ALIŞMA, YANĞIN VƏ QAZ PARTLAYIŞ TƏHLÜHƏSİ
1. Yanğın və partlayışın baş verməsində hansı amillər iştirak edir(yanğın üçbucağı)?
- oksigen, tez alışan- buxarlar-qazlar-yanar maddə, alışma mənbəyi
2. Tez alışan maddələr hansılardır?
- qaz və maye buxarları
3. Partlayış necə yaranır?
- oksigen olan qapalı yerdə yanar qazın alovlanması nəticəsində təzyiq sürətlə artacaqdır partlayış dalğasını meydana gətirəcəkdir.
4. Yanğın 5 bucağı hansı komponentlərdən ibarətdir?
- oksigen, tez alışan maddə(buxar, qaz və.s), katalizator, alovlanma temperaturu və enerjisi
5. Yanğının və ya partlayışın baş verməsi üçün qaz ilə oksigenin nisbəti necə olmalıdır?
- LEL(aşağı partlayış həddi)-dən çox, UEL(yuxarı partlayış həddi) -dən az olmalıdır
6. UEL - LEL fərqi nəyi ifadə edir?
- Bu fərqin qiyməti nə qədər böyükdürsə bir o qədər partlayışın ehtimalı çoxdur.
7. Qaz və buxarın oksigenlə qarışığının alovlanması üçün lazım olan enerjinin ölçü vahidi nədir?
- millicoul(mDj)
8. Ən təhlükəli qaz hansıdır?
- Asetilen
9. Zəif qığılcımlanan alətin enejisi, hiss olunan enerji, geyimdə olan enerjinin qiymətləri hansı aralıqladır?
- 0,06 mDj< ; >1 mDj ; > 5 mDj
10. Partlayış təhlükəli mühitdə hansı tip paltar və ayaqqabı geyinilməlidir?
- antistatik paltar və ayaqqabı
11. Buxarların nisbi sıxlığı dedikdə nə başa düşülür?
- qazın atmosfer havasında neçə dəfə ağır olması
12. Ağır və yüngül qazlar otağda atmosfer havasında hansı vəziyyətdə dayanırlar?
ağır qazlar döşəməyə enir, yüngül qazlar tavana qalxır
13. Ağır qazlar yoxsa yüngül qazlar təhlükəlidir?
-hər iki qaz təhlükəlidir, ağır qaz yüngül qaza nisbətən bir az da təhlükəlidir. Nümunə üçün, məişətdə işıqlandırma lampası tavandan asıldığı üçün yüngül qaz da tavana yığıldığı üçün çox təhlükəlidir.
14. Havaya nisbətən ən yüngül qaz(buxar) və ən ağır qaz hansılardır?
- hidrogen; dizel yanacağı
15. Yanar mayenin buxarlanma(flashpoint) temperaturu nədir?
- bu elə minimal temperaturdur ki, bu temperaturda mayenin səthində kifayət qədər yaranmış buxar normal atmosfer təzyiqi altında alışdırma mənbəyi ilə alovlana bilir.
16. Flashpoint(buxarlanma) temperaturu hansı ölçü vahidi ilə göstərilir?
- selsi(0C)
17. Ən yüksək flashpoint temperaturuna malik maye və ya qaz hansıdır?
- Ammonyak
19. Alışma və ya öz-başına alovlanma(self-combustion) temperaturu nəyə deyilir?
- yanar qazın hava ilə qarışığı qızmış səth ilə təmasa girib alışa bilər
- bu temperatur yanar maddənin alovlanmasına gətirib çıxaran qızmış səthin minimal temperaturudur
20. Alışma və ya öz başına alovlanma temperaturu neçə sinifə bölünür və necə işarələnirlər?
- 6 sinifə bölünür. Aşağıdakı cədvələ nəzər yetir
21. Ən kiçik alışma temperaturuna malik qaz hansıdır?
- H2S(hidrogen sülfid)
22. Neçə ədəd etalon(reference) qaz qrupu vardır və necə işarələnirlər?
- 4 ədəd, 𐌠; 𐌠𐌠A; 𐌠𐌠B; 𐌠𐌠C.
23. 𐌠 və 𐌠𐌠 qaz qrupları bir-birilə nə ilə fərqlənirlər?
- 𐌠 yeraltı qurğular(mədənlərdə) , 𐌠𐌠 yerüstü qurğulara aiddir
MPEH(metan-propan-etilen-hidrogen) ardıcıllığı ilə yadda saxlayın.
24. Yuxarıdakı cədvələ əsasən 𐌠𐌠C və 𐌠𐌠B , 𐌠𐌠A və 𐌠𐌠B qaz qruplarını tez alovlanmasına görə müqayisə edin.
- 𐌠𐌠C(75-4=73, 0.02 mJ), 𐌠𐌠B(34-2.7=32.7, 0.07mj) qrupundan asan alovlanır. UEL-LEL fərqi böyükdür, alışdırma enerjisi çox kiçikdir.
- 𐌠𐌠B, 𐌠𐌠A(9.5-2.1=7.7 , 0.65 mj) qrupundan asan alovlanır. UEL-LEL fərqi böyükdür, alışdırma enerjisi kiçikdir
25. Ümumi neçə ədəd alışma mənbəyi mövcuddur?
Standarta uyğun olaraq qaz alovlanmasının 13 mənbəyi müəyyən edilmişdir:
1. İsti səthlər;
2. Alov(açıq od), isti qazlar;
3. Mexaniki sürtünmə və ya kontakt qığılcımı;
4. Elektrotexniki qurğu və avadanlıqlar;
5. Sızan(azan) cərəyanlar və katod(karroziyaya qarşı) mühafizəsi;
6. Statik elektrik;
7. İldırım cərəyanı;
8. Optik diapazonda elektromaqnit şüalanma;
9. Ekzotermik kimyəvi reaksiyalar;
10. Radiotezlik diapazonunda elektromaqnit şüalanma
11. İonlaşdıran şüalanma
12. Ultrasəs
13. Adiabatik sıxma, zərbə dalğası və qaz axıntıları
26. 90% hallarda alışma əsasən hansı mənbələrin ucbatından baş verir?
- isti səthlər və ildırım cərəyanından
27. Alovlanma mənbələri üçün əsas amillər hansılardır?
- qığılcımlar, alov, isti səthlər
28. Qığılcımların yaranmasının səbəbi nədir?
- elektrik dövrələrinin qoşulması/kəsilməsi və ya elektrik dövrələrində qapanma
-elektrostatik boşalmalar, o cümlədən ildırım;
-mexaniki avadanlığın işə salınması;
- qaynaq işləri;
- texnoloji prosesdə daşlar və digər sərt obyektlər;
- cilalama işləri;
29. Səthlərin qızmasının səbəbi nədir?