Elektrik
təhlükəsizliyi üzrə 3-cü qrup üçün biliklərin yoxlanılmasına dair suallar.
Mövzu 1. Elektrik
qurğuları haqqında ümumi məlumatlar
- Hansı elektrik qurğuları işlək sayılır?
Gərginlik altında olan və ya kommutasiya aparatalarının qoşulması ilə gərginlik verilə bilən elektrik qurğusu və ya onun hissəsi. - Sıfır işçi (neytral) naqilləri necə işarələnir?
N hərfi ilə və mavi rənglə. - Elektrik qurğularının qoruyucu (mühafizə) yerləbirləşdirmə
naqilləri hansı hərflə və rənglə işarələnməlidir?
PE hərfi ilə və eyni qalınlıqlı sarı və yaşıl rəngli növbələnən uzununa və ya eninə zolaqlarla ( 15 mm-dən 150mm-dək olan şinlər üçün) işarələnməlidir. - Birləşmiş sıfır mühafizə (qoruyucu) və sıfır
işçi naqillər hansı hərflərlə və rənglə işarələnməlidir?
PEN hərfləri ilə və bu rənglərlə işarələnməlidir: mavi rəng naqilin uzunu boyu və sonlarında sarı-yaşıl zolaqlarla. - Üç fazalı dəyişən cərəyanda şinlər hansı
hərflərlə və rənglərlə işarələnməlidir?
Şinlər: A fazası- sarı; B fazası – yaşıl; C fazası – qırmızı rənglə. - Sabit cərəyanda şinlər hansı hərflərlə və rənglərlə
işarələnməlidir?
Müsbət şina (+) — qırmızı rənglə, mənfi şina (-) — göy; sıfır işçi M — mavi rənglə. - Dəyişən cərəyanlı daşınma elektrik
qəbuledicilərində hansı gərginlikdən istifadə olunmalıdır?
380/220 V-dan çox olmayan. - Elektrik təchizatı baxımından hansı elektrik
qəbulediciləri ikinci kateqoriyalı elektrik qəbuledicilərinə aiddir?
İşçilərin, mexanizmlərin və sənaye nəqliyyatının kütləvi dayanmalarına, mal-materialların kütləvi şəkildə buraxılmamasına (istehsal olunmamasına), xeyli sayda şəhər və kənd əhalisinin normal fəaliyyətinin pozulmasına səbəb ola bilən elektrik enerjisində fasilələr yaranan elektrik qəbulediciləri. - Elektrik təchizatı baxımından hansı elektrik
qəbulediciləri birinci kateqoriyalı elektrik qəbuledicilərinə aiddir?
İnsanların həyatı üçün təhlükəyə, dövlətin təhlükəsizliyinə təhlükə yaranmasına, xeyli miqdarda maddi ziyana, mürəkkəb texnoloji avadanlıqların pozulmasına, kommunal təsərrüfatın, rabitə və televiziya obyektlərinin xüsusilə mühüm elementlərinin funksiyasının (fəaliyyətinin) pozulmasına səbəb ola bilən elektrik enerjisində fasilələr yaranan elektrik qəbulediciləri. - İkinci kateqoriyalı elektrik qəbuledicilərinin
elektrik enerjisi ilə təchiz olunması üçün, neçə qida mənbəyi tələb olunur?
Bir birini qarşılıqlı rezervləyən (sığortalayan) iki müstəqil elektrik qida mənbəyi.
11. «Elektrik
Qurğularının Qurulması Qaydalar»ına (ПУЭ) görə çəpər (mühafizə) və bağlayıcı
quruluşlara hansı tələblər qoyulur?
Elə olmalıdır ki, onların götürülməsi və ya açılması yalnız açarların və ya alətlərin köməyi ilə mümkün olsun.
Elə olmalıdır ki, onların götürülməsi və ya açılması yalnız açarların və ya alətlərin köməyi ilə mümkün olsun.
- “Yüksək təhlükəli otaqlarda daşınma (əl)
fənərlərin qidalandırılması üçün hansı maksimal qərginlik tətbiq
olunmalıdır?
36 V-dan çox olmayan. - Qaynaq (avadanlığı) qoşulmuş paylayıcı
elektrik şəbəkəsində hansı maksimal gərginlik ola bilər?
660 V-dan çox olmayan. - Elektrik cərəyanından zədə almaqdan qorunmaq
üsuluna görə elektrik alətləri və daşınma (əl) elektrik maşınları necə
səciyyələnir?
4 sinifə bölünürlər: sıfır, birinci, ikinci və üçüncü. - İstehsalat otaqlarında ştepsel rozetkaları
hansı hündürlükdə quraşdırılmalıdır?
Döşəmədən 0,8-1,0 м hündürlükdə. - Qəza işıqlandırılması üçün hansı növ
fənərlərin (lampaların) istifadəsi tövsiyə olunur?
Lüminisent və ya közərmə lamapaları. - Pilləkənlərin bir fazalı (bir fazaya qoşulmuş
) qruppalı işıqlandırılmasına hər birinin gücü 60 Wt-a (wat) qədər olan neçə ədəd közərmə
lampasının qoşulmasına icazə verilir?
60 lampadan çox olmayaraq. - Tavan işqılandırılması üçün, hər birinin gücü
80 Wt-a (wata) qədər olan, neçə ədəd lüminisent lampasının bir fazaya qoşulmasına icazə
verilir?
