gərginlik fərqlərinin qarşısını almaq üçündür.

111. Təmiz yerləbirləşdirmə(clean earth) nə üçündür?
- pik(maksimum) gərginlik olmayan sistemlər üçündür, Ex i dövrələrində istifadə edilir.

112. Neçə növ yerləbirləşdirmə montajı var?
- mühafizə, bonding(əlaqələndirici), təmiz , ildırım, statik elektrik və elektromaqnit uyğunluğu(EMC) yerləbirləşdirmələri

113. Neçə növ yerləbirləşdirmə-torpağlanma sistemi var?
- 5 ədəd(TN-C, TN-S, TN-C-S, TT,  IT)

114. Şəkildə gördüyünüz, yerləbirləşdirmə xətlərinin minimum en kəsikləri neçə mm2 olmalıdır?

- PE xəttinin en kəsiyi(cross-section) minimum 6 mm2 götürülür. Əgər faz xəttinin en kəsiyi 16 mm2 -ə qədərdirsə PE=6 mm2, əgər faza xətti en kəsiyi 16-35 mm2 arasındadırsa PE= 16 mm2, əgər faza xəttinin en kəsiyi 35 mm2-dən böyükdürsə o zaman PE= 0.5 x faza xəttinin en kəsiyi
- A xəttinin en kəsiyi = PE x 0,5 
- B xəttinin en kəsiyi = A
- C xəttinin en kəsiyi= ən kiçik PE xəttinin kəsiyinə(hər zaman 6 mm2)


115. Təhlükəli zonalarda hansı növ işıqlandırma lampaları qadağandır?
-  alçaq təzyiqli sodium buxar lampalar(qırıldığı zaman partlayış yaratmaq üçün kifayət qədər alışdırma enerjisi hasil etdiyi üçün)
- T5(>85) və T6(>100) temperaturlu zonalarda və ya ətraf mühit temperaturun 60 dərəcədən çox olduğu hallarda fluresant və elektron ballastlı işıqlandırma istifadə etmək olmaz.

116. Yüngül ərinti metalları sürüşməyə və sürtünməyə məruz qaldıda qığılcım yarada bilir. Partlayış təhlükəli ərazilərdə mühafizə səviyyələrinə(EPL) uyğun quraşdırlan avadanlığlarda istifadə olunan yüngül ərinti materialların faiz kütləsi necə olmalıdır?
- EPL Ga: aluminum+maqnezium+titan+zirkon(zirconium) = cəmi 10%, və ya maqnezium+titan+zorkon = cəmi 7.5%
- EPL Gb: maqnezium+titan=7.5%
- EPL Gc: tələb olunmur

117. Təhlükəli zonlarda qeyri-metal materiallarından(kabel izolyasiyası və.s) qaynaqlanan təhlükəli qığılcım riskləri necə idarə olunur?
- material komponentinin izolyasiya müqaviməti 1 GOm-dan böyük götürülür
- sintetik(qeyri-metal) materialların en kəsikləri EPL-ə görə aşağıdakı hədlərdə götürülür:
Previous Post Next Post

Contact Form