Səfa Məcidovun düşüncələri

 1. Elm-öyrənib öyrətmək üçündür,öyrənib məzara aparmaq üçün yox.(2017)

2. Bütün elmlər Allaha məxsusdur.Bir halda yeri,göyü,canlıları yaradan Allahdırsa.Bu yaradılışda riyaziyyat,fizika,kimya,biologiya və.s bütün elmlər iştirak edirsə,biz necə deyə bilərik elmmsiz Allah,Allahsız elm.?(2017)

3. İnsan, o zaman ölümdən qorxmalıdır ki, bu dünyada heç bir şey qoymadan tərk edəcək dünyasını.Yaxşılıq edin, elmlənin elmi hər bir kəslə bölüşün, öyrənin və öyrədin sağlığında rəhmət qazanın. Ölüm anını gözləməyin, hər gün bir xeyir işin qulpundan yapışın, vətənə, xalqa layiqli bir insan olun.(2018)

4.  Tutaq bəzi psixoloqlar kimi düşünək. Qəhrəman Mübariz İbrahimov qətl, quldurluq edib deyək.İnsan insanı öldürmək alqışlanası bir şey deyil əlbətdə. Yaxşı, onda cəbhədə olan əsgərlər silahlarını atıb səngərləri tərk etsinlər.Onda bəs necə olacaq? Erməni gəlib evlərimizdə ağalıq edər, günahsızların canına oxuyar.Birdə Mübariz erməni torpağında erməni öldürməyib, doğma torpağında öldürüb alçağları. Gərək bu dırnaq arası ateist , psixologların babaları,ataları,anaları orda vəhşicəsinə öldürülsəydi onda başa düşməliydilər Mübarizi?Çox əfsuslar olsun, biz içimizdə olan erməniləri yaxşı tanımamışıq. MÜBARİZ İBRAHİMOV AZƏRBAYCANIN TARİXDƏN SİLİNMƏYƏN ƏBƏDİ QƏHRƏMANIDIR. Bu cümlə hansısa bir erməni öldürdüyünə görə deyil, bu cümlə öz ana torpağımızda ağalıq edən alçağların bu torpağdan rədd olunması naminə mübarizə aparmağına görədir.(18.12.2018)

5. Hər kəs kitab oxuya bilər. Heç kəs müəllimsiz öyrənə bilməz. Müəllim o demək deyil hər kəsdən yaxşı bilir, xeyir o sadəcə hər hansı bir mövzunu daha başa düşülən, sadə dildə öyrətməyə çalışan varlıqdır. Ravil Müəllim Rzayev-in sözü olmasın, internetde saysız hesabsız öyrənmək vasitələri vardır, qoy onda heçkəs məkətəbə getmədən googlda öyrənsində. Xüsusən Fizika müəllimləri kitabda yazılan hər bir cümləni şagirdlərə tapmaca kimi açmalıdır.Şərt o deyil şagird əzbərləməlidir, əksinə oxuduğu mövzunu mahiyyətini anlasa bu şagirdin şəxsiyyət kimi böyüməsinə böyük bir yol açmış olacaqdır.(17.12.2018)

6. Eşşək nə bilir Zəfəran nədir?Birincisi o zəfəranın nə olduğu bilmək iqtidarında deyil. İkincisi də guya insan övladına öyrətməsəydilər "zəfəran nədir? O hardan bilərdiki bu zəfərandır.(07.12.2018)

7. Bəzilərinin adlandırdığı möcüzələr, texnik-fiziki biliyə malik olan şəxslər üçün qeyri-adi bir şey deyildir. Təbii ki bu danılmaz faktdır, dünyada hər nə var Allahın yaratdığı möcüzədir. Ancaq hər xırda bir texniki vasitəni Allahın möcüzəsinə bağlamayaq. Yaxşısı buna insanın yaratdığı möcüzə deyək(24.07.2018)

8. Azərbaycanda 90 faiz şəxs müsəlman dinini şiə-süni(və ya hansı təriqət haqlıdır) mübahisəsini etmək üçün öyrənirlər. Yazıqsız etməyin elə şeyə reaksiya vermiyin. Yoxsa bizdə suriya, iraq, ve bir çox muselman ölkələrində baş verən qıırğınların səbəbkarları olarıq. Ondansa mübahisələri elmi tərəfdən aparın...Dini mübahisədən faciəli bir mübahisə tanımıram.Nümunə işid..(05.01.2018)

9. Dərsi effektiv izah etmək metodları: 1. İnformasiyası bol olan bir kitab həm sizdə həmdə öyrəncilərdə olmalıdır. İçində olan dərsləri öyrənciyə necə var oxuyub, lakin öz sözlərinizlə izah edin. Çünki öyrənci, həmin kitabı evdə oxuduqda sizin izahlarınız onların yadına düşsün. Xəyali mövzuları, həqiqi əşyalarla təsvir edin. Sanki əlinizdədir kimi fantastik usulları istifadə edin(gopalogiya olmamaq şərti ilə ) 2. Mövzuları löhvə və ya proyektorlarda müqayisəli şəkildə göstərin. Məsələn, cərəyan və gərginliyi ayrı ayrı izah etdikdən sonra, cərəyan və gərginliyi eyni bir şəkil üzərində göstərin, və fərqlərini izah edin. Bu mənim ən çox müraciət etdiyim metoddur. 3. Bir mövzunu izah etdikdə, bu mövzuya öyrəncilərin necə yanaşmaları üçün hər birinə ayrı-ayrılıqda sual verin, beynindəki anlayışları nümayiş etdirmək üçün, yəni "elektrik cərəyanının vahidi Amperdir"-oğul bunu deyəndə nə başa düşürsən? qoy fikirlərini rahat şəkildə izah edə bilsinlər. 4. Öyrəncilərə səmimi davranın, qoy görsünlər ki, heçdə savadlı olmaq təkəbbürlü və hərkəsdən üstün olmaq deyil. Və heçdə savadlı olmaq, yaxşı insan olmaq demək deyil.(30.11.2019)

10. Əvvəl öyrənməyi öyrən! Ondan sonra istənilən kitabı öyrənə bilərsən.(28.11.2019)

11. Öz dilimizdə Pre-İntermediate seviyyəsində danışırıq, ancaq İngilis dilini advanced səviyyəsində hazırlaşırıq (25.11.2019)

12. İşini yaxşı bilməyənlər və yaltağlar, rəhbər müdirlərin verdiyi əmr qarşısında "nə səbəbə və nə üçün" sualını verməyə acizdirlər.(09.11.2019)

13. Şəhid Vüsal Kazımova
Dostum bağışla məni ölümündən əvvəl səndən hal-əhvalını soruşmadım(( bilmədim sənin mübarək cismin vətən uğrunda ehsanmış bilməmişəm, son dəfə bağrıma basardım səni, bəlkə bu qədər güc toplaya bilərdim özümdə, 3 il eyni partada hazırlıqda sənlə gözəl günlərimiz oldu ((.Sən mənə bir daha bütün yaxınlarından möhkəm yapışmağı öyrətdin ölümünlə. Yoxluğuna qurban olum vətən oğlu. Sən Azərbaycanın fəxrisən, övladların başını dik tutub gəzəcəklər narahat olma. Ruhun şad olsun qardaşım, heyif səndən, bu cümlə Tanrıya acığ getməsəydi deyərdim. Qəbrin nurla dolsun vətən oğlu

14. Filan rayon dəhşət şəhid verib demək, heç də doğru cümlə deyil. Erməninin atdığı silah, raket Lənkəran, Naxçıvan deyib "part" eləmir və ya məhz təkcə şəhidi çox olmuş rayonun düşməni deyil. Rayon nə karədir ki, şəhidi çox versin. Elə rayon var ki, orda döyüşən hərbiçilərinin sayı, şəhid olmuş rayonun şəhid və döyüşçülərindən dəfələrlə çoxdur. Canavar kimi də döyüşürlər, indi deyək ki, o rayonda şəhid yoxdur deyə olar qorxaqdırlar ki? Yığışdırın bu boş boğaz söhbətləri, orda rayon əsgərləri şəhid olmur Azərbaycan əsgəri şəhid olur, orda döyüşənlər öz rayonları üçün yox Azərbaycan üçün vuruşurlar. Sizin bizim şəhid söhbəti yoxdur, hamımızın qardaşlarıdırlar olar..(06.11.2020)