60 lampadan çox olmayaraq. - Tavan işqılandırılması üçün, hər birinin gücü
40 Wt-a (wata) qədər olan, neçə ədəd lüminisent lampasının bir fazaya qoşulmasına
icazə verilir?
75 lampadan çox olmayaraq. - Tavan işqılandırılması üçün, hər birinin gücü
20 Wt-a (wata) qədər olan, neçə ədəd lüminisent lampasının bir fazaya
qoşulmasına icazə verilir?
100 lampadan çox olmayaraq. - Yolun hərəkət hissəsinin üstündə fənərlər
hansı hündürlükdə quraşdırılmalıdır?
6,5 м-dən az olmayaraq. - Trolleybusların kontakt xəttləri üzərində fənərlər
yolun hərəkət hissəsindən hansı hündürlükdə quraşdırılmalıdır?
9 м-dən az olmayaraq. - Piyada yolunda fənərlər torpaqdan (səkidən)
hansı hündürlükdə quraşdırılmalıdır?
3 м-dən az olmayaraq. - İnzibati binalarda ştepsel rozetkaları maksimum hansı
hündürlükdə quraşdırılmalıdır?
Döşəmədən 1,0 м-dən çox olmayan hündürlükdə. - İnzibati binalarda ümumi işıqlandırma
lampalarının (çıraqların) çeviriciləri (vıklyuçatel) döşəmədən hansı
hündürlükdə quraşdırılmalıdır?
0.8-dən 1.7 m-dək hündürlükdə.
Mövzu 2. Elektrik
qurğularında işlərdə qüvvədə olan norma və qaydaların ümumi müddəaları
- “Elektrik Qurğularının Qurulma Qaydaları-
“EQQQ”nın (ПУЭ) tələbləri hansı elektrik qurğularına şamil olunur?
Yeni inşa olunmuş (qurulmuş) və rekonstruksiya olunmuş sabit cərəyanlı və dəyişən cərəyanlı (750 kV-a qədər) elektrik qurğularına.
2.
Elektrik qurğularının qurulması hansı
normativ-texniki sənədlərin tələblərinə uyğun olmalıdır?
- “Elektrik Qurğularının Quruluşu Qaydaları -“EQQQ” (ПУЭ); - “İstehlakçıların Elektrik Qurğularının Texniki İstismar Qaydaları –“İEQTİQ” (ПТЭЭП); - “Elektrik Qurğularının Təhlükəsizlik Texnikası Qaydaları – “EQTTQ” (ПТБЭЭ); - QOST-lar (ГОСТ) , - “Tikinti Norma və Qaydaları- “TN və Q” (СниП) və s. normativ-texniki sənədlər.
- “Elektrik Qurğularının Quruluşu Qaydaları -“EQQQ” (ПУЭ); - “İstehlakçıların Elektrik Qurğularının Texniki İstismar Qaydaları –“İEQTİQ” (ПТЭЭП); - “Elektrik Qurğularının Təhlükəsizlik Texnikası Qaydaları – “EQTTQ” (ПТБЭЭ); - QOST-lar (ГОСТ) , - “Tikinti Norma və Qaydaları- “TN və Q” (СниП) və s. normativ-texniki sənədlər.
- Elektrik təhlükəsizliyi şəraitlərinə görə elektrik
qurğuları necə bölünür?
Gərginliyi 1000 V –a qədər və gərginliyi 1000 V-dan çox olan elektrik qurğulrı. - “Elektrik Qurğularının Təhlükəsizlik Texnikası
Qaydaları – “EQTTQ” (ПТБЭЭ) kimlərə şamil olunur?
Elektrik qurğularına texniki xidmət göstərən, bu qurğularda operativ çevirmələr edən, belə qurğularla bağlı montaj, sazlama, təmir, sınaq və ölçü işlərini təşkil və icra edən mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təşkilatların işçilərinə və digər fiziki şəxslərə şamil olunur. - “İstehlakçıların Elektrik Qurğularının Texniki
İstismar Qaydaları –“İEQTİQ” (ПТЭЭП) kimlərə şamil olunur?
Gərginliyi 220 kV –a qədər (daxil olmaqla) işləyən (fəaliyyətdə olan) elektrik qurğularını istismar edən, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təşkilatlara, fərdi sahibkarlara və gərginliyi 1000 V-dan yuxarı elektrik qurğularının sahibkarı olan vətəndaşlara. - Elektrik qurğularının istismarı zamanı qayda
və normaların pozulmasına görə
hansı məsuliyyət nəzərdə tutulur?
Qüvvədə olan qanunvericiliyə uyğun. - Elektrik qurğularına bilavasitə xidmət edən
şəxslər nəyə şəxsən məsuliyyət daşıyırlar?
Onların günahı ucbatından baş vermiş pozuntulara və həmçinin onların xidmət etdiyi elektrik qurğularındakı pozuntuların düzgün olmayaraq (səhv) aradan qaldırılmasına görə. - Elektrik qurğularını təmir edən işçilər nəyə (hansı
hallara görə) şəxsən məsuliyyət daşıyırlar?
