Güc transformatorlarının istismarı

 Güc transformatorları (силовые трансформаторы) enerji sisteminin (энергосистема) ayrılmaz elementləridir. Bu elementlər çox mühüm bir funksiyanı yerinə yetirir — elektrik enerjisini (электроэнергия) bir gərginlik (напряжение) qiymətindən digərinə, enerji ötürülməsi və ya son istehlakçıların qidalanması üçün tələb olunan qiymətə çevirmək.

Energetikanın (энергетика) ən mühüm vəzifələrindən biri avadanlığın, o cümlədən güc transformatorlarının, normal və fasiləsiz iş rejiminin təmin edilməsidir. Bu isə yalnız düzgün istismar (эксплуатация) ilə mümkün ola bilər. Bu məqalədə güc transformatorlarının istismar xüsusiyyətlərini nəzərdən keçirəcəyik.


Paylayıcı transformatora (распределительный трансформатор), yarımstansiyanın (подстанция) əsas və ən vacib elementi kimi, istismar şərtləri (условия эксплуатации) çərçivəsində əsas texniki və istismar xarakteristikalarının (технические и эксплуатационные характеристики) təmin olunması, müasir ekoloji tələblərə (требования экологии) uyğun iş rejiminə, qəza hallarında zərərli emissiyaların (вредные выделения) olmamasına və elektroizolyasiya mayesinin (электроизоляционная жидкость) yayılmasının qarşısının alınmasına dair olduqca yüksək tələblər irəli sürülür.

Güc transformatorlarının quraşdırılmasına olan tələblər

Əvvəla qeyd etmək lazımdır ki, güc transformatorlarının (силовые трансформаторы) düzgün və qəzaların baş vermədən istismarı yalnız onların quraşdırılmasına dair tələblərə riayət edildiyi halda mümkündür.

Qaz mühafizəsi (газовая защита) ilə təchiz olunmuş konstruksiyalı transformatorlar avadanlıq üçün nəzərdə tutulmuş təməl(fundament) üzərinə kiçik bir mailliklə (уклон) yerləşdirilməlidir. Bu zaman transformatorun üst qapağı qaz relesi (газовое реле) istiqamətində 1-1,5% və yağxətti (маслопровод) genişləndiriciyə doğru 2-4% mailliyə malik olmalıdır. Nominal gücü 1000 kVA-dan az olan transformatorlar, adətən, qaz mühafizəsi ilə təchiz olunmur və buna görə də onlar mailsiz quraşdırılır.

Güc transformatorunun düzgün istismarının ən vacib şərtlərindən biri onun iş prosesində normal temperatur rejiminə (температурный режим) riayət edilməsidir. Buna görə də transformatorun quraşdırılmasına dair istehsalçı zavodun bütün tələblərini yerinə yetirmək çox vacibdir.

Bu halda əsas məqsəd — transformatorun iş rejiminin ətraf mühitin temperaturunun mümkün dəyişiklikləri nəzərə alınmaqla, normal yüklənmə şəraitində (под нагрузкой) təmin edilməsidir.

Transformatorun temperatur rejimində işi (температурный режим работы трансформатора)

Transformatorun normal temperatur rejimində işi, ilk növbədə, konstruktiv olaraq nəzərdə tutulmuş soyutma sistemi (система охлаждения) vasitəsilə təmin edilir. Müvafiq olaraq, güc transformatorunun (силовой трансформатор) normal istismarı yalnız soyutma sisteminin düzgün və effektiv işlədiyi halda mümkündür.

Transformator qapalı kamerada (закрытая камера) quraşdırıldıqda, standart soyutma sistemindən əlavə olaraq, otaqda effektiv ventilyasiya (вентиляция) təmin edilməlidir. Kiçik gücə malik transformatorlar üçün, adətən, təbii ventilyasiya (естественная вентиляция) ilə kifayətlənilir.

Yerli şəraitdən, güc transformatorunun iş xüsusiyyətlərindən və gücündən asılı olaraq, avtomatik giriş-çıxış ventilyasiyasının (принудительная приточно-вытяжная вентиляция) tətbiqi də nəzərdə tutula bilər. Transformatorun soyutma effektivliyi vurulan və çıxarılan hava arasındakı temperatur fərqinə görə müəyyən edilir və bu fərq 15 dərəcəni keçməməlidir.

Yağlı transformatorların (масляные трансформаторы) dolaqlarının istiliyinin kompensasiyası, bu  dolaqların yerləşdirildiyi transformator yağı (трансформаторное масло) vasitəsilə təmin edilir.

İstismar zamanı dolaqların zədələnməsinin qarşısını almaq üçün transformatorun çənində (бак трансформатора) yağın tələb olunan səviyyəsi təmin olunmalıdır. Buna görə də transformatorun istismarı zamanı genişləndirici çəndəki (расширитель бака) yağ səviyyəsinin nəzarətdə saxlanılması nəzərdə tutulur.

Yağın səviyyəsi icazə verilən sərhədlər daxilində olmalı və ətraf mühitin temperaturuna uyğun, həmçinin transformatorun cari yüklənməsi (нагрузка) nəzərə alınaraq tənzimlənməlidir.

Həmçinin, transformatorlarda yağın üst qatlarının temperaturunu nəzarətdə saxlamaq üçün termometrlər (термометры) və ya temperatur sensorları (датчики температуры) quraşdırılır. Bu temperatur müəyyən edilmiş soyutma sisteminə (система охлаждения) dair tələblərə uyğun olmalıdır.


Transformatorun yüklənmə rejimi (нагрузочный режим работы трансформатора)

Yüklənmə rejiminə nəzarət (контроль нагрузочного режима) güc transformatorunun (силовой трансформатор) istismarı zamanı ən vacib məsələlərdən biridir. Transformatorun hər bir dolağından keçən yük cərəyanı (ток нагрузки) nominal qiymətini (номинальное значение) aşmamalıdır.

Cüzi həddən artıq yüklənmələrə (перегрузки) icazə verilir, lakin bu yüklənmələrin qiyməti və davametmə müddəti bir çox amillərdən asılıdır və istismar sənədlərində (документация по эксплуатации) göstərilir.

Müəyyən edilmiş normadan artıq davamlı(fasiləsiz) yüklənmə transformatorun istismar müddətinə mənfi təsir göstərir. Buna görə də güc əksikliyi (нехватка мощности) baş verdikdə transformator mövcud tələblərə uyğun daha güclüsü ilə əvəz edilməlidir.

Mövsümi yüklənmə düşgüsü (сезонные перепады нагрузок) zamanı güc çatışmazlığı problemini həll etmək üçün əlavə bir transformator quraşdırmaq və zərurət yarandıqda onu paralel işləməyə (параллельная работа) qoşmaq mümkün ola bilər. Lakin transformatorların paralel işləməyə qoşulması (включение на параллельную работу) yalnız bir neçə şərtin yerinə yetirilməsi ilə mümkündür:

  • dolaqların birləşmə qruplarının (группы соединения обмоток) bərabərliyi;
  • transformatorların nominal güclərinin (номинальные мощности) nisbətinin 1:3-dən çox olmaması;
  • nominal gərginliklərin (номинальные напряжения) bərabərliyi (transformasiya əmsalları (коэффициенты трансформации) arasında 0,5%-ə qədər fərqə icazə verilir);
  • qısaqapanma gərginliyinin (напряжение короткого замыкания) bərabərliyi (10%-ə qədər sapmaya icazə verilir);
  • dolaqların birləşdirilməsi zamanı fazalanmanın (фазировка) düzgünlüyü.

Güc transformatorlarının istismarı zamanı yanğın təhlükəsizliyi (пожарная безопасность при эксплуатации силовых трансформаторов)

Güc transformatorları (силовые трансформаторы) yüksək yanğın təhlükəsi olan avadanlıqlardır. Buna görə də onların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına (правила пожарной безопасности) ciddi riayət olunmalıdır.

Transformatorun quraşdırıldığı qapalı kamerada (закрытая камера) və ya açıq paylayıcı qurğunun (открытое распределительное устройство) ərazisində zəruri yanğınsöndürmə vasitələri (средства пожаротушения) mövcud olmalıdır — qum qutuları (ящики с песком), yanğınsöndürənlər (огнетушители).

Böyük gücə malik transformatorlar üçün xüsusi avtomatik yanğınsöndürmə qurğuları (автоматические установки для тушения пожара) quraşdırılır. Bu halda, transformatorların istismarı bu qurğuların işləkliyini və texniki vəziyyətini dövri olaraq yoxlamağı nəzərdə tutur.

Böyük həcmdə transformator yağına (трансформаторное масло) malik olan transformatorlarda, çənin hermetikliyinin pozulması halında yağın yayılmasının qarşısını almaq üçün xüsusi yağ qəbul edicilər (маслоприемники) quraşdırılır. Bu qurğular boru kəmərləri vasitəsilə yağ yığıcı rezervuarla (резервуар-маслосборник) birləşdirilir. Transformatorun zədələnməsi halında bütün yağ həcmi yağ yığıcıya axıdılır.

Enerji obyektlərində (энергетические объекты) yanğın təhlükəsizliyi məsələlərində xidmət personalının (обслуживающий персонал) hazırlanmasına xüsusi diqqət yetirilir: yanğın təhlükəsizliyi qaydalarının öyrənilməsi (обучение), biliklərin dövri yoxlanılması (периодическая проверка знаний), yanğına qarşı təlimlərin (противопожарные тренировки) keçirilməsi və yerli şərait nəzərə alınmaqla xüsusi yanğınsöndürmə sxemlərinin (схемы пожаротушения) işlənməsi təşkil edilir.

Güc transformatorlarının mühafizəsi (защита силовых трансформаторов)

Güc transformatorlarının (силовые трансформаторы) istismarı onların müəyyən edilmiş istismar müddəti ərzində qoruyucu qurğuların (защитные устройства) mövcudluğu sayəsində təmin edilir. Bu qurğuların əsas vəzifəsi transformatorları arzuolunmaz həddən artıq yüklənmələrdən (перегрузки) və daxili zədələnmələrdən (внутренние повреждения) qorumaqdır.

Bu səbəbdən transformatorların istismarı, həmçinin, rele mühafizə (релейная защита) və avtomatikanın elementlərinin vaxtında yoxlanmasını və texniki xidmətini nəzərdə tutur.

Transformator avadanlığının işçi (funksional) diaqnostikası (enerjidən ayırmadan diaqnostika))

Transformator avadanlığının diaqnostikasının bir çox vəzifələri arasında “sürətli” diaqnostikanın (быстрая диагностика) rolu xüsusi vurğulanır. Bu diaqnostika transformatorun vəziyyətini qısa zaman intervalında, məsələn, dolaqlar arasında qapanma kimi qüsurların inkişafı ilə müqayisə edilə bilən müddətdə qiymətləndirməyə imkan verir.

Belə metodların işlənib hazırlanması praktikada mövcud nəzarət-ölçü aparatlarının (контрольно-измерительная аппаратура) tələblərə tam cavab verməməsi səbəbindən xüsusi aktuallıq kəsb edir.

Elektroizolyasiyanın keyfiyyətinə nəzarət üçün elektrik sahəsinin intensivliyinin ölçülməsi

Güc transformatoru yarımstansiyanın ən vacib və baha başa gələn avadanlıqlarından biridir. İstismar zamanı transformatorların izolyasiyasına həm ildırım ifrat gərginlikləri (грозовые перенапряжения), həm də daxili ifrat gərginliklər (внутренние перенапряжения) təsir göstərir ki, bu da izolyasiyanın zədələnməsinə səbəb ola bilər.

Buna görə də izolyasiyanın keyfiyyətinə nəzarət (контроль качества изоляции), istismar zamanı yaranmış ifrat gərginliklərdən baş verən deşilmələrin aşkar edilməsi mühüm məsələlərdən biridir. Bu məsələlərin həlli elektrik avadanlıqlarının etibarlılığını xeyli artırmağa imkan verir.

Yüksək gərginlikli transformatorların çıxışlarında elektrostatik sahənin intensivliyinin (напряженность электрического поля) ölçülməsindən istifadə edərək, ölçmə zondu (измерительный зонд) ilə elektrik sahəsində yığılan yükləri müəyyən etməklə tədqiq edilən yüksək gərginlikli avadanlığın etibarlılığı haqqında qiymət vermək mümkündür.

İntensivlik ölçmə cihazı (измеритель напряженности) həssas zonddan və ölçmə aparatından ibarətdir. Zond həssas elektrodlarla təchiz edilmiş konstruksiyadır və bu elektrodlar sistemin koordinat oxlarına simmetrik şəkildə yerləşdirilmişdir.

Məhsulun keyfiyyətini və elektrik deşilməsinin (электрическая прочность) ehtiyatını müəyyən etmək üçün əsas vasitə potensialın (потенциал) deyil, sahə intensivliyinin (распределение напряженности) ölçülməsi olmalıdır.

Transformator səthində sahə intensivliyinin normal və tangensial mürəkkəbələrinin(нормальная и тангенциальная составляющие напряженности поля) paylanması məhsulun keyfiyyətini (качество изделия) əks etdirir. Bundan əlavə, müşahidə olunan intervalda korona işıqlanmasının (свечение короны) başlandığı görünür. Bu, həmin sahənin elektrik deşilməsi (электрическая прочность) baxımından zəif nöqtə olduğunu və radio maneələrinin (источник радиопомех) mənbəyi kimi çıxış etdiyini təsdiqləyir.

Enerji obyektlərində güc transformatorlarının istismarı (эксплуатация силовых трансформаторов на энергетических объектах)

Güc transformatorlarının yarımstansiyalarda fasiləsiz və uzunmüddətli işləməsini təmin etmək üçün onların istismarı aşağıdakı tədbirləri əhatə edir:

  • avadanlığın mütəmadi baxışlarının (периодические осмотры) aparılması;
  • planlı cari və əsaslı təmir işlərinin (плановые текущие и капитальные ремонты) həyata keçirilməsi;
  • qəza hallarından sonra nasazlıqların aradan qaldırılması (устранение неисправностей после аварийных ситуаций).

Transformatorlara peridik baxış (периодичность осмотров)

Transformatorların baxış periodu elektrik qurğusunun növündən asılıdır:

  • daimi növbətçi personalın olduğu elektrik qurğularında baxışlar gündə bir dəfə aparılır;
  • daimi personal olmayan qurğularda ayda bir dəfədən az olmayaraq;
  • paylayıcı məntəqələrdəki transformatorlar isə altı aydan bir yoxlanılır.

Transformatorun yük rejimindən (нагрузочный режим), ətraf mühitin temperaturundan (температура окружающей среды), həmçinin avadanlığın texniki vəziyyətindən (техническое состояние) asılı olaraq baxış periodu dəyişdirilə bilər.

Qəza vəziyyətlərində, mühafizə sistemlərinin (защита) işə düşməsi və ya ətraf mühitin temperaturunun kəskin dəyişməsi halında növbədənkənar baxışlar həyata keçirilir.

Güc transformatorlarının baxışı zamanı yoxlanan parametrlər

Transformatorların baxışları onların söndürülmədən aparılır. Baxış zamanı aşağıdakılar yoxlanılır:

  • temperatur sensorlarının (датчики температуры) göstəriciləri, yağın genişləndiricidəki səviyyəsi (уровень масла) və bu məlumatların ətraf mühitin orta gündəlik temperaturuna və transformatorun yük səviyyəsinə uyğunluğu;
  • transformator çənində xarici çatırtı səslərinin (потрескивания) və ya normal iş üçün xarakterik olmayan digər səslərin olmaması;
  • yerlə birləşdirici naqilin (şinin) bütövlüyü (целостность заземляющего проводника);
  • izolyatorların (изоляторы) bütövlüyü, çirklənmənin olmaması və hermetik girişlərdə yağ sızıntısının olmaması;
  • şinləmə və kontakt birləşmələrinin vəziyyəti, onların həddən artıq qızmasının olmaması;
  • transformator çənində, boru kəmərlərində və digər konstruksiya elementlərində yağ sızıntısının olmaması;
  • havaqurutma cihazındakı (воздухоосушитель) siqnal silikagelin vəziyyəti;
  • yağ təmizləyici avadanlıqların (маслоочистное оборудование) və soyuducu qurğuların (охлаждающие устройства) işləkliyi və düzgün fəaliyyəti;
  • Gərginliyin yük altında tənzimlənməsi qurğusu (РПН) varsa, RPN-in göstəricisinin transformatorun üzərindəki mövqeyi ilə mühafizə, idarəetmə və avtomatika panelindəki göstəricilərə uyğunluğu.

Mühafizə panelində (панель защит) həmçinin aşağıdakılar yoxlanılır:

  • yük cərəyanı (ток нагрузки) və hər tərəfdəki gərginlik səviyyələrinin göstəriciləri;
  • mühafizə və avtomatika sistemlərindən xarici siqnalların olmaması;
  • açma cihazlarının mövqeyinin normal iş sxeminə uyğunluğu.

İstehlakçıların gərginlik səviyyələrinə nəzarət

Transformatorların istismarı istehlakçıların gərginlik səviyyələrinə nəzarəti də əhatə edir. Gərginliklərin icazə verilən dəyərlərdən kənarlaşması halında, gərginlik ya təsirlənməsiz qoşulma (ПБВ) ya da yük altında  (РПН) vasitəsilə tənzimlənir.

Андрей Повный

Эксплуатация силовых трансформаторов


Previous Post Next Post

Contact Form