Tuesday, July 17, 2018

Texniki terminlər- Kitabların siyahısı



Dilçilik inustutu.

1. Azərbaycanca, rusca, ingiliscə terminlər lüğəti. Elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması lüğəti. Azadə Əfəndizadə. Bakı-1966, 154 səh.

2. Azərbaycanca-Türkcə-Rusca-İngiliscə ehtimal nəzəriyyəsi və riyazi statistika terminləri lüğəti. Bakı-2002, 432 səh.

3. Fizika terminləri lüğəti. Bakı-1965, 240 səh

4.Fizika terminləri lüğəti. Bakı-1986, 111 səh.

5. Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsinə dair texniki terminlər lüğəti. Bakı-1963, 49 s

6. Kimya terminləri lüğəti. Bakı-Elm-1987, 120 səh. 

7.  Riyaziyyat terminləri lüğəti. Bakı-1954, 50 s

8. Rusca-Azərbaycanca-İngiliscə radioelektronika terminləri lüğəti. Bakı-1978, 191 səh. 

9. Rusca-Azərbaycanca maşınqayırma texnologiyası terminləri lüğəti. Bakı-1958, 150 səh.

10. Rusca-Azərbaycanca texniki terminlərin izahlı lüğəti. Gülbəniz Qocayeva, Bakı-2004, 776 səh. 

11. Rusca-azərbaycanca texniki terminlər lüğəti. Bakı-1996, 108 səh

Terminologiya komissiyası

Sayalı Sadıqova. Azərbaycan dilində izahlı fizika–riyaziyyat terminləri. Bakı, Elm–1998

Gülbəniz Qocayeva. Rusca–Azərbaycanca texniki terminlərin izahlı lüğəti. Bakı–2004, Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı, 775 səh.

Azərbaycan Milli Kitabxanası

1. Rusca-Azərbaycanda izahlı politexnik lüğət, Ramiz Novruzov, Rəhim Şükürov, 2004, Çaşıoğlu

2. Rusca-azərbaycanca elektrotexnika terminləri lüğəti [Mətn] : 5400 termin və söz birləşməsi /tərt. Z. İ. Kazımzadə, R. Z. Kazımzadə ; red. A. Ə. Əfəndizadə.

3. Neft-mədən işlərinə dair ingiliscə- azərbaycanca- rusca lüğət [Mətn]: 17700 termin /Tərtib ed. S. M. Quliyev, A. A. Mdivani; Red. A. S. Quliyev, A. O. Qurbanov; Nəşr ed. Vahid Əziz

4. Elektrotexniki lüğət [Mətn]: ingilis-rus-alman-fransız-Azərbaycan: 6400-ə qədər termin /Azərb. Resp. Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri; [R. Kazımzadə, C. Ağamalıyev, M. Ağaməmmədov, V. Əsgərov; elmi red. C. Əsgərov]

TERMİNOLOGİYA KOMİSSİYASININ QƏRARI İLƏ NƏŞR OLUNAN LÜĞƏTLƏR

1.. Sayalı Sadıqova. Azərbaycan dilində izahlı fizika–riyaziyyat terminləri. Bakı, Elm–1998

2. S.Babayeva. Azərbaycanca–Rusca və Rusca–Azərbaycanca arxiv terminlərinin qisa izahlı lüğəti. Bakı, 1998, 69 səh.

3. Neft və qaz üzrə Rusca–azərbaycanca–ingiliscə terminoloji lüğət. Tərtibçi–müəllif: M.M.Abbasov. Bakı, 1999, 758 səh.

4. Gülbəniz Qocayeva. Rusca–Azərbaycanca texniki terminlərin izahlı lüğəti. Bakı–2004, Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı, 775 səh.

5. M.Rəhimov. Rusca–azərbaycanca–ingiliscə kimya terminləri lüğəti. Bakı, Nurlan–2005, 165 səh.
M.Mehdiyeva. Neft–mədən istismar avadanlığı terminləri və onların izahlı lüğəti. Bakı, “Neft–Press” nəşriyyatı–2006, 206 səh.

