SİNXRON KOMPENSATORLAR

Yüksüz çalışma üçün nəzərdə tutulmuş sadələşdirilmiş konstruksiyalı sinxron mühərriki sinxron kompensator adlanır.

Elektrik enerjisinin əsas işlədiciləri, aktiv gücdən başqa, generatorlardan reaktiv güc də tələb edirlər. Maqnit sahəsini yaratmaq üçün böyük maqnitlənmə reaktiv cərəyanlar tələb edən işlədicilərin sırasına asinxron mühərriklər, transformatorlar, induksiya sobaları və başqalar aiddir.  Bununla əlaqədar olaraq paylayıcı şəbəkələr adətən geri qalan cərəyanla işləyir. Generatorla istehsal edilən reaktiv güc ən kiçik xərclərlə alınır. Ancaq generatorlardan reaktiv gücün ötürülməsi transformatorlarda və ötürmə xətlərində əlavə itkilərlə bağlıdır. Buna görə reaktiv gücün alınması üçün sistemin mərkəzi yarımstansiyalarında malik olan sinxron kompensatorların tətbiqi iqtisadi cəhətdən əlverişli olur. Sabit cərəyanla təsirlənmə nəticəsində sinxron mühərriklər  cos= 1-lə işləyə bilər  və bu halda şəbəkədən reaktiv güc sərf etmirlər, və işləçə vaxtı, çox təsirlənməylə şəbəkəyə reaktiv gücü verirlər. Nəticədə şəbəkənin güc əmsalı yaxşılaşır və onda gərginliyin və itkinin düşməsini azalır, həmçinin elektrik stansiyalarında işləyən generatorların güc əmsalı yüksəlir.

Sinxron kompensatorlar, şəbəkənin güc əmsalını kompensasiya etmək və işlədici yüklərinin cəmləşdiyi rayonlarda normal şəbəkə gərginlik səviyyəsinini qorumaq üçün nəzərdə tutulmuşdur. Sinxron kompensator - təsirlənmə cərəyanının dəyişməsiylə valında yüku olmuyan mühərrik rejimində işləyən sinxron maşındır. Artlq təsirlənmə rejimində, cərəyan gərginliyi qabağlayır,yəni bu gərginliyə görə tutum cərəyanıdır, təsirlənməmiş rejimdə cərəyan gərginlikdən geri qalır, buda induktiv rolu oynayır.  Belə rejimdə sinxron maşın kompensatora çevrilir —yəni reaktiv cərəyan generatoruna.

Sinxron kompensator normalda təsirlənmə iş rejimində şəbəkəyə reaktiv güc verir. Sinxron mühərriklər, intiqal sistemi yoxdur və işləmə şəklinə görə, yüksüz rejimdə işləyən sinxron mühərriklərdir. Bununla əlaqədar olaraq kompensatorları, istehlak yarımstansiyalarında qurulan kondensator batareyalarındakı kimi eyni hədəfə xidmət edir, həmçinin reaktiv güc generatoru adlandırırlar. İşlədici yüklərinin azalması vaxtı(məsələn,gecə), sinxron kompensatorlar, şəbəkədən induktiv cərəyan və reaktiv güc işlədirkən , təsirlənməmiş rejimdə çalışmalıdırlar, çünki bu halda şəbəkə gərginliyi artmağa başlayar və bu gərginliyi induktiv cərəyanla yükləmək lazım olar. 

Bunun üçün, hər sinxron kompensator, təsirlənmə sıxaclarının gərginliyinin sabit qalması üçün, təsirlənmə cərəyanının qiymətini tənzimləyən avtomatik təsirləndirmə və ya gərginlik tənzimləyici ilə təchiz edilirlər. Güc əmsalımı yaxşılaşdırmaq və buna görə cərəyan ilə gərginlik arasındakı bucağı φсв-dən φк-yə salmaq üçün reaktiv gücə ehtiyac vardır.
P — orta aktiv güc, Kvt; φсв — faza sürüşməsi, orta ölçülmüş güc əmsalı; φк — faza sürüşməsi, hansı ki, kompensasiyadan sonra alınmışdır; a — a, kompensasiya cihazlarını quraşdırmadan güc faktorunun mümkün artımını nəzərə almaq üçün hesablamalara daxil edilən 0,9-a bərabər olan bir əmsaldır. İnduktiv sənaye yüklərinin reaktiv cərəyanlarının kompensasiyasından başqa, sinxron kompensatorlar elektrik ötürücü xəttində lazımdır. Uzun ötürücü xətlərdə kiçik yüklənmələr vaxtı, xətdə tutum üstünlük təşkil edir, və onlar qabaqlayıcı cərəyanla işləyirlər. Bu cərəyanı kompensasiya etmək üçün, sinxron kompensator geriləmə cərəyanla işləməlidir, yəni, təsirlənməyən rejimdə işləməlidir..
Elektrik ötürücü xəttinin yüklənməsi vaxtı, elektrik enerjisinin işlədicilətin induktivliyi üstünlük təşkil edir, elektrik ötürücü xətti geriləmə cərəyanla işləyir. Bu halda sinxron kompensator qabaqlayıcı cərəyanla işləməlidir, yəni təsirlənmə rejimində işləməlidir.. Güc xətlərindəki yükün dəyişməsi, faza sürüşməsinə və reaktiv gücün dəyiməsinə səbəb olur və bu da xətdə gərginliyin dalğalanmasına səbəb olacaqdır. Bununla əlaqədar olaraq, tənzimləməyə ehtiyac olacaqdır. Sinxron kompensatorlar adətən rayon yarımstansiyalarında qurulur. Tranzist güc ötürücü xətlərinin sonunda və ya ortasında gərginliyi tənzimləmək üçün, gərginliyi dəyişmədən və ya mühafizəedəcək sinxron kompensatorlu yarımstansiyalar qurulur. Bu kimi sinxron kompensatorların çalışması avtomatikdir və bu səbəblə istehsal edilən reaktiv gücün və gərginliyin qiymətinin səlist avtomatik tənzimlənmə sistemi qurulur. Asinxron işə buraxmanın həyata keçirilməsi üçün, bütün sinxron kompensatorlar qütb sonluqlu(+ və -) işə salma dolağlarıyla təchiz edilirlər. Bəzi hallarda, birbaşa reaktorlu işə buraxmayla təchiz edilir.Bəzi hallarda, eyni val üzərində qoşulmuş işəburaxma fazalı asinxrol mühərriklərin köməyilə də güc kompensatorları istifadə edilir. Şəbəkəylə sinxronizasiya üçün, adətən öz-özünə sinxronlaşdırma metodu istifadə edilir. Sinxron kompensatorlar aktiv gücü yaratmadıqları üçün, onlar üçün statik sabitliyni itirmiş olur. Buna götə, generatorlar və mühərriklərdən də daha kiçik hava boşluğu ilə hazırlanırlar, aralığın kiçilməsi təsirləndirmə dolağını yaxşılaşdırmağa və maşının maliyətini azaltmağa yardımçı olur. Sinxron kompensatorun ümumi nominal gücü, təsirləndirmə cərəyanının maksimumum qiymətinə bağlıdır.  
Previous Post Next Post

Contact Form