Thursday, June 29, 2023

"Ex i" MÜHAFİZƏ METODLU AVADANLIQLAR VƏ ONLARIN QURAŞDIRILMASI

63. Ex i nədir?

- Ex i ingilis dilində intrinsic safety(içdən təhlükəsiz) adlanır. Bu metodla mühafizə olunmuş avadanlıqlar alışma enerjisindən kiçik enerjiyə sahibdir. 


64. Praktikada, Ex i metodu ilə mühafizə olunmuş hansı cihaz və avadanlıqlar mövcuddur?

- açarlar

- ştepsel və rozetkalar( plug, socket)

- çıxış sıxacları( terminals)

- ölçü rezistorları

- kondensatorlar

- fərdi yarımkeçirici elementlər

-  hərəkətli ölçü sarğaclar

- elektrik vəziyyət sensorları

Müxtəsər, ölçü nəzarət və aşağı enerjili avadanlıqları


65. Zener baryerlərin sxemini göstərin, Ex ia, ib və ic arasında hansı praktik fərqlər var? 

63. Ex i avadanlıqlar hansı standarta əsas istehsal edilirlər?
-       NEN-EN-IEC 60079-11

64. Zener baryerin quraşdırılma məqsədir nədir?
- Təhlükəli zonada quraşdırılmış avadanlığın və ya cihazın(sensorlar və.s) qidalandırma dövrəsinə(24V) verilən enerji miqdarını məhdudlaşdırır.

65. Zener baryerin elektrik dövrəsi sxemini göstərin?

66. Təhlükəli ərazidə Zener baryerin qoşulma sxemini göstərin?

67. Elektrik yerləbirləşdirmə(electrical earthing) nədir?
- Elektrik yerləbirləşdirmə mühafizə yerləbirləşdirməsidir. 
Bu yerləbirləşdirmə enerji sistemlərini və elektrik avadanlığlarını qorumaq üçündür, o cümlədən heyyəti(personal) enerji sistemlərindən və elektrik avadanlığlarından sızan elektrik vurma cərəyanından  qorumaq üçündür.  Bu yerləbirləşdirməyə həm də kirli yerləbirləşdirmə deyilir. Sarı-yaşıl rəngli kabel ilə fərqləndirilir.

68. Ölçü yerləbirləşdirməsi(instrument earthing) nədir?
- Bu yerləbirləşdirməyə bəzən, referans yerləbirləşdirmə və ya təmiz yerləbirləşdirmə deyilir. Ölçü yerləbirləşdirməsi  ölçü cihazlarını, ekranları(shields), tək və çox damarlı ekranlı kablelləri parazitlərdən(küy, maneə) qorumaq üçündür. Sarı-qara rəngli kabel ilə fərqləndirilir.

69. Elektrik və ölçü yerləbirləşdirmə bir-biri ilə əlaqələndirilə bilər?
-  Bir-birləri ilə əlaqələndirilməyi qəti qadağandır, mütləq bir-birindən təcrid olmalıdırlar, ayrı-ayrı torpağlara gömülməlidirlər. 


70. Ex i avadanlıqlar necə yerləbirləşdirilir?

- Ex i avadanlıqlar yalnız təmiz(instrument earth və ya clean earth) yerləbirləşdirmə ilə təmin olunmalıdır. Ex i avadanlğın girişinə tətbiq olunmuş qida mənbəyi hətta belə yerləbirləşdirilməməlidir. 

71. Ex i avadanlığı ilə təhlükəli zonalarda quraşdırılmış hər hansı cihaz, sensorların yerləbirləşdirməsi hansı formada olur?
- Ex i avadanlığı təmiz yerləbirləşdirilir, Ex i ilə təhlükəli zonadadakı cihazı bir-birinə əlaqələndirən kabelin Ex i-yə tərəf olan hissəsi də təmiz yerləbirləşdirir, lakin kabelin digər yerləbirləşdirmə ucu (təhlükəli zona tərəfindəki) heç yerə bağlanmayaraq izolə edilir. Bu uc məsələn, bir temperatur sensoruna daxil ola bilər. Əgər yerləbirləşdirilsə idi, ölçü yerləbirləşdirmə elektrik yerləbirləşdirməsi ilə birləşmiş olacaqdır, bu birləşmə də beynəlxalq standartın tələblərini pozur, avadanlıq və cihazın  doğru(təhlükəsiz) çalışmasına maniyə törədəcəkdir. 

72. Ex i avadanlğında temperatur qrupu nə üçün qeyd olunmur?
- Çünki Ex i metodu ilə mühafizə olunmuş avadanlığın özü mütləq Ex örtüklü qutuda yer almalıdır. Temperatur qrupu da o qutunun üzərində əks olmalıdır, bu temperatur zonaya uyğun olmalıdır. 

73. Ex nL ilə Ex ic arasındakı fərq nədir?
- hər ikisi eyni şeydir, hər ikisi zona 2 də quraşdırılır. 

74. Ex n avadanlığlar yalnız hansı zonalarda quaşdırıla bilər və hansı mühafizə kateqoriyalı(EPL) olur?
- zona 2, kateqoriya 3 və ya Gc

75. Ex i avadanlığların əsas hansı parametrlərini bilməliyik?
- gərginlik, tutum və induktivliyini

76. Zener baryerdə sıradan çıxmış qoruyucunu(fuse) yenisi ilə əvəz etmək olar?
-  xeyr, çünki qoruyucu zener baryerin daxilindəki zener diodları ucbatından sıradan çıxa bilər. 

77. Zener baryer ilə əlaqələndirilmiş sahə avadanlığı 𐌠𐌠C qaz ərazidə yerləşdirilmişsə, həmin sahə avadanlığının və kabelin tutumu və induktivliyi nə qədər olmalıdır?
- 0.5 mF, 1.3 mHn

78. İzolə edici(isolating amplifier) gücləndiricinin digər adı nədir?
- qalvanik izolyator

79. İzoləedici gücləndiricininin zener bayeri ilə arasında fərq nədir?
- izolə edici gücləndiricidə birinci tərəf ikinci tərəfdən qalvanik olaraq izolə edilmişdir. Zener baryerdən fərqli olaraq, yerləbirləşdirməyə ehtiyacı yoxdur. Qalvanik gücləndiricinin qiyməti(cost) zener baryerindəkindən çox bahadır.