6. Azərbaycanca–ingiliscə–rusca neft və qaz yataqlarının işlənməsinə aid terminlərin izahlı lüğəti. Bakı–2007, 415 səh.

7. M.Əliyev, V.Salmanov, İ.Əliyev. İngiliscə–rusca–azərbaycanca fizika terminləri lüğəti. Bakı, Elm, 2010.

8. Arif Həşimov, Elmira Zamanova. Azərbaycan–rus–ingilis–türk dillərində fizika terminləri lüğəti. Baki, Elm, 2010.

9. Azərbaycan–rus–ingilis–türk–alman–fransız dillərində  elektrofizika terminləri lüğəti. Baki, 2010.
Avtomobil nəqliyyyatı terminləri lüğəti (rusca–azərbaycanca). Tərtibçilər: S.K.Gözəlov, R.T.Məmmədov, B.F.Namazov. Bakı, 2012

10. İngiliscə–Azərbaycanca texniki terminlər lüğəti. Redaktor: Ş.Atayeva. Tərtibçilər: A.Abbasov, H.Həsənov, M.Quliyev. Bakı, 2012

11. Neft terminləri lüğəti. (Azərbaycan, ingilis, türk, rus dillərində). Tərtibçi: Aytən Aydın qızı. Bakı, "Adiloğlu", 2013, 1250 səh.

12. İngiliscə –azərbaycanca izahlı kompüter terminləri lüğəti. Bakı,  Kitab klubu, 2015 464, səh.





ELEQAZ AÇARI


Eleqaz (SF6 – altıflorlu kükürd) yüksək qövssöndürücü xüsusiyyətlərə malikdir. Havaya nisbətən onun sıxlığı 5 dəfə, elektriki möhkəmliyi isə 2-3 dəfə çoxdur. 0,2 MPa təzyiqdə eleqazın elektriki möhkəmliyi transformator yağının elektriki möhkəmliyi ilə müqayisə edilə bilən qiymətə çatır. Eleqaz açarlarının ehtiyat eleqazla doldurulması zamanı açarın gərginlikdən çıxarılmasına ehtiyac yoxdur.
Eleqaz açarları müxtəlif formalarda və konstruktiv özəllikləri ilə istehsal edilir.
110 kV və daha yüksək gərginliklərdə istehsal edilən eleqaz açarları (şəkil 3.8).
Şəkil 3.8. 110 kV və daha yüksək gərginlikli eleqaz açarları

Eleqaz yanmır, rəngsizdir, iysiz və tamamilə zəhərsizdir. Kimyəvi cəhətdən eleqaz digər maddələrə nisbətən azot kimi qeyri – aktivdir. Onun azsaylı çatışmazlıqlarından biri, onunla təmas zamanı tərkibində rütubət olan sintetik izolyasiya materiallarını parçalamaq qabiliyyətinə malik olmasıdır. Ona görə də eleqazlı konstruksiyalarda davamlı izolyasiya materiallarının tətbiq olunması məsləhət görülür (məsələn, teflon). Aşağıdakı şəkildə orta gərginlikdə istehsal edilən eleqaz açarları göstərilmişdir (şəkil 3.9).
Bu açarların üstün cəhətlərinə yüksək cəld işləmə qabiliyyəti, yanğın və partlayış təhlükəsizliyi, yüksək qiymətli cərəyanları qırma qabiliyyəti, qövssöndürücü kameranın uzunömürlü olması, həm daxili, həm də xarici quruluşlarda istifadə oluna bilməsi və s. kimi parametrləri qeyd etmək olar. 110 kV-da geniş yayılmış eleqaz açarının konstruktiv görünüşü və intiqal sistemi şəkil 3.10-da göstərilmişdir.
Şəkil 3.10. 110 kV-luq eleqaz açarı və intiqal sistemi
Eleqaz açarlarının istehsalında qövsün söndürülməsində əsasən iki prinsipdən istifadə olunur: üfürmə və avtoüfürmə üsulu.
Üfürmə üsulunda açarın açılması və qövsün tam sönməsi prosesinin necə baş verməsi aşağıdakı şəkildə göstərilmişdir (şəkil 3.11) .
Açılma prosesində hərəkətli kontaktlar aşağıya doğru hərəkət etdikdə tərpənməz qövs kontaktı (2) ilə hərəkətli qövs kontaktı (3) arasında elektrik qövsü yaranır və üfürücü kameranın həcmi kiçilir. Həcm kiçildikcə üfürücü kamera (4)-dakı eleqazın təzyiqi artır. Bu zaman eleqazın yenidən doldurulması üçün qapaq (ventil) (10) –ın qalxmaması üçün kənar mexaniki təsirlərlə qapağı saxlamaq lazım gəlir. Təzyiqi artmış eleqaz qövsün üzərinə üfürülür və hərəkətli əsas kontaktın uc hissəsi (6)-dən əsas korpusun həcminə doğru hərəkət etməyə çalışır. Müəyyən bir müddət yaranan qövs eleqazın üfürücü kamera (4)-dan çıxmasının qarşısını alır və qövsün enerjisi hesabına kamerada eleqazın təzyiqi daha da artır. Cərəyanın sıfıra yaxınlaşması (sinusoidanın sıfıra doğru hərəkəti) zamanı qövsün enerjisi azalır və təzyiqi artmış eleqaz qövsü söndürərək üfürücü kamera (4)-dan əsas korpusun həcminə doğru hərəkət edir.

