63. Ex i nədir?
- Ex i ingilis dilində intrinsic safety(içdən təhlükəsiz) adlanır. Bu metodla mühafizə olunmuş avadanlıqlar alışma enerjisindən kiçik enerjiyə sahibdir.
64. Praktikada, Ex i metodu ilə mühafizə olunmuş hansı cihaz və avadanlıqlar mövcuddur?
- açarlar
- ştepsel və rozetkalar( plug, socket)
- çıxış sıxacları( terminals)
- ölçü rezistorları
- kondensatorlar
- fərdi yarımkeçirici elementlər
- hərəkətli ölçü sarğaclar
- elektrik vəziyyət sensorları
Müxtəsər, ölçü nəzarət və aşağı enerjili avadanlıqları
65. Zener baryerlərin sxemini göstərin, Ex ia, ib və ic arasında hansı praktik fərqlər var?
63. Ex i avadanlıqlar hansı standarta əsas istehsal edilirlər?- NEN-EN-IEC 60079-11
64. Zener baryerin quraşdırılma məqsədir nədir?
- Təhlükəli zonada quraşdırılmış avadanlığın və ya cihazın(sensorlar və.s) qidalandırma dövrəsinə(24V) verilən enerji miqdarını məhdudlaşdırır.
65. Zener baryerin elektrik dövrəsi sxemini göstərin?
-
66. Təhlükəli ərazidə Zener baryerin qoşulma sxemini göstərin?
- Elektrik yerləbirləşdirmə mühafizə yerləbirləşdirməsidir.
Bu yerləbirləşdirmə enerji sistemlərini və elektrik avadanlığlarını qorumaq üçündür, o cümlədən heyyəti(personal) enerji sistemlərindən və elektrik avadanlığlarından sızan elektrik vurma cərəyanından qorumaq üçündür. Bu yerləbirləşdirməyə həm də kirli yerləbirləşdirmə deyilir. Sarı-yaşıl rəngli kabel ilə fərqləndirilir.
68. Ölçü yerləbirləşdirməsi(instrument earthing) nədir?
- Bu yerləbirləşdirməyə bəzən, referans yerləbirləşdirmə və ya təmiz yerləbirləşdirmə deyilir. Ölçü yerləbirləşdirməsi ölçü cihazlarını, ekranları(shields), tək və çox damarlı ekranlı kablelləri parazitlərdən(küy, maneə) qorumaq üçündür. Sarı-qara rəngli kabel ilə fərqləndirilir.
69. Elektrik və ölçü yerləbirləşdirmə bir-biri ilə əlaqələndirilə bilər?
- Bir-birləri ilə əlaqələndirilməyi qəti qadağandır, mütləq bir-birindən təcrid olmalıdırlar, ayrı-ayrı torpağlara gömülməlidirlər.
- Bir-birləri ilə əlaqələndirilməyi qəti qadağandır, mütləq bir-birindən təcrid olmalıdırlar, ayrı-ayrı torpağlara gömülməlidirlər.
70. Ex i avadanlıqlar necə yerləbirləşdirilir?
- Ex i avadanlıqlar yalnız təmiz(instrument earth və ya clean earth) yerləbirləşdirmə ilə təmin olunmalıdır. Ex i avadanlğın girişinə tətbiq olunmuş qida mənbəyi hətta belə yerləbirləşdirilməməlidir.
71. Ex i avadanlığı ilə təhlükəli zonalarda quraşdırılmış hər hansı cihaz, sensorların yerləbirləşdirməsi hansı formada olur?
- Ex i avadanlığı təmiz yerləbirləşdirilir, Ex i ilə təhlükəli zonadadakı cihazı bir-birinə əlaqələndirən kabelin Ex i-yə tərəf olan hissəsi də təmiz yerləbirləşdirir, lakin kabelin digər yerləbirləşdirmə ucu (təhlükəli zona tərəfindəki) heç yerə bağlanmayaraq izolə edilir. Bu uc məsələn, bir temperatur sensoruna daxil ola bilər. Əgər yerləbirləşdirilsə idi, ölçü yerləbirləşdirmə elektrik yerləbirləşdirməsi ilə birləşmiş olacaqdır, bu birləşmə də beynəlxalq standartın tələblərini pozur, avadanlıq və cihazın doğru(təhlükəsiz) çalışmasına maniyə törədəcəkdir.