Aşağı keyfiyyətli (keyfiyyətsiz) işlərin görülməsi səbəbəindən işdə pozuntulara görə. - Elektrik qurğularında və ya mühafizə
vasitələrində nasazlıqları gördükdə işçi nə etməlidir?
Dərhal bu haqda özünün bilavasitə rəhbərini, o olmadıqda isə - yuxarı vəzifəli rəhbəri məlumatlandırmalıdır. - İnsanları elektrik cərəyanı vurması baxımından
otaqlar necə səciyyələnir (klassifikasiya)?
- yüksək təhlükəli olmayan otaqlar; - yüksək təhlükəli otaqlar; - xüsusilə təhlükəli otaqlar; - açıq elektrik qurğuları olan sahələr. - Hansı otaqlar yüksək təhlükəli otaqlara aiddir?
А) Nəmişli və cərəyankeçirici tozu olan otaqlar
B) Döşəməsi dəmirdən, torpaqdan, dəmir-betondan və s. cərəyankeçirici materiallardan olan otaqlar.
C) Yüksək temperaturu ilə səciyyələnən otaqlar
D) Torpaqla, texnoloji avadanlıqlarla, mexanizmlərlə və s. ilə əlaqəsi (birləşməsi) olan binaların (tikililərin) metal-konstruksiyalarına bir tərəfdən və digər tərəfdən, elektrik avadanlqlarının metal gövdələrinə (açıq keçirici hissələrinə) eyni zamanda toxunmaq mümkünlüyü olan otaqlar. Sadalanan bütün otaqlar yüksək təhlükəli otaqlara aiddir. - Hansı otaqlar xüsusilə təhlükəli otaqlara
aiddir?
А) Nəmişli və cərəyankeçirici tozu olan otaqlar
B) Döşəməsi dəmirdən, torpaqdan, dəmir-betondan və s. cərəyankeçirici materiallardan olan otaqlar.
C) Yüksək temperaturu ilə səciyyələnən otaqlar D) Sadalanan bütün otaqlar xüsusilə yüksək təhlükəli otaqlara aiddir. - Hansı otaqlar elektrik otaqlarına aiddir?
İxtisaslı (peşəkar) xidməti heyətin daxil olması icazəsi olan elektrik avadanlqıları yerləşən otaqları və ya otaqların hasarlanmış hissələri. - Hansı otaqlar nəmişli sayılır?
Havasının nisbi rütubəti 75%-dən çox olan otaqlar. - Hansı otaqlar rütubətli sayılır?
Havasının nisbi rütubəti 60% -75% arasında olan otaqlar. - Hansı otaqlar quru sayılır?
Havasının nisbi rütubəti 60%-dən az olan otaqlar. - Hansı otaqlar xüsusilə nəmişli sayılır?
Havasının nisbi rütubəti 100%-ə yaxın olan otaqlar. - Hansı təşkilat elektrik qurğularında elektrik
təhlükəsizliyi qayda və normalarına əməl olunmasına dövlət nəzarətini
həyata keçirir?
Energetika Nazirliyinin “Dövlət Enerji Nəzarət İdarəsi”. - İstismara qəbuldan öncə hansı müdət ərzində elektrik
qurğularının əsas və köməkçi avadanlıqlarının kompleks yoxlanılması yerinə
yetrilir?
72 saat ərzində. - İstismara qəbuldan öncə hansı müdət ərzində
elektrik xəttlərinin kompleks
yoxlanılması yerinə yetrilir?
24 saat ərzində. - Tələb olunan qaydada istismara buraxılan
elektrik qurğularına elektrik enerjisinin verilməsi necə yerinə yetirilir?
Dövlət Enerji Nəzarət İdarəsindən icazə aldıqdan və enerji ilə təchiz edən təşkilatla müqavilə olduqdan sonra. - Kimlər elektrik qurğularının etibarlılığını və
təhlükəsizliyini təmin etməlidir?
İstehlakçılar.
Mövzu
3. Heyətə və onun hazırlığına olan tələblər
- Təşkilatın elektrotexniki heyəti hansı
qruplara bölünür?
- operativ; - inzibati-texniki; - operativ-təmir; - təmir. - Elektrotexniki heyətin elektrik təhlükəsizliyi
üzrə biliklərinin yoxlanılması hansı tezliklə aparılır?
İldə bir dəfədən az olmayaraq. - Elektrik qurğularına xidmət edən heyətin elektrik təhlükəsizliyi üzrə
biliklərinin yoxlanılması hansı vaxtaşırılıqla aparılır?
İldə bir dəfədən az olmayaraq. - Heyətin
biliklərinin növbədənkənar yoxlanılması hansı hallarda keçirilir?
Biliklərin növbədənkənar yoxlanılması əvvəlki yoxlamanın vaxtından asılı olmayaraq keçirilir: - İstehlakçı yeni və yenidən işlənilmiş norma və qaydalar tətbiq etdikdə; - yeni avadanlıq quraşdırıldıqda, rekonstruksiya olunduqda və ya elektrik və texnoloji sxemlər dəyişdirildikdə; - digər bir işə təyin olunduqda və ya köçürüldükdə, əgər yeni vəzifələr əlavə norma və qaydalar tələb edirsə; - işçi tərəfindən əməyin təhlükəsizliyi normaları (tələbləri) pozulduqda; - dovlət nəzarət orqanının tələbinə əsasən; - bədbəxt hadisələri və ya energetika obyektinin işində pozuntuları təhqiq edən komissiyanın qərarına əsasən; - daha yüksək qrupun verilməsi üçün biliyin artırılması hallarında; - biliyin yoxlanılmasında qeyri kafi qiymət aldıqdan sonra, yenidən biliyin yolxanılması halında; - həmin vəzifədə 6 aydan çox müddətdə fasilə yarandıqda. - İşçi,
elektrik təhlükəsizliyi üzrə sonuncu biliklərin yoxlanılmasında
qeyri kafi qiymət aldığı gündən sonra hansı müddət ərzində təkrarən
biliklərin yoxlanılmasından keçməlidir?