15. Bilik - oxuduğun və öyrəndiyin məcmudur, bu məlumatın fiziki yaddaşda yox, kitabların rəfdə yox canlı yaddaşda yığılmasıdır. Hafizəsi güclü insanlar çox vaxt bilikli olanlardır. Savad- oxuduğun və öyrəndiyin şeyləri analiz etmə bacarığı, və tətbiq etmədir, nəyisə əzbərləmədən ancaq onu ani müddətdə hardan əldə edə bilməkdir. İstedad- oxuyub və öyrəndiklərinin müqabilində yenilik gətirmək, öyrəndiyin sahə üzrə hər kəsdən fərqli olmaqdır, bəzən kiminsə 10 ildə öyrəndiyini 1 il ərzində öyrənib onu innovativ formada gəliştirməkdir. Az zəhmət çəkib, çox bəhər almaq olar bu adamlardan.(24.09.2020)


16. İnsanlığın ölçü vahidi - Vicdandır Hər kəsin başı üçün deyil nəfsinə sahib çıxsın, el dərdini çəkməyi üzərinə götürsün, hər kəsi düşünsün, heçkimi narahat etməsin. Çox təəssüf edirəm ki, el vicdanlı insanları dəli adlandırır, çünki vicdanlı olmaq, təkcə öz mənafeyini güdən cahil olmaq deyil. Elə bir kriteriya yoxdur ki , orda vicdan kodeksi özünü əks etdirməsin. Deyərdim, ki Tanrıdan sonra and yerimiz vicdan olmalıdır. Vicdan ilə yanaşılmayan hər şey fırıldağçılıq, haramçılıqdır. Sadəcə məcburiyyətdən hamımız bunun bir qisminə əl atırıq. İslam dinindəki "iman" sözünü vicdan sözünə sinonim gətirmək olar. Sadəcə iman vicdandan da yüksək pillədə dayanır və qüvvətləndirilmiş variantıdır.(15.09.2020)

17. Mənim fikrimcə(özüm də riayət etməklə), avtobusda, maşında hər hansı bir nəqliyyat vasitəsində oturmuş bir şəxsin yolda dayanmış tanımadığı şəxsə(əsasən qadın xeylağına) diqqətlə(oğraş baxışlarla) baxmağı və ya əksinə yolda dayanmış bir şəxsin maşında və hər hansı bir nəqliyyatda oturmuş bir şəxsə(əsasən qadın xeylağı) gözlərini zilləyib baxmağı mədəniyyət baxımından etik deyil. Mən bunu daha çox kənd, qəsəbələrdə kafe, çayxana, avara tin-dalanlarında dayanmış bəzi beyinsiz, səviyyəsiz, tərbiyəsiz kişi xeylağlarına şamil edirəm. Hərdən, ailəsi ilə maşında əyləşmiş kişinin yerinə özünüzü təsəvvür edin, və övrətinizə oğraş baxışlarla zillənmiş gözləri təsəvvür edin, və azda olsa şəxsiyyət vəsiqənizdə qeyd olunmuş kişi cinsindən olmağınıza bu şeylərin zidd olmasını xatırlayın. İnsan səhvsiz ola bilməz, lakin bu o demək deyil ki, siz hər dəfə eyni səhvi etmək iqtidarındasız. Sadaladıqlarım şeylər çox əfsus olsun, özünü gənclərdə və hətta yetkinlik yaşlarına çatmayan şagirdlərdə biruzə verir. Əziz gənclər! Korlanmış mühitlərdən uzağ olun həmişə, mədəniyyəti , etikanı təbliğ edin, bu yol sizi hər zaman yüksəkliklərə qaldıracaq(07.08.2020)

18. Tamam bir heyvan sevər kimi, heyvanların kəsilib yeyilməsinə qarşısız, özünüz tərəvəz məhsulları(bunlar canlıdır)yeyirsiz və ət yeyən insana nifrətiniz var, bu əgər belədirsə həyətdə saxladığınız itə nə üçün ət verirsiz, nə üçün gedib zebranı, antilopu şirin,pələngin, bəbir və.s vəhşilərin ağızlarından almırsız? Ona qalanda sadaladıqlarım şikarlarını qəddarcasına parçalayıb yeyirlər. Mənim öz fikrimcə heyvanlar insanlardan çoxdur, əgər heyvanlar kəsilib yeyilməsələr və ya heyvan tərəfindən yeyilməsə, öz qismətləri ilə ölsələr dünyanı leş basacaq, fikir versəniz az qala hər yer qəbiristanlıqdır, bu heyvanları kəsib ətini özümüz sümüyünü it yeməsə, dünyada leşlərin qoxusundan dayanmaq olmaz və ya torpağ çatdırmaq olmaz. Mən sizlə o zaman razı olaram ki, ət yeməyənlər cansız bir şey yesinlər və ya heyvan sevərlər canlı bir almanı ağacdan qoparıb ömrünə son qoyaraq yeməsinlər.(04.08.2020)

19. Qurbanlıq bayramına qoyunların qətliamı və heyvanlara zülüm deyən dibillərə sözüm odur ki, sizin yediyiniz hansı məmulatdır ki o canlı deyil? Tutaq ət yemirsiz, ot yeyirsiz çörək(buğda, arpa) yeyirsiz, meyvə yeyirsiz, tərəvəz yeyirsiz bunlar məgər canlı bir şeydən alınan qisas deyilki? Məntiqlə fikirləşəndə adi bir meyvədə ağac budağlarında tumurcuq(ana bətnindəki rüşeym kimi) da inkişaf edərək meyvə halına gəlir, və bu meyvə ağacdan oksigen və H2O yəni hidrogen və digər zülallar alır, bunları alırsa demək meyvə də yaşayır canlıdır. Biz onu dərməsək, ömrünün sonunda ağacdan düşər və ölmüş olar, eləcə də bizə buyrulan heyvanı kəsməsək özü öz qisməti ilə ölər. İnsanın bütün yeyəcəkləri canlı yaradılışdır, nəyi yesək canını almış oluruq, yetər ki, insan ona buyurulmuş azuqələri yesin. Dünyada istənilən canlı istənilən canlıya şikardır, bu Tanrı və Dünya məntiqidir, əks təqdirdə yaradılışın bir mənası olmaz.(01.08.2020)

20. Yaşasın kitablar! Yolda ,küçədə, kafedə ,çayxanada veyillənməyin, flankəsin maşını evi haqqında danışmayın, yolda sürü halında ailə olan maşının içinə baxmayın utanın , əxlaqlanın, yoldan ötən hər xanımın arxasıycan baxmayın ailənizi düşünün, həyatda artıq insanlıq çəkinizi artırmağa qərar verin, nəsə eləyin bu həyatda siz bu həyata yeyib içməyə kef etməyə doğulmamısız, missiyanız heyvanlardan fərqlənməlidir, nə olur olsun bir peşə tapıb cəmiyyətə xeyir verin, dünya üçün yox özünüzə əməl dəftəri açın və kəmiyyətinizin insanlıq üçün nə qədər olmağınızı vicdan tərəzisində ölçün..(28.05.2020)

21. Kaş səviyyəsiz insanlar öz səviyyələrini cəmiyyət içində gizlədə bilsəydilər, inanın buda bir mədəniyyətdir..(21.05.2020)

22. Elm insanın axırına çıxa bilər və hətta bilir də, yalnız insan elmin axırına ona hətta ikinci həyat verilsə belə çıxa bilməz. "Hər şeyi bilirəm" deyə bir cümlə yalnız yazı formasında mövcuddur, həqiqiliyinə varsaq sadəcə məcazdır. İnsanın biliyi beynində analiz etdiyi dünyada gördükləri,oxuduğu kitablar boydadır.(12.03.2020)

