ÜMUMİ TƏYİNATLI AÇARLAR

                                             Ümumi təyinatlı açarlar 
Cərəyanın növünə görə açarlar sabit, dəyişən, sabit və dəyişən cərəyan açarlara bölünürlər. Açarlar Cərəyanməhdudlaşdırıcı və cərəyanməhdudlaşdırmayaçı olurlar. Cərəyanməhdudlaşdırıcı açarlar – qərarlaşmış qiymətinə çatmamış qısa qapanma cərəyanı açan açarlardır. Cərəyanməhdudlaşdırmayaçı açarlar qısa qapanma zonasında və ya ondan kənarda vaxtsaxlama ilə yerinə yetirilirlər. Vaxtsaxlamadan mühfizənin selektivliyi məqsədi ilə istifadə edirlər. Açarlar bir neçə növə ayrılırlar: universal ( sabit və dəyişən cərəyanla işləyirlər ) , tapşırıql ( ümumi təyinatlı otaqlarda qurulurlar ), cəld işləyən sabit cərəyan, güclü generatorların maqnit sahəsini söndürən və s. Açarlar aşağıdakı əsas elementlərdən ibarətdirlər: baş kontakt sistemdən, qövssöndürücü sistemdən, intiqaldan , ayırıcı qurğudan , ayırıcılardan və köməkçi kontaktlardan.Şəkil 1-də universal açarın sadələşdirilmiş sxemi göstərilmişdir. Verilmiş vəziyyətdə açar və A və B çıxışlara qoşulmuş elektrik dövrəsi açıqdır. Açarı qoşmaq üçün tutqaç 3-ü saat əqrəbinin hərəkəti istiqaməti üzrə fırlamaq lazımdır. Yaranmış qüvvə 4 və 5 qolları sağa itələyərək açarın əsas daşıyıcı hissəsi 6-nı tərpənməz 0 oxu ətrafında saat əqrəbinin hərəkəti istiqaməti üzrə döndərəcək. Bu zaman əvvəlcə qövssöndürücü kontaktlar 8 və 9 qapanaraq cərəyan dövrəsini qoşurlar, sonra isə əsas kontaktlar 7 və 11 qapanırlar və qaytarıcı yay 2 gərilir. Qoşulmadan sonra sistem bütövlükdə kənar sağ vəziyyətdə xüsusi cəftə ilə saxlanılır ( şəkildə verilməyib ).
                                               Şəkil . Universal açarın sadələşdirilmiş sxemi
Elektromaqnit ayırıcının sarğacı 1-dən qısa qapanma cərəyanı keçdikdə, lövbərdə 4 və 5 qolları ölü nöqtənin arxasına keçirən elektromaqnit qüvvə yaranır və nəticədə açar avtomatiki olaraq yay 2-nin köməyi ilə açılır. Bu zaman kontaktlar açılır və onlarda yaranan qövs qövssöndürücü kamera 9-a üfürülərək orada söndürülür.
Öz aralarında şarnirlərlə bağlanmış qollar 4 və 5 ibarət sistem real açarlarda daha mürəkkəb qurğu olan ayırıcı qurğunun funksiyasını yerinə yetirir.
Ayırıcı qurğu açarın istənilən zaman anında açılmasına imkan verir, o cümlədən elektrik dövrəsində qısa qapanma mövcud olan halda qoşulma prosesi zamanıda.
Əgər 4 və 5 qolları ölü nöqtədən yuxarıya keçiriliblərsə, onda intiqal tutqacı 3 və hərəkətedici hissə 6 arasındakı sərt əlaqə pozulur və açar qoşulmur.
Ölü nöqtə 4 və 5 qolların elə bir vəziyyətinə uyğun gəlir ki, nə vaxt ki qolların fırlanma oxlarını birləşdirən О1О2 və О2О3 düz xəttlər bir xətdə yerləşirlər.
Ayırıcı qurğunun qollar sistemi elə qurulur ki, onların ayrılması üçün böyük olmayan qüvvələr tələb olunur.
Açar açılanda ilkin olaraq baş kontaktlar 7 və 11ayrılırlar və cərəyan bütövlükdə qövsədözümlü əlavəli qövssöndürücü kontaktların paralel dövrəsinə keçir. Baş kontaktlarda onların yanmamsı üçün qövs yaranmamalıdır. Qövssöndürücü kontaktlar baş kontaktlar böyük məsafəyə ayrıldıqda ayrılırlar. Onlarda yuxarıya üfürülüb qövssöndürücü kamera 9-da sönən elektriki qövs yaranır.Avtomat qoşulduqda ilkin olaraq qövssöndürücü kontaktlar qapanır, sonra isə baş kontaktlar. Kontaktların titrəməsi hesabına yarana biləcək elektrik qövsü yalnız qövssöndürücü kontaktlarda yaranıb söndürülür.
Avtomatik açarlar aşağıdakılarla xarakteizə olunurlar:
 nominal gərginlik – şəbəkənin açarın istifadə olunmasına icazə verən maksimal gərginliyi
 nominal cərəyan – uzun n müddət buraxıla bilən maksimal cərəyan
 məxsusi işədüşmə müddəti – nəzarət olunan parametr təyin edilmiş qiyməti aşdığı andan kontaktların ayrılması anına qədər keçən müddət və ya açılma impulsu veriləndən kontaktların ayrılması anına qədər keçən müddət. Bu müddət açarın ayırıcı qurğusunun ayrılma üsulundan və konstruksiyasından, açıcı yayın qüvvəsindən, hərəkətedici sistemin kütləsindən və kontaktların açılması anına qədər bu kütlənin keçdiyi yoldan asılıdır
 tam açılma müddəti – məxsusi işədüşmə müddəti üstə gəl qövssöndürücü qurğunun effektliyindən asılı olan qövsün söndürülmə müddəti
İstənilən avtomatın əsas elementi mühafizə olunan dövrənin verilmiş parametrinə nəzarət edən və ayrılma mexanizmə təsir göstərən ayırıcıdır. O açarın daxilində yerləşdirilir. Konstruktiv olaraq ayırıcılar iki tipdə yerinə yetirilirlər:
 elektromexaniki relelər bazasında
 statiki relelər bazasında ( yarımkeçirici elementlər )
Hal hazırda yarımkeçirici ayırıcılardan daha geniş istifadə olunur.
Onlar yaxşılaşdırılmış istismar xarakteristikalarına, cərəyanın və işədüşmə müddətinin geniş tənzimləmə diapazonuna malikdirlər, bu isə məmulatların unifikasiya olunmasına və onların az sayda nomenkluaturasını buraxmağa imkan yaradır, onlar çox saylı hərəkətedici hissələrə malik deyirlər.
Bu cür ayırıcıların ölçmə orqanlarında cərəyan transformatorlarından istifadə olunur, əsas elementlərdən biri isə zaman saxlama elementidir.
Aşağıdakı növ ayırıcılar mövcuddur:
 maksimal ayırıcı – qısa qapanma cərəyanı açır
 istilik ayırıcısı – ifrat yükləmə cərəyanı açır
 kombinəedilmiş – qısa qapanma və ifrat yüklənmə cərəyanları açır
 minimal gərginlik ayırıcısı – şəbəkə gərginliyi müəyyən qiymətdən aşağı düşdügdə və ya gərginlik yox olduqda cərəyanı açır
 müstəqil ayırıcılar – açarı məsafədn idarə etmək üçün

Previous Post Next Post

Contact Form