80. Ex i qalvanik gücləndiricnin çıxışına qoşulmuş təhlükəli zonadakı sahə avadanlığı yalnış yerləbirləşdirilmişsə nə baş verəcək?
- Ex i dövrəsindən təhlükəli gərginik keçmiyəcək. Təhlükəsiz çalışacaqdır.

81. Əgər sıradan çıxmış zener baryerinin və qalvanik gücləndiricinin orginalı daha istehsal olunmursa, mühəndis onu hansı parametrlərinə görə digəri ilə əvəz edə bilər?
- çıxış cərəyanı və gərginliyinə, maksimum tutum və induktivlik parametlərinə görə

82. Zener baryer və qalvanik gücləndiricilər maksimum hansı gərginlikli paylayıcı panellərin içində quraşdırıla bilər?

- maksimum 250 V

83. Ex i avadanlığların quraşdırılmasında istifadə olunan kabellər hansı gərginliklərdə test(meqometr) olunmalıdır?
- 500 VAC, 750 VDC və daha çox

84. Ex i avadanlığlarının quraşdırma kabellərinin telinin(strand) minimum diametri və izolyasiya diametri nə qədər olmalıdır?
- 0.1 mm; 0.2 mm

85. Ölçü və elektrik kabelləşmə eyni borunun və ya tavanın içindən aparıla bilər?
- xeyr qadağandır

86. Ex i avadanlığların quraşdırılmasında istifadə olunan kabelin rəngi nədir?
- açıq mavi

87. Quraşdırma panelində Ex i ilə qeyri Ex i terminallar bir-birindən hansı məsafədə olmaldırlar?
- 50 mm

88. Ex i də izolyasiyasız yalın(cərəyanlı) hissə ilə yerləbirləşdirilmiş yalın hissə arasındakı məsafə nə qədər olmaldır?
- 3 mm

89. Ex i də izolyasiyasız yalın hissə ilə digər izolyasiyasız yalın hissə arasındakı məsafə nə qədər olmaldır?
- 6 mm

90. Panellərdə istifadə olunmayan kabel damarlarını nə etmək lazımdır?
- terminallara bağlamaq lazımdır

91. Tutaq ki, Ex i elektrik dövrələrində(avadanlıqlarını) qalvanik ayırma(gücləndirici) istifadə olunmayıb, biz elektrik dövrəsini necə bəsləməliyik?
- ayırıcı transformator vasitəsi ilə

92. Ex i elektrik dövrələrində zener baryerləri ard-arda paralel qoşmaq olar?
- xeyr

93. Zona 0 -da yerləbirləşdirmə necə olur?
-  zona 0 da yerləbirləşdirmə qadağandır, lakin avadanlıq zona 0 -a yaxın yerdə yerləbirləşdirilməlidir. Sertifikat nömrəsinə "x" işarəsi qoyulur. 

94. Sertifikat nömrəsinə X işarəsi əlavə edilmişdir, bu nə deməkdir?
- Qurğuya və onun istismar təhlükəsizliyinə aid xüsusi şərtlər vardır. Bu şərtlər avadanlığın quraşdırılması zamanı sertifikatından və ya istismar üzrə təlimatından öyrənmək lazımdır.

95. Sertifikat nömrəsinə "U" işarəsi əlavə edilmişdir, bu nə deməkdir?
- sertifikat müstəqil çalışmayan komponent üçün verilibdir. 

96. Zener baryerin bağlantı nöqtəsindən yerləbirləşdirmə sisteminə qədər impedansı(tam müqavimət) nə qədərdir?
- 1 Om-dan kiçik

97. Ex i -də yerləbirləşdirmə kabelinin minimum en kəsiyi nə qədər olmalıdır?
- ən azı 2 ədəd 1.5 mm2, və ya 1 ədəd 4 mm2 

98. Ex i kabelinin hansı hissələri yerləbirləşdirilir?
- sahə avadanlığına tərəf olan hissəsində nə ekran nə də zirehi yerləbirləşdirmək qadağandır, gövdəyə bağlanmır sadəcə üstü izolyasiya olunur, lakin digər tərəfi təhlükəsiz qutunun(junction box) və ya panelin içində olduğundan zirehi ilə birlikdə təmiz yerləbirləşdirmə terminalına bağlanılır.

99. Təhlükəli sahədəki ölçü cihazının kabel ekranını yüksək tezlikli interferensiya tezliklərindən qorumaq üçün hansı tədbirlər görülməlidir?
-  1500 Volta test olunmuş 1 nF kondensator vasitəsilə yerləbirləşdirilir.

100. Sahədə boru(qaz, yanacaq və.s) üstündə quraşdırılmış ölçü cihazı nə zaman yerləbirləşdirilir?
- Yalnız statik elektrik olma ehtimalı varsa. Bu da, istehsalçının sənədlərində yer almalıdır. Və cihazın sertifikatında "x" işarəsi olmalıdr.

101. İfrat gərginliyin(ildırım, qısa qapanma və.s dan yaranan) avadanlığa ziyan vurmaması üçün hansı tədbirlər görülür?
-  təhlükəli sahədəki cihaz(sensor, transmitter və.s) ilə paylayıcı qutu arasına  iki ədəd ifrat gərginlikdən mühafizə quraşdırılır. Bəzən də sahədəki avadanlığın öz içində ifrat gərginlikdən mühafizə əvvəlcədən quraşdrırılmış olur.  Bunun mənfi cəhəti odur ki, yerləbirləşdirmə tələb edir. Şəkilə diqqət.

IP MÜHAFİZƏ(CompEx)


52. IP mühafizə dərəcəsi nəyi bildirir?

- avadanlığın onun kənar cisimlərin və mühitlərin daxil olmasının qarşısını alma bacarığını

- avadanlığın aralığlarının və boşluqlarının nə qədər sıx olduğunu və ya hermetiklik dərəcəsini bildirir


53. IP işarəsindən sonra gələn rəqəmlər(məs, IP54) nəyi xarakterizə edir?

- birinci rəqəm kənar cisimlərdən və tozlardan mühafizə dərəcəsini, ikinci rəqəm mayelərdən mühafizəni 


54. Partlayışdan mühafizəli avadanlığın(Ex) IEC 60079-0 standartına əsasən minimal mühafizə dərəcəsi neçə olmalıdır?

- IP54


55. IP mühafizə dərəcələri necə sinifləndirilir?


Birinci rəqəm

IP 0X: Bərk cisimlərə qarşı qorunma yoxdur

IP 1X: 50 mm-dən çox bərk cisimlərə qarşı qorunma

IP 2X: 12,5 mm-dən çox bərk cisimlərə qarşı qorunma

IP 3X: 2,5 mm-dən çox bərk cisimlərə qarşı qorunma

IP 4X: 1 mm-dən çox bərk cisimlərə qarşı qorunma

IP 5X: Tozdan qorunur

IP 6X: Toz keçirməz


İkinci rəqəm

IP X0: Suyun daxil olmasına (girməsinə) qarşı qorunma yoxdur

IP X1: Şaquli su damcısına qarşı qorunma

IP X2: Bucaqlı su damcısına qarşı qorunma

IP X3: Sıçrayan suya qarşı qorunma (şaquli tərəfdən 60 dərəcəyə qədər bucaqlarda)

IP X4: Sıçrayan suya qarşı qorunma (istənilən istiqamətdən)

IP X5: Su axınına qarşı qorunma

IP X6: Güclü su şırnağından qorunma - sərt dəniz şəraiti

IP X7: Suya batma təsirlərindən qorunma (1 dəqiqəyə qədər)

IP X8: Qeyri-müəyyən suya batmağa qarşı qorunma


56. IP mühafizə dərəcəsini göstərərkən bəzən 3 cü rəqəm göstəricisindən istifadə oluna bilər. Bu nəyi bildirir?

- zərbə təsirindən mühafizəni


57. IP mühafizə dərəcəsini göstərərkən qeyri-mütləq 3 cü hərf göstəricisindən istifadə oluna bilər. Bu nəyi bildirir?

- barmaq və ya əl ilə toxunma imkanını


58. Tərkibində gərginlik altında çalışan izolə olunmamış komponentlər olan örtüklər üçün IP mühafizə dərəcəsi nə qədər olmalıdır?

- IP54


59. Tərkibində gərginlik altında çalışan yalnız izolə olunmuş komponentlər olan örtüklər üçün IP mühafizə dərəcəsi nə qədər olmalıdır?

- IP44


60. Real praktikada standart kimi hansı mühafizə dərəcəsi tətbiq olunmalıdır?

- IP54


61. Maksimum mühafizə dərəcəsi neçədir?

- IP68


62. Ex ia, ib, ic metod hansı zonalarda istifadə olunur, və mühafizə səviyyələri  hansılardır?

-Ex ia- zona 0,1,2 də istifadə olunur.  Kateqoriyası "1", EPL(avadanlığın mühafizə səviyyəsi)-i "Ga"

Ex ib- zona 1və 2 də istifadə olunur. Kateqoriyası "2", EPL(avadanlığın mühafizə səviyyəsi)-i "Gb"

Ex ic və ya Ex nL- zona 2 də istifadə olunur. Kateqoriyası "3", EPL(avadanlığın mühafizə səviyyəsi)-i "Gc"


PARTLAYIŞ TƏHLÜKƏLİ ZONALARDA QURAŞDIRILAN AVADANLIĞILARIN KATEQORİYALARI VƏ ONLARIN MÜHAFİZƏ METODLARI(CompEx)


43. ATEX 95-ə uyğun olaraq partlayışdan mühafizəli avadanlıq neçə kateqoriyaya bölünür?

- 3 kateqoriyaya


44. Kateqoriya 1 avadanlıq nədir?

Çox yüksək qorunma səviyyəsinini təmi edən avadanlıqdır. Bu katerqoriyaya aid olan avadanlıq, hətta avadanlığın anormal sıradan çıxması zamanı tələb olunan qorunma səviyəsini təmin etməlidir. Avadanlıq, istehsal təhlükəsizliyinin(mühafizə vasitələrinin) təmin edilməsi üzrə aşağıdakı tədbirləri ilə seçilməlidir:

əgər mühafizə vasitələrinin biri ona tapşırılan funkisyaları yerinə yetirmək qabiliyyətini itirmişsə, birincidən asılı olmayan ikinci mühafizə vasitəsi ən azı tələb olunan təhlükəsizlik səviyyəsini təmin etməlidir;

əgər iki müstəqil mühafizə vasitələri onlara tapşırılan funksiyaları yerinə yetirə bilmirsə, tələb olunan təhlükəsizlik səviyyəsi buna baxmayaraq təmin olunmalıdır;


45. Kateqoriya 2 avadanlıq nədir?
Yüksək qorunma səviyyəsini təmin edən avadanlıqdır. Bu kateqoriyaya aid olan avadanlıq iş zamanı təkrar olaraq bir neçə dəfə sıradan çıxarsa, bu avadanlığın istehsalat təhlükəsizliyini(mühafizə vasitələrinin) təmin edən tədbirlər tələb olunan təhlükəsizlik səviyyəsini təmin etməlidir(məs, lüminisent lampaların istismar müddətinin sonunda təkrar işə salınması). 

46. Kateqoriya 3 avadanlıq nədir nədir?

- Adi qorunma səviyyəsini təmin edən avadanlıqdır. Bu kateqoriyaya aid avadanlıq normal istismar şəraitində istehsal təhlükəsizliyinin tələb olunan səviyyəsini təmin etməlidir.