M.Ə.Beydullayev. Paylayıcı şəbəkələrin elektrik qurğuları və onların istismarı.

YAĞ AÇARLARI


                                                                                               Şəkil. Böyük həcmli birçənli yağ açarı

M.Ə.Beydullayev. Paylayıcı şəbəkələrin elektrik qurğuları və onların istismarı

Monday, July 9, 2018

Mikrometrdən istifadə etmədən məftilin diametrinin təyini.

İncə bir məftilin diametri ən dəqiq mikrometre ilə ölçülür. Əgər məftilin diametrini ölçmək üçün bir mikrometriniz yoxdursa, adi bir xətkeşdən istifadə edə bilərsiniz, Şəkil 1.1.
Xətkeş üzrə məftil sarğısında 10-20 sarğı sarıyın,sarınan sarğıların sayına qapalı millimetr sayını bölmək lazımdır. Diametri alın.
Şəkil 1.1. xətkeşin köməyi ilə məftilin diametrinin ölçüsünün üsulu

Nümunə: 6,5 mm bağlanmış 10 məftil sarğısı sarınmışdır. 6.5-i 10-na bölürük. Məftilin diametri 0,65 mm-dir. Biz bilirik ki, 0.05 mm izolyasiya təşkil edir. Buna görə, faktiki diametri 0,6 mm-dir. Belə məftil 30 A qoruyucu üçün uyğundur. Daha aydın olması üçün qalın məftil istifadə olunur. Xətkeş üzərində sarğıları daha çox sarıyın, daha dəqiq məftilin diametrini ölçərsiz. Ən azı 1 sm sarınma lazımdır.Qısa məftil varsa, tornavida, zubaçiska(dişqurdalayan) və ya qələm kimi hər hansı bir çubuq üzərində sarıyın və sarıdığınızın enini bir xətkeşlə ölçün.


Friday, July 6, 2018

Elektrik və Elektronika haqqında məhşur türk saytları



Elektrik- elektronika mühəndislərinin və mühəndis namizədlərinin təqib etməli saytları.

Universitet tələbələrinə tövsiyəm ən azından 1 gününüzü bu saytları araşdırmağa ayıraraq sizin maraq dairənizə uyğun saytları müəyyən edib onları təqib edərək ümumi mədəniyyətinizi artırmağınız, bunu universitet təhsiliniz boyu davam etdirsəniz məzun olmağa yaxın hansı sahəyə maraq duyduğunuz və sizə hansı alanların yandırın gəldiyini aşkar etməyiniz cənaba bir asanlaşacaq və bunu doğru belirlerseniz. Peşə dalınızı düzgün seçir və həyatınız bir işgəncəyə dönməz səhər qalxdıqda yeni günə məhəbbətlə oyanırsınız.
 Bu saytlarda bir çox layihədə var tələbəlik həyatınızı qətiyyən boş keçirməyi təklif edirəm, bu saytlarda yerləşən sizə ən uyğun olanlara başlayın çox təəccüblü bir şey olmasına ehtiyac yox, başlanğıc üçün əlinizdəki imkanlar qədərini edin sonra belə davam edin və bir müddət sonra biryerlere varırsınız görəcəksiniz

