Elektrik sahələrinin öyrənilməsində bizi maraqlandıran birinci
məsələ, həmin sahələri xarakterizə edən sahə qüvvələrinin, və ya elektrik
induksiyalarının tapılmasıdır.
Elektrik induksiyasını, və ya elektrik induksiya selini, sahəni
yaradan elektrik yüklərindən asılı olaraq təyin etmək üçün adətən
Qauss-Ostroqradski teoremindən istifadə edilir. Bu teoremi elektrik sahəsinə
tətbiq etməklə, ondan elektrik sahəsi ilə əlaqədar olan texniki məsələlərin
həllində istifadə etmək olar.
Hər hansı qapalı səthdən çıxan
induksiya vektorlarının tam seli, bu səth ilə əhatə olunan mühitdəki yüklərin
cəminə bərabərdir.
Burada ds elementar səthin vektoru olub, həmişə öz səthinə normal istiqamətdə çəkilir. Şəkil 1.4-də 𝑠 qapalı səthi ilə əhatə olunmuş Q nöqtə şəkilli elektrik yükünü nəzərə alaq.
Əgər əhatəedici səth üzərində bir 𝑑𝑠 səth elementi nəzərə alınırsa, o zaman bu səthin mərkəzinə tətbiq olunmuş və bu nöqtəni 𝑄 yükü yerləşən nöqtə ilə birləşdirən r xətti böyunca istiqamətlənmiş induksiya vektoru