72. Ex i avadanlğında temperatur qrupu nə üçün qeyd olunmur?
- Çünki Ex i metodu ilə mühafizə olunmuş avadanlığın özü mütləq Ex örtüklü qutuda yer almalıdır. Temperatur qrupu da o qutunun üzərində əks olmalıdır, bu temperatur zonaya uyğun olmalıdır.
73. Ex nL ilə Ex ic arasındakı fərq nədir?
- hər ikisi eyni şeydir, hər ikisi zona 2 də quraşdırılır.
74. Ex n avadanlığlar yalnız hansı zonalarda quaşdırıla bilər və hansı mühafizə kateqoriyalı(EPL) olur?
- zona 2, kateqoriya 3 və ya Gc
75. Ex i avadanlığların əsas hansı parametrlərini bilməliyik?
- gərginlik, tutum və induktivliyini
76. Zener baryerdə sıradan çıxmış qoruyucunu(fuse) yenisi ilə əvəz etmək olar?
- xeyr, çünki qoruyucu zener baryerin daxilindəki zener diodları ucbatından sıradan çıxa bilər.
77. Zener baryer ilə əlaqələndirilmiş sahə avadanlığı 𐌠𐌠C qaz ərazidə yerləşdirilmişsə, həmin sahə avadanlığının və kabelin tutumu və induktivliyi nə qədər olmalıdır?
- 0.5 mF, 1.3 mHn
78. İzolə edici(isolating amplifier) gücləndiricinin digər adı nədir?
- qalvanik izolyator
79. İzoləedici gücləndiricininin zener bayeri ilə arasında fərq nədir?
- izolə edici gücləndiricidə birinci tərəf ikinci tərəfdən qalvanik olaraq izolə edilmişdir. Zener baryerdən fərqli olaraq, yerləbirləşdirməyə ehtiyacı yoxdur. Qalvanik gücləndiricinin qiyməti(cost) zener baryerindəkindən çox bahadır.
80. Ex i qalvanik gücləndiricnin çıxışına qoşulmuş təhlükəli zonadakı sahə avadanlığı yalnış yerləbirləşdirilmişsə nə baş verəcək?
- Ex i dövrəsindən təhlükəli gərginik keçmiyəcək. Təhlükəsiz çalışacaqdır.
81. Əgər sıradan çıxmış zener baryerinin və qalvanik gücləndiricinin orginalı daha istehsal olunmursa, mühəndis onu hansı parametrlərinə görə digəri ilə əvəz edə bilər?
- çıxış cərəyanı və gərginliyinə, maksimum tutum və induktivlik parametlərinə görə
82. Zener baryer və qalvanik gücləndiricilər maksimum hansı gərginlikli paylayıcı panellərin içində quraşdırıla bilər?
- maksimum 250 V
83. Ex i avadanlığların quraşdırılmasında istifadə olunan kabellər hansı gərginliklərdə test(meqometr) olunmalıdır?
- 500 VAC, 750 VDC və daha çox
84. Ex i avadanlığlarının quraşdırma kabellərinin telinin(strand) minimum diametri və izolyasiya diametri nə qədər olmalıdır?
- 0.1 mm; 0.2 mm
85. Ölçü və elektrik kabelləşmə eyni borunun və ya tavanın içindən aparıla bilər?
- xeyr qadağandır
86. Ex i avadanlığların quraşdırılmasında istifadə olunan kabelin rəngi nədir?
- açıq mavi
87. Quraşdırma panelində Ex i ilə qeyri Ex i terminallar bir-birindən hansı məsafədə olmaldırlar?
- 50 mm
88. Ex i də izolyasiyasız yalın(cərəyanlı) hissə ilə yerləbirləşdirilmiş yalın hissə arasındakı məsafə nə qədər olmaldır?
