1. Partlayış təhlükəli ərazilər üçün standartlar
1.Beynəlxalq standartlar- Beynəlxal elektrotexniki komissiyası(IEC)
Bu standartlar təhlükəli ərazilər üçün elektrik aparatları ilə bağlıdır, və BS EN60079-xx seriyasında nömrələnmişdir.
Compex kursunu əhatə edən əsas standartlar bunlardır;
60079-0 : Ümumi tələblər
60079-10-1: Təhlükəli zonaların təsnifatı
60079-14: Montaj, quraşdırma və seçim
60079-17: Təftiş və texniki qulluq
60079- 19: Cari təmir, əsaslı təmir və əvəzetmə
2.Avropa standartları- Elektrotexniki standartlaşdırma komitəsi(CENELEC)
3.Milli standartlar- Britaniya standartlan/Yerli
4.Uyğunlaşmaya doğru gedən standartlar
2. ATEX
Zaman keçdi və 1996 cı ilin mart ayında ATEX Britaniya qanununda qüvvəyə minmişdir.
ATEX direktivinin əsas məqsədi, Avropa ittifaqı daxilində ticarətdə texniki maneələri aradan qaldırmaqdır habelə əsas texniki və təhlükəsizlik tələblərini müəyyən etməkdir.
Bu qanuna əsasən, bütün təhlükəli ərazilər artıq ATEX 95 və ATEX 137 -ə uyğun olmalıdır. Həm elektriki həm də mexaniki avadanlığa uyğundur.
ATEX 95(keçmişdə lOOa idi) direktivi- Avadanlıq və mühafizə sistemlərinin potensial partlayıcı mühitlərdə istifadə olunması üçün.
ATEX 137(keçmişdə 118 idi) direktivi- Bu direktivi Birləşmiş Krallıq qayda kimi qoymuşdur.
3. Sertifikatlaşdırma
Sertifikatlaşdırma, modelin və ya layihənin standartda göstərilmiş spesifikasiyasına uyğunluğunun qiymətləndirilməsi prosesidir.
CENELEC(elektrotexniki standartlaşdırma komitəsi)-in standartlarına uyğun sertifikatlaşdırılmış aparat EEx kodunu daşıyacaqdır.
Milli standarta uyğun sertifikatlaşdınlmış köhnə aparatlar Ex kodunu daşıyacaqdır.
4. ATEX işarələri
5. ATEX etiket forması
6. Komponentlərin sertifikatı
Komponent üzərinə ştamplanan sertifikat "U" hərfi ilə bitərsə, tam(full) sertifikatlı sayıla bilməz, onu təhlükəli ərazidə istifadə etmək üçün, əlavə mühafizəyə ehtiyac vardır. Yəni o komponent, tək başına yox mütləqdir ki, mühafizə olunmuş qutunun və ya şitin içində quraşdırılsın. Komponentlər CE işarəsi tələb etmir.
Tam sertifikatlı komponentin üzərindəki sertifikat "X"(keçmişdə "B") hərfi ilə bitir. Bütün xüsusi şərtlərin uyğunluğundan əmin olmaq üçün, hər zaman sertifikatı təftiş edin və ya görün(manualında). Müstəqil şəkildə istifadə oluna bilən komponentlər X hərfi ilə işarə olunurlar.
7. ATEX nişanı
Bu xəbərdarlıq nişanı potensial partlayıcı mühit olan ərazilərdə vurulmalıdır.
8.Təhlükəli ərzilərin tipləri
Neft-kimya emalı zavodları
Dəniz platformaları
Yanacaq doldurma stansiyaları
Boya püsürtmə tərtibatları
Su və tullantı suları sənayesi
9.Təhlükəli ərazilər
Təhlükəli ərazi, elektrik avadanlığın quraşdırılması və istifadəsi üçün xüsusi ehtiyat tədbirlərin həyata keçirilməsini tələb edən partayıcı mühitin olduğu və ya varolma ehtimalı olan bir ərazi olaraq qəbul edilir. Standart üçün üçölçülü fəza kimi hesab edilir.
10. Təhlükənin təbiəti
Buxarlanma(flash point). Bir maddənin partlayış yarada bilməsi üçün kifayət qədər buxar verdiyi minimum temperaturdur.
Alışma(ignition) temperaturu. Bu, bir maddənin hər hansı bir kənar alışma mənbəyi olmadan alışdırma temperaturudur.
UEL və LEL qiymətləri.
