142. Ex d ilə mühafizə metodunun mahiyyəti nədir?
- Ex d avadanlıq içində yerləşdirilmiş qığılcım çıxaran elementin(açar, avtomat və.s) yaratdığı partlayışa dözür, içində yanğın və partlayışdan yaranan isti qazı soyudaraq atmosferə xaric edir. Bu avadanlığın içində qaz, oksigen daxil olması yolu və çıxması yolu mövcuddur.
143. Ex d-nin içində yanğın və ya partlayışdan sonra yaranmış isti qaz atmosferə soyuq şəkildə necə xaric ola bilir?
- Qapaq ilə qutu arasındakı boşluq(gap,- qazın çıxdığı yol) dar məsaməli olduğu üçün. Ümumiyyətlə qazlar geniş sahədən ensiz sahəyə keçid etdikdə onlar soyuyurlar.
144. Yanğına qarşı elektrik avadanlıqlar(Ex d) hansı standarta əsasən istehsal olunur?
- IEC60079-1 standartı
145. Ex d hansı zonalarda istifadə oluna bilər?
- zona 1 və zona 2
146. Ex d panelin içində sertifikatsız komponentlər quraşdırıla bilər?
- bəli, sertifikatsız normal sənaye komponentləri quraşdırıla bilər
147. Ex d avadanlıqlarda təmiri həyata keçirmək üçün nə etmək lazımdır?
- əgər avadanlıq qızmışsa, onun qapağını tam soyuduqdan sonra açmaq olar
- mütləq gərginlikdən təcrid olunduqdan sonra, onun qapağını açmaq olar
148. Müxtəlif sinifli qaz zonalarında quraşdırılan Ex d avadanlıq ilə hər hansı obyekt(qurğular, tank və.s) arasındakı d məsafəsi(boşalma məsafəsi) nə qədər olmalıdır?
- II A(10 mm) , II B(30 mm), II C(40 mm)
149. Ex d avadanlıqlarda neçə növ araboşluq birləşməsi(gap joint) mövcuddur?
- flanged(flanslı), cylindrical threaded(silindrik yivli), cylindrical spigot(silindrik tıxaclı)
150. Nə zaman flans(flat) birləşməli Ex d avadanlığından istifadə etmək qadağandır?
- IIC qaz ərazində avadanlığın iç həcmi 500 sm3 və ya 0.5 litri keçərsə, və asetilen qaz olan ərazidə ümumiyyətlə flans birləşmə qadağandır.
151. Ex d avadanlığın səthini qaz buxarlarının ziyanından necə qorumalıyıq?
- səthinə cızıq salmaq olmaz, səthini rəngləmək olmaz, üzərinə silikon yağı çəkmək olar, IIA mühitlərdə səthi korroziyadan qorumaq üçün üzərinə yağlı lent(Denso tape) istifadə etmək olar, IIB mühitlərdə gap-in maksimum səthinin 50%-dən çox olmayaraq şərti ilə yağlı lent istifadə oluna bilər. IIC mühitlərdə yağlı lentin istifadəsinə heç icazə verilmir.
152. Flans birləşməli Ex d qutunun aralıq birləşməsinin(gap) məsafəsi gaz qrupları və qutunun daxili həcminə görə müəyyən edilir. Təqdim edin?
- 5 dövr
154. Pressure piling(təzyiq yığılması) nədir?
- iki ədəd elektrik Ex d qutunun bir-biri ilə kabel(boru da ola bilər) vasistəsilə əlaqələndirilməsini təsəvvür edin, tutaq birinci qutunun içində partlayış baş verir, bu partlayışın nəticəsində yaranan qazlar(yanmayan qazlar) kabelin damar və ya örtüyü vasitəsilə digər(2-ci) qutunun daxilinə nufuz edib orada daha da şiddətli partlayış yaradar. Belə izah edim ki, birinci qutuda partlayışdan yaranan təzyiqli qaz, ikinci qutuya toplanır və ya yığılır. Bu toplanmış qazın təzyiqi birinci qutunun həcmindən çox ola bilər, və bu təzyiqə dözmüyə bilər, yaxud içində baş verən partlayışa tab gətirməyə bilər. Bu effekt pressure piling adlandırılır.
