Yarımkeçirici inteqral mikrosxemlərdə kondensator kimi bipolyar tranzistorların əks qoşulmuş p-n keçidlərinin sədd tutumu və ya MOY-tranzistorun tutumu istifadə olunur. inteqral kondensatorlar əsasən bipolyar tranzistorların emitter və kollektor keçidləri əsasında əldə edilir (şəkil 10.12). Emitter keçidli kondensatorun (a) xüsusi tutumu (vahid sahəyə düşən) ən böyük (0,2mkE/sm2), deşilmə gərginliyi isə ən kiçik (bir neçə volt) olur. Kollektor keçidli kondensatorun (b) xüsusi tutumu təxminən 6 dəfə kiçikdir, deşilmə gərginliyi isə on voltlarla ölçülür.