Müqavimətdən aslıdır(şeir)

 Böləndə voltu amperə münasibətdən aslıdır

Nə cür keçir elektron müqavimətdən aslıdır


Elektriklə oynama edibdi çoxların tələf

Pilus, minus, fazın yerin dəyişməyindi bir hədəf

Onun üçün mühərrikin valında fırlanan tərəf,

Ki, cəryan istiqaməti axan cəhətdən aslıdır


SƏTƏM'də qaydalar yazılmayıbdı heç də boş yerə

Ya öldürər, ya iflic eyləyər, ya da əzab verə

Təsadüfən toxunsanız yüz əlli milli amperə,

Nəticə fərqlidir, müqavimət də ətdən aslıdır


Bu möhhumat nə bir sümük qoyar, nə bir digastrik

Salar şoka, hucum çəkər damarla beynə sentrik

Bu rəsmidir ki, bircə dəfə səhv edir elektrik

Günah bağışlanandı etdiyin qələtdən aslıdır


Zavod qoyan dəyərdən artıq eyləsək, alovlanır

Onun kəmiyyəti faradla ölçülür, C adlanır

Həmin tutumda yük kulonla löhvəcikdə toplanır

Neçə kilo gilas yığar, həcm səbətdən aslıdır


Səbr fyuzdu, partlayır haçan əsəbləşən zaman

Damar da naqil oxşarı, demək elektron da qan

Ürək akumlatordusa, beyin açardı çox güman

Sözün gücündə məna işlənən lüğətdən aslıdır


Səfa! Soruşdular ki, Om nədir, əcəb sualdı bu

Dəyişdirəndə temperaturu, görün nə haldı bu

Praktiki izah verim, rezistora misaldı bu

Kimin xarakteri vəzifədən, sənətdən aslıdı


*digastrik- çənə altındakı əzələ

*sentrik- mərkəzi

*fyuz- fuse, qoruyucu, peredoxranitel

Post a Comment

Previous Post Next Post

Contact Form