155. Pressure piling effektinin qarşısını necə almaq olar?
- Bu effektin qarşısını almaq üçün, hər iki boşluq(qutu) kompaund doldurulmuş baryerlə bir-birindən ayrılmış olur. Kompaund Ex d glandlarda və ya içindən kabel xətti keçən borularda istifadə olunur.
- 2 ədəd, qazdan(gas) və sudan(water) mühafizə edir
156. Damarlı kabelləri glandla quraşdırdıqda, onların damar arası və ya izolyasiya örtüklərinin arasından qazın sızmaması üçün hansı tədbirlər görülməlidir? və hansı hallarda uyğun görülür?
- kampaund doldurulma tədbiri görülür
- keçid vasitləli(feedthrough) glandlardan
- sudan, kabelin panelə daxil olarkən zədələnməməsindən
159. Ex d gland zirehli və zirehsiz kabellərlə quraşdırıldıqda, o zaman hansı mühafizə fərqləri mövcud olacaqdır?
- gland zirehli kabellə quraşdırıldıqda həm partlayış təzyiqinə həm də yanmaya davamlı olacaq
- gland zirehsiz kabellə quraşdırılıdqda, yalnız yanmadan mühafizə edir
160. Ex d kabel glandı hansı şərtlərə əsasən seçməliyik?
Start-başla
Does the enclosure contain an internal source of ignition at normal operation?.-Normal işləmə zamanı gövdənin daxili alışma mənbəyi vardır?
Does the hazardous gas require IIC apparatus?- Təhlükəli qaz IIC aparatını tələb edirmi?
Apply a flameproof cable entry device with compound sealing.-Alova davamlı kampaund kipləşdirici kabel girişini tətbiq edin.
is the volume of enclosure greater than 2 dm3 ?- Gövdənin həcmi 2 dm3-dən çoxdurmu?
is the area of installation zone 1?- Quraşdırma sahəsi zona 1-dir?
Use a suitable flameproof cable entry device with a sealing ring. -Kipləşdirici halqalı alova davamlı kabel giriş qurğusundan istifadə edin.
*Əgər normal çalışma vəziyyətində Ex d qutunun içində alışma mənbəyi varsa, IIC qaz qruplu zona 1 və 2 də kampaund tipli kabel gland istifadə olunmalıdır.
IIA və ya IIB qaz qruplu zona 1 də quraşdırılan, daxili həcmi 2 litrdən çox olan qutuda(enclosure), kampaund tipli kabel glandı istifadə olunmalıdır.
IIA və IIB qaz qruplu zona 1 də quraşdırılan, daxili həcmi 2 litrdən az olan qutuda kampaund kabel glanda ehtiyac yoxdur.
II A və ya IIB qaz qruplu zona 2 də, həcmindən asılı olmayaraq quraşdırılmış qutuda kampaund tipli glanda ehtiyac yoxdur.
161. Hər zaman, Ex d qutuya kabel glandlarını(çox sayda) quraşdırmaq həm vaxt baxımından həm də maliyə dəyərinin yüksək olmasına görə əksər hallarda sərf etmir. Alternativ olaraq, quraşdırma zamanı nədən istifadə etmək olar?
- Praktikada alova davamlı(flame proof) Ex d qutulara xaricdən Ex e terminal qutuları taxaraq bu işi asanlaşdırmaq olar. Yəni montaj kabelləri Ex e vasitəsilə Ex d qutuya keçirmək mümkündür. Ex e qutularında quraşdırılan glandlar və içindəki terminallar mütləq Ex e qorunmalı olmalıdır. Exe dən E d qutusuna kabel keçid divarında etibarlı, sertifikatlı keçid vasitəli tərtibatlar(feedthrough) quraşdırılmalıdır.
Tags
CompEx