BATAREYASIZ TELEFON

Sürətli doldurma(şarj) texnologiyaları ilə artıq, iki saatdan daha qısa bir müddətdə ağıllı telefonlarımız doldurula bilir və bir çox telefon tək doldurma ilə iki gün istifadə edilə bilir. Yenə də, bir telefonun batareya saxlaması və nizamlı aralıqlarla doldurulması on illər əvvəl olduğu kimi insanlara çətin gələ bilir. Washington Universitetinin araşdırmaçıları doldurma(şarj) dərdini tarixə basdıracaq batareyasız, yəni bildiyimiz mənada batareyası olmayan bir telefonun primitiv versiyasını hazırladı.

Yalnız Bir neçə Mikrowatt Elektrik İstehsal Edir
Washington Universiteti araşdırmaçıları, dünyanın ilk batareyasız mobil telefonunu istehsal etdi və bu telefonla görüşmə etməyi bacardı. Batareyasız cib telefonu danışmağı qəbul edə bilir, qulaqlıqları işlədə və eyni zamanda iki istiqamətli peyk-yer əlaqəsini reallaşdıra bilir. Sistem, səs göndərilməsi və alınması zamanı elektrik hasilo etməyə davam edir. Beləcə batareyaya ehtiyac duymadan davamlı işləyə bilir.
Yalnız bir neçə mikrowatt elektrik hasili olan telefon, ehtiyac duyduğu enerjini iki əhəmiyyətli ekoloji mənbədən əldə edir: ilki təxminən 9,5 m uzaqlıqdakı əsas stansiyasının istehsal etdiyi ekoloji RF siqnalları, digəri isə kiçik günəş batareyaları ilə (paralel bağlı 15 günəş batareyası, ümumi 1,1 sm2) tutulan ekoloji işıq. Dizaynın 500 Lux ekoloji işıq altında 15 mikrowatt güc hasil edə bildiyi və fotodiodlardan faydalanaraq 15 metr uzaqdakı baza stansiyasına çata bildiyi deyilir.

 Batareyasız mobil telefonunda ənənəvi arxitekturadan fərqli olaraq analoq-rəqəmsal çevrilməyə üstünlük edilmir. Səsin meydana gətirdiyi titrəşmələrdən əldə edilən danışma qəlibləri RF siqnallara kodlanmaqla göndərilir və alınır.


Asanlıqla Əldə Edilən Materiallardan İstehsal Olunub
Araşdırmaçıların çıxardığı prototip, asanlıqla əldə olunan vəsaitlərdən və 3D çap platasında bir elektron dövrədən meydana gəlir. Batareyasız telefonla ilk görüş Skype üzərindən reallaşdırıldı. Mobil şəbəkə istifadə edilərək, xüsusi baza stansiyası ilə hazırlanan sistem, sistemin mövcudluğunu göz önünə sərir. Bu məhsulun, batareyasız cihaz texnologiyasında təşəbbüslür olması gözlənilir.Batareyasız telefonun elektron sxeçm bloku aşağıdakı kimidir:

Previous Post Next Post

Contact Form