Saturday, February 17, 2024

Full text search documents( n qədər pdf.doc fayllarında keçən sözün hansı səhifədə və hansı kitabdan keçməsini görmək)

Yoldaşlar, sizin üçün kompüterdə və telefonda istifadə edə biləcəyiniz çox gözəl, faydalı tətbiq vasitəsindən söhbət açmaq istəyirəm. Belə ki, əsasən araşdırmaları sevən tələbə və mütəxəssilər üçün bu tətbiq çox əvəzedilməz olacaqdır. Məsələn, n qədər pdf formatında(əvvəlcədən qeyd edim ki, yazıları axtarıla bilən olmalıdır-OCR) kitablarınız var, siz o kitabların hansınınsa içində istədiyiniz sözün və ya mövzunun olmasını axtarmaq istəyirsiniz. O kitabları tək-tək açıb axtarış yerində yazı yazmaq əlbəttə çox bezdirici və yorucu olacaqdır. Lakin sizə, tövsiyə etdiyim proqram vasitəsilə, o proqramda kitabların olduğu faylın yerini qeyd edirsiniz, istədiyiniz açar söz o proqramda axtarışa verirsiniz, proqram həmən o sözün hansı kitablardan və hansı kitabların neçənci səhifəsində qeyd edildiyini göstərəcək, bilirsiniz bu nə deməkdir? Androiddə bu tətbiq çox möhtəşəmdir.
1. Android üçün
https://play.google.com/store/apps/details?id=com.okythoos.android.searchbeta

2. Windows üçün( 7 ədəd müxtəlif formada)
https://www.geckoandfly.com/32081/advanced-desktop-search/



Freeware To Search For Text Inside Multiple PDF Or Text Files At Once

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov