Mənbə: https://www.gohz.com/what-is-impedance-of-transformer
Faizlə empedans rəsmi olaraq empedans gərginliyi adlanır. Bu, transformatorun nominal cərəyanını dövriyyəyə buraxmaq üçün tələb olunan və nominal gərginliyin faizlə ifadə olunan təchizat gərginliyidir.
Bu, transformator zavodda qısaqapanma sınağı ilə ölçülür. Alçaq gərginlikli dolağı qısaqapanır və yüksək gərginlikli dolağa qida(giriş) gərginliyi tətbiq edilir. Qida gərginliyi elə artırılır ki, transformatorun nominal cərəyanı axmağa başlasın. Bu zaman tətbiq olunan gərginliyin qiyməti empedans gərginliyi adlanır. Bu empedans gərginliyi transformatorun nominal gərginliyinə bölündükdə, faizlə empedans gərginliyi (%Z) alınır. Bu hal ümumiyyətlə transformatorun faizlə empedansı adlanır
Məsələn, əgər bir transformatorun üzərində 8% müsbət ardıcıllıqlı empedans yazılıbsa, bu o deməkdir ki, transformatorun nominal cərəyanını əldə etmək üçün nominal gərginliyin 8%-i qədər gərginlik tələb olunur. Əgər yüksək gərginlikli dolağın nominal qiyməti 220 kV-dursa, o zaman
0.08 × 220 kV = 17.6 kV gərginlik, alçaq gərginlikli dolağı qısa qapadıb, nominal tam yüklü cərəyanı almaq üçün kifayət edir. Bu sınaq adətən normal soyutma şəraitində (məsələn, təbii hava və yağla; məcburi hava ventilyatorları və ya məcburi yağ nasosları olmadan) həyata keçirilir.
Müsbət ardıcıllıqlı empedans üç fazalı qısaqapanma sınağı ilə, sıfır ardıcıllıqlı empedans isə tək fazalı qısaqapanma sınağı ilə təyin olunur.
Faizlə empedans həm də transformatorun hansı sistemə daha uyğun gəldiyini göstərən yaxşı bir göstəricidir – yəni sistemin qısaqapanma gücü və gərginlik tənzimlənməsi baxımından.
Əgər sistem zəifdirsə (yəni empedansı yüksəkdirsə), gərginlik tənzimlənməsi problemləri ola bilər və faiz empedansı yüksək olan transformator bu vəziyyəti daha da pisləşdirə bilər. Uzun paylayıcı xətlərin ucunda aşağı %Z-li (2-3%) transformatorlardan istifadə edilir, çünki əks halda böyük mühərriklərin işə buraxılması zamanı gərginlik düşgüsü ciddi problem yaradır.
Əvəzində, yüksək %Z-li transformatorlar qısaqapanma cərəyanlarını azaltmaq üçün əlverişlidir, xüsusilə çox sərt (yəni empedansı az) sistemlərdə istifadə olunduqda – bu, sistemdəki açarların və digər avadanlıqların layihə sərhədləri daxilində işləməsini təmin edir.