UEL(upper explosive limit-yuxarı partlayış həddi). UEL, havada yanar qaz və ya buxarın konsentrasiyasıdır, UEL-dən yuxarı qiymətdə qaz atmosferi partlayıcı deyil.
LEL(lower explosive limit- aşağı partlayış həddi). LEL, havada yanar qaz və ya buxarın konsentrasiyasıdır, LEL-dən aşağı qiymətdə qaz atmosferi partlayıcı deyil.
Qaz qrupu.
Qrup I(M1 və M2) - Yer altı metan və kömür tozlan
Qrup II- Yer üstü mədən olmayan qazlar
Bu kitabda yalnız, yer üstü II qaz qruplanna toxunmuşuq.
Qrup II qazlar özü də alt bölmələrə aynlır:
İxtisarlar:
1. MESG-Maksimum eksperimental təhlükəsiz araboşluq(gap)
2.MIC- Minimum alışma cərəyanı
Qrup IIA- propan (az asan alışan)
Qrup IIB- etilen(az asan alışan)
Qrup IIC- hidrogen, asetilen(çox asan alışan)
11.ATEX kateqoriyalar
12. Temperatur təsnifatı
Normal layihə göstəriciləri daxilində çalışan aparatın, hər hansı əlaqəli hissəsinin çata biləcəyi maksimum temperaturdur. Bu temperatur partlayıcı qaz ilə təmasda ola bilər.
Bu temperatur cədvəli həm yanar qaz və ya buxarlara həm də avadanlığa şamil olunur.
13. ATEX kateqoriyalar və IEC avadanlığın mühafizə səviyyəsi
14. Avadanlığın mühafizə səviyyələri(EPL)
EPL Ga(lG)
Normal iş şəraitində, gözlənilən nasazlıqlarda və ya nadir nasazlıqlara məruz qaldıqda alışma mənbəyi olmayan "çox yüksək" mühafizə səviyyəsinə malik partlayıcı qaz mühitləri üçün avadanlıq.
EPL Gb(2G)
Normal iş şəraitində alışma mənbəyi olmayan və ya müntəzəm olaraq gözlənilən nasazlıqlara məruz qaldıqda "yüksək" mühafizə səviyyəsinə malik partlayıcı qaz mühitləri üçün avadanlıq.
EPL Gc(3G)
Normal iş şəraitində, alışma mənbəyi olmayan və müntəzəm gözlənilən nasazlıqlar zamanı alışma mənbəyi kimi qeyri-aktiv qalmasmı təmin etmək üçün bəzi əlavə mühafizəyə malik ola bilən partayıcı qaz mühitləri üçün mühafizə səviyyəsi(məsələn, lampanm sıradan çıxması)
15. Ərazinin təsnifatı
Ərazi təsnifatının əsas məqsədi, alovlanan atmosferin və elektrik alovlanma mənbəyinin üst-üstə düşmə ehtimalını məqbul səviyyəyə endirməkdir.
Bu təsnifatlanma elektrik, mexanika, kimya və inşaat mühəndisliyi sahəsinin işçiləri tərəfindən həyata keçirilməlidir.
Təhlükənin təbiəti:
Qaz qrupu
Buxarlanma(flashpoint) nöqtəsi
Alışdırma temperaturu
LEL və UEL -in qiymətləri
Potensial buraxma(release) mənbəyi
Buraxmanın həddi
16. Alışma mənbəyi
- qaynaq
- Yandırıcı peç( açıq alov)
- Radiasiya( metal səthlərdə günəş)
- Elektrostatik:
şimşək, neylon)sintetik) geyimlər, təzyiqli su şırnağı(water jetting), aerozollar
17. Potensial mənbələr və buraxmalar(release)
Hər hansı bir coğrafi məkanda təhlükəli konsentrasiyanın olma ehtimalının nə dərəcədə olduğunu müəyyən edir. Ümumiyyətlə "Zona" olaraq adlandırılır.
18. Buraxmanın və ya Zonanın həddi
Zonanın həddi kimyəvi və fiziki parametrlərlə müəyyən edilir. Ümumiyyətlə buraxma həddi nə qədər böyükdürsə, zona da bir o qədər böyükdür.
Açıq hovuzda(hövzə) mexaniki kipkəc və ya flanşdan buraxma
Buraxma sürəti- proses təzyiqi, maye və ya qaz konsentrasiyası
Havalandırma
Nismi sıxlıq