Sonuncu biliklərin yoxlanılması günündən etibarən 1 aydan gec olmayaraq. - Elektrotexniki heyət sərbəst işə buraxılmağa təyinat (icazə) alana qədər hansı
müddətdə təcrübəçi kimi çalışmalıdır?
2 növbədən 14 növbəyə qədər. - Qeyri elektrotexniki heyətə elektrik
təhlükəsizilyi üzrə I qrupu verməyə kimin səlahiyyəti çatır?
Həmin İstehlakçının (şirkət, firma və s.) elektrik təhlükəsizilyi üzrə qrupu III-dən az olmayan elektrotexniki heyətin. - Elektrotexnoloji heyətə kimlər aiddir?
Elektrotexnoloji qurğulara xidmət edən və işdə elektrik maşınlarını, daşınma elektrik alətlərini və fənərlərini istifadə edən heyət. - Operativ heyətə kimlər aiddir?
Elektrik qurğularını operativ idarə edən və onlara xidmət edən (baxışı, operativ çevirmələri, iş yerini hazırlamağı, işləyənlərə icazə və nəzarəti, cari istismarla bağlı işlərin yerinə yetirilməsini həyata keçirən) heyət. - Kimlər təmir heyətinə aiddir?
Elektrik avadanlıqlarına texniki qulluq edən və onları təmir, montaj, sazlayan və sınaqdan keçirən heyət. - Kimlər operativ-təmir heyətinə aiddir?
Təsdiqlənmiş həcmdə cavabdeh olduqları elektrik qurğularına operativ qulluq (xidmət) etmək üçün xüsusi öyrədilmiş və hazırlanmış təmir heyəti. - Hansı heyət qeyri elektrotexniki heyətə aiddir?
“Elektrotexniki” və “Elektrotexnoloji” heyət qisminə aid olmayan işçilər. - Elektrik təhlükəsizliyi üzrə III qrupun verilməsində hansı yaş məhdudiyyəti mövcuddur?
Elektrik təhlükəsizliyi üzrə III qrup, işçilərə yalnız 18 yaşı tamam olduqdan sonra verilə bilər. - Elektrotexniki heyətin sərbəst olaraq işə
buraxılmasından öncə, hansı müddətdə həmin heyətin ehtiyat heyət (дублирование) qismində olmalıdır?
2 növbədən 12 növbəyə qədər. - Əgər işçi ona ayrılmış müddətdə ehtiyat heyət
(дублирование) kimi lazımi bacarıqlara
yiyələnə bilmədisə, o halda onun ehtiyat heyət qismində çalışması hansı
müddətə artırıla bilər?
2 növbədən 12 növbəyə qədər. - Təmir heyətinə hansı vəzifələr aiddir?
Elektrik avadanlıqlarına texniki qulluq etmək və onları təmir, montaj, sazlamaq və sınaqdan keçirmək. - Elektrotexniki ali təhsilli işçinin elektrik
təhlüksəziliyi üzrə III qrupdan IV –cü qrupa keçməsi üçün nə qədər minimal iş stajı tələb olunur?
Əvvəlki (III) qrupda 2 ay. - İşçi, 1000 V-a qədər gərginlikli elektrik
qurğularına xidmətdən 1000 V-dan yüksək gərginlikli elektrik qurğularına
xidmətə keçirilərkən elektrik təhlükəsizliyi üzrə hansı başlanğıc qrupa
malik olmalıdır?
III qrup - Akkumulyator batareyalarına və yükləmə
quruluşlarına (зарядные устройства) xidmət etməyə kimlərin hüququ var?
Elektrik təhlükəsizliyi üzrə III qrupu olan xüsusi öyrədilmiş heyət. - Elektrik
qurğularındakı nəzarətçi nəyə cavabdehdir?
Briqada üzvlərinin elektrik qurğularında elektrik cərəyanından zədə almaqdan qorumağa (onların təhlükəsizliyinə) görə.
Mövzu 4. Elektrik qurğularında təhlükəsiz iş görülməsi qaydaları və şərtləri.
1.
Elektrik qurğularına təkbaşına qulluq
(xidmət) edən operativ heyətdən olan
işçilər
elektrik təhlükəsizliyi üzrə hansı qrupa mailk olmalıdırlar?
III qrupdan az olmayan.
- 1000 V-a qədər
gərginlikli elektrik qurğularına təkbaşına qulluq (xidmət) etməyə
kimlərin hüququ vardır?
Qrupu elektrik təhlükəsizliyi üzrə III-dan az olmayan təşkilatın operativ və operativ-təmir heyəti sırasından olan işçilər. - Aşağıda göstərilmiş tədbirlərdən hansılar
təşkilati tədbirlərə aiddir? Daha geniş cavablandırın.
- İşlərin cari istismar qaydasında naryadla, göstərişlə və ya işlərin siyahısı göstərilməklə tərtib olunması (оформление); - işə icazə; - iş vaxtı nəzarət; - işdə fasilələrin, digər işə (yerə) keçmənin və işin tamamlanmasının tərtib olunması (оформление). - İşlərin təhlükəsiz görülməsinə kimlər cavbdeh (məsul)
ola bilər? Cari istismar qaydasında yerinə yetrilən işlərə
naryad verən, sərəncam verən, işlərin siyahısını təsdiqləyən, işlərə cavabdeh
rəhbər, icazə verən, işləri yerinə yetirən, nəzarət edən, briqada üzvləri.
- Elektrik qurğularında işlərin yerinə yetirilməsinə (icrasına) verilən
naryad hansı müddətə verilir?
İşlərin başlanmasından etibarən 15 təqvim günündən çox olmayaraq. - Elektrik qurğularında işlərin yerinə yetirilməsinə (icrasına) verilən
sərəncam hansı müddətə verilir?
Sərəncam birdəfəlik (bir dəfə verilən) xarakter daşıyır və onun qüvvədə qalma müddəti icraçıların iş gününün davamiyyəti ilə müəyyən olunur (bağlıdır). - Cari təmir qaydasında (qismində) hansı
elektrik qurğularında işlər yerinə
yetirilə bilər?
Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında. - Sərəncamla yerinə yetiriləcək işlərdən öncə
elektrotexniki heyət hansı təlimatlandırmadan keçməlidir?
Məqsədli (Целевой). - Gərginliyin götürülməsi ilə işlərin
təhlükəsizliyini təmin edən texniki tədbirlər hansı ardılcıllıqla yerinə
yetiriliməlidir?
Lazımi (tələb olunan) ayırmaları yerinə yetirməli, lazımı yerlərdən qadağanedici təhlükəsizlik plakatlarını asmalı, cərəyandaşıyıcı hissələrdə gərginliyin olmamasını yoxlamalı, yerləbirləşdirməni qoşmalı (quraşdırmalı və ya onun olmasına əmin olmalı), göstərici plakatları asmalı. - Bir qayda olaraq hansı halda işlərin rəhbəri
təyin olunur?
Gərginliyi 1000 V-dan çox olan elektrik qurğularında. - Eelektrik qurğularında işlərə icazə verən
elektrik təhlükəsizliyi üzrə hansı qrupa malik olmalıdır?
Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında - üçüncü qrupa; Gərginliyi 1000 V-dan çox olan elektrik qurğularında - dördüncü qrupa. - Elektrik qurğularına nəzarət edən nələrə
cavabdehdir?
Elektrik qurğusunun elektrik cərəyanından zədəalma baxımından briqada üzvlərinin təhlükəsizliyinə. - Elektrik təhlükəsizliyi üzrə 3-cü qrupu olan
işçi gərginliyi 1000 V-dan çox olan elektrik qurğularında sərəncamla tək
olaraq hansı işləri görə bilər?
Transfarmatorların və kompressorların ventilyator və yağ nasoslarının elektrik mühərriklərində və mexaniki hissələrində. - Elektrik təhlükəsizliyi üzrə III qrupu olan briqada üzvü PQ-dakı
(Paylayıcı Qurğu) iş yerini müvəqqəti olaraq necə (hansı yolla) tərk edə
bilər?
İş icraçısının icazəsilə, sərbəst olaraq. - Gərginliyi 1000 V-a qədər olan hava elektrik
xəttlərində gərginliyin olmamasını yoxlamaq üçün, bu işləri neçə işçi
yerinə yetirməli və onlar elektrik təhlükəsizliyi üzrə hansı qrupa malik
olmalıdırlar?
Elektrik təhlükəsizliyi üzrə III qrupa malik iki işçi. - Səyyar sınaq qurğusundan istifadə etməklə
elektrik qurğularının sınağı hansı sənədə əsasən aparılır?
Naryada əsasən. - Elektrik qurğularının elektrik sxemlərinın
faktiki istismara uyğunluğunun yoxlanılması hansı tezliklə yerinə yetirilir?
İki ildə bir dəfədən gec olmayaraq yoxlama haqqında qeyd aparmaqla. - Ayrıca sahənin elektrik qurğularının operativ
sxemləri harada saxlanılmalıdır (olmalıdır)?
Operativ heyətin iş yerində. - Hansı halda elektrik mühərriki elektrik
qidalandırma şəbəkəsindən dərhal ayrılmalıdır?
А) Tüsütü müşahidə olunduqda və ya yanğın baş
verməsinin ilkin əlamətlərində.
B) İntiqal mexanizmi sıradan çıxdıqda (nasaz olduqda).
C) Diyircəkli yastıqlar (подшипник) müəyyən olunmuş (yolverilən) temperaturdan artıq qızdıqda.
D) İşçi heyətlə bədbəxt hadisə (xəsarətalma) baş verdikdə.
E) Qeyd olunan bütün hallarda. - Gərginliyi 1000 V-a qədər olan elektrik
qurğularında meqaommetrlə ölçü işlərini aparmaq üçün, elektrotexniki
heyətdə hansı sənəd olmalıdır?
