MAKSİMAL AYIRICI, İSTİLİK AYIRICISI, KOMBİNƏ EDİLMİŞ AYIRICI,MİNİMAL GƏRGİNLİK AYIRICISI

                                        Maksimal ayırıcı
Bir qütbün cərəyankeçirici xətti 1 ( şəkil 2) ayırıcının sarğacı ilə əlaqəlidir. Qısa qapnma cərəyanı axdıqda lövbər yay 4 dartaraq ayırıcının içliyinə dartılır. Açıcı valik 3 azad olunur və ayırıcı qurğuya təsir edir ( cəftəli qollar sistemi ). Işədüşmə cərəyanı 4 yayın gərilməsi ilə təyin edilir.
                                Şəkil . Maksimal ayırıcısı


                                     Istilik ayırıcısı
Istilik ayırıcısı bir axan cərəyanla qızan bimeltallik lövhədir. Buraxıla bilinən qiymətdən artıq cərəyan axdıqda bimeltallik lövhə əyilir və hərəkətedici kontaktı aralayan yayı hərəkətə gətirir və bununlada elektrik dövrəni qırır. İşədüşmə müddəti cərəyandan asılıdır ( zaman –cərəyan xarakteristikası ) və sanyalardan bir saata qədər dəyişə bilər. İstilik ayırıcısının işə düşməsi üçün tələb olunan cərəyanın qiyməti qoruyucunun nominal cərəyanının 1.45A təşkil etməlidir. Əriyən qoruyucudan fərqli olaraq avtomatik açar lövbər soyuduqdan sonra növbəti istifadəyə hazırdır.

                               Kombinəedilmiş ayırıcı
 Kombinəedici ayırıcıda ifrat yükləmələrdə elektroistilik ayırıcı işə düşür ( şəkil ) : bimetallik lövhə 2 qızma nəticəsində əyilir və 3 vintin köməyi ilə açıcı valik 4 döndərir. Qıza qapanma zamanı cərəyankeçirici 6-nı əhatə edən içlik 7-dən və lövbər 5-dən ibarət olan elektromaqniti ayırıcı işə düşür.

                             Şəkil. Kombinəedilmiş ayırıcı

                               Minimal gərginlik ayırıcısı
Minimal gərginlik ayırıcısı üç əsas hissədən ibarətdir: içlikdən, lövbərdən və sarğacdan. Nominal gərginlikdə lövbər dartılmış vəziyyətdədir. Gərginlik azaldıqda lövbər yayın təsiri nəticəsində düşərək cəftə vasitəsi ilə ayırıcı qurğuya təsir göstərir.

Previous Post Next Post

Contact Form