İNJEKTOR VƏ KARBÜRATORUN İŞ PRİNSİPİ

Məlum olduğu kimi, müasir avtomobillərdə yanacaq qarışığı hazırlamaq üçün iki qurğu istifadə edilir: injektor və karbürator. İlk baxışda, hər iki aqreqatın iş prinsipi bir-birinə çox bənzəyir, ancaq karbüratorlu mühərriklərin sayı azalarkən, nədən injektorların sayı artmaqdadır? Bu halın əsas çatışmazlığı, işlənmiş qazların qarışığının Avropa standartlarına cavab verməməsidir. Karbüratorun ətraf üçün təhlükəsiz qarışığ hazırlaması çox mürəkkəbdir, bu səbəblə tarixi olaraq ilk yanacaq  qarışığıyla hazırlanmış avtomobillər bazarda daha azlıq təşkil edir. Ancaq ekoloji normalara cavab verməsi, sistemdəki tək fərq deyil. İnjektor ilə karbürator arasındakı fərqi və sürücü üçün daha yaxşı olanı anlamaq üçün, hər iki qurğunun iş prinsipinə baxmalıyıq.

İnjektor və karbüratorlu mühərrikinin iş prinsipi
"İnjektor" sözü, ingiliscə "inject" yəni püskürmə deməkdir. Deməli injektor- elektron tənzimləmə bloku tərəfindən idarəedilərək püskürtülür. Qurğunun çalışması dizel mühərriklərdə istifadəedilən sistemə bənzəyir: yanacaq birbaşa yanma kamerasına forsunkanın köməyilə püskürür. İşçi qarışığının hazırlanması dəqiq şəkildə tənzimlənməsi səbəbindən, çox markalı müasir avtomobil modelləri injektorlu istehsal edilirlər.
"Karbürator" fıransızca «Сarburation»sözündən gəlmişdir. Bu qurğu tərkibə və benzinin oktan ədədinə uyğun olaraq yanacağın və havanın payını bölərək öz korpusunun daxilində yanacaq qarışığını hazırlayır.  Oktan ədədi — göstəricidir, hansı ki, yanacağın partlayıcı dayanıqlığını xarakterizə edir, karbürator daxili yanma mühərriklərində tətbiq edilir (adətən benzin, dizel yanacağının və aviasiya ağ neftinin xarakteristikasıda istifadə olunmur). Alınan qarışığ sadəcə, yaranmış təzyiq fərqinə görə giriş kollektorundan(vpusknoy kollektor) sorulur.
Karbürator, mühərrikin dövr sayını analiz edə bilən datçiklərlə(verici) təchiz edilməmişdir, buna görə yanacaq qarışığının eyni "porsiyası" yanma kamerasına daxil olur olur buda, yüksüz(xalastoy) rejimin maksimum sürətdə hərəkətinə səbəb olur. Bu benzinin qeyri-rasional sərfiyyatına və böyük miqdarda zərərli işlənmiş qazların ekologiyaya  ziyan vurmasına gətirib çıxarar.                                Şəkil. Yanma kamerasında korbürator və injektor                             
İnjektorda belə mənfi cəhətlər yoxdur, çünki elektron blok daimi olaraq mühərrikin sürətini izləyər və benzin püskürməsini tənzimləyər. Yüksək dəqiqliyə görə, yanacaq ekonom olaraq sərf olunacaq və ətrafa minimum miqdarda zərərli işlənmiş qazlar çıxacaqdır. Bu qazlar Avropa standartlarına uğun olaraq icazə verilən qədərdən çox olmuyacaqdır.

Karbüratorun müsbət və mənfi cəhətləri
Karbüratorun əsas müsbət cəhəti qulluqu asandır. İşçi qarışığının tərkibini tənzimləmək üçün onun haqqında bəsit məlumatı oxumaq kifayətdir. Bu halda karbürator dəqiq bir şəkildə bir dəfə tənzimləndiyində uzun müddət problemsiz çalışa bilər. Yanacaq qarışığını təmir etmək üçün, vint açan(otverka) və qayka açarı kimi  kifayət bahalı alətlərə və cihazlara ehtiyac yoxdur. Bütün bu proseslər, avtoservisə müraciət etmədən qarajda ikən reallaşa bilər. İnjektor və karbürator arasında əhəmiyyətli bir fərq vardır, çünki injektordakı problemlərin düzəltilməsi(özümüzün təmiri) o qədər asan deyildir.

Karbüratorlu avtomobil, keyfiyyətsiz yanacaqla doldurula bilər, çünki hardasa kirə, çirkə bir o qədər həssas deyildir. Keyfiyyətsiz yanacaq istifadəsinin tək problemi , jiklyörün((mayelərin yaxud qazların işlənməsini qaydaya salmaq üçün cihaz) çirkdən, zibildən tıxanması ola bilər, ancaq asan təmizlənə bilər və ya üfürülə bilər..
                                                                 Şəkil. Sadə Karbürator Qurğusu
Karbürator aqreqatının əhəmiyyətli müsbət cəhəti mühərrik təsirinin güclü olmasıdır. Mühərrikin çalışma şəkli təkan(rıvok) olmadan sürətli şəkildə dəyişir. Karbüratorlu avtomobillə dik yolları çıxmaq-düşmək, palçığlı yollarda getmək asandır. Karbüratorun mənfi cəhətləri bunlardır:
işlənmiş qazlarda zərərli maddələrin tərkibinin artması;
tempratur fərqlərinə qarşı yüksək həssas;
benzinin qeyri rasional sərfiyyatı;
Karbürator etibarlıdır və qulluqu asandır, ancaq çatışmazlıqları çox əhəmiyyətldir və eynilə müsbət cəhətləridə.

İnjektorun müsbət və mənfi cəhətləri
İnjektorlu mühərrikin gücü karbüratorluyla müqayisədə 10% artırıla bilər. Xüsusi yanacaq püskürmə metodu, alışdırma bucağının düzgün tənzimlənməsi, sorma kollektorunun konstruksiyası- bütün bu faktorlar gücün artmasına imkan yaradır.
Əlavə olaraq, injektor sistemləri daha ekonomik karbüratordur. Elektronika, mühərrik sürətinə bağlı olaraq benzin miqdarını tənzimləyir. İdarəetmə blokunun dəqiq çalışmasından dolayı, daha az zərərli işlənmiş qazlar çıxacaq, çünki yanacaq qalığsız olaraq yanacaq(yanmayan yanacaq qalmaz).
                                                                   Şəkil . İnjektorlu mühərrik

İnjektorlu mühərriki qışda işə salmaq daha asandır, çünki isinməyə ehtiyac duymaz, sistem avtomatik olaraq çalışar və ətraf mühitin tempraturundan asılı deyildir. Konstruksiyalarında karbüratorlu avtomobillərdə olduğu kimi paylayıcı(tramblyor) yoxdur.
İnjektorun sayıla bilən mənfi cəhətləri:
Diaqnotikası və təmiri çətindir
Benzinin keyfiyyətinə həssasdır
Ehtiyyat hissələri çox bahadır
Hər nə qədər çatışmazlıqları olsa belə, qüsurları yox kimi bazarlarda hakimdirlər.

İnjektorla karbüratorun fərqi

İki yanacaq sistemi arasındakı fərqlərin siyasını göstərək:
İnkektor, karbüratorun əksinə olaraq, yanacaqın keyfiyyətinə həssasdır.
İnjektor karbüratordan daha gec xarab olur, ancaq təmiri daha bahadır
İnjektor karbüratordan daha ekonomikdir
İnjektor ekologiyaya karbüratordan zərərsizdir
İnkektor dəyişən tempraturlara həssas deyildir.
İnjektor yanacağı yanma kamerasına püskürər, karbüratordan gələn yanacaq qarışığı silindirə sorular(əmilər).

İnjektor və karbürator arasındakı fərq aydındır. Yanacaq ekonomikası və ekoloji standartlara cavab vermə, avtomobil istehsalçılarının injektorlu mühərrkikləri istifadə etməyə məcbur edir.
Previous Post Next Post

Contact Form