23. Məkan və zamana görə dəyərlərimiz fərqlidir. Eyni insan müxtəlif ölkələrdə, müxtəlif iş yerlərində müxtəlif maaş alır( azdan -çoxa). Mühitimiz dəyişməklə inkşafa doğru addımlaya bilərik yalnız.. Bu uğuru, inkşafı görmək üçün riyaziyyatda deyildiyi kimi, x#0(sıfırdan fərqldir), istisna olduğu üçün beynin məhsulu mütləq sıfırdan böyük olmalıdır.(24.12.2021)

24. Toya pul atmadan təbrik etmək qadağandı
Bunlar hamısı süni adət ənənələrdir
Əjdadlarımız buna son qoymayıb, biz gənclər ümid edirəm buna son qoyacaqdır. Kim nə deyir desin, dərin analiz edəndə toy etmək pul yığmaqdır, bu sıraya öz toyumu da əlavə edirəm. Çünki ata-ana nə deyib etmişik. Ancaq mən bunun əleyhinəyəm. Toyuna çağırmısan, borcunu veməlisən mütləq, mənim yazdıqlarım sıfırdan başlayanlaradır. Məgər pandemiyada öz aralarında evlənənlər bizdən az xoşbəxt olurlar ki? Özümü tanıyandan ad günüm üçün, övladlarımın həyata gəlməsi, kiçik toyları və.s üçün bir məclis qurmamışam və bunu etdiyim üçün də çox xoşbəxtəm. Sürü şəklində yaşamaqdan uzaq olaq, qınaqlar bizim yaşamağımız üçün hədəf deyil. Biz bunun üçün doğulmamışıq, yaradanın yaratdığı cansız varlıq yaradanlarıyıq. Missiyamız yaxşılıqla ad etməkdir, vicdanlı və dürüst yaşamaqdır. Kiminsə əlindən tutmağı bacaraq.(24.07.2021)

25. Bir neçə söz ustadlarından siz "şeir"-i hansı formada fikirləşib yazırsınız ki bu effektiv alınır soruşdum. Araşdırma aparmaq istədim ki, bəlkə bir ümumi orta məxrəcə gələrək şeir üçün formula-düstur tapmış oldum. Əslində şeirin yalnız vəzn formulası və həm qafiyə düsturu olur fikrini bir daha isbat etmiş oldum, və bir daha buna əmin oldum ki mənalı sözləri şeir ölçüsünə salıb ona ahəng bəxş etmək məhz istedad məsələsidir. Məşədibabadan(A.R.E) bir kəlam yadıma düşdü, bədahətən şeir, maşın ustalığı deyil ki, boltun, qaykanın necə bağlandığına baxıb öyrənəsən. İstedad Tanrının əziz bəndəsinə verdiyi ən böyük nemətdir. İstedadlı doğulursan, onu öyrənməklə qazanmaq olmur. Məhz insanları bir-birindən fərqləndirən xüsusiyyətlərdən biri də budur. Bu sözləri istənilən peşəyə aid etmək olar, nə qədər savadlı olursan ol, əgər istedadın yoxdursa o savad səni bir yerə qədər aparacaqdır.(03.05.2021)

26. Araq mədəyə gedər beyinə xumar verər Narkotika nəfəs və qan vasitəsi ilə beyni xumarlandırar Musiqi qulaq- səs vasitəsi ilə beyni xumarlandırar Nəticədə hər üçü eyni məssəbə qulluq edir. Şükür ki, biz musiqi və şeyriyyat dozasından əziyyət çəkirik.(21.04.2021)

27. İnsanı, bir pulu olanda(kalan) tanıyarlar, bir də o insana borca pul verəndə tanımaq olur. Ən çox bütün çirkinliklər 2 -ci nüansda üzə çıxır. Adam özü öz pulunu borc alandan utandığından yerə girib alır, və üstəlik də pis adam olursan. 1 ay adı ilə borc alır, 2 ildən sonra heç yadına da düşmürsən, və yazırsan ki , mənim ehtiyacım var o pula(hətta demirsən borcumu qaytar) , adama bir sifət edir ki, gəl görəsən. Ən yaxşısı, əlində imkanın olmaya-olmaya kiməsə yazığın gəlib borc vermə .. Ən yaxşısı imkanın varsa, imkansıza ianə, yardım et. Borc vermək yardım etmək deyil. Bu bir etibar və inamdır.(12.10.2022)