Sərəncam. - Elektrik avadanlqılarında təmir işləri
apararkən və ya onlara planlı baxış keçirərkən, həmin iş yerinə
gərginliyin verilməsinin qarşısını almaq üçün, kommutasiya aparatlarının intiqallarında
hansı qadağanedici təhülksəzilik plakatları asılmaldır?
“İşə salma! Adamlar işləyir”. - Elektrik avadanlıqlarında təmir işləri
apararkən və ya onlara planlı baxış keçirərkən, həmin iş yerinə
gərginliyin verilməsinin qarşısını almaq üçün, ayırıcıların pnevmatik
işəsalıcılarına havanın verilməsini bağlayan (kəsən) siyirtmələrdən (задвижки) hansı
qadağanedici plakatalar asılmalıdır?
«Açmayın! Adamlar işləyir» - Cari istismar qaydasında (qismində) hansı
elektrik qurğularında işlər yerinə
yetirilə bilər?
Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında. - Aşağıda sadalanan işlərdən hansılar cari
istismar qaydasında 1000V-a qədər
olan elektrik qurğularında yerinə yetirilən işlərə aiddir?
Elektrik sayğaclarının, digər cihaz və ölçmə vasitələrinin çıxarılması və quraşdırılması.
Mövzu 5. Yerləbirləşdirmə və elektrik təhüksəziliyi üzrə
mühafizə tədbirləri. İldırımdan müdafiə.
- Toxunma gərginliyi nədir?
İki elektrik ötürücü hissə arasında və ya ötürücü hissə ilə yer arasındakı gərginlik, hansılara ki (bu hissələrə) eyni zamanda insanlar (və ya heyvanlar) toxuna bilər. - “Addım” gərginliyi nədir?
İnsanın addımına bərabər hesab olunan, yer səthində bir birindən 1 m məsafədə olan nöqtələr arasındakı gərginlik. - İzolyasıya pozulduğu halda (nasaz olan) həmin hissəyə
dolayısilə (косвенное прикосновение) toxunmaqla elektrik cərəyanından zədə
almaqdan qorunmaq üçün, hansı mühafizə tədbirləri tətbiq olunur?
Qoruyucu yerləbirləşdirmə. - Süni yerləbirləşdiricilər hansı materiallardan
hazırlanmalıdır (olmalıdır)?
Poladdan, sinklənmiş poladdan və ya misdən. - Mühafizə yerləbirləşdirməsi nəyə deyilir?
Elektrik təhlükəsizliyini təmin etmək üçün yerləbirləşdirmə. - İşçi yerləbirləşdirmə nəyə deyilir?
Avadanlığın etibarlı işləməsini təmin etmək üçün (elektrik təhlükəsizliyi baxımından yox) onun cərəyandaşıyıcı hissələrinin hansısa nöqtəsinin və ya nöqtələrinin yerləbirləşdirilməsi. - Yerləbirləşdirmə naqilləri yerləbirləşdiriciyə
və yerləbirləşdimə konstruksiyalarına necə birləşdirilir?
Qaynaq üsulu ilə və ya xüsusi sıxıcı vasitələrlə (bolt-qayka, xamut). - Yerləbirləşdirmənin görünən hissəsinin vizual
baxışı hansı müddətdən bir keçirilməlidir?
Qrafik üzrə altı ayda bir dəfədən az olmayaraq. - Yerləbirləşdirmə
quruluşlarının yeraltı hissələrinin seçimli olaraq qruntun açılması ilə
baxışdan keçirilməsi dövriliyi?
Qrafik üzrə, lakin 12 ildə bir dəfədən az olmayaraq. - Hansı halda yerləbirləşdiricinin elementi dəyişdirilməlidir?
Əgər onun en kəsiyi 50 %-dən çox aşınmışdırsa (dağılmışdırsa). - İldırım vurma
dərəcəsi baxımından hansı obyektlər xüsusi obyektlər hesab olunur?
Bilavasitə ətraf üçün, sosial və fisiki ətraf üçün təhlükə kəsb edən obyektlər. - İldırım vurma dərəcəsi baxımından hansı
obyektlər adi obyektlər hesab olunur?
Hündürlüyü 60 m-dən çox olmayan ticarət və sənaye istehsalı üçün nəzərdə tutulmuş binalar və həmçinin yaşayış və inzibati tikililər. - İldırımötürücü
(qəbuledici) quruluşlar hansı müddətdən bir yoxlanılır və onlara baxış
keçirilir?
İldə bir dəfə şimşək (ildırım) çaxma mövsümündan öncə. - İldırımötürücü quruluşların elektrik
müqavimətinın növbədənkənar ölçülməsi nə vaxt keçirilir?
İldırımötürücü quruluşlarda və həmçinin mühafizə olunan obyektlərin özündə və onların yaxınlığında təmir işləri aparıldıqdan sonra. - Açıq üsulla çəkilmiş yerləbirləşdirmə
naqilləri (şinləri) hansı rənglə boyanmalıdır?
Qara rəng. - Süni çəkilmiş yerləbirləşdirmə hansı rənglə
boyanmalıdır?
Onlar rənglənmir.
Mövzu 6. Mühafizə vasitələri
- 1000 V –a qədər gərginlikli elektrik qurğularında
işləmək üçün hansı mühafizə (qoruyucu) vasitələri elektrikdən mühafizə qismində
əsas izoləedici vasitələrə aiddir?
İzoləedici bütün növ ştanqlar, izoləedici maqqaşlar (kəlbətin), gərginlik ölçənlər, elektrik ölçmə maqqaşları, dielektrik əlcəklər, izoləedici əl alətləri. - 1000 V –a qədər gərginlikli elektrik
qurğularında işləmək üçün hansı mühafizə (qoruyucu) vasitələri elektrikdən
mühafizə qismində köməkçi izoləedici vasitələrə aiddir?
Dielektrik qaloşlar, dielektrik xalçalar, izoləedici altlıqlar, izoləedici qapaqlar, izoləedici örtüklər, izoləedici qoyulmalar (nakladka), izoləedici söykənən nərdivanlar, izoləedici qatlanan nərdivanlar, plastik materialdan olan izoləedici nərdivanlar. - 1000 V–dan çox gərginlikli elektrik
qurğularında işləmək üçün, hansı mühafizə (qoruyucu) vasitələri
elektrikdən mühafizə qismində əsas
izoləedici vasitələrə aiddir?
Bütün növ izoləedici ştanqlar, izoləedici maqqaşlar (kəlbətin), gərginlik ölçənlər. - Hansı mühafizə vasitələri fərdi mühafizə
vasitələrinə aiddir?
Başı, gözləri, nəfəs orqanlarını, sifəti, əlləri qoruyan mühafizə vasitələri, hündürlükdən yıxılmadan qoruyan mühafizə vasitələri, qoruyucu xüsusi geyimlər. - Elektrik qurğularında istifadə olunan mühafizə
(qoruyucu) vasitələri hansı müddətdən bir baxışdan keçirilməlidir
(yoxlanılmalıdır)?
6 ayda bir dəfədən az olmayaraq. - Istifadə (yararlıq)
müddəti keçmiş mühafizə vasitələrindən istifadə etmək olarmı?
Olmaz (qadağandır). - Işçi bilavasitə elektrikdən mühafizə (qoruyucu) vasitələrini istifadə etməzdən öncə, necə
təyin (müəyyən) edə bilər ki, elektrikdən mühafizə vasitələri istismar
sınaqlarından keçmişdir və istifadə üçün yararlıdır?
Mühafizə (qoruyucu) vasitələrinə vurulmuş ştampa və ya markalanmaya görə. - Hansı elektrik qurğularında nəzarət
(yoxlayıcı) lampalarından gərginliyi yoxlamaq üçün istifadə etmək olar?
Nəzarət lampalarını istifadə etmək qadağandır. - Hansı elektrik qurğularında gərginlik
göstəricilərindən istifadə edərkən dielektrik əlcəklər geyinilməlidir?
Gərginliyi 1000 V-dan artıq olan elektrik qurtğularında. - 1000 V-a qədər gərginlikli elektrik
qurğularında gərginliyin olmamasını yoxlamaq üçün, gərginlik göstərcisinin
nəzarət olunan tokdaşıyıcı hissələrlə bilavasitə hansı müddət ərzində
kontaktı təmin olunmalıdır?
5 saniyədən az olmayaraq. - Elektrikölçmə maqqaşları nə üçün nəzərdə
tutulub?
A) Gərginliyi 10 kV qədər olan xətlərdə cərəyanı ölçmək üçün.
B) Gərginliyi 1000 V qədər olan elektrik qurğularında cərəyanı ölçmək üçün.
C) Gərginliyi 1000 V qədər olan obyektlərdə gərginliyi və gücü ölçmək üçün.
D) Qeyd olunan bütün olçmələr üçün. - Hansı elektrik qurğularında dielektrik
əlcəklər elektrikdən əsas izoləedici mühafizə vasitələri kimi istifadə
olunur?
Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında. - Hansı elektrik qurğularında dielektrik
əlcəklər koməkçi (əlavə) izoləedici elektrik mühafizə vasitələri kimi
istifadə olunur?
Gərginliyi 1000 V-dan artıq olan elektrik qurğularında. - Dielektrik əlcəklərdə deşiyin (yırtığın) olması
hansı üsulla yoxlanılır?
Barmaqlara tərəf büküb (fırladaraq) yığmaqla. - Hansı elektrik qurğularında dielektrik
qaloşlar istifadə olunur?
Gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında. - Hansı elektrik qurğularında dielektrik botlar
istifadə olunur?
Bütün elektrik qurğularında. - Mühafizə dəbilqəsi nə üçün nəzərdə tutlumuşdur?
А) İşləyənin başını mexaniki zədələrdən
qorumaq üçün.
B) İşləyənin başını sudan və aqressiv maddələrdən qorumaq üçün.
C) İşləyənin başını 1000 V-a qədər elektrik cərəyanı altında olan cərəyandaşıyıcı hissələrə təsadüfən toxunduqda elektrik cərəyanından qorumaq üçün. D) Bütün sadalanan təhlükələrdən qorunmaq üçün.
B) İşləyənin başını sudan və aqressiv maddələrdən qorumaq üçün.
C) İşləyənin başını 1000 V-a qədər elektrik cərəyanı altında olan cərəyandaşıyıcı hissələrə təsadüfən toxunduqda elektrik cərəyanından qorumaq üçün. D) Bütün sadalanan təhlükələrdən qorunmaq üçün.
