Maqnit sahəsinin enerjisi ilə mexaniki iş görmə imkanını, maqnit sahəsi vasitəsilə mexaniki təsirin ötürülməsini və digər müşahidələri nəzərə alaraq belə qərara gəldik ki, maqnit sahəsində enerji mövcuddur. İnduktivlikdən ibarət bir elektrik dövrəsinin müşahidələri əsasında maqnit sahəsində enerjinin varlığına əmin olduq.
Böyük induktivlikli bir dövrənin qoşulması zamanı yaranan güclü qövsü maqnit sahəsində toplanmış enerji ilə asanlıqla izah etmək olar: cərəyanın olduğu bir dövrədə maqnit sahəsi mövcuddur, maqnit sahəsində isə enerji vardır. Əgər dövrəni qırsaq, cərəyan yox olar, maqnit sahəsi də yox olar, nəticədə enerji də yox olar.
Lakin enerjinin saxlanılması qanunu mövcuddur və bu qanuna görə enerji bir formadan digər formaya keçə bilər (məsələn, istilikdən elektromaqnitə, kimyəvidən istiliyə və s.), lakin enerji heç vaxt itmir.
Şəkil 3-51. Elektrik lampası, qarşılıqlı induksiya
EHQ təsiri altında işıqlanır(közərir). Qida mənbəyi yalnız birinci tərəf dövrəyə
qoşulub, beləliklə, iki induktiv rabitəli
dövrədə, enerji ötürülməsi maqnit sahəsi vasitəsilə baş verir.
Gəlin dövrədən cərəyanı ayıraq. Maqnit sahəsində toplanan enerji qövs yaradaraq, havanı və paket açarını (rubilnik) qızdırmaqla yox olur. Bu hadisələri qatarın tormoz verdiyi anda dəmir yolda yaranan böyük qövslərlə müqayisə etmək olar. Dəmir yol qatarında bir toplanmış hərəkət enerjisi (kinetik enerji) mövcuddur. Qatarın dayanması bu enerjinin ortadan qalxması ilə bağlıdır; tormozlanma zamanı bu toplanmış enerji əsasən tormoz bəndlərinin (nakladka) və təkər bandajlarının qızması ilə yox olur.
Hamıya məlumdur ki, bu enerjiyə görə yerindən tərpənmə hərəkəti hər zaman çətinləşir: qatar və avtomobil necə ki tədricən sürətlərini azaldırlar, eləcə də tədricən sürət yığırlar.
İnduktivlikli dövrədə elektrik cərəyanının artması tədricən baş verir. Bu, belə izah oluna bilər: belə dövrədə cərəyanın artması (ani deyil) onun maqnit sahəsində enerjinin toplanması ilə bağlıdır və maqnit sahəsində enerjinin yığılması tədricən baş verir.
Şəkil 3-52. Sadə transformatorda, generator enerji mənbəyi dövrəsi
bir sağaca qoşulmuşdur; işlədici dövrəsi ikinci tərəf sarğaca qoşulur. Hər iki
sarğacda ümumi bir polad nüvəyə sarılır. Birinci tərəf sarğacdakı cərəyanın dəyişməsilə,
nüvədə maqnit selinin dəyişməsi ilə müşahidə olunur. Dəyişən maqnit seli,
ikinci sarğacda EHQ induksiyalayar.
Elektromaqnit sistemlərdə keçid proseslərinin müddəti mexaniki sistemlərdəki keçid proseslərinin müddətindən xeyli dərəcədə daha qısadır (elektrik dövrəsində cərəyanın artması və ya yox olması, avtomobil və ya dəmiryol qatarının sürət yığması və dayanmasından daha sürətlə baş verə bilər). Elektrik dövrəsində maqnit sahəsinin enerjisi () aşağıdakı düsturla ifadə edilir:
L- induktivlik(Hn);