 Türkiyədəki Elektrik və Elektronika Mühəndisliyi tələbələrinin yaşadıqları ən böyük problem kifayət qədər türkcə mənbə olmaması məhz sizə fürsət yerli və əcnəbi bir çox mənbə və yalnız bağ sahəniz deyil bunun dışındada bir çox məzmun var bunlar sayəsində bəlkədə həyatınızda eşit peşə alt dalınızı eşidəcək və həyatınıza istiqamət verəcəksiniz.
www.enotlar.com
Bilim, Teknoloji, Sanat, Tasarım ve Mühendislik Bloğu, Bir Elektrik Elektronik Mühendisinin bilgisini tecrübesini aktarmak için başlattoğı bir projede sitede size lazım olan kaynaklara nasıl ulaşacağınızı anlatan bir kılavuz Arduno, Raspberry Pi, Matlab, Görüntü işleme (image processing) ve Photoshop bir bi çok eğitim videolarının derlemesi mevcuttur
http://bilgifenerim.com
Çok fazla içerik olmamasına rağmen içerisinde değişik ilginizi çekecek içerikler var örneğin dokunmatik ekranların veya termal kameranın nasıl çalıştığını anlatan bi göz atıpkarıştırmanızı tavsiye ederim.
https://www.duolingo.com/
ingilizce öğrenmeniz için tavsiye edeceğim çok güzel bi plat form gerçekten sürekli kullandığınızda faydasını görürsünüz, kursa gitmedende ücretsiz olaram ingilizce öğrene bilirsiniz bunun yanında Vooscreen ‘i de kulanın mutlaka günde 10 ar dakika kullansanız bile (düzenli olarak) çok faydasını görürsünüz ayrısa mobil uygulamasıda mevcut çok pratik ve kullanışlı kesinlikle nasıl kullanıldığını şu videoyu izleyerek fikir sahibi olabilirsiniz https://www.youtube.com/watch?v=UOCioKBzZXc
http://www.voscreen.com
Mutlaka kullanmalısınız efsane mükemmel bir platform, bu platform’u kısaca söyle tarif edeyim diyecem ama kısaca tarif edilecek gibi değil “Hayatın ta kendisi” ingilizce öğrenmek isteyenler, ingilizcesini geliştirmek isteyenler mutlaka kullanmanızı istiyorum bu platformun ne olduğunu şu videoyu izleyerek daha iyi anlayabilirsiniz https://www.youtube.com/watch?v=v51aKheKjoo
http://www.picproje.org
Elektrik Elektronik Mühendislerine yönelik bi forum
http://book.zobakit.com/
Bir mühendisin blog sayfası çok fazla içerik olmasada elektronik ve gömülü sistemler alanında değişik ilginizi çekebilecek içerikler bulabilirsiniz, ARM programa eğitimi felanda mevcut

Elektronik gömülü sistemler hakkında içeriklere sahip bir blog sayfası
https://www.videoegitim.com/
Bir çok alanda excel’den Simens NX’e ve daha bir çok alanda eğitimler içeren bi platform bir kısmı ücretsi bir kısmı ise belirli bir ücret karşılı satın alabiliyorsunuz özellikle de bu sitenin You Tube Kanalındada o ücretsiz içerikler mevcut kişisel gelişimden tutunda bir mühendisin nasıl düşünmesi gerektiğine kadar bir çok içerik ücretsiz gerçekten çok faydalı içerikler var https://www.youtube.com/channel/UCrVR30q-Seo82gBhmAe_1uQ
https://www.tinkercad.com/
Herkesin kolayca kullanarak 3D tasarım ve baskı uygulamasıdır
https://www.wolframalpha.com/
Her türlü matematiksel işlemi yaptırabileceğiniz inanılmaz güzel bi site
https://www.3dcontentcentral.com/
Altium, Solidwork programlarda ihtiyaç duyduğunuz 3D modelleri step dosyalarını bulabileceğiniz bir adres
https://grabcad.com/
Altium, Solidwork programlarda ihtiyaç duyduğunuz 3D modelleri step dosyalarını bulabileceğiniz bir adres
https://www.behance.net/
Yaptığınız tasarımları paylaşa bileceğiniz bir platform
https://500px.com/
Fotoğrafçılık ile ilgileniyorsanız Fotoğraflarınızı paylaşa bileceğiniz 1 numaralı adrestir
http://www.cizgi-tagem.org/ 
Çizgi Tagem, Gönüllü insanların türkçe içerik üretmek için katkıta bulundukları ve birçok alanda ücretsiz eitimler mevcuttur kesinlikle zaman ayırıp incelemenizi tavsiye edrim eminim size görede birşeyler vardır özellikle gömülü sistemler ile ilgilenenler için bu sayfayı ekstradanda eklemek isterim http://www.cizgi-tagem.org/e%C4%9Fitimler/egitimler/muhendislik_gomsis/
http://www.elektronik.gen.tr/basit-elektronik-devreler/
Elektronik devreler ile ilgilenenlerin bayılacağı bir site
http://elektronikhobi.net/
elektronik severlerin es geçmemesi gerek sitelerden
http://elektronikhobi.net/
elektrik, elektronik ve otomasyon başta olmak üzere bir çok alanda eğitim alabileceğiniz bir platfom eğitimler ücretlidir onun dışında sitede bir çok konu hakkında bilgi sahibi olacağınız makaleler bulunmaktadır
http://elektronikhobi.net/
elektronik severlerin es geçmemesi gerek sitelerden
YAZAR:ÖMER KALAYCI

Monday, June 11, 2018

Transformatorlarda İtgilər


11-4. TRANSFORMATORLARDA İTGİLƏR
Transformatorun işləməsindən bəhs etmişkən, polad nüvəsində meydana gələn hadisələrə hardasa heç toxunmadıq. Sadəcə maqnit keçiriciliyinin çox yüksək olduğu üçün, beləcə bütün maqnit seli xətləri poladda qapandır. İndi iki faktı müqayisə edək: birincisi polad elektrik keçiricisidir, ikincisi poladda dəyişən maqnit seli vardır. İlk baxışda, onların arasında əlaqə qurmaq qeyri-mümkündür, ancaq  elektromaqnit induksiya qanununi diqqətli şəkildə düşünsək, bu faktın nəticəsi poladda elektrik cərəyanının olmasıdır. Hər hansı qapalı kontur içindəki maqnit seldəki hər hansı dəyişmə orda gərginlik induksiyalayacaq. Bu qapalı kontur bir keçirici dövrədirsə, orda cərəyan olacaq. Şəkil 11-9 dakı punktir(bir-birinə jaxın nöqtələr və jнa qırıq xətlər şəklində cızıq) xəttində göstərilmiş konturda nə olacaq?. Çertyoj transformatorun nüvəsini təqdim edir. Çertyojun çətinləşməməsi üçün dolağ oradan çıxarılmışdır. Beləliklə poladın içinə baxa bilərik, bütöv maqnitkeçirici kəsilmiş şəkildə göstərilmişdir. Dəyişən maqnit selinin xətləri polad içində qapanır. Xəttlərin bir hissəsi konturumuzda vardır. Dövrədəki maqnit seli və ümumiyyətlə induksiyalanan gərginlikdə dəyişmə vardır. Polad bir keçirici olduğundan, ondan elektrik cərəyanı axmalıdır. Başlanğıc üçün inkar edilməz bir çətinlik. Çətinlik sadəcə incə uzun keçiricilərə gələn elektrik cərəyanlarını təsəvvür etmə vərdişləriylə üzülməyimizdən ibarətdir. Düzdür elektrotexnika, cərəyanın yolunu keçiricilər yoluyla istiqamətləndirməyə çalışır, ancaq ən uyğun yolları seçərkən arzuolunmaz hallar ortaya çıxa bilir. Adət etdiyimiz düşüncələrə müraciət  edək.

Nüvənin bir yandan, polad kimi eyni maqnit keçiriciliyə sahib olduğu və digər təəfdən, cərəyan keçirmədiyi yəni dielektrik olduğu bəzi materialdan hazırlanmış olduğunu düşünək. Daha sonra, çertyojda göstərilən konturun, nüvəyə yerləşdirilmiş polad keçiricili sarğı olduğunu fərz edək. Sonra bizim sxemlərimiz ikinci tərəfi qısa qapanma şərtlərində işləyən transformatorun sxemindən çox fərqli olmuyacaq.Tək fərq, transformatorun ikinci tərəf sarğısının nüvəsinin tam maqnit seliylə yox bir hissəsiylə keçir. Bu hal sarğıda induksiyalanan gərginliyin qiymətini azaldacaqdır.  Fərziyələrimizdə, sarğıdakı cərəyanın və eyni zamanda istiqamətinin vəziyyəti heçbir şübhəyə doğura bilməz. Burğu qaydasıyla bunu izah etmək olar. Nüvənin maqnit selinin ikinci tərəf sarğısının deyil, birinci tərəf cərəyanı tərəfindən yarandığını və maqnit seli və birinci tərəf cərəyanın istiqamətini müəyyən etmək üçün burğu qaydasının istifadə olunması lazım olmasını xatırlayın. Ancaq bilirik ki, birinci və ikinci tərəf sarğılardakı cərəyanların istiqamətləri bir-birinə əksdir. Baxdığımız şəkildən həqiqiyə keçmək üçün, sadəcə keçiricinin polad nüvənin bir hissəsi olmadığını, sarğının həcmindən zehnində tutaraq ayrılmış yox, bütün nüvəni xəyal etməyiniz lazımdır. Nəticə oalraq cərəyanlar maqnit seli xəttlərini qapayan nüvənin bütün qalınlığı boyunca axacaqdır. Buna burulğanlı cərəyan deyilir. Əlbətfə onlar dəyişən olacaqdır. Keçirici yoluyla cərəyanın axması qaçılmaz olaraq itgilərə bağlıdır. Burulğan(Eddy) cərəyanları nüvəni qızdırır. Bu sadəcə artığ güc sərfiyyatı mənasına gəlmir, eyni zamanda yüksək istiliyin təsiri altında sarğının izolyasiyasını dağılma təhlükəsi yaradır. Cərəyanların azladılması nüvəni təbəqələrə ayrılmasıyla əldə edilir. Nüvə bütöv olmayan ancaq bir-birindən izolə edilmiş ayrı təbəqələrdən yığılır. İzolyasiya, cərəyanların təbəqədən təbəqəyə keçməsinə mane olur və Şəkil 11-10 da göstərilən yollar boyunca qapanmağa məcbur olurlar. Maqnit seli, ayrı-ayrı təbəqələr arasında bərabər bölünürlər, ona görə ki hər təbəqədə induksiyalanan gərginlik, təbəqələr bir nüvəyə malik olduqda sarğı gərginliyindən daha az olacaqdır. Müqavimətin artmasıda cərəyanın qimyətini azaldacaq. Dəmirə az miqdarda silisium qatılmasıda müqaviməti artırır. Burulğanlı cərəyanlar poladın qızmasının və bununla bağlı itgilərin səbəbi deyil. Əgər poladı maqnitləşdirsək və təkrar maqnitsizləşdirsək o zaman enerjinin bir hissəsi itgiyə gedəcək və poladı qızdıracaqdır. Tez-tez ifrat maqnitlənmədə, yəni dəyişən maqnit selinin tezliyi artdıqca itgisi də o qədər böyüyüyür. İfrat maqnitlənmə üçün itgilər, histerezislə əlaqəli itgilərdir, əsasən dəmir, polad, çuquna meyillidir. Bu itgiləri  ört-basdır etmək üçün itgiyə gedən güc eyni zamanda maqnitsizləşən poladda var olan maqnit induksiya qiymətinə və poladın keyfiyyətinə də bağlıdır.

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov