185. IEC 60079-17 standartına görə neçə növ təftiş metodu var?
- vizual, yaxın(close), təfsilatı(detailed)
186. Periodik təftişlər hansı növ təftiş metodlarına aiddir?
- vizual və yaxın
187. Vizual təftiş nədir?
- bu təftişdə alət və avadanlıqdan, nərdivandan istifadə edilmir, işçi avadanlığın hər hansı bir hissələrinə toxunmur.
188. Vizual təftişdə hansı hissələr yoxlanılır?
- çatışmayan boltlar, izolyasiyasız hissələr, çatışmayan tıxaclar, zədələnmiş örtüklər və gövdələr, mühafizə dərəcəsini təmin edən aralıqlar.
- vizual təftiş də daxil olmaqla, nərdivandan və əllərdən istifadə olunur, hissələrə toxunmaq olar, əl ilə yivlərin möhkəm sıxılmasını yoxlamaq olar, alətlərdən istifadə etmək olmaz, qurğu-avadanlıqların gövdələrini açmaq olmaz. Enerjini təcrid etməyə ehtiyac yoxdur.
190. Yaxın təftişdə hansı hissələr yoxlanılır?
- toxunma imkanı olan komponentlərə, sıxılmamış boltları və glandları, gap(aralıq, boşluq) məsafəsini
191. Təfsilatı(detailed) təftiş nədir?
- vizual+yaxın təftiş də daxil olmaqla, alətlərdən istifadə olunur, gövdə və ya qapaq açılır, bu işləri görmək üçün naryad açılmalıdır, enerji mütləq təcrid olunmalıdır.
192. Təfsilatı təftişdə hansı hissələr yoxlanılır?
- qapaq açıldıdan sonra, sxemə əsasən yoxlamalar, düzgün qoşulmayan yerləbirləşdirmə, korroziya, zədələnmələr, kipləşdiricilər, bərkidilməmiş naqillər v.s
194. Elektrik qurğuların təftişi və texniki xidmətini aparan təcrübəli işçi heyət hansı təlim kurslarına sahib olmalıdır?
- müxtəlif mühafizə üsulları üzrə
- qurğuların praktik istisması üzrə
- müəssisənin dövlət normativ tələbləri və qaydaları/standartları üzrə
- elektrotexnika və elektrotexniki qurğuları üzrə
- təhlükəli zonaların təsnifatının ümumi prinsipləri üzrə
195. Təftişi aparmaq üçün hansı aktual texniki sənədlər təmin edilməlidir?
- zonaların cizgiləri və EPL tələbləri
- avadanlı qruplarına( IIA, IIB, IIC) və temperaturlara dair təsnifat
- həddindən artıq istilik yüklənməsindən Ex e mühərriklərinin mühafizə parametrləri haqqında aktual məlumat
- mühafizə üsulu, IP mühafizə dərəcəsi , avadanlığın karroziyaya dayanıqlıq səviyyəsi
- avadanlığın siyahısı, ehtiyyat hissələri, sertifikatlar, texniki bilgilər kimi məlumat
- əvvəl keçirilmiş təftişlər haqqında məlumatların sürəti
196. Partlayışdan mühafizəli səyyar elektrik avadanlıqları hansı intervalda təftiş olunur?
- 12 ay ərzində ən azı 1 dəfə
197. Kabelləri partlayışdan mühafizə olunan səyyar elektrik avadanlıqlarına birləşdirərkən hansı glandlardan istifadə etmək lazımdır?
- üzərində X işarəsi olmayan glandlardan, çünki x işarəli glandlar səyyar yox stasionar avadanlıqlar üçün nəzərdə tutulubdur.
198. Vaxtaşırı açılan lyuklar(məs, batareya otağlarında) nə vaxtdan bir təftiş olunur?
- 6 ayda 1 dəfə
Ex i avadanlıqların təftişi
199. Ex i(təhlükəsiz qığılcımlı) avadanlıqlarında təftiş apararkən hansı məsələlərə diqqət yetirmək lazımdır?
- qidalanma mənbəyindən kəsilməsi tələb olunmur
- istifadə edilən alətlər qığılcım mənbəli olmamalıdır, həddindən artıq yüksək temperatura malik olmamalıdır
- Ex i qutuların açılmasına icazə verilir
- kənar mühitlərin keçməsinə qarşı mühafizə dərəcəsi ən az IP54 olmalıdır
- naqilin gözlənilməz ayrılması zamanı texnoloji prosesə mənfi təsir göstərə bildiyindən "naryad(permit)" açılması tələb olunur.
Ex e avadanlığın cari və əsaslı təmiri
200. Partlayışdan mühafizəli avadanlığın cari və əsaslı təmir işlərini aparan sertifikatlaşdırılmış təmir müəssisəsindən nə tələb olunur?
- IEC 60079-19 standartına uyğun olaraq təmir işlərinin aparılmasına dair proseduralara və metodikalara riayət etməli
- lazımı alət, avadanlıq və sınaq stendlərini sərəncamında saxlamalı
- ISO 9001 standartına uyğun olaraq keyfiyyət sisteminə yiyələnməli
- IEC Ex üzrə sertifikatlaşdıran orqan tərəfindən müvafiq standart və sertifikatlaşdırma tələblərinə uyğun dair bu standart və tələbləri mükəmməl bilən partlayışdan mühafizəli avadanlıq sahəsinin ekspertinə malik olmalıdır
201. Əgər, avadanlıq istehsalçının sertifikatına və ya texniki şərtlərinə uyğun şəkildə təmir olunarsa, təmir müəssisəsi avadanlığın üzərinə hansı lövhəciyi vurmalıdır?
- kvadrata alınmış "R" işarəli lövhəciyi, bu işarə avadanlığın tip sertifikatına uyğun olaraq yalnız orginal ehtiyat hissələri ilə əvəz olunduğunu və avadanlıqda heç bir dəyişiklik aparılmamasını göstərir.
202. Əgər təmir ilə əlaqədar avadanlıqda dəyişiklik aparılıbsa, ehtiyyat hissələri qeyri-orginal hissələr ilə əvəz olunubdursa, bu zaman təmir olunmuş avadanlıq üzərinə hansı işarəli lövhəcik vurulmalıdır?
- üçbucağa alınmış "R" işarəli lövhəcik
Tags
CompEx