Müəyyən qablarda mayeləri və
müəyyən quruluşlarda istiliyi toplayıb saxlamaq mümkün olduğu kimi, elektriki
də müəyyən yerdə toplamaq, yəqin ki, mümkün olan bir şeydir. Elektrik miqdarının toplanmasına imkan verən cihaza kondensator deyilir.
Elektrik miqdarını toplamağın müəyyən texniki əhəmiyyəti vardır, ona
görə də indiki texniki cihaz və
aparatların çoxunda elektrik kondensatorlarına rast gəl-mək olur.
Elektrik miqdarı
kondensatorlarda toplanılır, konden-satorlar isə telefon, radioqəbuledici
və televizor kimi zərif aparatlarda olduğu kimi zavodlarda da tətbiq olunur.
Kondensatorda toplanan elektrik
miqdarı, hər şeydən əvvəl, kondensatorun
elektrik tutumundan asılıdır.
Elektrik tutumu müəyyən
qurğuda toplanan elektrik miqdarının həmin qurğuya tətbiq edilən gərginliyə
olan nisbətinə deyilir və C
ilə işarə olunur.
Elektrik tutumu, ümumiyyətlə, gərginliyin bir volt artırılması
zamanı qurğuda toplanan elektrik yükünün
nə qədər artmasını göstərən anlayışdır.
Elektrik tutumu vahidi (1.25) düsturuna əsasən, elektrik yükü (Q) və gərginlik (U) vahidləri vasitəsilə tapılır. Elektrik yükü kulon, gərginlik isə volt vahidləri ilə ölçüldükləri üçün bunların
nisbətinə, yəni tutum vahidinə farad
adı verilmişdir. Buradan
Bir farad elə bir qurğunun
tutumuna deyilir ki, ona tətbiq olunan gərginliyi bir volt artırdıqda, toplanan
elektrik miqdarı da bir kulon artmış olsun.
Ümumiyyətlə, bir farad cox böyük və buna görə də, praktika üçün əlverişsiz bir vahiddir. Bu səbəbdəndir ki,
tutumu ölçmək üçün faradın kiçik hissələrindən, daha doğrusu, faradın milyonda
biri olan mikrofaraddan (1 mk F=10-6 F) və faradın
milyon milyonda biri olan
pikofaraddan (1 mk F=10-12 F)
istifadə olunur.
Kondensator deyəndə xəyalınıza çox da mürəkkəb bir qurğu gəlməsin,
kondensator çox sadə bir elektrik
aparatıdır. Əgər iki keçirici vərəq arasında bir lay dielektrik qoyulursa və
lazımi şəkildə bərkidilirsə, nəticədə bir
kondensator alınmış olur.
Demək, elektrik tutumu,
vahid potensiallar fərqinə düşən, və ya vahid potensiallar fərqi tərəfindən keçirici-lərdə
toplanan elektrik miqdarına deyilir.
Yuxarıdakı (1.25) tənliyi elektrik tutumunun vahidini təyin etməyə imkan verir:
Bu vahid Farada
(F) adlanır və qiymətcə çox böyük olduğu üçün təcrübədə bunun milyonda
birinə bərabər olan mikrofarada (mkF) işlədilir.
Son zamanlar zəif cərəyanlar texnikasında daha kiçik tutumlar
işlədildiyi üçün mikrofaradın da milyonda birinə rast gəlmək olur. Belə vahidə pikofarad (pF) deyilir və
Tutumun mütləq vahidlər sistemindəki vahidi santimetrdir.
1 F = 9
Bir santimetr, göründüyü
kimi, faraddan olduqca kiçik vahiddir.
Dielektrik mühit vasitəsilə
bir-birindən ayrılmış iki keçiricidən təşkil olunmuş quruluşa kondensator,
keçiricilərin hər birisinə isə kondensator vərəqləri deyilir.
Kondensatorlar öz-özünə əmələ gəldiyi kimi çox vaxt
süni surətdə müəyyən hesablama üzrə də əmələ gətirilir.
Belə kondensatorda tutumun
hansı faktorlardan asılı olmasını tapmaq üçün bir qədər təxminiliyə yol
verməliyik. Əvvəlcə, vərəqlərin uclarında elektrik sahəsinin pozulmasını nəzərdən
ataq və elektrik sahəsini hər yerdə bircinsli qəbul edək. Burada əgər vərəqlər
üzərindəki elektrik sıxlığ
tapılır. Həmin
formulada
Alınan formuladan göründüyü kimi, yastı kondensatorun
tutumu vərəqlərin materialından asılı olmayıb, onların ancaq böyüklüyündən,
onlar arasındakı dielektrikin cinsindən
və qalınlığından asılıdır. Elektriklənmiş keçiricilərin formasından asılı
olaraq, kondensatorlar silindrik, sferik və başqa şəkillərdə ola bilər.