«ƏKİZLƏR PARADOKSU»

İnsan təfəkküründə elmi inqilab yaratmaqla meydana gələn hər bir nəzəriyyə,təbiidir ki, ona qarşı etirazların yaranmasına gətirməlidir. Xüsusi nisbilik nəzəriyyəsi bu baxımdan müstəsnalıq təşkil etmir. Həmin nəzəriyyənin doğruluğunu şübhə altına almaq məqsədilə irəli sürülən etirazlardan biri də
«əkizlər paradoksu» adı ilə elmə daxil olan etirazdır.Əkiz qardaşlardan biri səyahətə çıxaraq müəyyən vaxtdan sonra Yerə qayıtdıqda səyahətdəki qardaşın saatı Yerdəki qardaş baxımından gecikir və bu səbəbdən onlar arasında yaş fərqi yaranır - səyahətdən qayıdan qardaş Yerdəkindən az yaşa malik olur. Səyahətdəki qardaş isə onun tərsini - Yerdəki qardaşının özündən cavan (az yaşlı) olduğunu söyləyəckdir. «Əkizlər paradoksunun» mahiyyəti də məhz bir-birinə zidd olan bu iki nəticədən ibarətdir. Bu «paradoks» xüsusi nisbilik nəzəriyyəsinin doğruluğunu şübhə altına alırmı?
Xeyr. Bəs bu «paradoksa» səbəb nədir? Səbəb, xüsusi nisbilik nəzəriyyəsini onun tətbiq oluna bilmədiyi təcilli sistemə tətbiq etməyimizdir. Doğrudan da,səyahətə çıxan qardaş Yerdəkinə nəzərən təcilə malikdir. O, Yerdən start götürərkən və Yerə qayıdarkən (hərəkət istiqamətini dəyişməli olduğundan) təcilli
hərəkət edir. Xüsusi nisbilik nəzəriyyəsi isə bildiyimiz kimi yalnız ətalət sistemləri üçün doğrudur. Deməli, əkiz qardaşların saatlarının gedişi haqqında mülahizə yürüdərkən xüsusi nisbilik nəzəriyyəsinə istinad etməkdə haqlı deyilik.Məhz bu səbəbə görə də aldığımız nəticə ziddiyyətli və ağlasığmazdır.

Ədəbiyyat-Niftalı QOCAYEV(Ümumi Fizika)
Previous Post Next Post

Contact Form