Showing posts with label Skalyar və vektor idarə etmə sistemi. Show all posts
Showing posts with label Skalyar və vektor idarə etmə sistemi. Show all posts

Monday, March 5, 2018

ASİNXRON MÜHƏRRİKİNİN SKALYAR VƏ VEKTORLU İDARƏ EDİLMƏSİ

Rotorun fırlanmasının bucaq sürətini və müasir fırşasız mühərriklərin valındakı momenti tənzimləmək üçün vektorlu və skalyar elektrik intiqal idarə etməsi istifadə edilir.
Skalyar idarə etmə:
Ən məhşur olan, məsələn fan(ventiliyator) və ya nasosun sürətini idarə etmək üçün asinxron mühərrikin skalyar idarə edilməsidir, rotor sürətini sabit saxlamaq yetərlidir, bunu üçün təzyiq sensorundan və ya sürət  sensorundan yetərli əks əlaqə almaq olar. 
Skalyar idarə etmə prinsipi sadədir: qidalandıran gərginliyin amplitudası tezliyin funksiyasıdır, həm də gərginlik-tezlik münasibəti (əlaqəsi)  təxminən sabit olur.
Bu asılılığ valdakı yükdən asılıdır, ancaq prinsip eyni qalır, tezliyi artırdıqda mühərrikin yük xarakteristikasına bağlı olaraq gərginlik proposional olaraq artacaqdır.
Nəticədə, roto və stator arasındakı boşluqda olan maqnit seli hardasa sabit qalar. Gərginlik-tezlik münasibəti bu mühərrikin nominalından çox meyl edərsə, mühərrikdə artıq təsirlənmə yada natamam təsirlənmədən mühərrikdə itgilər və ya işləmə müddətində problemlər əmələ gəlir. 
Beləliklə, skalyar idarə etmə, tezlikdən asılı olmayaraq, işçi tezlik aralığında valda hardasa sabit bir moment əldə etməyi təmin edər, ancaq aşağı sürətlərdə moment azalmağa başlayar(belə olmaz gərginlik tezlikm münasibətini artırmaq lazımdır), bu səbəblə hər mühərrik üçün işçi sklalyar idarə etmə diapazonu təyin edilməldir. Bundan başqa, valda qurulan sürət sensoru olamasan sürətin skalyar idarə etmə sistemini qurmaq mümkün deyil, çünki yüklənmədə qidalanma gərginliyinin tezliyi rotorun real fırlanma sürətinin geri qalmasına güclü təsir edir. Ancaq hətta skalyar idarə etmədə sürət tənzimlənməsini yüksək dəqiqliklə aparmaq olur.(buda iqtisadi məqsədə uyğundur.). Skalyar idarə etmənin çatışmayan cəhəti, tətbiq sferasının nisbətən aciz olmasıdır, xüsusəndə yükdən asılı olmayan asinxron mühərriklərinin idarə edilməsində.

Vektorlu idarə etmə:
Bu çatışmazlıqları aradan qaldırılması üçün 1971-ci ildə Simens kompaniyasının mühəndisləri vektor idarə etmə sistemini təklif etdilər, hansı ki əks əlaqə maqnit selinin qiymətində asılı oldu.
Bu gün bu metoda yanaşma bir qədər başqadır: mühərrikin riyazi modeli rotorun fırlanma sürətini  və fazaların(tezlikdən və stator dolağ cərəyanın qiymətindən) cari cərəyanlarından asılı olaraq valdakı momenti hesablamağa icazə verir. Bu yanaşma, heçnədən asılı olmayaraq inersiyasız tənzimləmədə valdakı momenti, yüklənmədə valdakı fırlanma sürətini, bu prosesdə fazadakı cərəyanları bilmək imkanını verir. Bəzi vektorlu idarə etmədə daha dəqiq sürəti ədə etmək üçün, sensorsuz sistemlərlə yəni əks əlaqə sxemləri ilə təchiz edilmişdir. Bu və ya digər elektrik intiqalının tətbiq edilmə sahəsindən asılı olaraq, vektorlu idarəetmə sistemi tənzmimlənmənin dəqiqliyi ilə öz əksini tapmışdır.
Sürət tənzimlənməsinun dəqiqliyinin 1,5 faiz meyilliyi tələb olunduqda sürət tənzimlənməüi 1-100 aralığını keçmədikcə sensorsuz sistem məsləhət görülür. Sürət  tənzimlənməsinin dəqiqliyi 0,2 faizdən çox deyilsə  olunarsa sürət tənzimi 1-1000 aralığıdırsa bir sürət sensorunun olması məsləhətdir, 1 Khs-ə qədər kiçik tezliklərdə belə həssas moment idarə etməsinə icazə verir.
Deməli, vektorlu idarəetmə aşağıdakı müsbət cəhətlərə malikdir.
- Val üzərində dinamik olaraq dəyişən yük şərtlərində belə sıçramadan rotorun fırlanma sürətini  dəqiqliklə idarə etmək(sürət sensoru olmadan)
- Aşağı tezlikdə valın sıçrayışsız və dəqiq fırlanması
-Mənbə gərginliyinin optimal xarakteristikaları şəraitində aşağı itkilərə görə yüksək FİƏ.

İzləyici sayı

Axtarış

Diqqət!

Müəllifin adı və ya blogun linkini istinad göstərmədən paylaşmaq, özünküləşdirmək qəti qadağandır. Sizə olunan yaxşılıqları qiymətləndirməyi bacarın.
Hörmətlə: Səfa Məcidov