47. ATEX 95 -ə uyğun olaraq qorunma səviyyəsini təmin edən kateqoriyalı avadanlıqlar hansı zonalarda istifadə edilməlidir?

- Kateqoriya 1 avadanlıq  zona 0-da istismar olunmalıdır. Bu avadanlığı habelə 1, 2-ci zonalarda da istifadə etmək olar. 

- Kateqoriya 2 avadanlıq zona 1 də istismar olunmalıdır, habelə zona 2 də də istifadə etmək olar.

- Kateqoriya 3 avadanlıq yalnız zona 2 də istismar  olunmalıdır.


48. Kateqoriya 1 və 2 elektrotexniki avadanlıqlar hansı orqan tərəfindən sertifikatlaşdırılmaldır?

- müstəqil orqan tərəfindən


49. Partlayışdan mühafizəli kateqoriyalı avadanlıqlar həm də hərflərlə işarə edilir, bu işarələr hansılarıdır?

- G(qaz), D(toz), GD(qaz-toz)


50. ATEX95 də partlayışdan mühafizəli avadanlıqlar kateqoriyalara(1,2,3) ayrılmışdır, bəs IEC standartına görə bu mühafizə səviyəsi(və ya kateqoriyası) necə işarələnir?

- EPL olaraq göstərilir. Epl Ga, Gb, Gc, Da, Db, Dc 


51. Partlayışdan mühafizəli avadanlığların ATEX95 də göstərilmiş kateqoriyaları ilə və IEC də göstərilən qorunma səviyyəsi kateqoriyaları arasındakı qarşılıqlı əlaqə cədvəlini göstərin?

Wednesday, June 21, 2023

PARTLAYIŞ TƏHLÜKƏLİ SAHƏ AVADANLIĞLARININ ZONALARA GÖRƏ SİNİFLƏNDİRİLMƏSİ(CompEx)

30. Partlayış təhlükəli zonaları təsnifatlandırma metodu ilə nəyi təyin edirlər?

- partlayış təhlükəli qazın mövcud olma yerini

- partlayış təhlükəli qazın mövcud olma ehtimalını

- mövcud ola bilən qazın növünü

- qazın özbaşına alovlanmasına gətirib çıxaran temperaturu


31. Partlayış təhlükəli zonaların təsnifatı məsələləri hansı standarta 

arxalanaraq həll olunur?

- IEC 60079-10-1


32. Siniflər üzrə zonalara bölünmə planı necə tərtib olunur?

- daimi təhlükə mənbələri( qazların və buxarların çəndən aza biləcək yerləri)

- birinci dərəcəli ilkin təhlükə mənbələri( kipkəc qutusu və ya nasos valının kipləşdirilməsi)

- ikinci dərəcəli təhlükə mənbələri(flans birləşmələri)

- təhlükəsiz qovşaqlar(qaynaq olunmuş qollar)


33. Neçə növ zona sinifləri mövcudur?

-  Üç ədəd: 0, 1, 2 


34. Zona 0 -ı təsvir edin?

-  bu zonada, ildə 1000 saatdan çox, iş vaxtının 10% -dan çox daima və ya uzun müddən ərzində partlayış təhlükəli qarışıq(qaz, benzin və.s) mövcuddur(uzun müddət 1000 saat > ,  iş 10%>)/


35. Zona 1-i təsvir edin?

- bu zonada ildə 10 saatdan 1000 saata qədər, iş vaxtının 0.1-10% aralığında normal istismar şəraitində partlayış təhlükəli qarışığın mövcudluğu ehtimalı çox yüksəkdir(10-1000 saat, iş 0.1- 10%).


36. Zona 2-ni təsvir edin?

- bu zonada ildə 10 saatdan az, iş vaxtının 0.1%-dən az partlayış təhlükəli qarışığın mövcud olma ehtimalı kiçik və ya mövcud olma müddəti qısa olur.


37. Təhlükəli zonaların çertyojlarda şərti işarələnmələrini göstərin?


38. Zona 0 əsasən hansı yerlərdə olur?

- qapalı yerlərdə, çəndə saxlanılan tezalışan maye səviyyəsinin üstündə, ventiliyasiya və aerasiya dəliklərinin və boşluqlarının yanlarında olur


39. Zona 0 -da yalnız hansı mühafizə markalı avadanlıqlar quraşdırıla bilər?

- Ex ia, Ex ma


40. Zona 1 əsasən harda olur?

- yükləmə və boşaltma stansiyalarında


41. Zona 0, 1, 2-nin təsvir etmək üçün şəkil?


42. Partlayış təhlükəli zonalar qurğu sahibləri tərəfindən ərazilərdə necə işarələnir?



ALIŞMA, YANĞIN VƏ QAZ PARTLAYIŞ TƏHLÜHƏSİ(CompEx)

 ALIŞMA, YANĞIN VƏ QAZ PARTLAYIŞ TƏHLÜHƏSİ

1. Yanğın və partlayışın baş verməsində hansı amillər iştirak edir(yanğın üçbucağı)?

- oksigen, tez alışan- buxarlar-qazlar-yanar maddə, alışma mənbəyi


2. Tez alışan maddələr hansılardır?

- qaz və maye buxarları


3. Partlayış necə yaranır?

- oksigen olan qapalı yerdə yanar qazın alovlanması nəticəsində təzyiq sürətlə artacaqdır partlayış dalğasını meydana gətirəcəkdir.


4. Yanğın 5 bucağı hansı komponentlərdən ibarətdir?

- oksigen, tez alışan maddə(buxar, qaz və.s), katalizator, alovlanma temperaturu və enerjisi


5. Yanğının və ya partlayışın baş verməsi üçün qaz ilə oksigenin nisbəti necə olmalıdır?

-  LEL(aşağı partlayış həddi)-dən çox, UEL(yuxarı partlayış həddi) -dən az olmalıdır


6. UEL - LEL fərqi nəyi ifadə edir?

- Bu fərqin qiyməti nə qədər böyükdürsə bir o qədər partlayışın ehtimalı çoxdur.


7. Qaz və buxarın oksigenlə qarışığının alovlanması üçün lazım olan enerjinin ölçü vahidi nədir?

- millicoul(mDj)


8. Ən təhlükəli qaz hansıdır?

 - Asetilen


9. Zəif qığılcımlanan alətin enejisi, hiss olunan enerji, geyimdə olan enerjinin qiymətləri hansı aralıqladır?

-   0,06 mDj< ; >1 mDj ;  > 5 mDj


10. Partlayış təhlükəli mühitdə hansı tip paltar və ayaqqabı geyinilməlidir?

- antistatik paltar və ayaqqabı


11. Buxarların nisbi sıxlığı dedikdə nə başa düşülür?

- qazın atmosfer havasında neçə dəfə ağır olması


12. Ağır və yüngül qazlar otağda atmosfer havasında hansı vəziyyətdə dayanırlar?

ağır qazlar döşəməyə enir, yüngül qazlar tavana qalxır


13. Ağır qazlar yoxsa yüngül qazlar təhlükəlidir?

-hər iki qaz təhlükəlidir, ağır qaz yüngül qaza nisbətən bir az da təhlükəlidir. Nümunə üçün, məişətdə işıqlandırma lampası tavandan asıldığı üçün yüngül qaz da tavana yığıldığı üçün çox təhlükəlidir. 

14. Havaya nisbətən ən yüngül qaz(buxar) və ən ağır qaz hansılardır?

- hidrogen; dizel yanacağı


15. Yanar mayenin buxarlanma(flashpoint) temperaturu nədir?

- bu elə minimal temperaturdur ki, bu temperaturda mayenin səthində kifayət qədər yaranmış buxar normal atmosfer təzyiqi altında alışdırma mənbəyi ilə alovlana bilir.


16. Flashpoint(buxarlanma) temperaturu hansı ölçü vahidi ilə göstərilir?

- selsi(0C)

17. Ən yüksək flashpoint temperaturuna malik maye və ya qaz hansıdır?

- Ammonyak 


19. Alışma və ya öz-başına alovlanma(self-combustion) temperaturu nəyə deyilir?

- yanar qazın hava ilə qarışığı qızmış səth ilə təmasa girib alışa bilər

- bu temperatur yanar maddənin alovlanmasına gətirib çıxaran qızmış səthin minimal temperaturudur


20. Alışma və ya öz başına alovlanma temperaturu neçə sinifə bölünür və necə işarələnirlər?

- 6 sinifə bölünür. Aşağıdakı cədvələ nəzər yetir


21. Ən kiçik alışma temperaturuna malik qaz hansıdır?

- H2S(hidrogen sülfid)


22. Neçə ədəd etalon(reference) qaz qrupu vardır və necə işarələnirlər?

- 4 ədəd, 𐌠; 𐌠𐌠A; 𐌠𐌠B; 𐌠𐌠C.


23. 𐌠 və 𐌠𐌠 qaz qrupları bir-birilə nə ilə fərqlənirlər?

-  𐌠 yeraltı qurğular(mədənlərdə) , 𐌠𐌠 yerüstü qurğulara aiddir

MPEH(metan-propan-etilen-hidrogen) ardıcıllığı ilə yadda saxlayın.


24. Yuxarıdakı cədvələ əsasən 𐌠𐌠C və 𐌠𐌠B , 𐌠𐌠A və 𐌠𐌠B qaz qruplarını tez alovlanmasına görə müqayisə edin.

-  𐌠𐌠C(75-4=73, 0.02 mJ), 𐌠𐌠B(34-2.7=32.7, 0.07mj) qrupundan asan alovlanır. UEL-LEL  fərqi böyükdür, alışdırma enerjisi çox kiçikdir.

- 𐌠𐌠B, 𐌠𐌠A(9.5-2.1=7.7 ,  0.65 mj) qrupundan asan alovlanır. UEL-LEL fərqi böyükdür, alışdırma enerjisi kiçikdir


25. Ümumi neçə ədəd alışma mənbəyi mövcuddur?

Standarta uyğun olaraq qaz alovlanmasının 13 mənbəyi müəyyən edilmişdir:

1. İsti səthlər;

2. Alov(açıq od), isti qazlar;

3. Mexaniki sürtünmə və ya kontakt qığılcımı;

4. Elektrotexniki qurğu və avadanlıqlar;

5. Sızan(azan) cərəyanlar və katod(karroziyaya qarşı) mühafizəsi;

6. Statik elektrik;

7. İldırım cərəyanı;

8. Optik diapazonda elektromaqnit şüalanma;

9. Ekzotermik kimyəvi reaksiyalar;

10. Radiotezlik diapazonunda elektromaqnit şüalanma

11. İonlaşdıran şüalanma

12. Ultrasəs

13. Adiabatik sıxma, zərbə dalğası və qaz axıntıları


26. 90% hallarda alışma əsasən hansı mənbələrin ucbatından baş verir?

- isti səthlər və ildırım cərəyanından


27. Alovlanma mənbələri üçün əsas amillər hansılardır?

- qığılcımlar, alov, isti səthlər


28. Qığılcımların yaranmasının səbəbi nədir?

- elektrik dövrələrinin qoşulması/kəsilməsi və ya elektrik dövrələrində qapanma

-elektrostatik boşalmalar, o cümlədən ildırım;

-mexaniki avadanlığın işə salınması;

- qaynaq işləri;

- texnoloji prosesdə daşlar və digər sərt obyektlər;

- cilalama işləri;

29. Səthlərin qızmasının səbəbi nədir?
- avadanlığın həddindən çox yüklənməsi;
- kimyəvi və istilik prosesləri;
- günəş və digər şüalanma növlərinin təsiri;
- qaynaq işləri;
- əyləclər və muftalar

Saturday, June 10, 2023

Elektrik və Elektronika mühəndisliyinə aid proqram təminatları

 1. MATLAB-a əlavə məhsul olan Simulink dinamik sistemlərin modelləşdirilməsi, simulyasiyası və təhlili üçün istifadə olunan proqramdır. 

Simulink nədir? Əgər maraqlanırsınızsa, ətraflı təlimatı tapa bilərsiniz. O, hər bir detal səviyyəsində dizayn konsepsiyalarını araşdırmaq üçün minimal səylə virtual prototiplərin sürətli qurulmasına imkan verir.

Simulink, sürüklə və burax istifadə edərək sistemlərin qrafik modellərini yaratmaq üçün istifadə ediləcək əvvəlcədən təyin edilmiş blokların geniş kitabxanasını ehtiva edir. Bu şəkildə istifadəçi "işləyən" bir model istehsal edə bilər. Simulink sizə interaktiv mühit verir ki, ondan istifadə edən tələbələr də yeni bir şey sınamağa həvəsləndirilir.

2. Pspice kompüter mühitində elektron sxemləri simulyasiya etmək üçün yazılmış proqramdır. Bu, Windows sistemində işləyən Cadence/Orcad şirkətinin kompüter dəstəkli dizayn və simulyasiya proqramıdır. Kompüter dəstəkli dizaynın və ya elektron sxemləri kompüterlə simulyasiya etməyin ən böyük faydası, dizaynerin laboratoriya mühitində əldə edilməsi mümkün olmayan nəticələri asanlıqla görə bilməsidir.
3. PSIM xüsusilə güc elektronikasının simulyasiyası üçün hazırlanmış keyfiyyətli proqramdır. Müxtəlif çevirici sistemləri simulyasiya etmək olar. Simview aləti ilə ətraflı simulyasiya nəticələrini görmək olar. PSIM Modullarına motor sürücüləri, rəqəmsal idarəetmə, bərpa olunan enerji sistemi və DSP və FPGA dəstəyi mövcuddur. .


4. Multisim elektron dövrə davranışını dərhal vizuallaşdırmaq və təhlil etmək üçün SPICE simulyasiyasını interaktiv sxematik mühitlə birləşdirir. Multisim dizayn axınına güclü dövrə simulyasiyası və təhlili əlavə edərək tədqiqatçılara və dizaynerlərə çap dövrə lövhəsinin (PCB) prototip istehsalını azaltmağa və inkişaf xərclərinə qənaət etməyə kömək edir.


5. Çap sxemi və sxematik təsvirlər hazırlamağa imkan verən Proteus proqramı bir çox fərqli sahədə geniş çeşiddə istifadə olunur. Xüsusilə təmin etdiyi tapşırıqlarla elektrik və elektronika sahələrində əhəmiyyətli irəliləyişlər əldə etmək imkanı verdi.

  - Elektron sxemlərin işlək olub-olmadığını anlamaq üçün xüsusilə kompüterdə yoxlamaq imkanı verir.

- Dövrə elementlərinin qiymətini dəyişdirmək üçün istifadə olunur.

  - Qrafik əsaslı simulyasiyanı yerinə yetirmək üçün qiymətləndirilir.

  - Mikroprosessor əsaslı layihələr üçün simulyasiya ilə birlikdə animasiyanı görmək üçün istifadə olunur.

  - Üçölçülü çap dövrə elementini görmək üçün rasional həll metodu təklif edir.

  - Avtomatik çap sxemi çəkmək üçün qiymətləndirilir.

  Bütün bu xüsusiyyətləri ilə yanaşı, Proteus proqramı bu gün bir çox fərqli sahədə istifadə olunur. Bu proqramı öyrənməklə siz tələbələr olaraq ondan asanlıqla istifadə edə və çoxlu müxtəlif rəsmlər çəkə bilərsiniz.


6. Electronics Workbench, virtual dövrə tətbiqləri və dövrədə DC və AC siqnal analizini yerinə yetirmək nöqtəsində digər proqramlar  ilə müqayisədə həyata keçirilməsi asan olan elektron simulyasiya proqramıdır. Bu mərhələdə DC çalışma nöqtəsi analizi, AC tezlik analizi, Keçid analizi, Furye və Monte Karlo analizi kimi üsullarla dövrənin tezlik, faza, keçid və zaman analizləri edilə bilər.


7. ETAP (Electrical Transient Analyzer Program) elektrik enerjisi sistemlərinin təhlili, simulyasiyası, monitorinqi, nəzarəti, optimallaşdırılması və avtomatlaşdırılması üzrə ixtisaslaşan analitik elektrik mühəndisliyi proqram təminatı şirkətidir. ETAP proqramı modelləşdirmədən müəssisəyə qədər ən yaxşı və ən əhatəli inteqrasiya edilmiş enerji sistemi üçün müəssisə həllini təmin edir.


8. PowerWorld Simulator bir neçə dəqiqədən bir neçə günə qədər olan müddət ərzində yüksək gərginlikli enerji sisteminin işini simulyasiya etmək üçün nəzərdə tutulmuş interaktiv enerji sisteminin simulyasiya proqramıdır.


9. Enerji sistemləri inkişaf etdikcə, dəqiq və intuitiv simulyasiya vasitələrinə ehtiyac getdikcə daha vacib olur. PSCAD™ ilə siz sistemlərinizi asanlıqla qura, simulyasiya edə və modelləşdirə bilərsiniz, PSCAD sizə enerji sisteminin simulyasiyasında qeyri-məhdud imkanlar verir. Elektromaqnit keçid vəziyyətlərini araşdırmaq üçün möhtəşəm proqramdır.


10. PSSE bütün dünyada məsləhətçilər, universitetlər və tədqiqat laboratoriyaları tərəfindən istifadə olunur. PSSE; Bu, enerji axını, dinamika, qısa qapanma, ehtimal təhlili, optimal enerji axını, gərginlik sabitliyi və daha çox şey daxil olmaqla, müxtəlif analiz funksiyalarını yerinə yetirməyə imkan verir.