28. İnsanlar büdcəsindən artıq xəyallar qururlar. Bu böyük problemdir. Pulu da ağıllı xərcləmək lazımdır. Yoxsa ki, "qaqa beş günlük həyatdır kef eləmək lazımdır" iddiası ilə yaşamaq tufeylilik gətirir. Özünü insanlara guya ki, mən hər şeyin bahasını alıram kimi şeylərlə göstərmək acizlikdir. Baxırsan, 500azn maaş alır 40 min azn maşın sümrək məcburiyyətindədir, ki qonşum nə deyəcəkdir. Çünki onun varıdır, mən jiquli sürsəm gülərlər halıma. O, düşüncə sahiblərindən də iki qat qazanmışam, ancaq əlimdə 250(hal hazırda)-400azn dən bahalı telefonum olmayıb, 6000azn-dən baha maşınım olmayıb. Aldığım elmi vəsaitlərin(kitab, proqram, texniki materiallar və.s) qiyməti onlardan bahalıdır. Dəbdəbə, şan-şöhrət üçün yaşamağın qəti əleyhinəyəm və o insanlara nifrət edirəm(kiməsə görə yaşayanlara, kreditə götürdüyü və ödəməyə çətinlik çəkən təfəkkürlərə). Mən texniki təhsilli adam olduğum üçün, məni hər hansı bir düşük dəbdəbəli şeylərlə təəccübləndirmək çətin məsələdir. Mənim üçün heç bir möcüzə Tanrının yaratdığı və fiziki qanunlar kimi marağlı deyil. Başınıza dəysin qonşum nə deyər prinsipinə görə tikdiyiniz evlər, sürdüyünüz maşınlar, gəzdirdiyiniz saat və telefonlar. Siz çox kasıbsınız, hətta rəzalət içindəsiniz .Çünki, mənəviyyatı almağa ağıl valyutanız çatmır.(04.06.2022)

29. Maşın alandan sonra, metro və ictimai nəqliyyatdan istifadə etməyi özümüzə sığışdırmırıq ay kişi. Cibimizdəki puldan artıq baha olan əşyalar alırıq ki, kimsə nə deyər. 8-ci km bazarından alınan geyimi səviyyəsiz şəxslərin əyni üçün ölçürük. Bizdən bu xalqa nə yol göstərən olar, nə də vicdanla xidmət göstərən olar. Ancaq, özümüzü aldığımız əşyalarla kiməsə subut edən cılız varlıqlarıq. Beynimizə təfəkkür toxumunu əkən bağbanın əba-əcdadının evi tikilməsin elə.(17.04.2022)

30. Əksər polislər işə düzələrkən, insanlıq formasını soyunub polis formasını geyinirlər.(08.04.2022)

31. Analar yer üzünün mələyidir, cənnətidir onunla bərabər həmdə ədalətsiz varlığıdır. Səbəbi budur ki, ana öz fahişə qızını da sevir, ana öz narkoman oğlunu da sevir, ana kiminsə qızının namusuna toxunduğu şərəfsiz oğlunu da sevir. Görəsən bu qəlbi necə yaratmısan Uca Tanrı? İnsanları pis, rəzil vəziyyətdə görüb tərk edərlər, ancaq Ana deyilən məxluq əsla tərk etməz/(22.02.2022)

32. Vəfat etmiş bir şəxsə necə can fəda ola bilirki? Canını fəda edirəm deyənlərin heç birini ölü görməmişəm, hələ də sağdırlar.(30.08.2023)