- 3 mm
89. Ex i də izolyasiyasız yalın hissə ilə digər izolyasiyasız yalın hissə arasındakı məsafə nə qədər olmaldır?
- 6 mm
90. Panellərdə istifadə olunmayan kabel damarlarını nə etmək lazımdır?
- terminallara bağlamaq lazımdır
91. Tutaq ki, Ex i elektrik dövrələrində(avadanlıqlarını) qalvanik ayırma(gücləndirici) istifadə olunmayıb, biz elektrik dövrəsini necə bəsləməliyik?
- ayırıcı transformator vasitəsi ilə
92. Ex i elektrik dövrələrində zener baryerləri ard-arda paralel qoşmaq olar?
- xeyr
93. Zona 0 -da yerləbirləşdirmə necə olur?
- zona 0 da yerləbirləşdirmə qadağandır, lakin avadanlıq zona 0 -a yaxın yerdə yerləbirləşdirilməlidir. Sertifikat nömrəsinə "x" işarəsi qoyulur.
94. Sertifikat nömrəsinə X işarəsi əlavə edilmişdir, bu nə deməkdir?
- Qurğuya və onun istismar təhlükəsizliyinə aid xüsusi şərtlər vardır. Bu şərtlər avadanlığın quraşdırılması zamanı sertifikatından və ya istismar üzrə təlimatından öyrənmək lazımdır.
95. Sertifikat nömrəsinə "U" işarəsi əlavə edilmişdir, bu nə deməkdir?
- sertifikat müstəqil çalışmayan komponent üçün verilibdir.
96. Zener baryerin bağlantı nöqtəsindən yerləbirləşdirmə sisteminə qədər impedansı(tam müqavimət) nə qədərdir?
- 1 Om-dan kiçik
97. Ex i -də yerləbirləşdirmə kabelinin minimum en kəsiyi nə qədər olmalıdır?
- ən azı 2 ədəd 1.5 mm2, və ya 1 ədəd 4 mm2
98. Ex i kabelinin hansı hissələri yerləbirləşdirilir?
- sahə avadanlığına tərəf olan hissəsində nə ekran nə də zirehi yerləbirləşdirmək qadağandır, gövdəyə bağlanmır sadəcə üstü izolyasiya olunur, lakin digər tərəfi təhlükəsiz qutunun(junction box) və ya panelin içində olduğundan zirehi ilə birlikdə təmiz yerləbirləşdirmə terminalına bağlanılır.
99. Təhlükəli sahədəki ölçü cihazının kabel ekranını yüksək tezlikli interferensiya tezliklərindən qorumaq üçün hansı tədbirlər görülməlidir?
- 1500 Volta test olunmuş 1 nF kondensator vasitəsilə yerləbirləşdirilir.
100. Sahədə boru(qaz, yanacaq və.s) üstündə quraşdırılmış ölçü cihazı nə zaman yerləbirləşdirilir?
- Yalnız statik elektrik olma ehtimalı varsa. Bu da, istehsalçının sənədlərində yer almalıdır. Və cihazın sertifikatında "x" işarəsi olmalıdr.
101. İfrat gərginliyin(ildırım, qısa qapanma və.s dan yaranan) avadanlığa ziyan vurmaması üçün hansı tədbirlər görülür?
- təhlükəli sahədəki cihaz(sensor, transmitter və.s) ilə paylayıcı qutu arasına iki ədəd ifrat gərginlikdən mühafizə quraşdırılır. Bəzən də sahədəki avadanlığın öz içində ifrat gərginlikdən mühafizə əvvəlcədən quraşdrırılmış olur. Bunun mənfi cəhəti odur ki, yerləbirləşdirmə tələb edir. Şəkilə diqqət.
Tags
CompEx