11. Labview; Bu, milyonlarla mühəndis və elm adamının istifadə etdiyi qrafik proqramlaşdırma dili interfeysidir.

Labview; Kiçik qrafik nişanlar və kabellərlə axın diaqramlarını hazırlamaq və obyekt əsaslı proqramlardan istifadə etməklə bir çox kiçik proqramları birləşdirmək üçün istifadə olunur. Mətn əsaslı dillərdən daha çox istifadə etmək daha asandır və alqoritmlər hazırlamaq üçün daha vizual platforma təklif edir. 1986-cı ildən bəri bütün növ platformalarda mövcuddur.

Test ölçmə və nəzarət sistemləri üçün əvəzolunmaz olmağı hədəfləyən Labview, National Instrument çərçivəsində hazırlanmış məlumat toplama kartları, modul cihaz sistemləri və kompakt kartlarla dünya bazarında mühüm yer qazanmışdır.


12. QElectroTech və ya qısaca QET, diaqramlar və sxemlər yaratmaq üçün pulsuz və açıq mənbəli kompüter proqramıdır.
Proqram təminatı əsasən elektrik sənədlərinin yaradılması üçün nəzərdə tutulub, lakin ondan pnevmatika, hidravlika, texnoloji sənaye, elektronika kimi hər cür diaqramları çəkmək üçün də istifadə edilə bilər...
Ümumiyyətlə, QET CAD/CAE redaktorudur və sxematik çertyoj xüsusiyyətlərinə diqqət yetirir.
Bu o deməkdir ki, quraşdırılmış simulyasiya və ya hesablama funksiyaları yoxdur və onların həyata keçirilməsi planlaşdırılmır.

Tərtibatçıların əsas məqsədi sxematik rəsm məqsədləri üçün pulsuz, istifadəsi asan və effektiv proqram təmin etməkdir.


13. 
EKTS (Electrical Control Techniques Simulator) Elektrik İdarəetmə sistemlərini layihələndirmək və öyrənmək üçün istifadə olunur. Universitet və Texniki Liseylərdə bununla bağlı kurslar verilir. Bu simulyatorun məqsədi bu kursun təhsilinə töhfə verməkdir.

Simulyator özünü sistem kimi aparan və sistemin bütün təsirlərini göstərən proqramdır. Bu simulyator elektrik idarəetmə sistemlərinin dizaynı, istismarı və davranışını öyrənmək üçün hazırlanmışdır.


14. Avtomatik idarəetmə sxemləri ilə məşğul olanlar bilir. Hazırlanmış sxemləri simulyasiya etmədən qurulan sxemlər mənasızdır. Ona görə də sizə CADe Simu  proqramını tövsiyə edirik.Avtomatik idarəetmə dövrəsinin dizaynı ilə maraqlananlar üçün çox faydalı olacağına əminik.


15. SimulIDE sadə real vaxt elektron dövrə simulyatorudur, həvəskarlar və ya tələbələr üçün PIC, AVR və Arduino-nu dəstəkləyən sadə elektron sxemlər və mikrokontrollerləri öyrənmək və sınaqdan keçirmək üçün nəzərdə tutulmuşdur.

Bu dövrə təhlili üçün dəqiq simulyator deyil, sürətli, sadə və istifadəsi asan olmağı hədəfləyir, bu sadə və çox dəqiq olmayan elektron modellər və məhdud xüsusiyyətlər deməkdir. Sadəlik və istifadə rahatlığı bu simulyatorun əsas xüsusiyyətləridir. Siz bir neçə dəqiqə ərzində sxemlərinizi yarada, simulyasiya edə və onlarla qarşılıqlı əlaqədə ola bilərsiniz, sadəcə siyahıdan komponentləri sürükləyin, dövrəyə buraxın, onları birləşdirin və onun necə işlədiyini görmək üçün güc düyməsini sıxın. SimulIDE həmçinin GcBasic, Arduino, PIC asm və AVR asm üçün kod Redaktoru və Debugger-ə malikdir. Əsas funksiyaları ilə hələ də inkişafının ilk mərhələlərindədir, lakin kəsilmə nöqtələri, izləmə registrləri və qlobal dəyişənlərlə yazmaq, tərtib etmək və əsas sazlama işləri aparmaq mümkündür.


16. "QUCS-Quite Universal Circuit Simulator" GPL altında buraxılmış pulsuz proqram təminatı olan elektron dövrə simulyatoru proqram proqramıdır. O, qrafik istifadəçi interfeysi ilə dövrə qurmaq və dövrənin böyük siqnal, kiçik siqnal və küy davranışını simulyasiya etmək imkanı təklif edir.


17. RFSim99 - filtrlər, küy zəiflədən, uyğunluq sxemləri, S-parametrli RF(radio tezlik) komponentləri və s. kimi RF sxemlərinin layihələndirilməsi və simulyasiyası üçün köhnə, lakin hələ də çox faydalı pulsuz proqram təminatıdır. Bu yüksək səviyyəli bir vasitə deyil, lakin hobbi və həvəskar səviyyəli dizaynerlər üçün kifayət qədər yaxşıdır.

18. Tinkercad- Tinkercad Circuits Autodesk tərəfindən təklif olunan onlayn pulsuz elektron dövrə simulyasiya proqramıdır. TinkerCad Circuits ilə tələbələr elektron dövrələrini virtual olaraq quracaq və sınaqdan keçirəcəklər. Beləliklə, istifadəçilər bir çox sxemləri quraşdırmaq və çalışdırmaq və onları maddi problem olmadan müşahidə etmək imkanını əldə edəcəklər.

19. OrCAD -1982-ci ildə OrCAD şirkəti tərəfindən elektronika dizaynerləri üçün hazırlanmış elektron rəsm proqramıdır. Əvvəlcə DOS mühiti üçün yazılmış bu proqram, Windows mühitinin artan populyarlığı və istifadəsi asanlığı sayəsində indi bu mühitdə işləyən OrCAD versiyalarında buraxılmışdır. 
OrCAD təkmilləşdirilmiş kitabxanası, asan istifadəsi və limitsiz proqramlarla inteqrasiyası sayəsində çox faydalı proqramdır. OrCAD-dən istifadə zamanı ilk olaraq Capture ilə dizayn edilmiş sxemi çəkə və sonra lazım olduqda OrCAD sayəsində dizayn edilmiş sxemin kompüter mühitində işlək olub-olmadığını görə bilərsiniz. Simulyatorda işlətdiyiniz sxemi, əlbəttə ki, OrCAD Layout sayəsində həyata keçirə bilərsiniz.