33. Məlum məsələdir ki, internetdə xarici dildə(ingilis, rus, türk və.s) mühəndislik sahəsinə aid n qədər məlumatlar yerləşdirilmişdir. Bu asan başa gəlməyib təbii ki, insanlar bildiklərini saytlarda və sosial şəbəkələrdə paylaşaraq insanlığa xidmət etmişdilər. Bu insanların bir qismi paylaşaraq mövzuları paylaşaraq saytdan, reklamdan pul qazanıb, çox qismi zərrə qədər mənfəət düşünmədən, paylaşmışlar. Google axtarış sistemində axtardağımız hər mövzuya görə onlara borcluyuq. Bunu biz Azərbaycanlılar da edə bilərik, bunun üçün xarici dildə izlədiyimiz, oxuduğumuz mövzuları azərbaycan dilində qısa kontent çərçivədə açar sözlərlə təsvir edib google platformalarında(sosial şəbəkə və saytlarda, votsapda yox, telegramda yox) paylaşmaq lazımdır. Kitabları ocr text scana çevirib, saytların cloudunda(buludunda) yerləşdirmək lazımdır. Çünki, googlda axtardığmız bir söz pdf və documentlərdə keçirsə mütləq üzə çıxacaqdır.(20.07.2023)

34. Necə öyrənirlər və necə yadımda saxlayım? sualına öz aspektimdən belə cavab verərdim. Oxuduğun, dinlədiyin və ya izlədiyin mövzunun bir sətrlik cümləsinə bircə dəfə niyə sualını ver. Hər şeyə şübhəylə yanaşsan hər şeyi öyrənəcəksən.(05.07.2023)

35. Yuxarı çıxmağı bacarmayanlar, nədənsə aşağı çəkməyi bacarırlar.(03.07.2023)

36. Din adı altında bizləri o qədər aldatdılar ki, valideynlərimizi də, baba-nənələrimizi də, əcdadlarımızı da aldatdılar. Ancaq günah onları aldadanda deyil, yenə də özlərindədir. Çünki, açıb bir dəfə marağlanmadılar ki, filankəsi cin vurdu və belində əl izi və ya barmaq izi hansı proses baş verdi ki qaldı. Bu, zənciri qırmaq biz gənclərin əlindədir. 25 yaşına qədər kənddə qəbiristanlığın yanından və ya qaranlıq yollardan keçdikdə, bu saat qabağıma cin və ya ruh keçər deyə qorxumdan nə hisslər keçirmişəm bir Allah bilər..Həqiqətən məlumatım artdıqcan girib qəbrə ölülərlə birgə yatmağım gəlir.(29.06.2023)

37. Qurban bayramı mesajı
Bağışlayın qoyunlar!, bu gün sizi əvvəlki günlərə nisbətən daha çox qətlə yetirərik. Neyniyək, biz də vəhşi təbiətin mədəniyyətləşməyə çalışan məxluqlarıyıq. Ümid edirəm, nə zamansa sizin kimi otlar, bitkilərdən yeyib sizi qətlə yetirmərik. Düşünəndə ki, otlar da, bitkilər də canlıdır və biz cansız bir şeylər yeyib yaşaya bilmərik, o zaman daha da beynimiz qarışır, cavabsız sualların içində ölüb-gedirik. Və qəbullanmalıyıq ki, bizi heyvandan ayıran tək bir şey, şüurdur. Onlar, heyvanı əzab verə-verə hardan gəldi yeyirlər, biz onu mədəni formada bıçaqı boğazına qoyub şah damarından qanı fışqırdarak kəsirik ki, heyvan tez ölsün, murdar orqanları atıb yaxşı yerindən yeyirik. Bu bayramın haqqı bütün dünya müsəlman ölkələri üçündür, bu bayramın şotuna ateist, deist, xristian və.s digər əqidəli şəxslər tətildə olurlar(hələ etiraz edib, işə gedəni görməmişəm). Odur ki, hər bir kəsin bayramı mübarək olsun. Bayramlar daha da çox olsun ki, hər kəs öz sevdikləri ilə və sevdiyi istirahətləri ilə olsunlar.