- Sadalanan plakatlardan hansı plakat qadağanedici
plakata aiddir?
А) “Qoşma! Adamlar işləyir”.
B) «Dayan! Gərginlik»
C) «Dırmaşma! Öldürər»
D) «Ehtiyatlı ol! Elektrik gərginliyi»
19. Sadalanan
plakatlardan hansı xəbərdaredici plakata
aiddir?
А) “Qoşma! Adamlar işləyir”.
B) «Gərginlik altında iş. Təkrarən qoşmamalı!»
C) «Yerlə birləşdirilmişdir» D) “Ehtiyatlı ol! Elektrik gərginliyi”
А) “Qoşma! Adamlar işləyir”.
B) «Gərginlik altında iş. Təkrarən qoşmamalı!»
C) «Yerlə birləşdirilmişdir» D) “Ehtiyatlı ol! Elektrik gərginliyi”
- Sadalanan plakatlardan hansı göstərici (məlumatverici) plakata aiddir?
А) “Qoşma! Adamlar işləyir”.
B) «Gərginlik altında iş. Təkrarən qoşmamalı!»
C) “Yerlə birləşdirilmişdir”.
D) “Ehtiyatlı ol! Elektrik gərginliyi” - “Ehtiyatlı ol!
Elektrik gərginliyi” plakatı hansı növ elektrik təhlükəsizliyi plakatına aiddir?
Xəbərdaredici. - “Yerlə birləşdirilmişdir” plakatı hansı növ elektrik təhlükəsizliyi plakatına aiddir?
Göstərici (məlumatverici). - Dielektrik xalçaların xarici görünüşünə olan
tələblər?
Onların üz tərəfi kələkötür olmalı və bir rəngdə olmalıdırlar. - Elektrik transformatorlarının giriş qapısında quraşdırılan
“Ehtiyatlı Ol! Elektrik gərginliyi” xəbərdaredici plakatın fonu (fon
rəngi) hansı rəngdə olmalıdır?
Sarı - Yüksək gərginlikli elektrik xəttlərinin
dəmir-beton dirəklərinə trafaretlə həkk olunan “Ehtiyatlı Ol! Elektrik
gərginliyi” xəbərdaredici plakatın fonu (fon rəngi) hansı rəngdə
olmalıdır?
Fon kimi dəmir-beton dirəyin səthinin öz rəngi (yəni boz).
26. “Elektrik
qurğularının qurulması qaydaları”na görə çəpərləmə və bağlayıcı quruluşlara
hansı təhlükəsizlik tələbləri qoyulur.
Elə olmalıdır ki, onları çıxarmaq və ya açmaq açarla və ya alətlə mümkün olsun.
Elə olmalıdır ki, onları çıxarmaq və ya açmaq açarla və ya alətlə mümkün olsun.
Mövzu 7. İlkin yardım
- Elektrik cərəyanı insan orqanizminə hansı
spesifik təsirə malikdir?
А) Termiki (istilik) təsir.
B) Mexaniki təsir.
C) Elektrik (biokimyəvi) təsir.
D) Bütün qeyd olunanlar spesifik təsirlərə aiddir.
2.
Hansı elektrik cərəyanı insan üçün
daha təhlükəlidir: sabit və ya dəyişən?
Dəyişən cərəyan
Dəyişən cərəyan
- İnsan
bədənindən elektrik cərəyanının axma yolları “петли тока”?
Əl-əl, əl-ayaq, əl-baş, ayaq-ayaq, baş-ayaq. - İnsan
elektrik cərəyanından zədə aldıqda (cərəyana düşdükdə) ilk öncə nə
etmək lazımdır?
Elektrik cərəyanını ayırmalı (söndürməli, təcrid etməli). - “Addım gərginliyi” zonasında necə hərəkət
etməli?
«Qaz yerişilə”- pəncələri bir birindən ayırmadan. - Elektrik cərəyanına düşən və bu zaman özünü
normal hiss edən insanın tibbi yardıma ehtiyacı vardırmı?
İstənilən halda ehtiyac vardır. - İnsan bədənindən keçən dəyişən elektrik
cərəyanının hansı səviyyəsi ölüm təhlükəli hesab olunur?
100 мА - Elektrik xətti yerə düşmüş yerdən maksimal
hansı radiusda “addım gərginliyi”nə düşmək olar?
Naqilin yerə toxunan yerindən 8 m radiusda. - Elektrik cərəyanından xəsarətalmış insana
hansı ardıcıllıqla həkiməqədər ilkin yardım göstərilməlidir, əgər həmin
şəxs şüurda deyilsə, lakin boyun arteriyalarında nəbz varsa?
Nəbzin olmasına əmin olmalı, yan tərəfə çevirərək ağızındakı qusuntunu təmizləməli (əgər varsa), başına soyuq kompress qoymalı, ehtiyac varsa yaraya (zədələnmiş yerə) sarğı və şina qoymalı, təcili tibbi yardım çağırmalı.
10.
Gərginliyi 1000
V-a qədər olan elektrik qurğularını hansı ilkin yanğınsöndürmə vasitələri ilə
söndürmək olar?
Quru tozlu və ya karbon qazlı odsöndürücü ilə. |