20. Cirkit Designer, xüsusilə yeni başlayanlar, tələbələr, hobbilər və yarı peşəkarlar üçün dövrə layihələrinin layihələndirilməsi və prototiplənməsi üçün bir pəncərədir.
Cirkit Designer ilə siz dövrəniz üçün naqil diaqramları yarada, daxili IDE ilə kod hazırlaya və Materiallar Sənədindən layihə üçün hissələri satın ala bilərsiniz.
Bundan əlavə, siz dizaynınızı Cirkit Designer-in istinad dövrə dizaynları kitabxanasından başlaya bilərsiniz. İstinad dizaynlarına təfərrüatlı sənədlər və dərsliklər, komponentlər və naqillər haqqında məlumat və kod daxildir - əsasən sxemin necə işlədiyini və dizaynınızda necə istifadə edəcəyinizi anlamaq üçün lazım olan hər şey.

21. TINA-TI SPICE-in bütün şərti DC, keçid və tezlik domen analizini və daha çoxunu təmin edir. TINA, nəticələri istədiyiniz şəkildə formatlaşdırmağa imkan verən geniş post-processing qabiliyyətinə malikdir. Virtual alətlər sizə giriş dalğa formalarını seçməyə və dövrə düyün gərginliklərini və dalğa formalarını yoxlamağa imkan verir. TINA-nın sxematik təsviri həqiqətən intuitivdir - əsl "sürətli başlanğıc".
TINA-TI quraşdırılması təxminən 500 MB tələb edir. Quraşdırma birbaşadır və istəsəniz asanlıqla silinə bilər. Etiraf edirik ki, etməyəcəksiniz.
TINA yalnız Texas Instruments üçün DesignSoft məhsuludur. Bu pulsuz versiya tam funksionaldır, lakin TINA-nın tam versiyası ilə mövcud olan bəzi digər funksiyaları dəstəkləmir.

22. Logisim rəqəmsal məntiq sxemlərinin layihələndirilməsi və simulyasiyası üçün tədris vasitəsidir. Sadə alətlər paneli interfeysi və onları qurarkən sxemlərin simulyasiyası ilə məntiq sxemləri ilə bağlı ən əsas anlayışları öyrənməyi asanlaşdırmaq üçün kifayət qədər sadədir. Daha kiçik alt sxemlərdən daha böyük sxemlər qurmaq və bir maus sürükləməsi ilə naqillər dəstlərini çəkmək  ilə Logisim təhsil məqsədləri üçün bütün CPU-ları dizayn etmək və simulyasiya etmək üçün istifadə edilə bilər (və istifadə olunur).
Logisim bütün dünya üzrə kollec və universitetlərdə tələbələr tərəfindən ümumi təhsil üzrə informatika sorğularında məntiq üzrə qısa bölmədən, kompüterin təşkili kurslarına, kompüter arxitekturasına dair tam semestr kurslarına qədər bir çox dərs növlərində istifadə olunur.

23. LogicCircuit – rəqəmsal məntiq sxemlərinin layihələndirilməsi və simulyasiyası üçün pulsuz, açıq mənbə təhsil proqramıdır. İntuitiv qrafik istifadəçi interfeysi çox bitli şinlərlə(bus) qeyri-məhdud dövrə iyerarxiyası yaratmağa, ossiloqrafla sxemlərin davranışını izləməyə və işləyən sxemlərin iyerarxiyasını idarə etməyə imkan verir.

24. iSIMpe tam sxem çəkmə və dalğa formasına baxış və təhlili təmin edir.
ISIMpe -nin aşağıdakı növləri vardır:
- SIMPLIS simulyasiya mühərriki (qapalı dövrəli kommutasiya enerji təchizatı tətbiqləri üçün müstəsna olaraq yaxşıdır)
- SIMetrix Spice (üstün yaxınlaşma xüsusiyyətləri).
iSIM PE müəyyən ölçü məhdudiyyətlərinə malikdir və Intersil məhsullarından istifadə edərək sxemlərin dizaynını və təhlilini dəstəkləmək üçün nəzərdə tutulmuşdur.
25. TinyCAD, ümumiyyətlə sxematik təsvirlər kimi tanınan elektrik dövrə diaqramlarını çəkmək üçün bir proqramdır. Standart və xüsusi simvol kitabxanalarını dəstəkləyir. O, bir neçə netlist formatı ilə PCB layout proqramlarını dəstəkləyir və həmçinin SPICE simulyasiya şəbəkələri hazırlaya bilər. Həm də əksərən bir xəttli diaqramlar, blok diaqramlar və təqdimat rəsmləri çəkmək üçün istifadə olunur.

26. FALSTAD- Bu elektron dövrə simulyatorudur. Proqram işə salındıqda siz sadə LRC dövrəsinin animasiya sxemini görəcəksiniz. Yaşıl rəng müsbət gərginliyi göstərir. Boz rəng torpağı göstərir. Qırmızı rəng mənfi gərginliyi göstərir. Hərəkət edən sarı nöqtələr cərəyanı göstərir.
Bir açarı yandırmaq və ya söndürmək üçün üzərinə klikləyin. Əgər siçanı dövrənin hər hansı komponentinin üzərinə aparsanız, pəncərənin aşağı sağ küncündə həmin komponentin qısa təsvirini və onun cari vəziyyətini görəcəksiniz. Komponenti dəyişdirmək üçün siçanı onun üzərinə aparın, sağ siçan düyməsini sıxın (və ya Mac varsa, idarəetmə düyməsini sıxın) və "Düzəliş et" seçin.
"Sxemlər" menyusunda sınamağınız üçün çoxlu nümunə sxemləri var.



İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov