Showing posts with label Ali Özdemir:Elektrik-Elektronika müəllimi. Show all posts
Showing posts with label Ali Özdemir:Elektrik-Elektronika müəllimi. Show all posts

Thursday, December 13, 2018

Ali Özdemir:Elektrik-Elektronika müəllimi, 53 Kitab müəllifi

Xoş o kəsin halına ki, həm sağlığında həm bu dünyada olmuyandan sonra belə, insanların qəlbində silinməz bir iz qoymuşdur. Ümumiyyətlə, hər bir insan bu dünyada bir missiya sahibidir. O, ona düşən missiyanı yerinə yetirib, xalqına və vətəninə xeyir vermək üçün əlindən gələni edir. Bu insanlardan biridə Türkiyə vətəndaşı olan Ali Özdemir hocadır. Mən(Səfa Məcidov) gənc olsamda, elektrotexnika və elektronika elminə zəhmətimin bahasına azda olsa bələd olmuşam. Son zamanlar, Türk dilində olan texniki kitablarla marağlandım və qarşıma ən çox Ali Özdemirin kitabları çıxdı. Bu insan istirahət bilmədən 23 il ərzində 56 kitab yazmış bir şəxsdir. Hardasa 30 kitabını Elektrik-Elektronika haqqında yazmışdır. Bu kitabların siyahısına http://www.aliozdemir.net saytından baxıb, ala bilərsiz.  Həqiqətən, bir kitabı yazıb başa çatdırmaq böyük məharətliklə yanaşı əziyyət tələb edir. Ali Özdemir müəllimin şəxsi saytından bu kitabları ala bilərsiniz. Mənim bu müəllimlə az-çox dostluqumda var. Çox xoşbəxt insanam belə bir böyük insanla ünsiyyət saxlaya bilmişəm. Türkiyə-Azərbaycan dedikdə, ağlıma iki dövlət bir millət anlamı gəlir. Yəni Ali Öz demir türk dilində  texniki kitab yazmaqla, o həm də azəri dildə təhsil almış şəxslərə yazdığı kitablarla böyük təkan verir. Kaş məndə xalqıma, vətənimə belə bir layiqli övlad olum. Və əlimdən gələni edərəm ki, belə bir şəxslərdən olum. Sizi Ali Özdemirin şəxsi həyatıyla və onun haqqında hazırlanmış reportajla tanış edirəm:


01.10.1968de Bolunun Kıbrıscık rayonunun Bölücekkaya Kəndində anadan olub. Öz növbəsində Bölücekkaya Kənd İbtidai Məktəbi, Kıbrıscık Orta Məktəbi, Bolu İzzət Baysal Sənaye Peşə Liseyi Elektrik bölümü, Mərmərə Universiteti, Texniki Təhsil Fakültəsi, Elektrik Müəllimliyi Fakültəsini bitirmişdir.
 1989-ci ildə bitirdiyi universitet təhsili sonrası Ədirnə Uzunkörpü Sənaye Peşə Məktəbində müəllim işləməyə başladı.
 1991-ci ildə Manisa Mərkəz Sənaye Peşə Liseyinə təyin oldu. 1995-ci ilə qədər bu məktəbdə çalışdıqdan sonra öz arzusu ilə Bolu İzzət Baysal Sənaye Peşə Liseyinə nəql oldu. 1998-ci ildə həmin məktəbin elektron hissəsi dirijorluğu təyin edildi. Bu məktəbdə vəzifə edərkən əlavə olaraq Abant İzzət Baysal Universiteti, Bolu Peşə Yüksək Məktəbi, Sənaye Elektron Proqramının bəzi dərslərini (xaricdən təhsil vəzifəlisi olaraq) verdi. Həftə sonları ECA Yurdsuzda Fondunun Boludakı Təhsil Mərkəzində elektronla əlaqədar olaraq açılan kurslarda tərbiyəvi olaraq vəzifə aldı.
 2006-ci ildə mütəxəssis müəllim adını qazandı.Elektrik, elektronika, kompyuter, avtomobil elektronika, iş təhlükəsizliyi, bədən dili, təsirli ünsiyyət, İngilis, şəxsi inkişaf, keyfiyyət və s ilə bağlı, Türkiyə miqyasında bölüşdürülməsi quruculuq 50dən çox kitabı var.
  Kitablarını qazanc ilə deyil, ölkənin elminə, mədəniyyətinə töhfə üçün dəyər qiymətinə satır.

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov