Floresan lampa starter olmadan işləyə bilərmi?

 Starter daxilində bimetal zolaq (bimetal strip) olan kiçik bir neon borusudur. Gərginlik ilk dəfə tətbiq edildikdə borudan cərəyan keçmir, amma starter işləyir. O, ballasta və borunun hər iki ucundakı qızdırıcılara (tube heaters) kifayət qədər böyük cərəyan göndərir; bu qızdırıcılar qızarır və qırmızı rəngdə parlayaraq onların üzərində kondensasiya olunmuş civəni buxarlandırır. Qısa bir müddətdən sonra starterin içindəki bimetal qızır və dövrəni açır. Bu zaman ballas induksiya sarğacı(makara) kimi işləyərək əsas borunun uclarına yüksək gərginlikli impuls göndərir və boruda boşalma (strike) baş verir. Borudan cərəyan keçməyə başladıqdan sonra starterin yenidən işə düşməsi üçün kifayət qədər gərginlik mövcud olmur.

Borunu starter olmadan soyuq vəziyyətdə işə salmaq üçün yüksək gərginlikli impuls yaratmaq üçün başqa vasitəyə ehtiyac var. Soyuq boruda civə buxarı kondensasiya olunmuş vəziyyətdə olduğundan, əvvəlkindən xeyli yüksək gərginlik tələb olunur. Lakin boru işə düşdükdən sonra o qədər qızır ki, qalan civə buxarlanır. “Elektron” ballastlar ümumiyyətlə bu şəkildə işləyir – əvvəlcə aktiv elektronika vasitəsilə borunu işə salır, sonra isə cərəyanı məhdudlaşdırır. Kompakt floresan lampalar (CFL-lər) da adətən bu şəkildə işləyir və əgər birini söküb baxsanız, əsas hissəsində güc tranzistoru və kiçik transformator olan bir dövrə lövhəsi görərsiniz. Siz həmçinin CFL lampalarının əvvəlcə solğun işıqlandığını və bir dəqiqə ərzində tədricən parladığını da müşahidə etmisiniz. Bu müddət civənin buxarlanması və qızması üçün tələb olunan vaxtdır.


Əgər sizin sualınız standart floresan lampanı(buna armatur da deyirlər) starter olmadan necə işə salmaq barədədirsə, bu, starterin kontaktlarını təxminən bir saniyəlik əl ilə qısaqapanma etməklə mümkündür. Lakin bu üsul olduqca təhlükəlidir, çünki təsadüfən qısaqapanmanı təmin edən naqilə toxunsanız, özünüzü elektrik cərəyanına verə bilərsiniz. Üstəlik, dövrəni açdığınız anda bir neçə kilovoltluq impuls yaranır ki, bu da sizi stuldan salıb boynunuzu qıra bilər.


Post a Comment

Previous Post Next Post

Contact Form