38. Müasir müsəlmanlar, artıq anlayırlar ki Allahın yaratdığına qarşı çıxmayıb şükür etmək özü axmağlıqdır. Bəs nə oldu, burunları uzun olur kəsdirdilər, bəs nə oldu çəp gözü əməliyyat etdirdilər, bəs nə oldu əyri əl ayağlarını düz etdilər. Bəs niyə olanla qane olmayıb, "əlhəmdüllah" demirlər. Qalardılar da, yuxarıda sadaladığım raxit və əlilikəri ilə. Qane olardılar da, Allahın bəxş etdiyi burun ilə. İndi mən də sual edirəm, bəs yaradılışa qarşı çıxmaq , üsyan etmək kafirlik idi nə oldu. Razılaşırsız, dünyanı elm qurtaracaq?? .Klon insanlar doğulacaq, yeni insan, cinsi yaranacaq. Bunları elm mütləq həyata keçirəcək. Bəs, Allah nə qədər qismət edər, o qədər yaşayaram deyirsiniz. Nə üçün, ürəyinizi , böyrəyinizi, cigərinizi dəyişdirmək üçün pulunuz olanda, qane olmadınız xəstəliyiniz ilə. Mister və Miss-lər, Allah bizə ağıl verdi, dünyanı gözəlləşdirmək , faydalı olmaq bizim əlimizdədir. Bu dünya biz canlılarındır, burda şərəfsizlik, namussuzluq və əxlaqsızlıqdan başqa hər şey edə bilərik.(21.05.2023)

39. Hər gün insanda update getməsə, o pentium 4 kimi işləyəcəkdir. Normal insanlarda hər gün məlumat yenilənməsi getməlidir, getməsə cahillik sindromuna tutulma ehtimalı çoxdur. Mənəviyyatımız maddiyyatımızdan daha çox zənginləşməlidir.(30.04.2023)

40. İnsanlar mədəni heyvanlardır(29.04.2023)

41. Beyinlərə mədəniyyət gülləsini çaxmaq vaxtıdır. İnsanlara zornan mədəniyyətli olmağı öyrətmək lazımdır. Başqa seçim qoymaq olmaz. Ölkə beyinsizlər əlindən vedrələrdən daşmış zibilliyə bənzəyir. Bizə, məktəbdə oxumağı yalnız, ali məktəbə daxil olmaq üçün öyrətdikləri yerdə böyük yanlışlıqlara yol verən böyüklər. Bütün günahlar sizdədir.(26.04.2023)

42. Əməliyyat uğurlu keçəndə Allaha təşəkkür edirlər , uğursuz keçəndə həkimi söyürlər.(19.04.2023)

43. Ölümdən sonra, həyat yoxdur deyən heç bir din yoxdur. Və elə bir din yoxdur ki, orda Tanrı anlayışı olmasın. Sadəcə konstitusiya fərqlidir.(13.04.2023)

44. Balaca uşaq belə suallar verəndə ki, “Səma niyə mavidir?”, “Karandaş nə üçün yazır?”, “Külək necə olur ki, əsir?” və ya “Televizor necə işləyir?”, o, ilk dəfə özünün fizikaya olan marağını büruzə verir, halbuki hələ belə bir sözü bilmir. Yaşlı adam maşında gedərkən, kompüter qarşısında işləyərkən, lampanı burub taxarkən, soyuducudan ərzaq götürərkən fizikanın ona bəxş etdiyi imkandan istifadə edir və bəzən bu barədə heç düşünmür də.(27.02.2023)

45. Azərbaycanlıyıq, kişi mental dəyərlərinə sahib kişilərik(əksərimiz).. Xətrimizə dəyənə qol gücümüzü, və söyüşümüzü göstərmək adətimizdir. Yəni bununla kiməsə, yerini göstərmək fikrində yaşayırıq. Cənablar, biz ömrümüzü xətrimizə dəyənlərlə məşğul olmaqla keçirsək ya zindanlarda yaşayarıq, ya da psixoloji travma bizdən əl çəkməz. Bu dünyada 1 dəfə yaşayırıq. Düşünürəm, xətrimizə dəyənlərə ən gözəl şillə cavabı, uğurumuzu göstərməkdir. Çalışaq harda oluruqsa olaq, orda ən böyük uğur sahibi(həqiqi) olaq. Bizə paxıl deyənləri, bizi gözü götürməyənləri qazandığımız uğurla başa salaq. Uğur qazandıqdan sonra isə, öyrəndiyimiz bütün sirləri zamanında başqaları ilə paylaşmağa çalışaq. Qoy, bilik, və elm paylaşmaqla daha böyük nöqtəyə çatsın.(13.01.2023)




Previous Post Next Post

Contact Form