Ex n_ avadanlıq


166. Ex n avadanlıqlar hansı standarta əsasən istehsal olunurlar?
- IEC 60079-15

167. Ex n nə deməkdir?
- normal iş şəraitində qığılcımsız(non sparking) və ya alovlanmayan(non flammable) avadanlıqlardır

168. Ex n(nA, nR, nC, nL, nP) avadanlıqlar yalnız hansı zonalarda istifadə oluna bilər?
- zona 2

169. Ex e ilə Ex nA (nAc) arasında əsas fərq nədir?
- əslində bir-birini əvəz edə bilirlər, lakin Ex e qeyri-normal iş zamanı qığılcımlanmaz, yüksək səth temperaturu yaratmaz. Lakin, Ex nA da bu qorunma yoxdur. 

170. Hansı avadanlıqlar Ex n metodu ilə mühafizə olunur?
- elektrik mühərrikləri, terminal qutular, işıqlanma armaturu, transformatorlar

171. Ex nA nə üçündür?
- qığılcımsız materiallardan və səthi yüksək temperatursuz şəkildə seçilmişdir. Ex n və Ex nA, Ex nAC eyni mənanı kəsb edir.
 

172. Ex nR avadanlıq nədir? 
- restricted breathing(nəfəsi məhdudlaşdırılmış) avadanlıqdır, bu avadanlğın çalışma temperaturu ətraf mühitin temperaturundan 10 dərəcə selsi aşağı olmalıdır.  Bu metoda nümunə olaraq, luminisent və ya lampa armaturunu nümunə göstərmək olar

173. Ex nC avadanlıq nədir?
- kapsullu qapalı(closed) konstruksiyalı avadanlıqlardır. məsələn, gerkon relesi(reed relay)
174. Ex nL avadanlıq nədir?
- enerjisi məhdudlaşdırılmış(limited energy) avadanlıqdır. hal hazırda istehsal olunmur.  IEC 60079-11 standartında görə Ex ic ilə əvəz olunmuşdur.

178. Ex nP avadanlıq nədir?
- Elektrotexniki Standartlaşdırma üzrə Avropa Komitəsində(CENELEC) Ex np, IEC də Ex nZ adlandırılır. Sadə artıq təzyiq metodu ilə qorunan avadanlıqdır, IEC 60079-15 standartından bu avadanlıq artıq çıxarılıb, IEC 60079-2 standartında müəyyən edildiyi kimi Ex pz ilə əvəz olunmuşdur. 

Previous Post Next Post

Contact Form